Azərbaycan Respublikası adından QƏTNAMƏ Gəncə şəhəri İş № 2(043)-5/2021 10.02.2021 GƏNCƏ ŞƏHƏRİ KƏPƏZ RAYON MƏHKƏMƏSİ Hakim Tağıyev Cavid Tahir oğlunun sədrliyi, Süleymanlı Süleyman Rəşid oğlunun katibliyi, iddiaçı «xxxx» Kiçik Müəssisəsinin rəhbəri X1 iştirakı ilə, İddiaçı “xxxx” Kiçik Müəssisəsinin cavabdehlər «xxxx» Kiçik Müəssisəsinə və Əmiraslanov Qabil (Qalib) Ənvər oğluna qarşı «zəbt olunmuş ərazidən çıxarılma» tələbinə dair iddia ərizəsi üzrə mülki işə məhkəmənin binasında, açıq məhkəmə iclasında baxaraq məhkəmə, MÜƏYYƏN E T D İ: İddiaçı «xxxx» Kiçik Müəssisəsi cavabdehlər «xxxx» Kiçik Müəssisəsinə və X2 qarşı iddia ərizəsi ilə məhkəməyə müraciət edərək cavabdehlərin «xxxx» Kiçik Müəssisəsinə məxsus ərazidən çıxarılmalarına dair qətnamə çıxarılmasını xahiş etmişdir. Məhkəmə iclasında iddiaçı «xxxx» Kiçik Müəssisəsinin rəhbəri X5 oğlu iddianı müdafiə edib izahatında göstərdi ki, Gəncə şəhər X7 İcraiyyə Komitəsinin xx xxxx 1991-ci il tarixli 8 saylı qərarına əsasən Gəncə «xxxx» kiçik Müəssisəsinin fəaliyyətini normallaşdırmaq məqsədilə ona alüminiumçular qəsəbəsi, keçmiş kimyəvi paltartəmizləmə fabriki ilə avtodayanacaq arasındakı (indiki «xxxx» kiçik müəssisəsi) ərazidən 0,16 hektar boş torpaq sahəsi ayrılmışdır. Həmin qərarın icrası ilə əlaqədar əraziyə gələrkən avtodayanacağın rəhbərliyi tərəfindən «xxxx» kiçik müəssisəsinə ayrılmış torpaq sahəsinin bir qisminin zəbt olunmasının şahidi olmuşlar və bunu avtodayanacağın rəhbərliyinə bildirmişlər. Avtodayanacağın rəhbərliyi qonşuluq münasibətlərini normal saxlamaq məqsədilə ayrılmış torpaq sahəsinin cənub istiqamətindən keçən yolun istifadəsiz olduğunu və həmin ərazini də onlara öz istifadələrinə götürməyi şifahi olaraq xahiş etmişdirlər. Həm qonşuluq münasibətlərini, həm də yerli adət-ənənələrini nəzərə alaraq avtodayanacaq rəhbərliyinin xahişini təmin edərək kimyəvi paltartəmizləmə fabrikinin şimalından keçən yolu öz istifadələrinə qəbul etmişdirlər. Eyni zamanda avtodayanacağın rəhbərliyi (indiki «xxxx» kiçik müəssisəsinin) Gəncə şəhəri Kəpəz rayonu, X9 prospekti 61 ünvanında yerləşən mağazanın da yerləşdiyi ərazini zəbt edərək həmin mağazanın yerində qeyri-qanuni olaraq ofis tikdirmişdir. Cavabdeh Əmiraslanov Qabil Ənvər oğlu ona məxsus 22 saylı mağazanın ərazisinin «xxxx» kiçik müəssisəsi tərəfindən zəbt olunduğuna görə «xxxx» kiçik müəssisəsinə məxsus torpaq sahəsində yenidən mağaza tikdirmişdir. Bu barədə cavabdehə xəbərdarlıq edilməsinə baxmayaraq o, əhəmiyyət verməmişdir. Beləliklə, cavabdehlər tərəfindən mülkiyyət hüquqları pozularaq qanunla istifadələrinə daimi verilmiş torpaq sahəsindən tam istifadə edə bilmişdirlər. Gəncə şəhərinin planından çıxarışın surətindən də aydın görünür ki, cavabdehlər həqiqətən «xxxx» kiçik müəssisəsinə məxsus olan torpaq sahəsini zəbt etmişdirlər. Gəncə Apelyasiya