Məhkəmə qərarları › İş №2(043)-657/2021

Gəncə Şəhəri Kəpəz Rayon Məhkəməsi Qətnamə — İş №2(043)-657/2021

18.02.2021 · Mənzil mübahisələri - Mənzilə istifadə hüququna xitam verilməsi
Mənbə: Azərbaycan məhkəmə sistemi (courts.gov.az) — anonimləşdirilmiş rəsmi mətn. Dataset: Azerbaijan Court Data (CC-BY-4.0).

Azərbaycan Respublikası adından QƏTNAMƏ Gəncə şəhəri İş № 2(043)-657/2021 18.02.2021 GƏNCƏ ŞƏHƏRİ KƏPƏZ RAYON MƏHKƏMƏSİ Hakim Hüseynov Zaur Nazim oğlunun sədrliyi, Aslanov Eltun Elman oğlunun katibliyi, İddiaçı iştirakı ilə, İddiaçı cavabdehlər Cavabdeh1, Cavabdeh2 və Cavabdeh3 qarşı “mənzildən istifadə hüququna xitam verilməsi” tələbinə dair iddia ərizəsi üzrə mülki işə açıq məhkəmə iclasında baxaraq, müəyyən etdi: İddiaçı iddia ərizəsi ilə məhkəməyə müraciət edərək cavabdehlər Cavabdeh1, Cavabdeh2 və Cavabdeh3 ünvan 1 ünvanından istifadə hüquqlarının itirilməsi barədə qətnamə çıxarılmasını xahiş etmişdir. İddiaçı tələbini onunla əsaslandırmışdır ki, xx xxxx 2016-cı il tarixli, AN-İ № ******* saylı Daşınmaz Əmlakın Alqı-Satqı Müqaviləsinə əsasən ünvan 2 66 ünvanda yerləşən mənzili Cavabdeh2 satın almışdır. Alqı-satqı Müqaviləsinin 13-cü bəndinə əsasən satıcı xx xxxxx 2016-cı il tarixədək qeydiyyatdan çıxmağı öhdəsinə götürmüşdür. Lakin, cavabdehlər bu günədək mənzildən qeydiyyatdan çıxmayaraq müqaviləyə əsasən götürdükləri öhdəlikləri yerinə yetirməkdən imtina etmişlər. ünvan 3 ünvana dair mülkiyyət hüquqlarının Daşınmaz Əmlakın Dövlət Reyestri Xidməti tərəfindən Seriya RX № ******* saylı Çıxarışla dövlət qeydiyyatına xx xxxx 2016-cı il tarixdə alınmışdır. Cavabdehlərin onun mənzilində istifadə hüquqlarının qalması onun iradəsinə ziddir və əmlakı üzərində sərəncam vermək hüququnu pozmaqdadır. Məhkəmə iclasında İddiaçı iddianın dəqiqləşməsi barədə ərizə təqdim edərək və iddia ərizəsinin məzmununa uyğun izahat verərək, cavabdehlərin ona məxsus mənzildən istifadə hüquqlarına xitam verilməsi barədə qətnamə qəbul edilməsini xahiş etdi. Cavabdehlər Cavabdeh1, Cavabdeh2 və Cavabdeh3 məhkəmə baxışı iclasında iştirak etməmişdir. Cavabdehlərin faktiki olduqları yer məlum olmadığından, məhkəmə Azərbaycan Respublikası Mülki-Prosessual Məcəlləsinin 147-ci maddəsinə əsasən işə onların iştirakı olmadan baxmışdır. Məhkəmə, iddiaçının izahatını dinləyərək və təqdim olunmuş sübutları araşdıraraq hesab edir ki, aşağıdakılara əsasən iddia təmin olunmalıdır. Belə ki, iş materiallarında olan xx xxxx 2016-cı il tarixli AN-İ ******* nömrəli daşınmaz əmlakın alqı-satqı müqaviləsinin surətindən görünür ki, satıcı Cavabdeh2 Gəncə şəhəri, Kəpəz rayonu, 3-cü mikrorayon, ev 7, 66 nömrəli mənzili alıcı İddiaçı satmışdır. Müqavilənin 8-ci bəndinə əsasən satıcı alıcıya üçüncü şəxslərin