Məhkəmə qərarları › İş №2(043)-710/2020

Gəncə Şəhəri Kəpəz Rayon Məhkəməsi Qiyabi qətnamə — İş №2(043)-710/2020

20.02.2020 · Mənzil mübahisələri - Mənzilə istifadə hüququna xitam verilməsi
Mənbə: Azərbaycan məhkəmə sistemi (courts.gov.az) — anonimləşdirilmiş rəsmi mətn. Dataset: Azerbaijan Court Data (CC-BY-4.0).

Azərbaycan Respublikası adından QİYABİ QƏTNAMƏ Gəncə şəhəri İş № 2(043)-710/2020 20.02.2020 GƏNCƏ ŞƏHƏRİ KƏPƏZ RAYON MƏHKƏMƏSİ Hakim Mustafayev Rəşad Mustafa oğlunun sədrliyi, x9 iclas katibliyi, iddiaçının nümayəndəsi Nəcəf-pur Vüsal Mahir oğlunun iştirakı ilə, İddiaçı x2 cavabdehlər Cavabdeh1 Mahiyyədin oğlu, x8, Cavabdeh3, Cavabdeh4, Cavabdeh5, Cavabdeh6, Cavabdeh7 və Cavabdeh8 qarşı «yaşayış sahəsindən istifadə hüququnun itirilməsi» tələbinə dair iddia ərizəsi üzrə mülki işə qiyabi icraat qaydasında məhkəmənin binasında açıq məhkəmə iclasında baxaraq, məhkəmə müəyyən etdi: İddiaçı x6 iddia ərizəsi ilə məhkəməyə müraciət edərək, cavabdehlər Cavabdeh1 Mahiyyədin oğlu, x8, Cavabdeh3, Cavabdeh4, Cavabdeh5, Cavabdeh6, Cavabdeh7 və Cavabdeh8 ünvan 1 mənzil 7 saylı mənzilinə olan istifadə hüququnun itirilməsinə dair qətnamə çıxarılmasını xahiş etmişdir. İddiaçı iddia tələbini onunla əsaslandırmışdır ki, ona məxsus olan ünvan 1 mənzil 7 ünvanında yerləşən mənzilin xüsusi mülkiyyət hüququ əsasında ona məxsusdur. Mülkiyyət hüquqları qanunvericilkdə nəzərdə tutulmuş qaydada daşınmaz əmlakın dövlət reyestrində qeydə alınmışdır. O, həmin mənzili 2019-cu ildə alqı-satqı müqaviləsi əsasında almışdır. Lakin, alqı-satqı müqaviləsi imzalanan zaman mənzildə qeydiyyatda olanlar qısa müddət ərzində mənzildən pasport qeydiyyatından çıxmağı öhdələrinə götürsələr də, bu günə qədər pasport qeydiyyatından çıxmamışlar. Hal-hazırda onların olduqları yer barədə onda heç bir məlumat yoxdur. Cavabdehlər artıq xeyli vaxtdır ki, sözügedən mənzildən köçüb daimi yaşamaq üçün başqa yerə getsələr də, bu günə kimi həmin mənzildə pasport qeydiyyatındadırlar. Ona görə hesab etmişdir ki, ona məxsus olan ünvan 1 mənzil 7 ünvanında yerləşən mənzilin yaşayış sahəsinə cavabdehlər Cavabdeh1 Mahiyyədin oğlu, x8, Cavabdeh3, Cavabdeh4, Cavabdeh5, Cavabdeh6, Cavabdeh7 və Cavabdeh8 hüquqlarının itirilmiş hesab edilməsi üçün məhkəməyə müraciət etmişdir. Məhkəmə iclasında iştirak edən iddiaçının nümayəndəsi Nəcəf-pur Vüsal Mahir oğlu iddia ərizəsində göstərilənlərə uyğun izahat verərək iddianın təmin olunmasını məhkəmədən xahiş etdi. Əlavə olaraq bildirdi ki, mənzili onlara satan şəxs cavabdehləri tanımadığından və mənzil onun tərəfindən satın alınmamışdan əvvəl həmin evdə yaşayıb qeydiyyata düşdüklərindən, mənzil onlar tərəfindən alınarkən və cavabdehlərin