Azərbaycan Respublikası adından QƏTNAMƏ Gəncə şəhəri İş № 2(043)-654/2021 01.03.2021 GƏNCƏ ŞƏHƏRİ KƏPƏZ RAYON MƏHKƏMƏSİ Hakim Tağıyev Cavid Tahir oğlunun sədrliyi, Süleymanlı Süleyman Rəşid oğlunun katibliyi, İddiaçı, Cavabdeh etibarnamə üzrə nümayəndəsi X1 iştirakları ilə, İddiaçı Cavabdehnə qarşı işə bərpa tələbinə dair iddia ərizəsi üzrə mülki işə məhkəmənin binasında, açıq məhkəmə iclasında baxaraq məhkəmə, müəyyən etdi: İddiaçı Cavabdehnə qarşı iddia ərizəsi ilə məhkəməyə müraciət edərək Cavabdeh rektorunun xx xxxxxxxx 2020-ci il tarixli 199 nömrəli əmrinin ləğv edilməsinə və onun Cavabdeh Qida mühəndisliyi fakültəsinin dekan müavini vəzifəsinə müddətsiz əmək müqaviləsi ilə bərpa edilməsinə və məcburi işəburaxmaya görə əmək haqqının tam ödənilməsinə dair qətnamə qəbul edilməsini xahiş etmişdir. Məhkəmə iclasında İddiaçı iddianı müdafiə edib izahatında göstərdi ki, xx xxxxxx 1999-cu ildə Cavabdeh magistr dərəcəsi ilə bitirdikdən sonra həmin universitetin “İaşə və ət-süd məhsullarının texnologiyası” kafedrasında laboratoriya müdiri vəzifəsinə işə qəbul edilmiş və 10 (on) il həmin vəzifədə işləmiş, xx xxxxxxxx 2009-cu il tarixdən həmin universitetdə “İaşə məhsullarının texnologiyası və turizm” kafedrasına assistent vəzifəsinə qəbul edilmiş, sonradan universitetdə baş müəllim vəzifəsinə seçilmiş və müəllimlik fəaliyyəti hal-hazırda da davam edir (əmək fəaliyyətinin bu hissəsi ilə bağlı əmək mübahisəsi yoxdur). Eyni zamanda, rektorun xx xxxxxxxx 2014-cü il tarixli 185 nömrəli əmri ilə “Qida məhsullarının texnologiyası və turizm” fakültəsinə dekan müavini vəzifəsinə təyin edilmiş, xx xxxxxxxx 2020-ci il tarixədək fasiləsiz olaraq həmin vəzifədə işləmiş, rektorun xx xxxxxxxx 2020-ci il tarixli 199 nömrəli əmri ilə “əmək müqaviləsinin müddəti başa çatdığına görə”, Azərbaycan Respublikasının Əmək Məcəlləsinin 68-ci maddəsinin 2-ci hissəsinin “b” bəndinə əsasən əmək müqaviləsinə (dekan müavini kimi) xitam verilmişdir. Dekan müavini vəzifəsindən azad edilməyini və işəgötürənin bunun üçün əsas hesab etdiyi halları mübahisələndirir. Belə ki, işdən azad edilməyi barədə xx xxxxxxxx 2020-ci il tarixli 199 nömrəli əmrdən gec xəbər tutmuş, bu barədə sənədləri rəsmi qaydada hələ də ala bilməmişdir. Ölkədə yayılan koronavirus pandemiyasının qarşısının alınması məqsədilə pandemiya dövründə iş yerlərinin ixtisar edilməsinə və işçilərin işdən azad edilməsinə və ya işçilərin sayının azaldılmasına yol verilməməlidir. Lakin pandemiya dövründə Cavabdeh rektorunun xx xxxxxxxx 2020-ci il tarixli 199 nömrəli əmri ilə o əsassız olaraq işdən azad edilmişdir. İşəgötürənin onunla bağladığı əmək müqaviləsinin müddətli olması barədə əvvəllər lazımi qaydada məlumatlandırılmamışdır. Hesab edir ki, onun tutduğu vəzifəsindən azad olunması barətə