Azərbaycan Respublikası adından QƏTNAMƏ Gəncə şəhəri İş № 2(043)-562/2020 12.02.2020 GƏNCƏ ŞƏHƏRİ KƏPƏZ RAYON MƏHKƏMƏSİ Hakim Tağıyev Cavid Tahir oğlunun sədrliyi, Süleymanlı Süleyman Rəşid oğlunun katibliyi, İddiaçı və Cavabdeh iştirakı ilə, İddiaçı Cavabdeh və üçüncü şəxs Azərbaycan Respublikası Maraqlı şəxsnə qarşı mənzildən çıxarılma tələbinə dair iddia ərizəsi üzrə mülki işə məhkəmənin binasında, açıq məhkəmə iclasında baxaraq məhkəmə, müəyyən etdi: İddiaçı Cavabdeh və üçüncü şəxs Azərbaycan Respublikası Maraqlı şəxsnə qarşı iddia ərizəsi ilə məhkəməyə müraciət edərək cavabdehin onun sahibliyində və istifadəsində olan Gəncə şəhəri, Kəpəz rayonu, 102 saylı Hərbi şəhərcik, 138 nömrəli binanın 40 nömrəli mənzilindən məcburi qaydada çıxarılmasına dair qətnamə çıxarılmasını xahiş etmişdir. Məhkəmə iclasında İddiaçı iddianı müdafiə edərək, izahatında göstərdi ki, o, N nömrəli hərbi hissəsinin mülki işçisi kimi kirayəçi qismində Azərbaycan Respublikası Maraqlı şəxs ilə aralarında bağlanmış 06.11.2019-cu tarixli kirayə müqaviləsinə əsasən həmin idarənin balansında olan Gəncə şəhəri, Kəpəz rayonu, 102 saylı hərbi şəhərciyin 138 nömrəli binasının 40 nömrəli mənzili ona kirayəyə verilməklə, sahibliyində və istifadəsindədir. Lakin müqavilə bağlandıqdan sonra ev boşaldılmalı olsa da, həmin mənzildə yaşayan Cavabdeh dəfərlərlə tələb etməsinə baxmayaraq mənzili boşaltmaqdan və evdən çıxmaqdan imtina edir. O, mənzilə köçmək istə də cavabdeh onu evə qoymur və oradan qovur. Ona görə məcbur olub məhkəməyə müraciət etmişdir. İddianın təmin edilməsini məhkəmədən xahiş etdi. Məhkəmə iclasında Cavabdeh iddianı qəbul etməyərək, izahatında göstərdi ki, o, Kəlbəcər rayonundan məcburi köçkün olmaqla ailəsi ilə birlikdə həmin ünvandan məkunlaşmışdır. Başqa yerdə yaşamağa yerləri yoxdur. Həmin mənzildən çıxarılacağı təqdirdə ailəsi ağır vəziyyətə düşəcəkdir. İddianın təmin olunmamasını məhkəmədən xahiş etdi. Mülki işə əlavə edilmiş və məhkəmə iclasında tədqiq edilmiş:- 06.11.2019-cu il tarixli, 01014 nömrəli xüsusi təyinatlı yaşayış sahəsinin kirayə müqaviləsinin surətindən görünür ki, Gəncə şəhəri, Kəpəz rayonu, 102 nömrəli Hərbi şəhərcik, bina 138, mənzil 40 Azərbaycan Respublikası Maraqlı şəxs tərəfindən İddiaçı xidmət müddətində sahibliyinə və istifadəsinə verilmişdir. AZE seriyalı ******** nömrəli şəxsiyyət vəsiqəsinin surətindən görünür ki, İddiaçı xx.xx.1966-cı ildə Ermənistan Respublikası, Vardenis rayonu, Azad kəndində anadan olmaqla, Göygöl rayonu, Çaykənd kəndində qeydiyyatdadır; Məhkəmə iclasında müəyən edildi ki, Gəncə şəhəri, Kəpəz rayonu, 102 nömrəli Hərbi şəhərcik bina 138, mənzil 40 İddiaçı sahibliyində və istifadəsindədir. İddiaçı iddia edir ki, cavabdehin onun istifadəsində olan mənzildə yaşamasının heç bir hüquqi əsası yoxdur. Cavabdeh onun istifadəsində olan mənzildə yaşamaqla onun həmin mənzildən istifadə etməsinə maneçilik törədir. Cavabdeh isə iddianı qəbul etməyərək məcburi köçkün olmaqla başqa yerdə yaşamağa