olduqları yer onlara məlum olmadığından mənzildən qeydiyyatdan çıxmalarını onlara bildirə bilməmişlər. Həmçinin iddiaçının nümayəndəsi V.Nəcəf-pur məhkəmə iclasında ərizə verərək iddia ərizəsi üzrə mülki işə qiyabi icraat qaydasında baxılmasını məhkəmədən xahiş etdi. Cavabdehlər Cavabdeh1 Mahiyyədin oğlu, x8, Cavabdeh3, Cavabdeh4, Cavabdeh5, Cavabdeh6, Cavabdeh7 və Cavabdeh8 məhkəmə iclasının vaxtı və yeri haqqında lazımi qaydada xəbərdarlıq edilməsinə baxmayaraq, onlar məhkəmə iclasına gəlməmişlər, gəlməmələrinin səbəbləri barədə məhkəməyə məlumat verməmişlər və onların iştirakı olmadan məhkəmə iclasının keçirilməsini xahiş etməmişlər. Məhkəmə Azərbaycan Respublikası Mülki-Prosessual Məcəlləsinin 147-ci maddəsinə əsasən işə onların iştirakı olmadan keçirilməsini mümkün hesab etmişdir. Həmçinin məhkəmə Mülki-Prosessual Məcəlləsinin 238.1-ci maddəsinə əsasən iclasın vaxtı və yeri haqqında lazımi qaydada xəbərdar edilmiş cavabdehlər məhkəmə iclasına gəlmədikləri və gəlməmələrinin səbəbləri barədə məlumat vermədiklərinə görə, iddiaçı isə buna etiraz etmədiyi üçün işə qiyabi icraat qaydasında baxılmasını mümkün hesab etmişdir. Məhkəmə iclasında şahid qismində dindirilmiş x14 ifadəsində bildirdi ki, 2001-ci ildən ünvan 1 mənzil 1 ünvanında yaşayır. Cavabdehləri şəxsən adlarını bilməklə tanımamışdır, lakin həmin mənzildə çox adam yaşamış, bəziləri kirayəşin olmuşdur. 5-6 ay olar ki, ünvan 1 mənzil 7 ünvanında yerləşən mənzil x6 tərəfindən satın alınmışdır, həmin vaxtdan heç kim yaşamamış və əvvəllər yaşayan şəxslər öz əşyalarını aparıb getmişlər. Hazırda həmin mənzildə iddiaçı tərəfindən təmir işləri görülür. Məhkəmə iclasında şahid qismində dindirilmiş x7 ifadəsində bildirdi ki, uzun illərdir ünvan 1 mənzil 2 ünvanında yaşayır. Sözügedən mənzildə çox insan yaşamışdır. 2000-ci ilə qədər Ermənistandan gələnlər yaşamışdır. Sonra isə satmışlar. Tələbələr və kirayəçilər qalmışlar. Bir nəfər qadın qalmışdır son zamanlar amma kim olduğunu bilməmişdir. Daima yaşayış olmuşdur. 5-6 ay olar ki, mənzili alan şəxslər tərəfindən təmir işləri görülür. Əvvəllər həmin mənzildə yaşayan şəxsləri ev satıldıqdan sonra görməmiş, onlar gedərkən əşyalarını da aparmışlar. Məhkəmə iddiaçının izahatını, şahidlərin ifadələrini, məhkəmə iclasında müəyyən olunan halları və mülki işdə olan sübutları tədqiq edib məcmu halında hüquqi qiymət verərək hesab edir ki, iddia tələbi əsaslı olduğundan təmin edilməlidir. İddia ərizəsinə əlavə edilmiş 19.11.2019-cu il tarixli AN-1 ******* nömrəli Daşınmaz Əmlakın alqı-satqı müqaviləsinin notarial qaydada təsdiq edilmiş surətindən görünür ki, x3 şəhəri, D.Qorqud küçəsi, ev 23, 7 saylı ünvanda yerləşən mənzili x4 