Azərbaycan Respublikası adından QƏTNAMƏ Gəncə şəhəri İş № 2(043)-610/2021 03.03.2021 GƏNCƏ ŞƏHƏRİ KƏPƏZ RAYON MƏHKƏMƏSİ Hakim Qocayev Tural Şəmsi oğlunun sədrliyi, Abdullayev İlkin Hafiz oğlunun katibliyi, Ərizəçi iştirakı ilə Ərizəçi hüquq müəyyənedici sənədin şəxsə məxsus olması faktının müəyyən edilməsinə dair ərizəsi üzrə mülki işə məhkəmənin inzibati binasında açıq məhkəmə iclasında baxaraq, məhkəmə MÜƏYYƏN ETDİ: Ərizəçi hüquq müəyyənedici sənədin şəxsə məxsus olması faktının müəyyən edilməsinə dair ərizə ilə məhkəməyə müraciət edərək, JN-091A KOD 50711018 nömrəli torpağın mülkiyyətə verilməsinə dair şəhadətnamədə paylı mülkiyyətdə dördüncü şəxs X8 adına olan və JN-00xx xxx 50711018 nömrəli torpağın mülkiyyət hüququna dair dövlət aktında paylı mülkiyyətdə yeddinci şəxs X6 adına olan torpaq paylarının ona yəni, Ərizəçi məxsus olması faktının müəyyən edilməsinə dair qətnamə çıxarılmasını xahiş etmişdir. Ərizəçi ərizəni onunla əsaslandırmışdır ki, Ərizəçi xx.xx.1994-cü il tarixdə Samux rayonunda anadan olmuş və anası X12 ilə birlikdə Samux rayonunun Seyidlər kəndində yaşamışdır. Anası həmin kənddə yaxın qohumları ilə birlikdə yaşamışdır. 1997-ci ildə Samux Rayon Aqrar İslahat Komissiyası tərəfindən torpaq bölgüsü aparılan zaman ona da torpaq payı verilmişdir. Samux Rayon Aqrar İslahat Komissiyasının 1997-ci il 15 dekabr tarixli 18 saylı qərarı ilə JN-091A KOD-50711018 nömrəli torpağın mülkiyyətə verilməsinə dair şəhadətnamə verilmişdir. Həmin şəhadətnamədə onun pay torpağı göstərilməklə soyadı, atasnın adı səhv yazılmışdır. Belə ki, həmin şəhadətnamədə texniki səhvə yol verilərək o dördüncü şəxs olaraq X5 qeyd olunmuşdur. Bundan əlavə Samux Rayon Aqrar İslahat Komissiyasının qərarı ilə JN-0094 A KOD-50711018 nömrəli torpağın mülkiyyət hüququna dair dövlət aktı verilmişdir. Həmin dövlət aktında onun çöl sahədən torpaq payı göstərilməklə soyadı səhv yazılmışdır. Belə ki, həmin dövlət aktında texniki səhvə yol verilərək o, yeddinci şəxs olaraq X4 qeyd olunmuşdur. Azərbaycan Respublikasının Mülki- Prosessual Məcəlləsinin 307-ci maddəsində hüquqi əhəmiyyətli olan faktların müəyyən edilməsi haqqında olan işlərə baxılması göstərilmişdir. Həmin məcəllənin 307.2.5. maddəsində “Şəxsin sənəddə göstərilən adı, atasının adı və ya soyadı onun şəxsiyyətini təsdiq edən sənəddə göstərilən adı, atasının adı və ya soyadı düz gəlmədiyi halda hüquq müəyyənedici sənədlərin həmin şəxsə məxsus olması faktının müəyyən edilməsi göstərilmişdir. Bu səbədən də JN-091A KOD 50711018 nömrəli torpağın mülkiyyətə verilməsinə dair şəhadətnamədə dördüncü şəxs X8 və JN-00xx xxx 50711018 nömrəli torpağa mülkiyyət hüququna dair dövlət aktında yeddinci şəxs X4 qeyd olunsa da torpaq paylarının Ərizəçi məxsus olması faktının məhkəmə yolu ilə müəyyən edilməsinə