yerləri olmadığını bildirmişdir. Məhkəmə iş üçün əhəmiyyətli olan halları araşdırıb,işdə olan sənədləri sübut növləri kimi qəbul edib, həmin sübutlara tətbiq edilməli hüquq normalarına müvafiq olaraq qiymət verib belə nəticəyə gəlir ki, iddia təmin edilməlidir. Azərbaycan Respublikası Mülki Məcəlləsinin (bundan sonra- MM) 158-ci maddəsinə əsasən mülkiyyət hüququ ilə yanaşı əmlakdan istifadə hüququ əmlak hüququ sayılır. MM-in 158.4-cü maddəsinə əsasən mülkiyyətçi olmayan şəxsin əmlak hüquqları istənilən şəxs, o cümlədən mülkiyyətçi tərəfindən pozulmaqdan müdafiə edilir. Azərbaycan Respublikası Mülki Prosessual Məcəlləsinin (bundan sonra-MPM) 14.2ci maddəsinə əsasən məhkəmə yalnız tərəflərin təqdim etdikləri sübutları araşdırmalı və onlardan istifadə etməlidir. MPM-in 77.1-ci maddəsinə əsasən hər bir tərəf öz tələb və etirazının əsası kimi istinad etdiyi halları sübut etməlidir. MPM-in 217.4-cü maddəsinə görə məhkəmə öz qətnaməsini yalnız məhkəmə iclasında tədqiq olunmuş sübutlarla əsaslandırır. Qeyd olunan qanunvericiliyin tələbindən göründüyü kimi mülkiyyətçi olmayan şəxsin əmlak hüquqları istənilən şəxs, o cümlədən də mülkiyyətçi tərəfindən pozulmaqdan müdafiə edilir. İşin mübahisə edilməyən hallarından müəyyən olur ki, iddiaçının iddia etdiyi mənzil əmlak kirayəsi müqaviləsi üzrə sahibliyində və istifadəsindədir. Belə olan halda məhkəmə hesab edir ki, iddiaçının qanunla qorunan istifadə hüququna edilən qəsdlərə və ya başqa maneələrə son qoyulmaqla Cavabdeh Gəncə şəhəri, Kəpəz rayonu, 102 saylı hərbi şəhərcik,138 nömrəli binanın, iddiaçının istifadəsində olan 40 nömrəli mənzildən çıxarılmalıdırlar. Məhkəmə həmçinin hesab edir ki, iddia qaldırılarkən ödənilmiş 10 manat dövlət rüsumu iddiaçı tərəfindən tələb olunmadığından idiaçıya aid edilməlidir. Göstərilənlərə əsasən və Azərbaycan Respublikası MPM-in 216-220, 227, 233, 358 və 360-cı maddələrini rəhbər tutaraq məhkəmə, q ə t e t d i: İddia təmin edilsin. Gəncə şəhəri, Kəpəz rayonu, 102 saylı hərbi şəhərcik,138 nömrəli binanın, İddiaçı istifadəsində olan 40 nömrəli mənzildən Cavabdeh çıxarılsın. Ödənilmiş 10 manat dövlət rüsumu iddiaçıya aid edilsin. Qətnamənin surəti rəsmi qaydada verildiyi gündən 1 (bir) ay müddətində Gəncə şəhəri Kəpəz Rayon Məhkəməsi vasitəsilə Gəncə Apelyasiya Məhkəməsinə apelyasiya şikayəti verilə bilər. Qətnamədən şikayət verilmədikdə, qəbul edildiyi gündən bir ay keçdikdən sonra qanuni qüvvəyə minir.
Məhkəmə qərarları › İş №2(043)-562/2020
Gəncə Şəhəri Kəpəz Rayon Məhkəməsi Qətnamə — İş №2(043)-562/2020
12.02.2020 · Mənzil mübahisələri - Mənzildən çıxarılma
Mənbə: Azərbaycan məhkəmə sistemi (courts.gov.az) — anonimləşdirilmiş rəsmi mətn. Dataset: Azerbaijan Court Data (CC-BY-4.0).
Mənbə: Azərbaycan məhkəmə sistemi (courts.gov.az) — anonimləşdirilmiş rəsmi mətn. Dataset: Azerbaijan Court Data (CC-BY-4.0).
Bu qərar sizin işinizə uyğun gəlirmi?
Sualınızı yazın — cavab qanun maddələri və məhkəmə təcrübəsi əsasında hazırlanır.
Sual ver