Məhkəmə qərarları › İş №2(043)-675/2021

Gəncə Şəhəri Kəpəz Rayon Məhkəməsi Qətnamə — İş №2(043)-675/2021

03.03.2021 · Hüquqi əhəmiyyəti olan faktların müəyyən edilməsi haqqında - Digər hüquqi hallar
Mənbə: Azərbaycan məhkəmə sistemi (courts.gov.az) — anonimləşdirilmiş rəsmi mətn. Dataset: Azerbaijan Court Data (CC-BY-4.0).

Azərbaycan Respublikası adından QƏTNAMƏ Gəncə şəhəri İş № 2(043)-675/2021 03.03.2021 GƏNCƏ ŞƏHƏRİ KƏPƏZ RAYON MƏHKƏMƏSİ Hakim Tağıyev Cavid Tahir oğlunun sədrliyi, Süleymanlı Süleyman Rəşid oğlunun katibliyi, Ərizəçi iştirakı ilə, Ərizəçi fakt təsdiqinə dair ərizəsi üzrə mülki işə məhkəmənin binasında, açıq məhkəmə iclasında baxaraq məhkəmə, müəyyən etdi: Ərizəçi ərizə ilə məhkəməyə müraciət edərək X7 onun atası olması faktının müəyyən edilməsi barədə qətnamə çıxarılmasını xahiş etmişdir. Bundan başqa Ərizəçi maraqlı şəxslər DƏDRX-in Cəncə 3 saylı ərazi idarəsinə Gəncə «Asan xidmət» mərkəzinin notariat ofisinə qarşı hüquqmüəyyənedisi sənədin şəxsə məxsus olması faktının məüəyyən olunması dair məhkəməyə ərizə verərək “X23” oğlunun adına olan Gəncə şəhəri, Abbas Səhhət küçəsi, 1-A ünvanında yerləşən 2 saylı X2 yardımçı təsərüffatına dair verilmiş Daşınmaz Əmlakın Dövlət Reyestri Xidməti Hüquqların Dövlət qeydiyyatı haqqında Daşınmaz Əmlakın Dövlət Reyestrindən çıxarışın atası- X9 məxsus olmasına dair qətnamə çıxarılmasını məhkəmədən xahiş etmişdir. Məhkəmə MPM-nin 53-cü maddəsinə əsasən ərizəyə dəqiqləşmə verildiyi kimi baxılmışdır. Məhkəmə iclasında Ərizəçi ərizəni müdafiə edərək izahatında göstərdi ki, atası X14 xx.xx.2002-ci il tarixdə Gəncə şəhəri Abbas Səhhət küçəsi, 1-A ünvanında yerləşən 2 saylı X2 yardımçı təsərrüfatını əmək kollektivinin iştirakı ilə özəlləşdirmişdir. Qeyd olunan qeyri yaşayış binası paylı mülkiyyət hüququ üzrə DƏDRX-də qeydə alınaraq müvafiq çıxarış verilmişdir.Çıxarışda atasının adı səhvən «Bayram» kimi qeyd olunmuşdur. Atası xx.xx.2019-cu ildə Gəncə şəhərində vəfat etmişdir. Bu barədə o, Daşınmaz Əmlakın Dövlət reyestrindən çıxarış alarkən xəbər tutmuş və dərhal bu barədə İqtisadiyyat Nazirliyi yanında Əmlak Məsələləri dövlət xidmətinə məktub ünvanlamış və cavab ala bilməmişdir. Ümumiyyətlə onların Bayram adlı qohumları olmamışdır.Hal-hazırda qeyd olunan sənəddə atasının adı səhv yazıldığından o, vərəsəlik qaydasında atasından miras qalmış əmlakı əldə edə bilmir. Həmin faktın müəyyən olunması onun üçün vacib olduğunu göstərərək ərizənin təmin olunmasını məhkəmədən xahiş etdi. Məhkəmə iclasında şahid qismində dindirilən X18 göstərdi ki, mərhum X14 onun keçmiş iş yoldaşı olmuşdur. Və onlara sahiblik hüququ əsasında verilmiş Gəncə şəhəri, Kəpəz rayonu, Məhsəti Gəncəvi küçəsi, 246 ünvanında