ehtiyac vardır. Məhkəmə iclasında iştirak edən Ərizəçi ərizədə göstərilənlərə uyğun izahat verib, bildirdi ki, doğum haqqında şəhadətnamədə adı, soyadı, ata adı Ərizəçi kimi qeyd edilmişdir. Torpağa mülkiyyət hüququna dair Dövlət aktında soyadı X4 və torpağın mülkiyyətə verilməsinə dair şəhadətnamədə isə soyadı və atasının adı X5 səhv qeyd edilmişdir. Belə ki, onun babasına aid olan evdə anası X16 ilə birlikdə qeydiyyatda olmuşdur. Həmin evdə isə dayısı X24 ailəsi ilə birlikdə yaşamışdır. Torpaq islahatı zamanı onların eyni evdə qeydiyyatda olmasına görə onun soyadını Rəhimova, ata adını isə Alim kimi yazmışlar. Başqa bir sənəddə isə ata adı düzgün göstərilsə də soyadı yenə də səhvən Rəhimova yazılmışdır. Hazırda həmin sənədlər əsasında mülkiyyət hüquqlarını qeydə aldırmaq istəsələr də sənəddəki ad-soyadla şəxsiyyət vəsiqəsindəki ad-soyad uyğun gəlmədiyindən bu hüququnu həyata keçirə bilmir. Maraqlı şəxs Azərbaycan Respublikası Əmlak Məsələləri Dövlət Komitəsinin yanında Daşınmaz Əmlakın Dövlət Reyestri Xidmətinin 3 saylı Ərazi İdarəsinə məhkəmə iclasının yeri və vaxtı barədə lazımi qaydada məlumat verilsə də, nümayəndəsi məhkəməyə gəlməmiş, gəlməməsinin səbəbləri barədə məhkəməyə məlumat verməmişdir. Məhkəmə Azərbaycan Respublikası Mülki Prosessual Məcəlləsinin 185.6-cı maddəsinə əsasən işə maraqlı şəxsin nümayəndəsinin iştirakı olmadan baxılmasını mümkün hesab etmişdir. Məhkəmənin xx.xx.2021-ci il tarixli iclasında iştirak edən maraqlı şəxs qismində cəlb edilmiş X17 izahat verərək bildirmişdir ki, Ərizəçi onun bibisi Rəhimova Sürayənin qızıdır. X25 onun atasıdır. Sənədlərdə Ərizəçi soyadı və ata adı səhv yazıldığı üçün ümumi mülkiyyətdə olan torpaq sahəsinin üzərində sərəncam vermək hüquqlarını həyata keçirə bilmirlər. Məhkəmə iclasında şahid qismində dindirilmiş X13 izahatında göstərdi ki, Ərizəçi onun baldızının qızıdır. O, 1990-cı ildən bu yana Samux rayonunda yaşayır. X20 isə onun həyat yoldaşıdır. Həmin vaxt qaynanası, baldızı, qaynı və həyat yoldaşı ilə birlikdə orda yaşamışlar. Onun Arzu adında övladı yoxdur. Sənədlərdə göstərilən X19 əslində onun baldızının qızı olan Ərizəçidır. Məhkəmə iclasında şahid qismində dindirilmiş Rəhimov Rövşən Əli oğlu izahatında göstərdi ki, Arzu onun bacısı qızıdır. Alim Rəhimov onun kiçik qardaşıdır və Flora Rəhimova da onun yoldaşıdır. Onların Arzu adında övladları yoxdur. X1 kimi göstərilən şəxs onun bacısı X2 Arzu Kərəm qızıdır. İş materiallarında olan Gəncə şəhəri Kəpəz rayonu İHB, Sadıllı qəsəbəsi İƏD üzrə nümayəndəsi tərəfindən verilmiş xx xxxxxx 2020-ci il tarixli, 815 nömrəli arayışdan görünür ki, Ərizəçi ünvan 1 ünvanında yaşayır. İş materiallarında olan Daşınmaz Əmlakın Dövlət Reyestri Xidmətinin 3 saylı Gəncə Ərazi İdarəsi xx.xx.2020-ci il tarixli № **********16 nömrəli