Məhkəməsinin xx xxxxx 2015-ci il tarixli 2-1(104)- 90/2015 saylı qərarına əsasən də iddia tələbləri təmin edilərək «xxxx» kiçik müəssisəsinə xx.xx.2005-ci il tarixli JN-14xx xxx 20000002 saylı dövlət aktı ilə verilmiş Gəncə şəhəri, 28 May küçəsində yerləşən 0,16 ha torpaq sahəsi üzərində hüquqların dövlət qeydiyyatına alınması və texniki pasportun tərtib edilməsi vəzifəsi DƏDRX-nin 3 saylı Ərazi İdarəsinin üzərinə qoyulmuşdur. Həmin qərarın icrasını isə DƏDRX-nin 3 saylı Ərazi İdarəsi məhkəmə qərarına əsasən deyil, fakta əsasən həyata keçirmişdir ki, bu da müəssisənin mülkiyyət hüquqlarının pozulması ilə nəticələnmişdir., Gəncə şəhəri Kəpəz rayonu, X9 prospekti (keçmiş 28 May küçəsi) kimyəvi paltar təmizləmə fabrikinin yanında yerləşən «Avtomobilçi» cəmiyyətinə məxsus 2 nömrəli avtomobil dayanacağı «Avtomobilçi» cəmiyyətinin xx.xx.1996cı il tarixli 55 saylı əmri, xx.xx.1996-cı il tarixli təhvil - təslim aktı və Gəncə şəhəri İcra Hakimiyyəti Başçısının xx.xx.1997-ci il tarixli 4465 saylı sərəncamına əsasən «xxxx» kiçik müəssisəsinin balansına keçmişdir. Həmin mülk dövlət reyestrində qeydiyyatdan keçməmişdir və «xxxx» kiçik müəssisəsi «xxxx» kiçik müəssisəsilə həmsərhəddir. Hazırda həmin torpaq sahəsi üzərində hüquqlarını təsdiq edən dövlət aktı qüvvədə olmaqla yanaşı, həmin dövlət aktında göstərilmiş torpaq sahəsinin hər hansı bir üçüncü şəxsin maraqlarına zidd deyildir. Əksinə qanuni əsasla əldə etdikləri hüquqların, o cümlədən mülkiyyət hüquqlarının tam həcmdə realaşdırılmasını əsassız olaraq cavabdehlər tərəfindən məhdudlaşdırılmasına səbəb olmuşdur. Azərbaycan Respublikası Dövlət Torpaq və Xəritəçəkmə Komitəsi tərəfindən xx.xx.2014-cü il tarixli 17-3/1669 saylı mütəxəssis rəyindən də «xxxx» kiçik müəssisəsinə məxsus 0,16 ha torpaq sahəsinin olması və «Şəhidlər» abidəsinin qərb tərəfində «Dan ulduzu» şadlıq sarayının şimal hissəsində, avtomobil dayanacağının isə cənubunda yerləşməsi göstərilmişdir. Hal-hazırda faktiki istifadələrində olan torpaq sahəsi 0,1268 ha təşkil edir. Buna baxmayaraq hər il 0,16 ha üçün torpaq vergisi ödəyirlər. Beləliklə cavabdehlər tərəfindən qanunla qorunan mülkiyyət hüquqları pozulmaqdadr. Ona görə də hesab edir ki, cavabdehlər tərəfindən zəbt olunmuş ərazi boşaldılaraq «xxxx» kiçik müəssisəsinə təhvil vermilməlidir. İddianın təmin olunmasını xahiş etdi. Cavabdehlər «xxxx» Kiçik Müəssisəsinə və X2 məhkəmə iclasının keçirilməsi vaxtı və yeri barədə rəsmi qaydada məlumat verilməsinə baxmayaraq məhkəmə iclasına gəlməmişlər və gəlməmələrinin səbəbi barədə məhkəməyə məlumat verməmişdirlər. Məhkəmə Azərbaycan Respublikası Mülki Prosessual Məcəlləsinin 185.5-ci maddəsinə əsasən işə cavabdehlərin iştirakı olmadan baxmağı mümkün hesab etmişdir. Mülki işə əlavə edilmiş və məşhkəmə iclasında tədqiq edilmiş:- Torpaqdan daimi istifadə hüququna