verilən əmr əsassız olduğundan ləğv edilməli və o, əvvəlki vəzifəsinə bərpa olunmaqla məcburi işəburaxmaya görə əmək haqqı tam ödənilməlidir. İddianın təmin olunmasını məhkəmədən xahiş etdi. Məhkəmə iclasında Cavabdeh nümayəndəsi X2 iddianı qəbul etməyərək izahatında göstərdi ki, iddiaçı ilə xx.xx.2014-cü il tarixdə əmək müqaviləsi bağlanmış və iddiaçı universitetin «Qida məhsullarının texnologiyası və turizm” fakültəsinə tədris işləri üzrə dekan müavini vəzifəsinə təyin edilmişdir. xx.xx.2015-ci ildə Əmək Məcəlləsinin 73-cü maddəsinin 1 bəndinə gəsasən əmək müqaviləsinin müddəti qurtardığına görə xx.xx.2015-ci il tarixdən əmək müqaviləsinə xitam verilmişdir. 06 avquıt 2015-ci il tarixli 203 nömrəli əmrlə dekan seçkiləri keçirilənədək «Qida məhsullarının texnologiyası və turizm” fakültəsinin dekanı vəzifəsinin icrası iddiaçıya həvalə edilmişdir. xx xxxxxx 2015-ci il tarixli 311 nömrəli əmrlə İddiaçı xx.xx.2015-ci il tarixdən bir il müddətinə «Qida məhsullarının texnologiyası və turizm” fakültəsinə tədris işləri üzrə dekan müavini vəzifəsinə təyin edilmişdir.xx xxxxxx 2016-cı il tarixli 225 nömrəli əmrlə İddiaçıla bağlanmış əmək müqaviləsinin müddəti bitdiyi üçün xx.xx.2016-cı il tarixdən əmək müqaviləsinə xitam verilmişdir. xx xxxxxxxx 2017-ci il tarixdə İddiaçıla yenidən müddətli əmək müqaviləsi bağlanaraq xx xxxxxxxx 2017-ci il tarixli 208 nömrəli əmrlə sonuncu «Qida mühəndisliyi” fakültəsinə tədris işləri üzrə dekan müavini vəzifəsinə təyin olunmuş,xx xxxxxxxx 2018 və xx xxxxxxxx 2019 tarixli əmrlərlə İddiaçıla bağlanmış müddətli müqavilənin müddəti xx xxxxxxxx 2020-ci il tarixədək uzadılmışdır. xx xxxxxxxx 2020-ci il tarixdə əmək müqaviləsinin müddəti bitdiyinə görə Əmək Məcəlləsinin 68-ci maddəsinin 2 «b» bəndinə əsasən əmək müqaviləsinə xitam verilmişdir. İddiaçının «Qida mühəndisliyi” fakültəsinin tədris işləri üzrə dekan müavini vəzifəsində fasilələrlə işləməsini göstərərək iddia tələbinin əsassız olduğundan təmin olunmamasını məhkəmədən xahiş etdi. Mülki işə əlavə edilmiş və məhkəmə iclasında tədqiq edilmiş:- İT-İ ******* nömrəli əmək kitabçasının notarial qaydada təsdiqlənmiş surətindən görünür ki, İddiaçı xx.xx.2014-cü il tarixdə Cavabdeh “Qida məhsullarının texnologiyası və turizm” fakültəsinə dekan müavini təyin olunmuşdur. xx.xx.2014-cü il tarixli, 185 nömrəli əmrdən çıxarışdan görünür ki, İddiaçı həmin tarixdən 2014/2015-ci tədris ilinin sonunadək “Qida məhsullarının texnologiyası və turizm” fakültəsinə tədris işləri üzrə dekan müavini vəzifəsinə təyin olunmuşdur. xx.xx.2015-ci il tarixli, 180 nömrəli əmrdən çıxarışdan görünür ki, İddiaçı ilə bağlanmış əmək müqaviləsinə Əmək Məcəlləsinin 73-cü maddəsinin 1 bəndinə əsasən əmək müqaviləsinin müddətinin qurtardığına görə əmək müqaviləsinə xitam