məktubundan görünür ki, qeyd olunan düzəlişlərin aparılmasından imtina edilmiş və bununla bağlı qanuni qüvvəyə minmiş məhkəmə qərarı təqdim olunacağı təqdirdə qanunauyğun tədbirlərin görüləcəyi bildirilmişdir. İş materiallarında olan torpağın mülkiyyətə verilməsinə dair JN-091A KOD 50711018 nömrəli şəhadətnamədən görünür ki, Samux Rayon Aqrar İslahat Komissiyasının 1997-ci il 15 dekabr tarixli 18 saylı qərarı ilə 0.15 hektar torpaq sahəsi X25, X13, X18, X19, X9, X10 və X11 mülkiyyətinə verilmişdir. İş materiallarında olan x xxxxx 1998-ci il tarixli, JN-0094 saylı “Torpağa mülkiyyət hüququna dair” Dövlət Aktından məlum olur ki, Samux Rayon Aqrar İslahat Komissiyasının 1997-ci il 15 dekabr tarixli 18 saylı qərarı ilə 0.15 hektar torpaq sahəsi X25, X13, X18, X15, X9, X10 və X7 mülkiyyətinə verilmişdir İş materiallarına əlavə olunmuş Samux Rayon İcra Hakimiyyəti Başçısının Seyidlər kənd İnzibati ərazi dairəsi üzrə nümayəndəsi tərəfindən verilmiş xx.xx.2020-ci tarixli, 87 nömrəli arayışdan görünür ki, 1997-ci il 15 dekabr 18 saylı qərarı ilə həyətyanı torpaq JN- 091A saylı şəhadətnamədə X19 və həmin tarixli qərarla çöl pay torpağında JN-0094 nomrəli dövlət aktında X3 yazılmışdır. Hər iki sənəddə əslində Ərizəçi yazılmalıdır. Azərbaycan Respublikası Mülki Prosessual Məcəlləsinin: 307.1-ci maddəsinə əsasən məhkəmə fiziki və hüquqi şəxslərin şəxsi və ya əmlak hüquqlarının əmələ gəlməsi, dəyişməsi, xitam verilməsinin asılı olduğu faktları müəyyən edir; 307.2.5-ci maddəsinə əssən şəxsin sənəddə göstərilən adı, atasının adı və ya soyadı onun şəxsiyyətini təsdiq edən sənəddə göstərilən adı, atasının adı və ya soyadı ilə düz gəlmədiyi halda hüquq müəyyənedici sənədlərin (həmkarlar ittifaqı və digər ictimai birliklərin, siyasi partiyaların bileti, hərbi sənədlər, pasport və müvafiq icra hakimiyyəti orqanları tərəfindən verilən şəhadətnamələrdən başqa) həmin şəxsə məxsus olması faktının müəyyən olunması işlərə məhkəmə tərəfindən baxılır. 308-ci maddəsinə əsasən məhkəmə hüquqi əhəmiyyəti olan faktları o zaman müəyyən edə bilər ki, ərizəçi həmin faktları təsdiq edən lazımi sənədləri başqa qaydada ala bilməsin, yaxud itirilmiş sənədlərin bərpası mümkün olmasın; 311-ci maddəsinə görə məhkəmənin qətnaməsi faktı təsdiq edən sənədi, qeydə alınmalı faktlar üzrə isə qeydiyyatı həyata keçirən orqanların verdiyi sənədi əvəz etməməklə, belə qeydə alınma üçün əsasdır. Məhkəmə iclasında tədqiq olunmuş sübutlarla müəyyən olundu ki, ərizəçinin adı əslində “Ərizəçi” olsa da, Samux Rayon Aqrar İslahat Komissiyasından verilmiş JN-00xx xxx 50711018 saylı “Torpağa mülkiyyət hüququna dair” Dövlət Aktında ərizəçinin soyadı “Rəhimova” kimi və torpağın mülkiyyətə verilməsinə dair JN-091A KOD 50711018 nömrəli şəhadətnamədə soyadı “Rəhimova”, ata adı isə “Alim” kimi