hüquqlarından azad ev verməyi, müqavilənin 13-cü bəndində isə satıcı satdığı evdən xx.xx.2016-cı il tarixədək qeydiyyatdan çıxmağı öhdəsinə götürmüşdür. İş materiallarında olan Cavabdeh3 və Cavabdeh1 notariat kontoruna ünvanlanmış xx.xx.2016-cı il tarixli ərizələrindən görünür ki, onlar Cavabdeh2 məxsus ünvan 4 ünvanında yerləşən mənzilə sərəncam verilməsinə etiraz etməmiş və mənzil özgəninkiləşdirildiyi halda 1 ay ərzində qeydiyyatdan çıxacaqlarını öhdələrinə götürmüşlər. İş materiallarında olan Əmlak məsələləri Dövlət Komitəsi yanında DƏDRX tərəfindən verilmiş “Hüquqların Dövlət qeydiyyatı haqqında daşınmaz əmlakın Dövlət reyestrindən Çıxarış”ın surətindən görünür ki, Gəncə şəhəri, Kəpəz rayonu, 3-cü mikrorayon, ev 7, 66 nömrəli mənzil xx.xx.2016-cı il tarixdən İddiaçı xüsusi mülkiyyətindədir. İş materiallarında olan xx.xx.2020-ci il tarixli Yaşayış yeri üzrə qeydiyyat haqqında arayışdan görünür ki, xx.xx.1981-ci il təvəllüdlü Cavabdeh1, xx.xx.1973-cü il təvəllüdlü Cavabdeh2 və xx.xx.1983-cü il təvəllüdlü Cavabdeh3 ünvan 5 ünvanında qeydiyyatdadırlar. Məhkəmə iclasında araşdırılmış sübutlardan məlum oldu ki, Gəncə şəhər, Kəpəz rayonu, 3-cü mikrorayon, ev 7-də yerləşən, 66 saylı mənzil xx.xx.2016-cı il tarixdən iddiaçının mülkiyyətindədir. Cavabdehlərdən Cavabdeh2 isə mənzilin əvvəlki mülkiyyətçisi olmuşdur, Cavabdeh iradəsini ifadə edib mənzil üzərində mülkiyyət hüququnu yeni mülkiyyətçiyə verərkən mülkiyyət hüququnun hər üç elementini – sahiblik, istifadə və sərəncam hüquqlarını yeni mülkiyyətçiyə ötürmüş və mənzili tərk etmişdir. Həmçinin cavabdeh alqı-satqı müqaviləsində mənzildən qeydiyyatdan çıxmağı öhdəsinə götürmüşdür. Digər cavabdehlər Cavabdeh1 və Cavabdeh3 isə əvvəlki mülkiyyətçinin ailə üzvü olmaqla həmin mənzildə yaşamış və qeydiyyata alınmışlar. Lakin, mənzil satılmamışdan əvvəl onlar notariat qaydasında təsdiqlənmiş ərizə verərək istifadə hüquqlarından imtina edəcəklərini bildirmişlər. Hazırki halda, cavabdehlər qeyd olunan mənzildən köçsələr də, mənzildə pasport qeydiyyatında formal olaraq qalmışdır ki, bu da iddiaçının mülkiyyətində olan mənzilinə sahiblik, istifadə və sərəncam hüquqlarının tam həyata keçirməsinə mane olur. Azərbaycan Respublikası Konstitusiyasının 13-cü maddəsinin 1-ci hissəsinə görə Azərbaycan Respublikasında mülkiyyət toxunulmazdır və dövlət tərəfindən müdafiə olunur. Azərbaycan Respublikası Konstitusiyasının 29-cu maddəsinin 2-ci bəndinə görə mülkiyyətin heç bir növünə üstünlük verilmir. Mülkiyyət hüququ, o cümlədən xüsusi mülkiyyət hüququ qanunla qorunur. Azərbaycan Respublikası Mülki Məcəlləsinin 152.1-ci maddəsinə görə mülkiyyət hüququ subyektin ona mənsub əmlaka (əşyaya) öz istədiyi kimi sahib olmaq, ondan istifadə etmək və ona