Azərbaycan Respublikası adından QƏTNAMƏ Gəncə şəhəri İş № 2(043)-661/2021 16.02.2021 GƏNCƏ ŞƏHƏRİ KƏPƏZ RAYON MƏHKƏMƏSİ Hakim Hüseynov Zaur Nazim oğlunun sədrliyi, Aslanov Eltun Elman oğlunun katibliyi, İddiaçı iştirakı ilə, İddiaçı cavabdehlər Cavabdeh1, Cavabdeh2 və Cavabdeh3 qarşı “mənzildən istifadə hüququnun itirilmiş hesab edilməsi” tələbinə dair iddia ərizəsi üzrə mülki işə açıq məhkəmə iclasında baxaraq, müəyyən etdi: İddiaçı cavabdehlər Cavabdeh1, Cavabdeh2 və Cavabdeh3 qarşı iddia ərizəsi ilə məhkəməyə müraciət edərək, cavabdehlərin ünvan 1 ünvanında yerləşən mənzildən istifadə hüquqlarına xitam verilməklə, onların həmin mənzildən pasport qeydiyyatından çıxarılması barədə qətnamə qəbul edilməsini xahiş etmişdir. Daha sonra iddiaçı iddianın dəqiqləşməsi barədə ərizə təqdim edərək cavabdehlərin ona məxsus ünvan 2 ünvanda yerləşən mənzildən istifadə hüquqlarının itirilməsi barədə qətnamə qəbul edilməsini xahiş etmişdir. İddiaçı tələbini onunla əsaslandırmışdır ki, satıcı X5 ilə aralarında xx.xx.2020-ci il tarixdə, ünvan 3 ünvanda yerləşən mülkə dair alqı-satqı müqaviləsi bağlanmışdır. Qeyd olunan müqavilə əsasında DƏDRX tərəfindən onun adına xx.xx.2020-ci il tarixli, ********** qeydiyyat nömrəli çıxarış verilmişdir. xx.xx.2020-ci il tarixdə, yəni mənzil mülkiyyətinə keçdikdən sonra, «Elektron notariat» avtomatlaşdırmış informasiya sistemindən çıxarış-arayış aldıqdan sonra məlum olmuşdur ki, cavabdehlər qeyd olunan mənzildə qeydiyyatdadırlar. Məhkəmə iclasında İddiaçı iddia ərizəsinin məzmununa uyğun izahat verərək əlavə olaraq bildirdi ki, cavabdehlər onun mənzilinin keçmiş sakinləri olmuşlar. Lakin, o, cavabdehləri tanımır və onların hazırda harada yaşamasını bilmir. Cavabdehlərin onun mənzilində qeydiyyatda olmaları onun mülkiyyət hüququnu pozur. Odur ki, iddianın təmin olunması barədə qətnamə qəbul edilməsini xahiş etdi. Cavabdehlər Cavabdeh1, Cavabdeh2 və Cavabdeh3 məhkəmə baxışı iclasında iştirak etməmişlər. Cavabdehlərin faktiki olduqları yer məlum olmadığından, məhkəmə Azərbaycan Respublikası Mülki-Prosessual Məcəlləsinin 147-ci maddəsinə əsasən işə onların iştirakı olmadan baxmışdır. Məhkəmə iclasında şahid qismində dindirilmiş X6 ifadəsində bildirdi ki, o, iddiaçının qonşuluğunda yaşayır. Cavabdehlər iddiaçıya məxsus mənzilin əvvəlki sakinləridir. Onlar mənzil satıldıqdan sonra çıxıb getmişlər. Həmin vaxtdan etibarən onları bir daha görməmişdir. İş materiallarında olan xx xxxxxx 2017-ci il tarixli AN-İ № ******* nömrəli daşınmaz əmlakın alqı-satqı müqaviləsinin surətindən görünür ki, satıcı Cavabdeh1 Gəncə şəhəri, Kəpəz rayonu, 3-cü mikrorayon, ev 11, 32 saylı mənzili alıcı X1. Müqavilənin 8-ci bəndinə əsasən satıcı alıcıya 3-cü şəxslərin hüquqlarından azad ev verməyi, müqavilənin 13-cü bəndində isə satıcı xx.xx.2017-ci il tarixədək satdığı evdən qeydiyyatdan çıxmağı öhdəsinə götürmüşdür. İş materiallarında olan xx xxxx 2020-ci il tarixli AN-İ № ******* nömrəli daşınmaz əmlakın alqı-satqı müqaviləsinin surətindən görünür ki, satıcı X2 şəhəri, Kəpəz rayonu, 3-cü mikrorayon, ev 11, 32 saylı mənzili alıcı İddiaçı satmışdır. Müqavilənin 8-ci bəndinə əsasən satıcı alıcıya 3cü şəxslərin hüquqlarından azad ev verməyi, müqavilənin 13-cü bəndində isə satıcı xx.xx.2020ci il tarixədək satdığı evdən qeydiyyatdan çıxmağı öhdəsinə götürmüşdür. İş materiallarında olan Azərbaycan Respublikası Əmlak Məsələləri Dövlət Komitəsinin Yanında Daşınmaz Əmlakın Dövlət Reyestri Xidməti tərəfindən verilmiş çıxarışdan görünür ki, Gəncə şəhəri, Kəpəz rayonu , 3-cü mikrorayon, ev 11, 32 saylı mənzil şəxsi mülkiyyət hüququ əsasında İddiaçı adına xx.xx.2020-cı il tarixdə qeydə alınmış, reyestr kitabında ********** nömrəsi ilə bu barədə qeydiyyat aparılmışdır. İş materiallarında olan Azərbaycan Respublikası Daxili İşlər Nazirliyi tərəfindən verilmiş yaşayış yeri üzrə qeydiyyat haqqında ******* №-li arayışdan görünür ki, xx.xx.1971-ci il təvəllüdlü Cavabdeh1, xx.xx.1990-cı il təvəllüdlü Cavabdeh2 və xx.xx.1968-ci il təvəllüdlü Cavabdeh3 ünvan 4 ünvanında qeydiyyatdadır. İş materiallarında olan Azərbaycan Respublikası Gəncə şəhəri Kəpəz rayon İcra Hakimiyyəti başçısının 2 saylı sahə İnzibati ərazi dairəsi üzrə nümayəndəsi tərəfindən təsdiqlənmiş xx.xx.2020-ci il tarixli aktdan görünür ki, Gəncə şəhəri Kəpəz rayonu, 3-cü mikrorayon, ev 11, mənzil 32 ünvanında qeyydiyatda olan Cavabdeh1, Cavabdeh2 və Cavabdeh3 qeydiyyatda olmalarına baxmayaraq, həmin ünvanda yaşamırlar. Məhkəmə, iddiaçının izahatını və şahidin ifadəsini dinləyərək, mülki işin materiallarını araşdıraraq hesab edir ki, iddia təmin olunmalıdır. Belə ki, məhkəmə iclasında araşdırılmış sübutlardan məlum oldu ki, Gəncə şəhəri Kəpəz rayonu, 3-cü mikrorayon, ev 11, mənzil 32ünvanda yerləşən mənzil xx xxxx 2020-ci il tarixdən iddiaçının mülkiyyətindədir. Cavabdehlər isə əvvəlki mülkiyyətçinin ailə üzvü olmaqla həmin mənzildə yaşamış və qeydiyyata alınmışlar. Cavabdehlər qeyd olunan mənzildən köçsələr də, mənzildə pasport qeydiyyatında formal olaraq qalmışdır ki, bu da iddiaçının mülkiyyətində olan mənzilinə sahiblik, istifadə və sərəncam hüquqlarının tam həyata keçirməsinə mane olur. Azərbaycan Respublikası Konstitusiyasının 13-cü maddəsinin 1-ci hissəsinə görə Azərbaycan Respublikasında mülkiyyət toxunulmazdır və dövlət tərəfindən müdafiə olunur. Azərbaycan Respublikası Konstitusiyasının 29-cu maddəsinin 2-ci bəndinə görə mülkiyyətin heç bir növünə üstünlük