verilmişdir. xx.xx.2015-ci il tarixli, 203 nömrəli əmrdən çıxarışdan görünür ki, yeni dekan seçkiləri keçirilənədək “Qida məhsullarının texnologiyası və turizm” fakültəsinin dekan vəzifəsinin icrası İddiaçı həvalə edilmişdir. xx.xx.2015-ci il tarixli, 311 nömrəli əmrdən çıxarışdan görünür ki, İddiaçı “İaşə məhsullarının texnologiyası və turizm” kafedrasında əvəzçiliklə 0,5 ştat vahidi ilə assistent vəzifəsində saxlanılmaqla, xx.xx.2015-ci il tarixdən 1 il müddətinə “Qida məhsullarının texnologiyası və turizm” fakültəsinə (tədris işləri üzrə) dekan müavini vəzifəsinə təyin edilmişdir. xx.xx.2016-cı il tarixli, 225 nömrəli əmrdən çıxarışdan görünür ki, “Qida və tekstil mühəndisliyi” fakültəsinin tədris işləri üzrə dekan müavini İddiaçı ilə bağlanmış əmək müqaviləsinin müddəti bitdiyinə görə xx.xx.2016-cı il tarixdən Azərbaycan Respublikası Əmək Məcəlləsinin 68-ci maddəsinin 2-ci hissəsinin b bəndinə əsasən əmək müqaviləsinə xitam verilmişdir. xx.xx.2017-ci il tarixli, 208 nömrəli əmrdən çıxarışdan görünür ki, İddiaçı xx.xx.2017ci il tarixindən əmək müqaviləsi bağlanılmaqla 1 il müddətinə “Qida mühəndisliyi” fakültəsinə tədris işləri üzrə dekan müavini vəzifəsinə təyin edilmişdir. xx.xx.2018 -ci il tarixli, 295 nömrəli əmrdən çıxarışdan görünür ki, “Qida mühəndisliyi” fakültəsinin tədris işləri üzrə dekan müavini İddiaçı ilə bağlanmış əmək müqaviləsinin müddəti xx.xx.2018-ci il tarixdən xx.xx.2019-cu il tarixinədək 1 il müddətinə uzadılmışdır. xx.xx.2019-cu il tarixli, 306 nömrəli əmrdən çıxarışdan görünür ki, “Qida mühəndisliyi” fakültəsinin tədris işləri üzrə dekan müavini İddiaçı ilə bağlanmış əmək müqaviləsinin müddəti xx.xx.2019-cu il tarixdən xx.xx.2020-ci il tarixinədək uzadılmışdır. xx.xx.2020-ci il tarixli, 199 nömrəli əmrdən çıxarışdan görünür ki, “Qida mühəndisliyi” fakültəsinin tədris işləri üzrə dekan müavini İddiaçı ilə bağlanmış əmək müqaviləsinin müddəti bitdiyinə görə xx.xx.2020-ci il tarixindən Azərbaycan Respublikası Əmək Məcəlləsinin 68-ci maddəsinin 2 «b» bəndinə əsasən əmək müqaviləsinə xitam verilmişdir. İddiaçı ilə Cavabdeh rektoru X3 arasında bağlanmış xx.xx.2017-ci il tarixli əmək müqaviləsindən görünür ki, İddiaçı “Qida mühəndisliyi” fakültəsinə tədris işləri üzrə dekan müavini kimi xx.xx.2018-ci il tarixə qədər işə götürülmüşdür. İddiaçı xx.xx.2020-ci il tarixli ərizəsinin surətindən görünür ki, “Qida mühəndisliyi” fakültəsinə tədris işləri üzrə dekan müavini vəzifəsindən azad edilməsini xahiş etmişdir. Məhkəmə tərəflərin izahatlarını dinləyib, iş üçün əhəmiyyətli olan halları araşdıraraq tətbiq edilməli hüquq normalarına müvafiq olaraq qiymət verib belə nəticəyə gəlir ki, iddia əsassız olduğundan təmin edilməməlidir. İşin müəyyən olunmuş hallarından görünür ki, tərəflər arasında müddətli