Azərbaycan Respublikası adından QƏRARDAD Gəncə şəhəri İş № 2(043)-679/2021 05.03.2021 GƏNCƏ ŞƏHƏRİ KƏPƏZ RAYON MƏHKƏMƏSİ Hakim Mustafayev Rəşad Mustafa oğlunun sədrliyi, Həsənov Mətin Həsən oğlunun katibliyi, iddiaçı “xxxx” KB ASC-nin nümayəndəsi X1 iştirakı ilə, İddiaçı “xxxx” KB ASC-nin Cavabdeh qarşı «mənzildən istifadə hüququna xitam verilməsi və fərdi yaşayış evinin boşaldılması» tələbinə dair iddia ərizəsi üzrə mülki işə açıq məhkəmə iclasında baxaraq, məhkəmə müəyyən etdi: İddiaçı “xxxx” KB ASC-nin Cavabdeh qarşı «mənzildən istifadə hüququna xitam verilməsi və fərdi yaşayış evinin boşaldılması» tələbinə dair iddia ərizəsi ilə məhkəməyə müraciət edərək, iddiaçı “xxxx” KB ASC-nin mülkiyyətində olan Gəncə şəhəri, Kəpəz rayonu, Azərbaycan Bayrağı küçəsi, 1-ci döngədə yerləşən 7 saylı evin 30 saylı mənzilinə Cavabdeh istifadə hüququna xitam verilməsi barədə müvafiq qətnamə çıxarılmasını xahiş etmişdir. İddia tələbi onunla əsaslandırılmışdır ki, iddiaçı “xxxx’' KB ASC hərrac vasitəsi ilə Gəncə şəhəri, Kəpəz rayonu, Azərbaycan Bayrağı küçəsi, 1-ci döngədə yerləşən 7 saylı evin 30 saylı mənzilini almışdır. Bu barədə AR ƏMDK yanında DƏDRX-nin 3 saylı Ərazi İdarəsi tərəfindən xx.xx.2020-ci il tarixdə daşınmaz əmlakın dövlət reyestrində Çıxarışla iddiaçı “xxxx” KB ASC-nin mülkiyyət hüququ təsdiq edilmişdir. xx.xx.2020-ci il tarixdə AR DİN yaşayış yeri üzrə qeydiyyat haqqında ******* №-li Arayışa əsasən iddiaçı “xxxx” KB ASC-nin mükiyyətində olan Gəncə şəhəri, Kəpəz rayonu, Azərbaycan Bayrağı küçəsi, 1-ci döngədə yerləşən 7 saylı evin 30 saylı nənzilində hal-hazırda iş üzrə cavabdehr Cavabdeh qeydiyyatdadır və bu şəxsin mübahisəli evdə qeydiyyatda qalmağı iddiaçı “xxxx” KB ASCnin mülkiyyət hüquqlarının icrasına müəyyən məhdudiyyətlər yaradır. Belə ki, həmin əmlakın qanuni özgəninkiləşdirilməsi bu şəxsin iradəsindən asılı edilməkdədir. Lakin, qeyd olunan fərdi yaşayış evinin hazırda mülkiyyətçisi olan iddiaçı “xxxx" KB ASC ilə keçmiş mülkiyyətçi və onun ailə üzvləri arasında nə qanunla müəyyən edilmiş qaydada razılaşma var, nə də ki, belə bir razılaşmanın rəsmi reyestrdə qeydi var. Belə olduğu təqdirdə, hazırki iş üzrə Cavabdeh həmin mənzilə heç bir hüququ yoxdur. Bu səbəbdən Cavabdeh Gəncə şəhəri, Kəpəz rayonu, Azərbaycan Bayrağı küçəsi, 1-ci döngədə yerləşən 7 saylı evin 30 saylı nənzilində qeydiyyatda olması və orada yaşaması qeyri-qanunidir. Qeyd edək ki, Gəncə şəhəri, Kəpəz rayonu, Azərbaycan Bayrağı küçəsi, 1-ci döngədə yerləşən 7 saylı evin 30 saylı nənzili kredit öhdəliyinin təminatı qismində ipoteka ilə yüklü edildiyindən hərrac vasitəsilə satılmışdır. Məhkəmə iclasında iştirak edən iddiaçı “xxxx” KB ASC-nin nümayəndəsi X3 iddia ərizəsinin məzmununa uyğun izahat verərək, iddianın təmin edilməsini xahiş etdi. Məhkəmə iclasının yeri və vaxtı barədə lazımi qaydada xəbərdar edilmiş cavabdeh məhkəmə iclasına gəlməmiş, gəlməməsinin səbəbi barədə məhkəməyə məlumat verməmişdir. Məhkəmə Azərbaycan Respublikası Mülki Prosessual Məcəlləsinin 185.5-ci maddəsinə əsasən mülki işə cavabdehin iştirakı olmadan baxılmasını mümkün hesab etmişdir. Məhkəmə iddiaçının nümayəndəsini dinləyib, iddia ərizəsini və mülki işin materiallarını nəzərdən keçirərək hesab edir ki, mülki iş üzrə icraata xitam verilməlidir. İş materiallarına əlavə edilmiş Azərbaycan Respublikası Əmlak