Azərbaycan Respublikası adından QƏTNAMƏ Gəncə şəhəri İş № 2(043)-512/2022 16.03.2022 GƏNCƏ ŞƏHƏRİ KƏPƏZ RAYON MƏHKƏMƏSİ Hakim Tağıyev Cavid Tahir oğlunun sədrliyi, Süleymanlı Süleyman Rəşid oğlunun katibliyi, İddiaçı1 və Cavabdeh iştirakları ilə, İddiaçı1 Cavabdeh qarşı torpaq sahəsinin zəbt edilərək özgəninkiləşdirilməsi cəhdinin qarşısının alınması və cavabdehin qanunsuz hərəkətlərinə son qoyulması tələbinə dair iddia ərizəsi üzrə mülki işə məhkəmə iclas zalında, açıq məhkəmə iclasında baxaraq məhkəmə, müəyyən etdi: İddiaçı1 Cavabdeh qarşı iddia ərizəsi ilə məhkəməyə müraciət edərək Cavabdeh qızndan mərhum atası X1 ona miras qalmış 12 (on iki) sot torpaq sahəsinin arasından söküb çıxartdığı qonşu ilə aralarında olan sərhədi bildirən metal tor setkanı yerinə bərpa edilməsi və cavabdehin qanunsuz hərəkərlərinə son qoyulmasına dair qətnamə çıxarılmasını xahiş etmişdir. Bundan başqa iddiaçı məhkəməyə ərizə təqdim edərək cavabdehdən torpaqlarına aralarındakı sərhədin müəyyən edən metal tor setkanı və giriş bir cüt setka qapını yerinə bərpa etməsi, torpaq sahəsinə qanunsuz iddia tələbi kimi hərəkətinə eləcə də qonşu olaraq təhqiramiz sözlər işlətməsinə son qoyulmasına dair qətnamə çıxarılmasını xahiş etmişdir. Məhkəmə iclasında İddiaçı1 iddianı müdafiə edib, izahatında göstərdi ki, Gəncə şəhəri Kəpəz rayonu Natəvan 2 qəsəbəsində 1974-cü ildən mərhum atası X3 aid on iki sot bağ yeri təyinatı üzrg ailələrinin tərəvəz tələblərinin qarşısının alınması üçün əkilib tikilmişdir. 1998-ci ildə atası rəhmətə gedəndən sonra ara fasilərlərlə boş torpaq olduğundan gediş-gəlişləri olmadığından bağ qonşusu olan Cavabdeh anası X2 müəllimə işlədiyi 25 saylı tam orta məktəbə gələrək onunla bağ qonşusu olduğunu bildirmiş və torpaq boş qaldığından tərəvəz əkib bizədə pay vermək adı ilə icazə almışdır. X4 və Cavabdeh bağları arasında olan metal tor setkanı öz başına açmışdır torpaq sahəsini özününküləşdirmişdir. 2021-ci ilin noyabr ayında Gəncə şəhəri Kəpəz Bələdiyyəsinə torpağın qeydiyyata saldırmaq məqsədilə müraciət etmişdir. Bütün sənədləşdirmə aparıldıqdan sonra Cavabdeh bələdiyəyə gələrək guya torpaq sahəsini atası ona satdığını, sonra anasına və ona pul verməsi haqqında bəhanələr gətirmiş və bələdiyyədə mübahisəli torpaq sahəsi olduğunu söyləmişdir. İddianın təmin olunmasına dair qətnamə çıxarılmasını xahiş etdi. Məhkəmə iclasında Cavabdeh iddianı qəbul etməyərək izahatında göstərdi ki, torpaq sahəsini 2700 manat iddiaçının anasından almışdır.İddiaçının ancaq bir dəfə 2007-ci ildə görmüşdür. İddianın əsassız olduğunu göstərərək iddianın rədd edilməsini məhkəmədən xahiş etdi. Mülki işə əlavə edilmiş və məhkəmə iclasında tədqiq edilmiş 10.11.2021-ci il tarixli, 1959 saylı arayışın kserosurətindən görünür ki, İddiaçı1 ünvan 1 ünvanında qeydiyyatdadır və orada yaşayır. Gəncə şəhər Kəpəz rayon Polis İdarəsinin 15.01.2022-ci il tarixli məktubunun kserosurətindən görünür ki, İddiaçı1 məhkəməyə müraciət etməsi tövsiyyə olunmuşdur. Məhkəmə