əmək müqaviləsi bağlanmış və əmək müqaviləsinin müddəti başa çatdığı üçün işəgötürən tərəfindən əmək müqaviləsinə xitam verilmişdir. Bununla yanaşı iddiaçı özü də ərizə verərək tutduğu vəzifədən azad edilməsini xahiş etmişdir. İddiaçı iddia etmişdir ki, o, fasiləsiz olaraq həmin vəzifədə beş ildən artıq çalışmaqla artıq aralarında olan müqavilə müddətsiz olduğu halda əmr verilərkən qanunun normaları düzgün tətbiq olunmadan əmək müqaviləsini müddətli əmək müqaviləsinə münasibətdə Əmək Məcəlləsinin 68-ci maddəsinin 2-ci hissəsinin b bəndinə əsasən xitam vermişdir. Cavabdeh tərəf isə iddiaçı ilə aralarında bağlanmış əmək müqavilələrinin müəyyən aralıq müddətlərində bağlanmasını və iddiaçının fasiləsiz olaraq həmin vəzifədə işləməməsini əmək müqaviləsinə müddətli əmək müqaviləsinin başa satması ilə bağı xitam verilərkən qanunun normalarının düzgün tətbiq edildiyini göstərərək iddia tələbini mübahisələndirmişdir. Azərbaycan Respublikası Konstitusiyasının 35-ci maddəsinin İV bəndinə əsasən əmək müqavilələri sərbəst bağlanılır. Heç kəs əmək müqaviləsi bağlamağa məcbur edilə bilməz. Azərbaycan Respublikasının Əmək Məcəlləsinin (bundan sonra-Əmək Məcəlləsi) 42-ci maddəsinin 1-ci bəndinə əsasən əmək müqavilələri sərbəst bağlanır. Əmək münasibətləri yaratmayan və ya yaratmaq istəməyən heç kəs əmək müqaviləsi bağlamağa məcbur edilə bilməz. Əmək Məcəlləsinin 45-ci maddəsinin 1-ci bəndinə əsasən əmək müqaviləsi müddətsiz və ya müddətli bağlanılır. Müddətli əmək müqaviləsi tərəflərin razılaşdığı müddətə bağlanılır. Əmək Məcəlləsinin 45-ci maddəsinin 5-ci bəndinə əsasən müddətli əmək müqaviləsi fasiləsiz olaraq 5 ildən artıq müddətə davam edərsə, müddətsiz əmək müqaviləsi hesab edilir. Əmək Məcəlləsinin 47-ci maddəsinin «f» bəndinə görə tərəflərin hüquq bərabərliyi prinsipinə əməl edilməklə onların qarşılıqlı razılığı ilə əmək müqaviləsi müəyyən müddətə bağlana bilər. Əmək Məcəlləsinin 73-cü maddəsinin 1-ci hissəsinə əsasən müddətli əmək müqaviləsinin müddəti qurtardıqda xitam verilir. Bu Məcəllənin 45-ci maddəsinin beşinci hissəsi nəzərə alınmaqla, müddətli əmək müqaviləsində göstərilən müddət qurtardıqda əmək münasibətləri davam etdirilərsə və müddət bitdikdən sonrakı bir həftə ərzində tərəflərdən heç biri müqaviləyə xitam verilməsini tələb etmirsə, həmin əmək müqaviləsi əvvəl müəyyən olunmuş müddətə uzadılmış hesab olunur.. Əmək Məcəlləsinin 68-ci maddəsinin 2-ci «b» bəndinə əsasən əmək müqaviləsinin müddətinin qurtarması əmək müqaviləsinə xitam verilməsinin əsaslarından biridir. Məhkəmə iş üzrə toplanmış sübutlara qiymət verərək belə nəticəyə gəlir ki, iddiaçı ilə əmək müqaviləsinə xitam verilən zaman hüquq normalarının pozulmasına yol verilməmişdir. Ona görə də iddiaçının işə bərpa edilməsi barədə iddiası təmin