Məhkəmə qərarları › İş №2(043)-655/2021

Gəncə Şəhəri Kəpəz Rayon Məhkəməsi Qərardad — İş №2(043)-655/2021

22.01.2021 · Müqavilələrdən əmələ gələn öhdəliklər üzrə mübahisələr - Sair öhdəliklər üzrə mübahisələr
Mənbə: Azərbaycan məhkəmə sistemi (courts.gov.az) — anonimləşdirilmiş rəsmi mətn. Dataset: Azerbaijan Court Data (CC-BY-4.0).

Azərbaycan Respublikası adından QƏRARDAD Gəncə şəhəri İş № 2(043)-655/2021 22.01.2021 GƏNCƏ ŞƏHƏRİ KƏPƏZ RAYON MƏHKƏMƏSİ Hakim Hüseynov Zaur Nazim oğlu, iddiaçılar İddiaçı1 və X1 cavabdehlər Azərbaycan Respublikası Xammal və Əmtəə Birjası “xxxx” MMC, “xxxx” ASC və Azərbaycan Respublikası Əmlak Məsələləri Dövlət Komitəsi yanında Daşınmaz Əmlakın Dövlət Reyestri Xidmətinin 3 saylı Ərazi İdarəsi qarşı “hərracın nəticələrinə dair protokolun, alqı-satqı müqaviləsinin etibarsız hesab edilməsi və ipoteka müqaviləsinə xitam verilməsi” tələbinə dair iddia ərizəsinin məhkəmənin icraatına qəbul edilməsinin mümkünlüyünə baxaraq, müəyyən etdi: İddiaçılar İddiaçı1 və X2 cavabdehlər Azərbaycan Respublikası Xammal və Əmtəə Birjası “xxxx” MMC, “xxxx” ASC, Azərbaycan Respublikası Əmlak Məsələləri Dövlət Komitəsi yanında Daşınmaz Əmlakın Dövlət Reyestri Xidmətinin 3 saylı Ərazi İdarəsinə qarşı iddia ərizəsi ilə Gəncə şəhəri Kəpəz rayon Məhkəməsinə müraciət edərək, “xxxx” ASC ilə Azərbaycan Respublikası Xammal və Əmtəə Birjası “xxxx” MMC arasında bağlanılmış xx.xx.2020-ci il tarixli 35/01 nömrəli protokolun və həmin tarixli alqı-satqı müqaviləsinin, həmin hərracın yekunlarının, etibarsız hesab edilməsinə və ona məxsus ünvan 1 nömrəli ünvanında yerləşən fərdi yaşayış evinə dair bağlanmış xx xxxxxx 2013cü il tarixli, 253 nömrəli ipoteka müqaviləsinə xitam verilməsinə dair qətnamə qəbul edilməsini xahiş etmişdir. Məhkəmə hesab edir ki, iddia ərizəsinin qanunla müəyyən olunmuş məzmununa riayət edilmədiyindən, iddia ərizəsi və ona əlavə edilmiş sənədlər geri qaytarılmalıdır. Belə ki, Azərbaycan Respublikası Mülki Prosessual Məcəlləsinin 149.2.3-cü maddəsinin tələbinə görə iddia bir neçə cavabdehə qarşı irəli sürüldükdə, onların hər birinə qarşı yönələn tələb iddia ərizəsində göstərilməlidir. Lakin, iddiaçılar iddia ərizəsində Daşınmaz Əmlakın Dövlət Reyestri Xidmətinin 3 saylı Ərazi İdarəsini cavabdeh kimi göstərsələr də, həmin cavabdehə qarşı hər hansı tələb yönəltməmiş, iddiasında həmin cavabdehdən nəyi tələb etməsini qeyd etməmişdir. Bununla da onlar MPM-in 149.2.3-cü maddəsinin tələblərini pozmuşdur. Digər tərəfdən, məhkəmə qeyd edir ki, iddia ərizəsində göstərilən digər cavabdehlərin hüquqi ünvanları Bakı şəhəri ərazisində yerləşdiyindən, hazırki iddia ərizəsinə ərazi aidiyyəti qaydalarına uyğun olaraq cavabdehlərin hüquqi ünvanlarının yerləşdiyi məhkəmələrdən birində baxılmalıdır. İddia ərizəsinin mümkünlüyündən bəhs edən Azərbaycan Respublikası Mülki Prosessual Məcəlləsinin 151.1-ci maddəsinə əsasən, iddia ərizəsi bu Məcəllənin tələblərinə riayət edilməklə verildikdə onun məhkəmə icraatı mümkündür. Həmin Məcəllənin 152.1.1-ci maddəsinə əsasən iddia ərizəsinin bu Məcəllənin 149cu maddəsi ilə müəyyən olunmuş formasına və məzmununa riayət edilmədikdə hakim iddia ərizəsini və ona əlavə edilmiş sənədləri geri qaytarır. İddia ərizəsinin qaytarılması nöqsanlar aradan qaldırıldıqdan sonra ümumi qaydada ikinci dəfə məhkəməyə müraciət etməyə mane olmur (MPM 152.4-cü maddə). Göstərilənlərə əsaslanaraq və Mülki-Prosessual Məcəllənin 149, 152, 263 və 264cü maddələrini rəhbər tutaraq, məhkəmə qərara a l d ı: İddiaçılar İddiaçı1 və X1 cavabdehlər Azərbaycan Respublikası Xammal və Əmtəə Birjası “xxxx” MMC, “xxxx” ASC və Azərbaycan Respublikası Əmlak Məsələləri Dövlət Komitəsi yanında Daşınmaz Əmlakın Dövlət Reyestri Xidmətinin 3 saylı Ərazi İdarəsi qarşı “hərracın yekunlarına dair protokolun, alqı-satqı müqaviləsinin etibarsız hesab edilməsi və ipoteka müqaviləsinə xitam verilməsi” tələbinə dair iddia ərizəsi ona əlavə edilmiş sənədlərlə birlikdə geri qaytarılsın. Qərardaddan rəsmi qaydada verildikdən sonra 10 (on) gün müddətində Gəncə şəhəri Kəpəz Rayon Məhkəməsinə şikayət verilə bilər. Hakim Zaur Hüseynov

Bu qərar sizin işinizə uyğun gəlirmi?

Sualınızı yazın — cavab qanun maddələri və məhkəmə təcrübəsi əsasında hazırlanır.

Sual ver

Eyni kateqoriyada digər qərarlar