yerləşən qeyri-yaşayış binasını paylı mülkiyyət hüququ üzrə əldə etmişdirlər. Və paylı mülkiyyət hüququ üzrə həmin əmlaka dir dövlət reyestrindən çıxarış almışlar. Belə ki, Dövlət Əmlakının hüquqi və fiziki şəxslərə satılması haqqında şəhadətnamədə “X22” oğlunun adı şəhvən “X23” oğlu kimi qeyd olunduğundan Daşınmaz Əmlakın Dövlət Reyestri Xidmətində Reyestrdən çıxarışda da səhvən “Bayram” olaraq qalmışdır. Məhkəmə iclasında şahid qismində dindirilən X21 göstərdi ki, X14 onun mərhum həyat yoldaşı X1 iş yoldaşı olmuşdur. Belə ki, Gəncə şəhəri, Kəpəz rayonu, Məhsəti Gəncəvi küçəsi, 246 ünvanında yerləşən qeyri-yaşayış binası paylı mülkiyyət hüququ üzrə onun mərhum həyat yoldaşı X5, X15 və X9 məxsus olmuşdur. Lakin hüquqmüəyyənedici sənədlərdə “X22” oğlunun adı səhvən “X23” oğlu kimi qeyd edilmişdir. Sözügedən qeyriyaşayış binası X9 paylı mülkiyyət hüququ üzrə məxsusdur. Mülki işə əlavə edilmiş:- İ-İE 221802 nömrəli nikah haqqında şəhadətnamənin notarial qaydada təsdiq edilmiş surətindən görünür ki, X14 ilə X10 arasında xx.xx.1961-ci il tarixdə nikah bağlanmışdır. AZ-557484 seriyalı doğum haqqında şəhadətnamənin notarial qaydada təsdiq edilmiş surətindən görünür ki, xx.xx.1963-cü il təvəllüdlü Ərizəçi atası X3 qeyd olmuşdur. AZ-İİ 013450 seriyalı ölüm haqqında şəhadətnamənin notarial qaydada təsdiq olunmuş surətindən görünür ki, X14 xx.xx.2019-cu il tarixdə vəfat etmişdir. xx.xx.2002-ci il tarixli, 002100 qeydiyyat nömrəli, dövlət əmlakının hüquqi və fiziki şəxslərə satılması haqqında şəhadətnamənin surətindən görünür ki, Gəncə şəhəri, A.Səhhət küçəsi, 1a ünvanında yerləşən 2 saylı SMD-nin yardımçı təsərüffatını X11, X18 və X17 paylı olaraq satın almışdırlar. xx.xx.2020-ci il tarixli, ********** qeydiyyat nömrəli Daşınmaz Əmlakın Dövlət Reyestri Xidməti Hüquqların Dövlət qeydiyyatı haqqında Daşınmaz Əmlakın Dövlət Reyestrindən elektron çıxarışdan görünür ki, Gəncə şəhəri Kəpəz rayonu, Məhsəti Gəncəvi küçəsi, 246 ünvanında yerləşən qeyri-yaşayış binası paylı mülkiyyət hüququ üzrə X4, X13 və X8 adına qeydə alınmışdr. Məhkəmə ərizəçinin izahatını, şahidlərin ifadələrini dinləyib və işdə olan sənədləri araşdıraraq hesab edir ki, ərizə əsaslı olduğundan təmin edilməlidir. Belə ki, Azərbaycan Respublikası Konstitusiyasının 60-cı maddəsinə əsasən hər kəsin hüquq və azadlıqlarının inzibati qaydada və məhkəmədə müdafiəsinə təminat verilir. Azərbaycan Respublikasının Mülki-Prosessual Məcəlləsinin (bundan sonra-MPM) 14.2-ci maddəsinə əsasən məhkəmə yalnız tərəflərin təqdim etdikləri sübutları araşdırmalı və onlardan istifadə etməlidir. MPM-in 77.1-ci maddəsinə əsasən hər bir tərəf öz tələblərinin və etirazlarının əsası kimi istinad etdiyi halları sübut