50.000 (əlli min) manat məbləğində satmışdır. İddia ərizəsinə əlavə olunmuş Azərbaycan Respublikası Daxili İşlər Nazirliyi Gəncə Şəhər Baş Polis İdarəsi tərəfindən verilmiş 02.08.2019-cu il tarixli 120-27391A-3219 nömrəli məktubdan görünür ki, Gəncə şəhəri, Kəpəz rayonu, D.Qorqud küçəsi, ev 23, 7 saylı mənzildən Cavabdeh1 Mahiyyədin oğlu, x8, Cavabdeh3, Cavabdeh4, Cavabdeh5, Cavabdeh6, Cavabdeh7 və Cavabdeh8 adlı şəxslərin pasport qeydiyyatından çıxarılmaları ancaq məhkəmənin qanuni qüvvəyə minmiş qətnaməsi əsasında ola bilməsi x4 izah olunur. İş materiallarına əlavə edilmiş Azərbaycan Respublikası Gəncə şəhəri İcra Hakimiyyəti Mənzil-x5 birliyi 08 saylı Mənzil İstismar Sahəsinin 28.12.2019-cu il tarixli, 514 nömrəli arayışdan görünür ki, x1 şəhəri, N.Nərimanov küçəsi, ev 50, mənzil 7 ünvanında yaşayır. İş materiallarına əlavə edilmiş Azərbaycan Respublikası Gəncə şəhəri İcra Hakimiyyəti Mənzil-x5 birliyi 08 saylı Mənzil İstismar Sahəsinin 20.02.2020-ci il tarixli, 44 nömrəli arayışından görünür ki, Cavabdeh1 Mahiyyədin oğlu, x8, Cavabdeh3, Cavabdeh4, Cavabdeh5, Cavabdeh6, Cavabdeh7 və Cavabdeh8 adlı şəxslər ünvan 1 mənzil 7 ünvanında yaşamırlar və hal-hazırda yaşayış ünvanları məlum deyil. İş materiallarına əlavə edilmiş Azərbaycan Respublikası Daxili İşlər Nazirliyinin yaşayış yeri üzrə qeydiyyat haqqında Asan-Gəncə tərəfindən verilmiş 17.11.2019-cu il tarixli ******* nömrəli arayışından görünür ki, Cavabdeh1 Mahiyyədin oğlu, x8, Cavabdeh3, Cavabdeh4, Cavabdeh5, Cavabdeh6, Cavabdeh7 və Cavabdeh8 adlı şəxslər ünvan 1 mənzil 7 ünvanında qeydiyyatdadırlar. İş materiallarına əlavə edilmiş Azərbaycan Rspublikası Əmlak Məsələləri Dövlət Komitəsinin Yanında Daşınmaz Əmlakın Dövlət Reyestri Xidməti tərəfindən verilmiş ********** qeydiyyat nömrəli, 10.12.2019-cu il tarixli çıxarışın surətindən görünür ki, ünvan 1 mənzil 7 x6 xüsusi mülkiyyətindədir. İş materiallarına əlavə edilmiş iddiaçı x2 nümayəndəsi Nəcəf-pur Vüsal Mahir oğlu məhkəməyə təqdim edilmiş ərizəsindən görünür ki, iddia ərizəsinə qiyabi icraat qaydasında baxılmasını xahiş etmişdir. Məhkəmə iclası zamanı müəyyən edilmişdir ki, ünvan 1 7 saylı mənzil Azərbaycan Rspublikası Əmlak Məsələləri Dövlət Komitəsinin Yanında Daşınmaz Əmlakın Dövlət Reyestri Xidmətinin tərəfindən verilmiş ********* qeydiyyat nömrəli 10.12.2019-cu il tarixli çıxarış əsasında x2 mülkiyyətindədir. Cavabdehlər qeyd edilən mənzilin əvvəlki mülkiyyətçisinin ailə üzvləridir. Həmin mənzil iddiaçının mülkiyyətinə keçdikdən sonra sonuncular onun ailə üzvü olmamaqla qeyd olunan yaşayış evində yaşamamışlar, mənzildə pasport qeydiyyatında formal olaraq cavabdehlərin qaldıqları iddiaçının mülkiyyətində