dair xx.xx.2005-ci il tarixli, JN-1420, kod 20000002 saylı dövlət aktının surətindən görünür ki, «xxxx» kiçik müəssisəsinə Gəncə şəhərində istifadə üçün 0,16 ha olan torpaq sahəsi ayrılmışdır. Gəncə Apelyasiya Məhkəməsinin xx.xx.2015-ci il tarixli, 2-1(104)-90/2015 nömrəli qərarının surətindən görünür ki, “xxxx” kiçik müəssisəsinə xx.xx.2015-ci il tarixli, JN-1420, kod 20000002 saylı dövlət aktı ilə verilmiş Gəncə şəhəri 28 may küçəsində yerləşən 0,16 ha torpaq sahəsi üzərində hüquqlarının dövlət qeydiyyatına alınması və texniki pasportun tərtib edilməsi vəzifəsi DƏDRX-in 3 saylı Ərazi İdarəsinin üzərinə qoyulmuşdur. Azərbaycan Respublikası Əmlak Məsələləri Dövlət Komitəsi yanında Daşınmaz Əmlakın Dövlət reyestri xidməti tərəfindən verilmiş xx.xx.2015-ci il tarixli ********** qeydiyyat nömrəli çıxarışın surətindən görünür ki, Gəncə şəhəri, Kəpəz rayonu, X9 prospektində yerləşən 0,1268 ha olan torpaq sahəsi daimi istifadə hüququ üzrə “xxxx” kiçik müəssisəsinə məxsusdur. Azərbaycan Respublikası Əmlak Məsələləri Dövlət Komitəsi yanında Daşınmaz Əmlakın Dövlət reyestri xidməti tərəfindən verilmiş xx.xx.2013-cü il tarixli ********** qeydiyyat nömrəli çıxarışın notarial qaydada təsdiqlənmiş surətindən görünür ki, Gəncə şəhəri, Kəpəz rayonu, X9 prospekti, 61 ünvanında yerləşən 0,0142 ha torpaq sahəsi və ticarət obyekti xüsusi mülkiyyət hüququ üzrə X2 məxsusdur. Gəncə şəhəri Kəpəz rayon İcra Hakimiyyətinin başçısının xx.xx.2015-ci il tarixli sərəncamının surətindən görünür ki, Gəncə şəhəri, Ş.İ.Xətai prospektində yerləşən «xxxx» kiçik müəssisəsinə məxsus avtomobil dayanacağı məntəqəsində əlavə olunmuş 398,3 kv/m satış zalı, 40,6 kv/m təmir sexi, 18,4 kv/m çayxana, 39,1 kv/m avtoyuma, 7,7 kv/m köməkçi otaq, 3,4 kv/m sanitar qovşağı və 67,7 kv/m mağaza tikilisi qeydiyyata alınmış və «xxxx» kiçik müəssisəsinin adına rəsmiləşdirilmişdir. Azərbaycan Respublikası Əmlak Məsələləri Dövlət Komitəsi yanında Daşınmaz Əmlakın Dövlət Reyestri Xidmətinin 3 saylı ərazi idarəsi tərəfindən verilmiş mütəxəssis rəyindən görünür ki, X2 məxsus qeyri yaşayış binasının koordinatları «xxxx» Kiçik Müəssisəsinin kordinatları ilə üst-üstə düşdüyü və zəbt olunmuş torpaq sahəsi aşkar olunmamışdır. «xxxx» Kiçik Müəssisəsinin istifadəsində olan JN-4856 seriyalı, KOD 20000002 saylı şəhadətnamədə qeyd olunan torpaq sahəsi DƏDRX-in 3 saylı ərazi idarəsində qeydiyyatdan keçmədiyi üçün «xxxx» Kiçik Müəssisəsinin ərazisinin kordinatları ilə üst-üstədüşüb düşməməsini müəyyən etmək mümkün olmamışdır. Azərbaycan Respublikası Ədliyyə Nazirliyi Məhkəmə Ekspertiza Mərkəzinin xx.xx.2017-ci il tarixli, 25149 nömrəli ekspert rəyindən görünür ki, X2 məxsus qeyri yaşayış binasının koordinatları «xxxx» Kiçik Müəssisəsinin kordinatları ilə üst-üstə düşdüyü və zəbt olunmuş torpaq sahəsi aşkar olunmamışdır. «xxxx» Kiçik