etməlidir. MPM-in 217.3-cü maddəsinə əsasən qətnamə iş üzrə müəyyən edilmiş həqiqi hallara və tərəflərin qarşılıqlı münasibətinə uyğun əsaslandırılmalıdır. MPM-in 217.4-cü maddəsinə əsasən məhkəmə öz qətnaməsini yalnız məhkəmə iclasında tədqiq olunmuş sübutlarla əsaslandırır. MPM-in 307.2.5-ci maddəsinə əsasən şəxsin sənəddə göstərilən adı, atasının adı və ya soyadı onun şəxsiyyətini təsdiq edən sənəddə göstərilən adı, atasının adı və ya soyadı ilə düz gəlmədiyi halda hüquq müəyyənedici sənədlərin (həmkarlar ittifaqı və digər ictimai birliklərin, siyasi partiyaların bileti, hərbi sənədlər, pasport və müvafiq icra hakimiyyəti orqanları tərəfindən verilən şəhadətnamələrdən başqa) həmin şəxsə məxsus olması faktının müəyyən edilməsi barədə işlərə baxır. MPM-in 308-ci maddəsinə əsasən məhkəmə hüquqi əhəmiyyəti olan faktları o zaman müəyyən edə bilər ki, ərizəçi həmin faktları təstiq edən lazımi sənədləri başqa qaydada ala bilməsin, yaxud itirilmiş sənədlərin bərpası mümkün olmasın. Göründüyü kimi, ərizəçinin atası X6 paylı mülkiyyət hüququ üzrə miras qalmış Gəncə şəhəri Kəpəz rayonu, Məhsəti Gəncəvi küçəsi, 246 ünvanında yerləşən qeyri-yaşayış binasının rəsmi reyestrdə qeydiyyatı aparılarkən ərizəçinin atasının adı səhvən Bayram kimi qeyd olunduğundan və həmin faktın təsdiq olunmasını ərizəçi başqa yolla əldə edə bilmədiyi üçün üçün mirasın qəbulu ilə bağlı məsələləri həll edə bilməmişdir. Məhkəmə hesab edir ki, həmin faktın təsdiq olunmasını ərizəçi başqa yolla əldə edə bilmədiyi üçün məhkəmə qaydasında təsdiq olunmalı, Azərbaycan Respublikası Əmlak Məsələləri Dövlət Komitəsi yanında Daşınmaz Əmlakın Dövlət Reyestri Xidməti tərəfindən verilmiş ********* qeydiyyat nömrəli çıxarışın «X12» münasibətdə ərizəçinin atası mərhum X9 məxsus olması faktı müəyyən edilməlidir. Şərh olunanlara əsasən və Azərbaycan Respublikası MPM-in 216-220, 227, 233, 307-308, 311-ci maddələrini rəhbər tutaraq, məhkəmə qət etdi: Ərizə təmin olunsun. Azərbaycan Respublikası Əmlak Məsələləri Dövlət Komitəsi yanında Daşınmaz Əmlakın Dövlət Reyestri Xidməti tərəfindən verilmiş ********* qeydiyyat nömrəli çıxarışın «X12» münasibətdə ərizəçinin atası mərhum X9 məxsus olması faktı müəyyən edilsin. Qətnamədən onun tərəflərə rəsmi qaydada təqdim edildiyi gündən 1 (bir) ay müddətində Gəncə Şəhəri Kəpəz Rayon Məhkəməsi vasitəsi ilə Gəncə Apelyasiya Məhkəməsinə apelyasiya şikayəti verilə bilər. Qətnamədən şikayət verilmədikdə, qəbul edildiyi gündən 1 (bir) ay keçdikdən sonra qanuni qüvvəyə minir. Hakim Cavid Tağıyev

Bu qərar sizin işinizə uyğun gəlirmi?

Sualınızı yazın — cavab qanun maddələri və məhkəmə təcrübəsi əsasında hazırlanır.

Sual ver

Eyni kateqoriyada digər qərarlar