dair sərəncam vermək üzrə dövlət tərəfindən tanınan və qorunan hüquqdur. Həmin Məcəllənin 157.4-cü maddəsinə əsasən isə əgər mülkiyyətə qəsd və ya başqa maneələr əşyanı götürmədən və ya ondan məhrum etmədən törədilirsə, mülkiyyətçi qəsd edəndən bu hərəkətlərə son qoymağı tələb edə bilər. Bu cür hərəkətlər davam etdirildikdə mülkiyyətçi həmin hərəkətlərə son qoyulmasını məhkəmə vasitəsi ilə tələb edə bilər. Həmin Məcəllənin 228.4-cü maddəsinə görə yaşayış evinə və ya mənzilə mülkiyyət hüququnun keçməsi yaşayış binasının tərkib hissəsindən istifadə hüququna xitam verilməsi üçün əsas deyildir, amma yaşayış otağından istifadə hüququ olan şəxsin mülkiyyət hüququndan imtina barəsində həmin hüquq keçənədək notariat qaydasında təsdiqlənmiş öhdəlik verdiyi hal istisna təşkil edir. Məhkəmə hesab edir ki, mülkiyyətçiyə heç bir aidiyyəti olmayan şəxslərin mənzilində qeydiyyatda qalması ona öz mülkiyyətindən istifadə hüququnu həyata keçirməyə mane olur. Cavabdehlərin mənzildən qeydiyyatdan çıxarılmaları üçün isə onların mənzildən istifadə hüquqlarına məhkəmə qaydasında xitam verilməlidir. “Yaşayış yeri və olduğu yer üzrə qeydiyyat haqqında” Qanunun 9-cu maddəsinin 1-ci hissəsinin 5-ci bəndində göstərilir ki, yaşayış sahəsindən istifadə hüququna yaşayış sahəsindən istifadə hüququna xitam verildikdə məhkəmənin qanuni qüvvəyə minmiş qətnaməsi əsasında xitam verilir. Bütün yuxarıda göstərilən işin faktiki hallarının məcmusunu nəzərə almaqla, həmçinin onlara tətbiq ediləcək şərh olunan hüquq normalarını rəhbər tutmaqla məhkəmə belə qənaətə gəlir ki, iddia tələbi qanuni və əsaslı olduğu üçün təmin olunmalı, cavabdehlərin iddiaçının mülkiyyətində olan mənzildən istifadə hüquqlarına xitam verilməlidir. Azərbaycan Respublikası Mülki Prosessual Məcəlləsinin 14.2-ci maddəsinə görə məhkəmə yalnız tərəflərin təqdim etdikləri sübutları araşdırmalı və onlardan istifadə etməlidir. Həmin Məcəllənin 77.1-ci maddəsinə görə isə hər bir tərəf öz tələblərinin və etirazlarının əsası kimi istinad etdiyi halları sübut etməlidir. Şərh olunanlara əsaslanaraq və Azərbaycan Respublikası MPM-in 216-220, 227 və 360-cı maddələrini rəhbər tutaraq, məhkəmə qət etdi: İddia təmin edilsin. Cavabdeh1, Cavabdeh2 və Cavabdeh3 Gəncə şəhəri, Kəpəz rayonu, 3-cü mikrorayon, bina 7-də yerləşən, 66 nömrəli mənzildən istifadə hüquqlarına xitam verilsin. Qətnamədən rəsmi qaydada verildiyi gündən 1 ay müddətində Gəncə şəhəri Kəpəz Rayon Məhkəməsi vasitəsi ilə Gəncə Apelyasiya Məhkəməsinin mülki kollegiyasına apelyasiya şikayəti verilə bilər. Hakim Zaur Hüseynov

Bu qərar sizin işinizə uyğun gəlirmi?

Sualınızı yazın — cavab qanun maddələri və məhkəmə təcrübəsi əsasında hazırlanır.

Sual ver

Eyni kateqoriyada digər qərarlar