iş üçün əhəmiyyətli olan halları araşdırıb, hüquq normaları baxımından qiymət verib belə nəticəyə gəlir ki, iddia əsassız olduğundan təmin edilməməlidir. Belə ki, iddiaçı mübahisələndirdiyi torpaq sahəsinin ona məxsus olmasına dair məhkəməyə hər hansı bir sübut təqdim etməmişdir. Avropa İnsan Hüquqları Məhkəməsi “Sporronqun və Lonnrotun İsveçrəyə qarşı” qərarında (A-52-1983) və bundan sonra qəbul etdiyi qərarlarında mülkiyyət hüququ ilə əlaqədar mövqeyini müəyyən edərək izah etmişdir ki, mülkiyyət hüququnun müdafiəsi zamanı işin hallarından asılı olaraq üç məsələ aydınlaşdırılmalıdır: mülkiyyətçinin mülkiyyət hüququnun mövcüd olması, mülkiyyətçinin öz mülkiyyətindən məhrum olması; mülkiyyətçinin mülkiyyətindən istifadəyə nəzarətdən məhrum olması. Həmin qərarlara görə mülkiyyətçinin öz mülkiyyətindən məhrum edilməsinin baş verib-verməməsini müəyyən etmək üçün mülkiyyətin formal cəhətdən özgəninkiləşdirilməsi və ya mülkiyyət hüququnun başqasına keçməsi və həmin halların “de fakto” baş verməsi aydınlaşdırılmalıdır. (İddiaçı çəkdiyi xərclərə mülkiyyət hüququnu tələb etmişdir) Azərbaycan Respublikasının Mülki Prosessual Məcəlləsinin (MPM-in) 14.2-ci maddəsinə görə məhkəmə yalnız tərəflərin təqdim etdikləri sübutları araşdırmalı və onlardan istifadə etməlidir. MPM-in 217.4-cü maddəsinə əsasən məhkəmə öz qətnaməsini yalnız məhkəmə iclasında tədqiq olunmuş sübutlarla əsaslandırır. Belə olan halda məhkəmə belə nəticəyə gəlir ki, İddiaçı1 Cavabdeh qarşı torpaq sahəsinin arasında sökülmüş metal tor setkasının yerinə bərpa edilməsi və cavabdehin qanunsuz hərəkətlərinə son qoyulması tələbinə dair iddiası əsassız olduğundan rədd edilməlidir. MPM-in 119.1-ci maddəsinə əsasən iş üzrə ödənilməmiş dövlət rüsumu dövlət büdcəsinə aid edilməlidir. Göstərilənlərə əsasən və Azərbaycan Respublikası Mülki Prosessual Məcəlləsinin 216-220, 227, 233, 358 və 360-cı maddələrini rəhbər tutaraq məhkəmə, qət etdi: İddiaçı1 Cavabdeh qarşı torpaq sahəsinin arasından sökülmüş metal tor setkasının yerinə bərpa edilməsi və cavabdehin qanunsuz hərəkətlərinə son qoyulması tələbinə dair iddiası əsassız olduğundan rədd edilsin. İş üzrə ödənilməmiş dövlət rüsumu dövlət büdcəsinə aid edilsin. Qətnamədən onun tərəflərə rəsmi qaydada verildiyi gündən 1(bir) ay müddətində Gəncə Şəhəri Kəpəz Rayon Məhkəməsi vasitəsilə Gəncə Apellyasiya Məhkəməsinə apellyasiya şikayəti verilə bilər. Hakim Cavid Tağıyev
Məhkəmə qərarları › İş №2(043)-512/2022
Gəncə Şəhəri Kəpəz Rayon Məhkəməsi Qətnamə — İş №2(043)-512/2022
16.03.2022 · Torpaq mübahisələri - Torpaq münasibətləri üzrə sair mübahisələr
Mənbə: Azərbaycan məhkəmə sistemi (courts.gov.az) — anonimləşdirilmiş rəsmi mətn. Dataset: Azerbaijan Court Data (CC-BY-4.0).
Mənbə: Azərbaycan məhkəmə sistemi (courts.gov.az) — anonimləşdirilmiş rəsmi mətn. Dataset: Azerbaijan Court Data (CC-BY-4.0).
Bu qərar sizin işinizə uyğun gəlirmi?
Sualınızı yazın — cavab qanun maddələri və məhkəmə təcrübəsi əsasında hazırlanır.
Sual ver