Məhkəmə qərarları › İş №2(043)-735/2020

Gəncə Şəhəri Kəpəz Rayon Məhkəməsi Qərardad — İş №2(043)-735/2020

16.01.2020 · Hüquqi əhəmiyyəti olan faktların müəyyən edilməsi haqqında - Digər hüquqi hallar
Mənbə: Azərbaycan məhkəmə sistemi (courts.gov.az) — anonimləşdirilmiş rəsmi mətn. Dataset: Azerbaijan Court Data (CC-BY-4.0).

Azərbaycan Respublikası adından QƏRARDAD Gəncə şəhəri İş № 2(043)-735/2020 16.01.2020 GƏNCƏ ŞƏHƏRİ KƏPƏZ RAYON MƏHKƏMƏSİ Hakim Tağıyev Cavid Tahir oğlu, Ərizəçi maraqlı şəxs Azərbaycan Respublikası Baş Dövlət x1 Gəncə regionlar qeydiyyat-imtahan və texniki baxış şöbəsinə qarşı «hüquqi əhəmiyyəti olan faktın müəyyən edilməsinə» dair ərizəsinin məhkəmə icraatının mümkünlüyünə məhkəmə iclasından kənar ayrıca prosessual qaydada baxaraq, müəyyən etdim : Ərizəçi maraqlı şəxs Azərbaycan Respublikası Baş Dövlət x1 Gəncə regionlar qeydiyyat-imtahan və texniki baxış şöbəsinə qarşı «hüquqi əhəmiyyəti olan faktın müəyyən edilməsinə» dair ərizə ilə məhkəməyə müraciət edərək mülkiyyətində olan 1973cü il istehsallı, «VAZ-2103» markalı, 20 BZ-470 qeydiyyat nömrə nişanlı avtomobil üzərində mülkiyyət hüququna xitam verilməsi faktının müəyyən edilməsi barədə qətnamə çıxarılmasını xahiş etmişdir. Ərizəni və ona əlavə olunmuş sənədləri araşdıraraq məhkəmə hesab edir ki, ərizəyə məhkəmədə baxılmalı olmadığından ərizənin icraata qəbul edilməsindən imtina edilməlidir. Belə ki, Yol hərəkəti haqqında Azərbaycan Respublikasının Qanununun 27-ci maddəsinə əsasən nəqliyyat vasitələri çıxdaş edildikdə bu maddənin İİ və İİİ hissələrində nəzərdə tutulmuş orqanlar tərəfindən nəqliyyat vasitəsi dövlət qeydiyyatı üzrə daimi uçotdan çıxarılır. Mexaniki nəqliyyat vasitələrinin və onların qoşqularının dövlət qeydiyyatından keçirilməsi və dövlət qeydiyyatı üzrə uçota alınması işlərinin aparılması barədə təlimatdan görünür ki, nəqliyyat vasitələri çıxdaş edilməsi ilə əlaqədar uçotdan çıxarıldıqda dövlət qeydiyyat nişanları və qeydiyyat şəhadətnaməsi qeydiyyat məntəqəsinə təhvil verilir. Mülkiyyətçinin istəyindən asılı olaraq bu barədə ona müvafiq təsdiqliyici sənəd, eləcə də bu Təlimatın 4.2-ci bəndində nəzərdə tutulmuş arayış verilə bilər. Qeyd olunan təlimatın 5.6-cı bəndində göstərilir ki, nəqliyyat vasitəsinin qeydiyyat şəhadətnaməsi və yaxud dövlət qeydiyyat nişanları itirildikdə, uçotdan çıxarılma ərizəsində onların itirilməsi barədə müvafiq qeydlər edilir və “Əsasnamə”nin 8.2 və 9.3-cü bəndlərində nəzərdə tutulmuş qaydada müvafiq arayış təqdim olunur. Azərbaycan Respublikası Mülki-Prosessual Məcəlləsinin 24.1-ci maddəsinə əsasən Azərbaycan Respublikasının məhkəmələri, bu Məcəlləyə və ya digər qanunlara müvafiq olaraq onların müdafiəsi məhkəmədən kənar digər qaydada həyata keçirilmirsə, pozulmuş və mübahisə edilən hüquq və azadlıqları müdafiə və təmin edir. Göründüyü kimi ərizəçi mülkiyyətində olan avtomobilin çıxdaş edilməsi ilə bağlı müvafiq orqana müraciət edərək həmin avtomobili qeydiyyatdan çıxarmalı olduğu halda məhkəməyə müraciət etmişdir. Halbu ki iddiaçının ərizəsində göstərdiyi hilların məhkəmədən kənar qaydada həll olunması mümkün olmuşdur. İddia ərizəsinin mümkünlüyündən bəhs edən Azərbaycan Respublikası Mülki- Prosessual Məcəlləsinin 151.1-ci maddəsinə əsasən, iddia ərizəsi bu Məcəllənin tələblərinə riayət edilməklə verildikdə onun məhkəmə icraatı mümkündür. Eyni zamanda həmin Məcəllənin 153.2.1-ci maddəsinə əsasən ərizəyə məhkəmə qaydasında baxılmalı deyildirsə hakim iddianın yolverilməzliyinə görə iddia ərizəsini qəbul etməkdən imtina edir. Belə olan halda məhkəmə göstərilənləri nəzərə alaraq hesab edir ki, Ərizəçi maraqlı şəxs Azərbaycan Respublikası Baş Dövlət x1 Gəncə regionlar qeydiyyat-imtahan və texniki baxış şöbəsinə qarşı «hüquqi əhəmiyyəti olan faktın müəyyən edilməsinə» dair ərizəsinə məhkəmə qaydasında baxılmalı olmadığından ərizənin yolverilməzliyinə görə qəbul edilməsindən imtina edilməli, ərizəçiyə mülkiyətində olan çıxdaş edilmiş avtomobilin qeyddiyyatdan çıxarılması üçün müvafiq icra hakimiyyəti orqanına müraciət etməsi, bundan imtina olunduğu təqdirdə isə inzibati qaydada müvafiq məhkəməyə müraciət etmək hüququ izah edilməlidir. Şərh olunanlara əsasən və Azərbaycan Respublikası Mülki Prosessual Məcəlləsinin 153, 263, 264, 268-ci maddələrini rəhbər tutaraq məhkəmə, qərara aldı: Ərizəçi maraqlı şəxs Azərbaycan Respublikası Baş Dövlət x1 Gəncə regionlar qeydiyyat-imtahan və texniki baxış şöbəsinə qarşı mülkiyyətində olan 1973-cü il istehsallı, «VAZ-2103» markalı, 20 BZ-470 qeydiyyat nömrə nişanlı avtomobil üzərində mülkiyyət hüququna xitam verilməsi faktının müəyyən edilməsinə dair ərizəsinin icraata qəbul edilməsindən imtina edilsin. Qərardaddan, rəsmi qaydada verildikdən sonra 10 (on) gün müddətində Gəncə şəhəri Kəpəz Rayon Məhkəməsinə şikayət verilə bilər.

Bu qərar sizin işinizə uyğun gəlirmi?

Sualınızı yazın — cavab qanun maddələri və məhkəmə təcrübəsi əsasında hazırlanır.

Sual ver

Eyni kateqoriyada digər qərarlar