göstərilmişdir. Həmin sənədlərin ərizəçiyə məxsus olması faktının müəyyən edilməsinin qanunvericilikdə başqa qaydası nəzərdə tutulmamışdır, sənədi vermiş aqrar-islahat komissiyaları artıq fəaliyyətini dayandırdığından ərizəçi qeyd olunan faktı təsdiq edən lazımi sənədi başqa qaydada ala bilməz, həmin sənəd, ərizəçiyə torpaq sahəsi üzərində mülkiyyət hüququnun daşınmaz əmlakın dövlət reyestrində qeydə alınması ilə əlaqədar tələb olunur. Beləliklə, məhkəmənin gəldiyi qənaətə görə, ərizə təmin edilməli, X25, X13, X18, X19, X9, X10 və X7 adına verilmiş JN:0094 saylı x xxxxx 1998-ci il tarixli Torpağa mülkiyyət hüququna dair Dövlət Aktının və torpağın mülkiyyətə verilməsinə dair JN-091A KOD 50711018 nömrəli şəhadətnamənin Ərizəçi məxsus olması faktı müəyyən edilməlidir. Azərbaycan Respublikası Mülki Prosessual Məcəlləsinin: 14.2-ci maddəsinə əsasən, məhkəmə yalnız tərəflərin təqdim etdikləri sübutları araşdırmalı və onlardan istifadə etməlidir. 77.1-ci maddəsinə görə, hər bir tərəf öz tələblərinin və etirazlarının əsası kimi istinad etdiyi halları sübut etməlidir. 217.3 və 217.4-cü maddələrinə əsasən, qətnamə iş üzrə müəyyən edilmiş həqiqi hallara və tərəflərin münasibətlərinə uyğun əsaslandırılmalıdır. Məhkəmə (hakim) öz qətnaməsini yalnız məhkəmə iclasında tədqiq olunmuş sübutlarla əsaslandırmalıdır. Şərh olunanlara əsasən və Azərbaycan Respublikası MPM-in 216-220, 227, 233.1, 305-311, 357, 360 və 362-ci maddələrini rəhbər tutaraq, məhkəmə Q Ə T E T D İ: Ərizə təmin edilsin. Samux Rayon Aqrar İslahat Komissiyasının xx xxxxxx 1997-ci il tarixli qərarına əsasən X25, X13, X18, X19, X9, X10 və X7 adına verilmiş JN-0094 saylı, x xxxxx 1998-ci il tarixli “Torpağa mülkiyyət hüququna dair” Dövlət Aktının və “Torpağın mülkiyyətə verilməsinə dair” JN-091A KOD 50711018 nömrəli, xx xxxxx 2001-ci il tarixli şəhadətnamənin Ərizəçi məxsus olması faktı müəyyən edilsin. Qətnamədən rəsmi qaydada verildiyi vaxtdan 1 (bir) ay müddətində Gəncə şəhəri Kəpəz Rayon Məhkəməsi vasitəsilə Gəncə Apellyasiya Məhkəməsinə apelyasiya şikayəti verilə bilər. Qətnamədən şikayət verilmədikdə, qəbul edildiyi gündən 1 (bir) ay keçdikdən sonra qanuni qüvvəyə minir. Sədrlik edən Tural Qocayev
Məhkəmə qərarları › İş №2(043)-610/2021
Gəncə Şəhəri Kəpəz Rayon Məhkəməsi Qətnamə — İş №2(043)-610/2021
03.03.2021 · Hüquqi əhəmiyyəti olan faktların müəyyən edilməsi haqqında - Digər hüquqi hallar
Mənbə: Azərbaycan məhkəmə sistemi (courts.gov.az) — anonimləşdirilmiş rəsmi mətn. Dataset: Azerbaijan Court Data (CC-BY-4.0).
Mənbə: Azərbaycan məhkəmə sistemi (courts.gov.az) — anonimləşdirilmiş rəsmi mətn. Dataset: Azerbaijan Court Data (CC-BY-4.0).
Bu qərar sizin işinizə uyğun gəlirmi?
Sualınızı yazın — cavab qanun maddələri və məhkəmə təcrübəsi əsasında hazırlanır.
Sual ver