Müəssisəsinin istifadəsində olan JN-4856 seriyalı, KOD 20000002 saylı şəhadətnamədə qeyd olunan torpaq sahəsi DƏDRX-in 3 saylı ərazi idarəsində qeydiyyatdan keçmədiyi üçün «xxxx» Kiçik Müəssisəsinin ərazisinin kordinatları ilə üst-üstədüşüb düşməməsini müəyyən etmək mümkün olmamışdır. Azərbaycan Respublikası Əmlak Məsələləri Dövlət Komitəsi yanında Daşınmaz Əmlakın Kadastrı və Ünvan Reyestri Xidmətinin xx.xx.2018-ci il tarixli, **********59 nömrəli rəyindən görünür ki, aparılmış çöl tədqiqat işlərinin nəticəsində, "xxxx” Kiçik Müəssisəsinə məxsus Çıxarış və plan ölçü sənədinə əsasən, “xxxx" Kiçik Müəssisəsinin istifadəsində olan torpaq sahəsinin koordinatları ilə, faktiki istifadəsində olan torpaq sahəsinin koordinatları üst-üstə düşdüyü müəyyən olunmuşdur.Elektron baza məlumatlarına əsasən və eləcə də “xxxx” kiçik müəssisəsinə məxsus çıxarış və plan ölçü sənədindəki koordinatlara əsasən “xxxx” kiçik müəssisəsinin istifadəsində olan torpaq sahəsinə müdaxilə yoxdur. Azərbaycan Respublikası Ədliyyə Nazirliyi Məhkəmə Ekspertiza Mərkəzinin xx.xx.2020-ci il tarixli, 10/3302 nömrəli ekspert rəyindən görünür ki, aparılmış çöl tədqiqat işlərinin nəticəsində, "xxxx” Kiçik Müəssisəsinə məxsus Çıxarış və plan ölçü sənədinə əsasən, “xxxx" Kiçik Müəssisəsinin istifadəsində olan torpaq sahəsinin koordinatları ilə, faktiki istifadəsində olan torpaq sahəsinin koordinatları üst-üstə düşdüyü müəyyən olunmuşdur. Elektron baza məlumatlarında və eləcədə “xxxx" Kiçik Müəssisəsinə məxsus Çıxarış və plan ölçü sənədindəki koordinatlara əsasən “xxxx" Kiçik Müəssisəsinin istifadəsində olan torpaq sahəsinə müdaxilə olmadığı müəyyən olunmuşdur. Göründüyü kimi iddiaçıya məxsus torpaq sahəsinin hər hansı hissəsinin cavabdehlər tərəfindən qanunsuz olaraq zəbt edilməsi tədqiq edilmiş sübutlarla, eləcə də mütəxəssis və ekspert rəyi ilə təsdiqini tapmamışdır.İddiaçı iddia etmişdir ki, ona verilən torpaq sahəsi çıxarış üzrə 0,1268 hektar göstərilsə də əslində torpaqdan daim istifadə hüququna dair dövlət aktı üzrə 0,16 hektardır. Məhkəmə iddiaçının göstərdiyi dəlillərlə razılaşmayaraq qeyd edir ki, iddiaçı dövlət aktı ilə ona 0,16 hektar torpaq sahəsi verildiyini göstərsə də dövlət aktı 2005-ci ildə verildiyi halda istifadə hüququ üzrə torpaq sahəsi 2015-ci il tarixdə 0,1268 hektar olaraq rəsmi reyestrdə qeydə alınmışdır. “Torpaq qanunverciliyinin məhkəmələr tərəfindən tətbiqi təcrübəsinin bəzi məsələləri haqqında” Azərbaycan Respublikası Ali Məhkəməsi Plenumunun xx xxxxxx 2003-cü il tarixli 2 saylı qərarında (7-ci bənd) məhkəmələrə izah edilmişdir ki, torpaq sahələri üzərində hüquqların dövlət qeydiyyatı məcburidir. Torpaq üzərində hüquqlar (mülkiyyət hüququ, istifadə hüququ, icarə hüququ), habelə alqı-satqı, ipoteka, bağışlama müqavilələri, torpaqla bağlı digər əqdlər və vərəsəlik hüququ haqqında şəhadətnamə dövlət torpaq kadastrında və dövlət torpaq reyestrində qeydiyyata alınmalıdır. Torpaq sahəsi üzərində hüquqlar həmin hüquqları təsbit edən müvafiq sənədlərlə (torpağa mülkiyyət hüququna dair dövlət aktı, torpaqdan daimi istifadə hüququna dair dövlət aktı, torpaqdan müvəqqəti istifadə hüququna dair şəhadətnamə, torpağın mülkiyyətə verilməsinə dair şəhadətnamə) rəsmiləşdirilir. Bu sənədlər olmadan torpağa yiyələnmək torpağı özbaşına tutma kimi qiymətləndirilir. Dövlət Aktı və şəhadətnamə ilə əldə edilmiş hüquqlar müvafiq icra hakimiyyəti orqanında daşınmaz əmlakın dövlət reyestrində qeydiyyatdan keçdikdən sonra yaranmış hesab edilir. Qanunvericilik aktlarının sadalanmış tələblərindən də göründüyü kimi torpaq sahələri üzərində hüquqlar torpaq sahələrinin sərhədlərinin yerdə müəyyən edilməsindən, onların planı və ölçüsünün tərtib edilməsindən, torpaq sahələrinin verilməsi barədə müqavilənin bağlanmasından və onun müəyyən olunmuş qaydada dövlət qeydiyyatından keçirilməsindən sonra yaranır. Göründüyü kimi iddiaçının torpaq sahəsi üzərində daimi istifadə hüququ Azərbaycan Respublikası Əmlak Məsələləri Dövlət Komitəsinin yanında Daşınmaz Əmlakın Dövlət reyestri xidməti tərəfindən verilmiş xx.xx.2015-ci il tarixli ********** qeydiyyat nömrəli çıxarış üzrə 0,1268 ha olan torpaq sahəsi üzərində tanınmışdır. Azərbaycan Respublikasının Mülki Məcəlləsinin (bundan sonra-MM) 152.1-ci maddəsinə əsasən mülkiyyət hüququ - subyektin ona mənsub əmlaka (əşyaya) öz istədiyi kimi sahib olmaq, ondan istifadə etmək və ona dair sərəncam vermək üzrə dövlət tərəfindən tanınan və qorunan hüququdur. MM-in 157.2-ci maddəsinə əsasən mülkiyyətçi özgəsinin qanunsuz sahibliyindən öz əmlakını geri tələb edə bilər. «Ədalət mühakiməsinin həyata keçirilməsi zamanı «İnsan hüquqları və əsas azadlıqların müdafiəsi haqqında» Avropa Konvensiyası müddəalarının və İnsan Hüquqları üzrə Avropa Məhkəməsinin presedentlərinin tətbiqi haqqında» Azərbaycan Respublikası Ali Məhkəməsi Plenumunun xx xxxx 2006-cı il tarixli 5 nömrəli qərarının 2-ci bəndində göstərilir ki, insan və vətəndaş hüquqlarının və azadlıqlarının pozulması ilə bağlı məhkəmələr milli qanunvericilik ilə yanaşı Konvensiya müddəalarını da rəhbər tutmalı və bu zaman İnsan Hüquqları üzrə Avropa Məhkəməsinin təcrübəsinə istinad etməlidirlər. X8 Məhkəməsi “Sporronqun və Lonnrotun İsveçrəyə qarşı” qərarında mülkiyyət hüququ ilə əlaqədar mövqeyini müəyyən edərək izah etmişdir ki, mülkiyyət hüququnun müdafiəsi zamanı işin hallarından asılı olaraq üç məsələ aydınlaşdırılmalıdır: mülkiyyətçinin mülkiyyət hüququnun mövcüd olması, mülkiyyətçinin öz mülkiyyətindən məhrum olması; mülkiyyətçinin mülkiyyətindən istifadəyə nəzarətdən məhrum olması. Həmin qərarlara görə mülkiyyətçinin öz mülkiyyətindən məhrum edilməsinin baş veribverməməsini