olan mənzilinə sahiblik, istifadə və sərəncam hüquqlarının tam həyata keçirməsinə mane olur və artıq kommunal xərclərin meydana gəlməsinə səbəb olur. Bundan başqa, cavabdehlərin mənzildə qeydiyyatının olması iddiaçının–yeni mülkiyyətçinin iradə ifadəsi ilə bağlı deyil, iddiaçının hazırkı tələbindən isə müəyyən olunur ki, cavabdehlərin mənzildə qeydiyyatda qalmaları mülkiyyətçi kimi onun iradəsinə ziddir. Əvvəlki mülkiyyətçi iradəsini ifadə edib mənzil üzərində mülkiyyət hüququnu yeni mülkiyyətçiyə verərkən mülkiyyət hüququnun hər üç elementini – sahiblik, istifadə və sərəncam hüquqlarını yeni mülkiyyətçiyə ötürmüş və ailə üzvləri ilə birlikdə mənzili tərk etmişdir. Ona görə də hazırki iddia tələbi ilə bağlı iddiaçı məhkəməyə müraciət etmək məcburiyyətində qalmışdır. İddiaçı məhkəmədən iddia tələbinin təmin edilməsinə dair qiyabi qətnamə çıxarılmasını xahiş edir. Həmçinin, məhkəmə iclasında o da müəyyən edilmişdir ki, cavabdehlər məhkəmə iclasında iştirak etmədiyindən onların iddia tələbinə münasibətini aydınlaşdırmaq mümkün olmamışdır. Azərbaycan Respublikası Konstitusiyasının 13-cü maddəsinin İ hissəsinə görə Azərbaycan Respublikasında mülkiyyət toxunulmazdır və dövlət tərəfindən müdafiə olunur. Konstitusiyanın 29-cu maddəsinə əsasən hər kəsin mülkiyyət hüququ vardır. Mülkiyyət hüququ, o cümlədən xüsusi mülkiyyət hüququ qanunla qorunur. Mülkiyyət hüququ mülkiyyətçinin tək başına və ya başqaları ilə birlikdə əmlaka sahib olmaq, əmlakdan istifadə etmək və onun barəsində sərəncam vermək hüquqlarından ibarətdir. Heç kəs məhkəmənin qərarı olmadan mülkiyyətindən məhrum edilə bilməz. Azərbaycan Respublikasının Mülki Prosessual Məcəlləsinin 88-ci maddəsinə görə məhkəmə sübutlara obyektiv, qərəzsiz, hərtərəfli və tam baxıdıqdan sonra həmin sübutlara tətbiq edilməli olan hüquq normalarına müvafiq olaraq qiymət verir. Azərbaycan Respublikası Mənzil Məcəlləsinin 3.1-ci maddəsinə əsasən mənzil hüquqları yalnız qanuna əsasən mənəviyyatın, sağlamlığın, digər şəxslərin hüquq və azadlıqlarının müdafiəsi, ölkənin müdafiəsinin və dövlətin təhlükəsizliyinin təmin olunması üçün zəruri olan həddə məhdudlaşdıra bilər. Həmin Məcəllənin 9-cu maddəsinə görə mənzil hüquqlarının müdafiəsi, mənzil hüququnun tanınması, mənzil hüququnun pozulmasınadək mövcud olan vəziyyətin bərpası və bu hüququ pozan və ya onun pozulması təhlükəsini yaradan hərəkətlərin qarşısının alınması üsulu ilə həyata keçirilir. Həmin Məcəllənin 29.1-ci maddəsinin tələbinə görə isə yaşayış sahəsinin mülkiyyətçisi ona mülkiyyət hüququ əsasında məxsus olan yaşayış sahəsi barəsində onun təyinatına uyğun olaraq və bu Məcəllə, həmçinin digər qanunlarla müəyyən edilmiş hüdudlarda