verilmir. Mülkiyyət hüququ, o cümlədən xüsusi mülkiyyət hüququ qanunla qorunur. Azərbaycan Respublikası Mülki Məcəlləsinin 152.1-ci maddəsinə görə mülkiyyət hüququ subyektin ona mənsub əmlaka (əşyaya) öz istədiyi kimi sahib olmaq, ondan istifadə etmək və ona dair sərəncam vermək üzrə dövlət tərəfindən tanınan və qorunan hüquqdur. Həmin Məcəllənin 157.4-cü maddəsinə əsasən isə əgər mülkiyyətə qəsd və ya başqa maneələr əşyanı götürmədən və ya ondan məhrum etmədən törədilirsə, mülkiyyətçi qəsd edəndən bu hərəkətlərə son qoymağı tələb edə bilər. Bu cür hərəkətlər davam etdirildikdə mülkiyyətçi həmin hərəkətlərə son qoyulmasını məhkəmə vasitəsi ilə tələb edə bilər. Məhkəmə hesab edir ki, iddiaçıya heç bir aidiyyəti olmayan şəxslərin mənzilində qeydiyyatda qalması ona mülkiyyət hüququnu həyata keçirməyə mane olur. Cavabdehlərin mənzildən qeydiyyatdan çıxarılması üçün isə onların mənzildən istifadə hüququ məhkəmə qaydasında itirilmiş hesab edilməlidir. Bütün yuxarıda göstərilən işin faktiki hallarının məcmusunu nəzərə almaqla, həmçinin onlara tətbiq ediləcək şərh olunan hüquq normalarını rəhbər tutmaqla məhkəmə belə qənaətə gəlir ki, iddia tələbi qanuni və əsaslı olduğu üçün təmin olunmalı, cavabdehlərin iddiaçının mülkiyyətində olan mənzildən istifadə hüquqları itirilmiş hesab edilməlidir. Azərbaycan Respublikası Mülki Prosessual Məcəlləsinin 14.2-ci maddəsinə görə məhkəmə yalnız tərəflərin təqdim etdikləri sübutları araşdırmalı və onlardan istifadə etməlidir. Həmin Məcəllənin 77.1-ci maddəsinə görə isə hər bir tərəf öz tələblərinin və etirazlarının əsası kimi istinad etdiyi halları sübut etməlidir. Şərh olunanlara əsaslanaraq və Azərbaycan Respublikası MPM-in 216-220, 227 və 360-cı maddələrini rəhbər tutaraq, məhkəmə qət etdi: İddia təmin edilsin. Cavabdeh1, Cavabdeh2 və Cavabdeh3 Gəncə şəhəri, Kəpəz rayonu, 3-cü mikrorayon, ev 11-də yerləşən 32 saylı mənzildən istifadə hüquqları itirilmiş hesab edilsin. Qətnamədən rəsmi qaydada verildiyi gündən 1 ay müddətində Gəncə şəhəri Kəpəz Rayon Məhkəməsi vasitəsi ilə Gəncə Apelyasiya Məhkəməsinin mülki kollegiyasına apelyasiya şikayəti verilə bilər. Hakim Zaur Hüseynov
Məhkəmə qərarları › İş №2(043)-661/2021
Gəncə Şəhəri Kəpəz Rayon Məhkəməsi Qətnamə — İş №2(043)-661/2021
16.02.2021 · Mənzil mübahisələri - Mənzilə istifadə hüququna xitam verilməsi
Mənbə: Azərbaycan məhkəmə sistemi (courts.gov.az) — anonimləşdirilmiş rəsmi mətn. Dataset: Azerbaijan Court Data (CC-BY-4.0).
Mənbə: Azərbaycan məhkəmə sistemi (courts.gov.az) — anonimləşdirilmiş rəsmi mətn. Dataset: Azerbaijan Court Data (CC-BY-4.0).
Bu qərar sizin işinizə uyğun gəlirmi?
Sualınızı yazın — cavab qanun maddələri və məhkəmə təcrübəsi əsasında hazırlanır.
Sual ver