müəyyən etmək üçün mülkiyyətin formal cəhətdən özgəninkiləşdirilməsi və ya mülkiyyət hüququnun başqasına keçməsi və həmin halların “de fakto” baş verməsi aydınlaşdırılmalıdır. Azərbaycan Respublikasının Mülki Prosessual Məcəlləsinin 14.2-ci maddəsinə əsasən məhkəmə yalnız tərəflərin təqdim etdikləri sübutları araşdırmalı və onlardan istifadə etməlidir. Həmin Məcəllənin 217.4-cü maddəsinə əsasən məhkəmə öz qətnaməsini yalnız məhkəmə iclasında tədqiq olunmuş sübutlarla əsaslandırır. Belə olan halda məhkəmə hesab edir ki, iddiaçıya məxsus torpaq sahəsinin cavabdehlər tərəfindən qanunsuz olaraq zəbt edilməsi məhkəmə araşdırması zamanı sübut olunmadığından iddia tələbi əsassız olduğundan təmin olunmamalıdır. MPM-in 119.1-ci maddəsinə əsasən iş üzrə məhkəmə xərcləri iddiaçıya aid edilməlidir. Göstərilənlərə əsasən və Azərbaycan Respublikası Mülki Prosessual Məcəlləsinin 119.1, 216-220, 227, 233, 358 və 360-cı maddələrini rəhbər tutaraq məhkəmə, qət etdi: İddiaçı «xxxx» Kiçik Müəssisəsinin cavabdehlər «xxxx» Kiçik Müəssisəsinə və Əmiraslanov Qabil (Qalib) Ənvər oğluna qarşı «zəbt olunmuş ərazidən çıxarılma» tələbinə dair iddiası əsassız olduğundan təmin olunmasın. Mütəxəssis rəyinin alınması ilə əlaqədar aparılmış tədqiqatın dəyəri 60,00 (altmış) manat iddiaçı «xxxx» Kiçik Müəssisəsindən alınıb kod 200071 VOEN (bank) **********, müxbir hesabı AZ37NABZ**********00001944, SWİFT AİİBAZ2X, kadastr və yerquruluşu Layihə-Tədqiqat-Mərkəzi MMC VOEN:**********, Hesab nömrəsi AZ23AİİB********************, hesaba ödənilsin. Aparılmış ekspertiza tədqiqatının dəyəri 200 (iki yüz) manat iddiaçı «xxxx» Kiçik Müəssisəsindən alınaraq Büdcə təsnifatının kodu142319, büdcə səviyyəsinin kodu 3, ekspertiza xərci, SAP(XİİS) hesabı, Dövlət xəzinadarlığı agentliyi, KOD 210005, VÖEN **********, Müxbir hesab AZ41 NABZ********************, SFİFT BİK CTREAZ22, Məhkəmə Ekspertizası Mərkəzi, VÖEN **********, hesab AZ 34CTRE********************, hesaba ödənilsin. Qətnamədən, rəsmi qaydada verildiyi gündən bir ay müddətində Gəncə Şəhəri Kəpəz Rayon Məhkəməsi vasitəsilə Gəncə Apelyasiya Məhkəməsinə apelyasiya şikayəti verilə bilər. Qətnamədən şikayət verilmədikdə, qəbul edildiyi gündən bir ay keçdikdən sonra qanuni qüvvəyə minir. Hakim Cavid Tağıyev
Məhkəmə qərarları › İş №2(043)-5/2021
Gəncə Şəhəri Kəpəz Rayon Məhkəməsi Qətnamə — İş №2(043)-5/2021
10.02.2021 · Torpaq mübahisələri - Torpaq münasibətləri üzrə sair mübahisələr
Mənbə: Azərbaycan məhkəmə sistemi (courts.gov.az) — anonimləşdirilmiş rəsmi mətn. Dataset: Azerbaijan Court Data (CC-BY-4.0).
Mənbə: Azərbaycan məhkəmə sistemi (courts.gov.az) — anonimləşdirilmiş rəsmi mətn. Dataset: Azerbaijan Court Data (CC-BY-4.0).
Bu qərar sizin işinizə uyğun gəlirmi?
Sualınızı yazın — cavab qanun maddələri və məhkəmə təcrübəsi əsasında hazırlanır.
Sual ver