Məsələləri Dövlət Komitəsinin yanında Daşınmaz Əmlakın Dövlət Reyestri Xidməti Hüquqların X10 Daşınmaz Əmlakın Dövlət Reyestrindən ********** qeydiyyat nömrəli, xx.xx.2020-ci il qeydiyyat tarixli çıxarışdan görünür ki, Gəncə şəhəri, Kəpəz rayonu, Azərbaycan bayrağı küçəsi, 1-ci döngə, 7 saylı evin 30 saylı mənzili “xxxx” X19 Səhmdar Cəmiyyətinin mülkiyyətindədir. İş materiallarıa əlavə edilmiş Daxili İşlər Nazirliyi yaşayış yeri üzrə qeydiyyat haqqında arayışından görünür ki, Cavabdeh Gəncə şəhəri, Kəpəz rayonu, Azərbaycan bayrağı küçəsi, 1-ci döngə, 7 saylı evin 30 saylı mənzildə qeydiyyatdadır. Mülki işə əlavə edilmiş Gəncə şəhər Kəpəz Rayon Məhkəməsinin xx xxxxxxx 2016cı il tarixli, 2(043)-5656/2016 saylı qətnamənin surətindən görünür ki, cavabdehlər X7 və X4 xx.xx.2014-cü il tarixli, 009mk-1/14 saylı kredit müqaviləsi üzrə 29806,98 ABŞ dolları əsas borc, 2990,15 ABŞ dollar faiz, 200 ABŞ dolları cərimə məbləği olmaqla, cəmi 32997,13 (otuz iki min doqquz yüz doxsan yeddi dollar, 13 sent) ABŞ dolları ödəniş anına manata məzənnə ilə manat ekvivalentində və məhkəmə xərcləri qismində məhkəmədə iddia qaldırmaq üçün ödənilmiş 30 (otuz) manat məbləğində dövlət rüsumu, ipoteka predmetinə tutmanın yönəldilməsi barədə bildirişin qeydə alınması üçün ödənilmiş 10 (on) manat dövlət rüsumu və 20 (iyirmi) manat xidmət haqqı tutularaq, iddiaçı “xxxx” KB ASCyə ödənilməsi, tutma cavabdeh X9 mülkiyyətində olan Gəncə şəhəri, Kəpəz rayonu, Tağı Aranı küçəsi, 1-ci döngə, ev 7, 30 nömrəli mənzilə yönəldilməsi. İpoteka predıneti açıq hərrac yolu ilə satılaraq, satışdan əldə edilmiş vəsait hesabına tələb təmin edilməsi, ipoteka predmedmetin açıq hərracda ilkin satış qiyməti 48.000 (qırx səkkiz min) manat məbləğində müəyyən edilməsi, fərdi yaşayış evi açıq hərracda satıldıqdan sonra cavabdehlər X15, X8, X2, X5, X6 və X16 yaşayış evindən ən geci bir ay ərzində yaşayış evi boşaldılmaqla, yaşayış evindən çıxarılması qət edilmişdir. Göründüyü kimi qanuni qüvvəyə minmiş məhkəmə qətnaməsi ilə Cavabdeh mübahisəli mənzildən çıxarılması məsələsi həll edilmişdir. İddiaçının tələbindən göründüyü kimi iddiaçı hazırkı iddia ilə cavabdehin mübahisəli mənzildən qeydiyyatdan çıxarılmasına nail olmaq istəyir. Yaşayış yeri və olduğu yer üzrə qeydiyyat haqqında Azərbaycan Respublikasının Qanununun 9-cu maddəsinin 5-ci bəndinə əsasən müvafiq icra hakimiyyəti orqanları tərəfindən şəxs yaşayış yeri üzrə qeydiyyatdan yaşayış sahəsindən çıxarıldıqda və ya yaşayış sahəsindən istifadə hüququna xitam verildikdə məhkəmənin qanuni qüvvəyə minmiş qətnaməsi əsasında çıxarılır. Azərbaycan Respublikası Konstitusiya Məhkəməsinin “Yaşayış yeri və olduğu yer üzrə qeydiyyat haqqında” Azərbaycan Respublikası Qanununun 9-cu maddəsinin birinci hissəsinin bəzi müddəalarının şərh edilməsinə dair xx xxxxxxxx 2020-ci il tarixli qərarında göstərilmişdir ki, Azərbaycan Respublikası Mülki Məcəlləsinin 228-ci, Azərbaycan Respublikası Mənzil Məcəlləsinin 30-cu və “Yaşayış yeri və olduğu yer üzrə qeydiyyat haqqında” Azərbaycan Respublikası Qanununun 1-ci maddəsinin mənası baxımından şəxsin yaşayış yeri üzrə qeydiyyatı onun yaşadığı yerin dövlət tərəfindən rəsmi qaydada qeydə alınmasını təmin edən vasitə olmaqla məhdud əşya hüququ mənasında istifadə hüququnu ehtiva etmir. “Yaşayış yeri və olduğu yer üzrə qeydiyyat haqqında” Azərbaycan