sahiblik, istifadə və sərəncam vermək hüquqlarını həyata keçirir. Həmin Məcəllənin 30.1-ci maddəsində yaşayış sahəsi mülkiyyətçisinin ailə üzvlərinə həmin mülkiyyətçi ilə ona məxsus olan yaşayış sahəsində birlikdə yaşayan mülkiyyətçinin arvadı (əri), habelə onun uşaqları və valideynləri aid edilir. Digər qohumlar, mülkiyyətçinin himayəsində olan əmək qabiliyyəti olmayanlar mülkiyyətçi tərəfindən ailə üzvləri kimi yaşayış sahəsinə köçürüldükdə, onun ailə üzvləri hesab edilə bilərlər. Məhkəmə iclasında müəyyən edilmişdir ki, iddiaçının mənzilə mülkiyyət hüququ əldə etdiyi vaxtdan cavabdehlər həmin mənzildə yaşamırlar, daimi yaşamaq üçün özlərinə başqa yaşayış yeri seçmişlər. Cavabdehlərin iddiaçının mülkiyyətində olan mənzildə pasport qeydiyyatında olmaları onun hüquqlarını məhdudlaşdırdığından məhkəmə hesab edir ki, iddiaçı hazırki iddia tələbi ilə məhkəməyə müraciət etməkdə haqlıdır. Belə ki, Azərbaycan Respublikası Konstitusiyasının 13-cü maddəsinin 1-ci hissəsinə görə Azərbaycan Respublikasında mülkiyyət toxunulmazdır və dövlət tərəfindən müdafiə olunur. Azərbaycan Respublikası Mülki Məcəlləsinin 152.1-ci maddəsinə görə mülkiyyət hüququ subyektin ona mənsub əmlaka (əşyaya) öz istədiyi kimi sahib olmaq, ondan istifadə etmək və ona dair sərəncam vermək üzrə dövlət tərəfindən tanınan və qorunan hüquqdur. Həmin Məcəllənin 157.4-cü maddəsinə əsasən isə əgər mülkiyyətə qəsd və ya başqa maneələr əşyanı götürmədən və ya ondan məhrum etmədən törədilirsə, mülkiyyətçi qəsd edəndən bu hərəkətlərə son qoymağı tələb edə bilər. Bu cür hərəkətlər davam etdirildikdə mülkiyyətçi həmin hərəkətlərə son qoyulmasını məhkəmə vasitəsi ilə tələb edə bilər. Məhkəmə hesab edir ki, mülkiyyətçiyə heç bir aidiyyəti olmayan şəxslərin mənzilində qeydiyyatda qalması ona öz mülkiyyətindən dinc istifadə hüququnu həyata keçirməyə mane olur. Cavabdehlərin mənzildən qeydiyyatdan çıxarılması üçün isə onların mənzildən istifadə hüququ məhkəmə qaydasında itirilmiş hesab edilməlidir. «Yaşayış yeri və olduğu yer üzrə qeydiyyat haqqında» Azərbaycan Respublikasının Qanununun 9-cu maddəsinin 5-ci bəndinin tələbinə görə yaşayış sahəsindən çıxarıldıqda və ya yaşayış sahəsindən istifadə hüququna xitam verildikdə məhkəmənin qanuni qüvvəyə minmiş qətnaməsi əsasında müvafiq dövlət orqanı tərəfindən şəxs yaşayış yeri üzrə qeydiyyatdan çıxarılır. Beləliklə, cavabdehlər mübahisəli evdə qeydiyyatda olmalarına baxmayaraq, iddiaçı tərəfindən mənzil mülkiyyətinə keçirildikdən sonra orada yaşamamışlar, başqa ünvanda yaşamaqla, yaşayış sahəsindən istifadəyə görə üzərilərinə düşən vəzifələri yerinə yetirməmişlər. Cavabdehlərin mənzildə qeydiyyatı formal olaraq qalmaqla, iddiaçının