olunmamalıdır. İddiaçı öz tələbini onunla bağlanmış əmək müqaviləsinin fasiləsiz olduğunu əsaslandırsa da, təqdim olunmuş sübutlardan müəyyən olunmuşdur ki, iddiaçı ilə işəgötürən arasında müddətli əmək müqavimləsinə xx.xx.2016-cı ildə xitam verildikdən sonra yenidən xx.xx.2017-ci il tarixdə əmək müqaviləsi baglanmışdır. Bundan əlavə iddiaçı iddia tələbini onunla bağlanmış əmək müqaviləsinin müddətli olması barədə işəgötürən tərəfindən məlumatlandırılmaması ilə əsaslandırmışdır. Halbuki müddətli əmək müqaviləsi bağlanarkən iddiaçı müqavilə ilə tanış olmüş və müqaviləni öz sərbəst iradəsinə uyğun olaraq imzalamışdır. Göründüyü kimi tərəflər arasında bağlanmış müddətli əmək müqaviləsi fasiləsiz olmamaqla müddəti qurtardığı üçün işəgötürən tərəfindən müqaviləyə xitam verilmişdir. İddiaçının müqaviləyə xitam verilərkən qanunun normasının düzgün tətbiq olunmaması ilə bağlı göstərdiyi dəlillər müqavilənin ləğvi üçün əsas ola bilməz. Azərbaycan Respublikasının Mülki-Prosessual Məcəlləsinin (bundan sonra-MPM) 14.2-ci maddəsinə əsasən məhkəmə yalnız tərəflərin təqdim etdikləri sübutları araşdırmalı və onlardan istifadə etməlidir. MPM-in 77.1-ci maddəsinə əsasən hər bir tərəf öz tələb və etirazının əsası kimi istinad etdiyi halları sübut etməlidir. MPM-in 217.3-cü maddəsinə əsasən qətnamə iş üzrə müəyyən edilmiş həqiqi hallara və tərəflərin qarşılıqlı münasibətinə uyğun əsaslandırılmalıdır. MPM-in 217.4-cü maddəsində isə göstərilir ki, məhkəmə öz qətnaməsini yalnız məhkəmə iclasında tədqiq olunmuş sübutlarla əsaslandırır. Belə olan halda məhkəmə belə nəticəyə gəlir ki, İddiaçı Cavabdehnə qarşı işə bərpa tələbinə daiz iddiası əsassız olduğundan təmin olunmamalıdır. Şərh olunanlara əsaslanaraq və Azərbaycan Respublikası MPM-nin 216-220, 227, 233, 358 və 360-cı maddələrini rəhbər tutub məhkəmə, qət etdi: İddiaçı Cavabdehnə qarşı işə bərpa tələbinə dair iddiası əsassız olduğundan təmin olunmasın. Qətnamədən onun tərəflərə rəsmi qaydada təqdim edildiyi gündən 1 (bir) ay müddətində Gəncə şəhəri Kəpəz Rayon Məhkəməsi vasitəsi ilə Gəncə Apelyasiya Məhkəməsinə apelyasiya şikayəti verilə bilər. Qətnamədən şikayət verilmədikdə, qəbul edildiyi gündən 1 (bir) ay keçdikdən sonra qanuni qüvvəyə minir. Hakim Cavid Tağıyev
Məhkəmə qərarları › İş №2(043)-654/2021
Gəncə Şəhəri Kəpəz Rayon Məhkəməsi Qətnamə — İş №2(043)-654/2021
01.03.2021 · Əmək mübahisələri - İşə bərpa
Mənbə: Azərbaycan məhkəmə sistemi (courts.gov.az) — anonimləşdirilmiş rəsmi mətn. Dataset: Azerbaijan Court Data (CC-BY-4.0).
Mənbə: Azərbaycan məhkəmə sistemi (courts.gov.az) — anonimləşdirilmiş rəsmi mətn. Dataset: Azerbaijan Court Data (CC-BY-4.0).
Bu qərar sizin işinizə uyğun gəlirmi?
Sualınızı yazın — cavab qanun maddələri və məhkəmə təcrübəsi əsasında hazırlanır.
Sual ver