Respublikası Qanununun 9-cu maddəsinin birinci hissəsinin mənasına görə mülkiyyətçinin ərizəsi əsasında qeydiyyata alınmış, lakin həmin yaşayış sahəsində faktiki yaşamayan və ya istifadə hüququ olmayan şəxsin qeydiyyatına mülkiyyətçinin inzibati orqana müraciəti əsasında xitam verilməlidir. Yaşayış sahəsinə əmlak hüquqları mövcud olmayan şəxslərin mülkiyyətçinin tələbi əsasında qeydiyyatdan çıxarılmasından inzibati orqan tərəfindən imtina edildikdə, məhkəmələr bununla bağlı mübahisələrə inzibati məhkəmə icraatı qaydasında baxaraq şəxsin yaşayış yeri üzrə qeydiyyatdan çıxarılması öhdəliyini həmin orqanın üzərinə qoya bilər. Məhkəmə qeyd edir ki, ipoteka münasibətlərinin məzmunundan eləcə də ipoteka predmetinə tutmanın yönəldilməsi və cavabdehlərin mənzildən çıxarılmasını təmin edən məhkəmə qətnaməsindən bəlli olur ki, artıq cavabdehin həmin mənzildən istifadə hüququ yoxdur. Məhz bu hüquqa xitam verildiyi üçün məhkəmə cavabdehlərin həmin mənzili tərk etməsini qət etmişdir. Azərbaycan Respublikası Konstitusiya Məhkəməsinin Plenumunun yuxarıda istinad edilən qərarındakı hüquqi mövqeyinə uyğun olaraq iddiaçı “Yaşayış yeri və olduğu yer üzrə qeydiyyat haqqında” Azərbaycan Respublikasının Qanununun 9-cu maddəsinin 5-ci bəndinə əsaslanaraq cavabdehin mənzildən qeydiyyatdan çıxarılması məsələsini pasport qeydiyyatını aparan icra hakimiyyəti orqanının qarşısında qaldırmalı olduğu halda hazırkı iddia ilə məhkəməyə müraciət etmişdir. Buna görə də məhkəmə hesab edir ki, ərizəyə məhkəmə qaydasında baxılmalı olmadığından mülki iş üzrə icraata xitam verilməlidir. Azərbaycan Respublikası MPM-in 261.0.2-ci maddəsinə əsasən, eyni tərəflər arasında, eyni predmet barəsində və eyni əsaslar üzrə məhkəmənin qanuni qüvvəyə minmiş qətnaməsi və ya iddiaçının iddiadan imtina etməsi və ya tərəflərin barışıq sazişinin təsdiq olunması ilə əlaqədar iş üzrə icraata xitam edilməsi haqqında məhkəmənin qərardadı olarsa məhkəmə iş üzrə icraata xitam verir. Azərbaycan Respublikası MPM-in 262.4-cü maddəsinə əsasən işin icraatına xitam verildikdə, eyni tərəflər arasında, eyni predmet haqqında və eyni əsaslar üzrə mübahisə barəsində məhkəməyə müraciət edilməsinə yol verilmir. Şərh olunanlara əsaslanaraq və Azərbaycan Respublikası MPM-in 261-262 və 263- 264-cü maddələrini rəhbər tutaraq, məhkəmə qərara aldı: İddiaçı “xxxx” KB ASC-nin Cavabdeh qarşı «mənzildən istifadə hüququna xitam verilməsi və fərdi yaşayış evinin boşaldılması» tələbinə dair mülki iş üzrə icraata xitam verilsin. İddiaçıya mülkiyyətində olan mənzildən Cavabdeh passport qeydiyatından çıxarılması üçün pasport qeydiyyatını aparan icra hakimiyyəti orqanına müraciət etmək hüququ izah edilsin. Qərardaddan 10 (on) gün müddətində Gəncə şəhəri Kəpəz Rayon Məhkəməsinə şikayət verilə bilər.
Məhkəmə qərarları › İş №2(043)-679/2021
Gəncə Şəhəri Kəpəz Rayon Məhkəməsi Qərardad — İş №2(043)-679/2021
05.03.2021 · Mənzil mübahisələri - Mənzilə istifadə hüququna xitam verilməsi
Mənbə: Azərbaycan məhkəmə sistemi (courts.gov.az) — anonimləşdirilmiş rəsmi mətn. Dataset: Azerbaijan Court Data (CC-BY-4.0).
Mənbə: Azərbaycan məhkəmə sistemi (courts.gov.az) — anonimləşdirilmiş rəsmi mətn. Dataset: Azerbaijan Court Data (CC-BY-4.0).
Bu qərar sizin işinizə uyğun gəlirmi?
Sualınızı yazın — cavab qanun maddələri və məhkəmə təcrübəsi əsasında hazırlanır.
Sual ver