mübahisəli mənzilə olan hüquqlarını məhdudlaşdırır və cavabdehlərə görə əlavə kommunal xidmət haqqı ödəməyə məcbur edir. Belə olan halda məhkəmə hesab edir ki, iddiaçının tələbi haqlı olduğundan təmin edilməli və cavabdehlər Cavabdeh1 Mahiyyədin oğlu, x8, Cavabdeh3, Cavabdeh4, Cavabdeh5, Cavabdeh6, Cavabdeh7 və Cavabdeh8 mülkiyyətində olan ünvan 1 mənzil 7 ünvanına olan istifadə hüquqları itirilmiş hesab edilməlidir. Azərbaycan Respublikasının Mülki Prosessual Məcəlləsinin 119.1-ci maddəsinə əsasən məhkəmə xərcləri ödənilmiş tələblərin məbləğinə münasib olaraq işdə iştirak edən şəxslərə aid edilir. Məhkəmə xərcləri ilə bağlı məsələni müzakirə edərək, məhkəmə hesab edir ki, iddiaçı dövlət rüsumunu tələb etmədiyindən onun tərəfindən ödənilmiş 10,0 (on) manat dövlət rüsumu iddiaçıya aid edilməlidir. Azərbaycan Respublikasının Mülki Prosessual Məcəlləsinin 14.2-ci maddəsinə əsasən məhkəmə yalnız tərəflərin təqdim etdikləri sübutları araşdırmalı və onlardan istifadə etməlidir. Həmin Məcəllənin 77.1-ci maddəsinə əsasən hər bir tərəf öz tələblərinin və etirazlarının əsası kimi istinad etdiyi halları sübut etməlidir. Həmin Məcəllənin 217.4-cü maddəsinə əsasən məhkəmə öz qətnaməsini yalnız məhkəmə iclasında tədqiq olunmuş sübutlarla əsaslandırır. Həmin Məcəllənin 218.3-cü maddəsinə görə, hakim işdə iştirak edən şəxslərin verdiyi tələblər üzrə qətnamə çıxarır; Həmin Məcəllənin 241.1-ci maddəsinı görə qiyabi icraat qaydasında işə baxarkən hakim, tərəflərin təqdim etdiyi sübutların tədqiqi ilə kifayətlənir, onların dəlillərini və vəsatətlərini nəzərə alır və qiyabi adlanan qətnamə çıxarır. Şərh olunanlara və Azərbaycan Respublikasının Mülki Prosessual Məcəlləsinin 216-220, 227, 238.1, 233, 357 və 360-cı maddələrini rəhbər tutaraq, məhkəmə qət etdi: İddia tələbi təmin edilsin. Cavabdehlər Cavabdeh1 Mahiyyədin oğlu, x8, Cavabdeh3, Cavabdeh4, Cavabdeh5, Cavabdeh6, Cavabdeh7 və Cavabdeh8 iddiaçı x2 mülkiyyətində olan ünvan 1 mənzil 7 ünvanına olan istifadə hüquqları itirilmiş hesab olunsun. Ödənilmiş 10,0 (on) manat dövlət rüsumu iddiaçıya aid edilsin. Cavabdehlər qiyabi qətnamənin onlara rəsmi qaydada verilməsindən sonra 10 (on) gün müddətində həmin qətnamənin ləğvi üçün x21 Rayon Məhkəməsinə ərizə verə bilərlər. Qiyabi qətnamədən tərəflər, bu qətnamənin ləğvi üçün ərizə verilməsi və ona baxılması müddəti bitdikdən sonra, 01 (bir) ay müddətində x21 Rayon Məhkəməsi vasitəsilə Gəncə Apelyasiya Məhkəməsinə apelyasiya şikayəti verilə bilər. Sədrlik edən: Rəşad Mustafayev

Bu qərar sizin işinizə uyğun gəlirmi?

Sualınızı yazın — cavab qanun maddələri və məhkəmə təcrübəsi əsasında hazırlanır.

Sual ver

Eyni kateqoriyada digər qərarlar