Azərbaycan Respublikası adından QƏTNAMƏ Gəncə şəhəri İş № 2(043)-756/2022 28.06.2022 GƏNCƏ ŞƏHƏRİ KƏPƏZ RAYON MƏHKƏMƏSİ Hakim Hüseynov Zaur Nazim oğlunun sədrliyi, Sadıxov Rəşad Şahin oğlunun katibliyi, İlk iddia üzrə İddiaçı və qarşılıqlı iddia üzrə cavabdehlər X2, X5 nümayəndəsi X22, İlk iddia üzrə cavabdeh qarşılıqlı iddia üzrə iddiaçı Cavabdeh nümayəndələri X13 və X11 iştirakları ilə, İlk iddia üzrə İddiaçı Cavabdeh qarşı “cehiz əşyalarının evdən çıxarılması” tələbinə dair ilk iddiası və qarşılıqlı iddia üzrə iddiaçı Cavabdehlər İddiaçı, X8 və X3 qarşı “cehiz və qızılzinət əşyaları tələbi”nə dair qarşılıqlı iddia ərizəsi üzrə mülki işə açıq məhkəmə iclasında baxaraq, müəyyənetdi: İddiaçı Cavabdeh qarşı iddia ərizəsi ilə Gəncə şəhəri Kəpəz rayon Məhkəməsinə müraciət edərək, cavabdehə məxsus iddia ərizəsində göstərilən cehiz əşyalarının mülkiyyətində olan ünvan 1 ünvanda yerləşən evdən çıxarılmasına dair qətnamə qəbul edilməsini xahiş etmişdir. İddiaçı tələbini onunla əsaslandırmışdır ki, cavabdehə məxsus cehiz əşyalarının yerləşdiyi ev onun mülkiyyətindədir. Cavabdeh nəvəsi X6 həyat yoldaşıdır. İki ildir ki, cavabdeh ona məxsus mülkdə yaşamır, küsüb həmişəlik atası evinə getmişdir. Dəfələrlə evə qayıdıb birlikdə yaşamağı təklif etsə də cavabdeh bununla razılaşmamışdır. Cavabdeh onunla heç bir qohumluq əlaqəsi daşımır və onun ərizədə qeyd edilib göstərilən cehiz əşyaları mülkiyyətində olan evdə saxlanılır və bu hal da onun mülkiyyət hüquqlarını kobud şəkildə pozur. Odur ki, məhkəməyə müraciyət etməyə məcbur qalmışdır. Daha sonra iddiaçının nümayəndəsi X27 iddianın dəqiqləşdirilməsi barədə ərizə təqdim edərək bildirmişdir ki, iddia ərizəsində cavabdehə məxsus cehiz əşyalarının Gəncə şəhəri, M.C.Paşayev küçəsi 1-ci döngə 27A saylı evdən çıxarılması göstərilmişdir. Ancaq mülki işə əlavə edilmiş çıxarışdan görünür ki, iddiaçıya məxsus olan ev ünvan 2 ünvanda yerləşir. Odur ki, Cavabdeh məxsus iddiada sadalanan cehiz əşyalarının İddiaçı məxsus Gəncə şəhəri, Cavadxan qəsəbəsi, Məhərrəm Həsənov küçəsi ev 48-dən çıxarılmasına və ödənilmiş 100 manat dövlət rüsumunun cavabdehdən alınıb iddiaçıya ödənilməsinə dair qətnamə qəbul edilməsini xahiş etmişdir. Məhkəmənin hazırlıq iclası keçirilənədək ilk iddia üzrə Cavabdeh İddiaçı, X8 və X3 qarşı qarşılıqlı iddia ərizəsi ilə məhkəməyə müraciət edərək, cavabdehlərdən ona məxsus qızılzinət əşyalarının və ya onların qeyd etdiyi dəyərinin və ödənilmiş dövlət rüsumunun tutulub ona verilməsi barədə qətnamə qəbul edilməsini xahiş etmişdir. Qarşılıqlı iddia ərizəsi onunla əsaslandırılmışdır ki, cavabdeh X9 ilə 2019-cu ilin fevral ayında faktiki olaraq evlənmişlər. Nikahlarını isə 2019-cu ilin mart ayında rəsmləşdirmişlər. Cavabdehlə birgə evlilikdən bir uşaqları olmuşdur. Uşaqları doğulan gündən uşağa anası baxmışdır. O isə tez-tez gedib uşağına baş çəkmişdir. xx.xx.2020-ci il tarixdə yoldaşının anası X4 qeyri rəsmi yaşadığı şəxslə birlikdə onu bir neçə saatlıq atasının evinə aparmışlar. Uşağı gördükdən bir neçə saat sonra anası yoldaşının telefonuna dəfələrlə zəng vurmuşdur ki, onu aparsın, o isə telefonu açmamışdır. Daha sonra isə digər cavabdeh Mehrəngiz Allahverdiyevanın mobil telefonuna zəng vurub onu taksi ilə yola saldığını bildirmişdir, Mehrəngiz Allahverdiyeva buna etiraz edərək, evdə olmadığını, onu göndərməməsini və 2020-ci ilin avqustun 8-də yoldaşının gəlib özü aparacağını bildirmişdir. Anası isə onunla məcburuyyətdən razılaşmışdır. Lakin həmin vaxtdan hal-hazırki vaxtadək cavabdehlər onun arxasınca getməmişlər. Dəfələrlə cavabdehlərin evinə qayıtmaq üçün hər ikisinin mobil telefonlarına zəng vurub əlaqə saxlamaq istəsə də, cavab verən olmamışdır. Bundan sonra başa düşmüşdür ki, cavabdehlər onu planlı şəkildə evdən çıxarıb aldadaraq atası evinə aparmışlar. Həmin vaxtdan da atasının evində yaşayır. Hazırda yoldaşının ana nənəsi (mülkiyyətçi) X19 ona qarşı cehiz əşyalarının evdən çıxarılması ilə bağlı Gəncə Şəhəri Kəpəz Rayon Məhkəməsinə iddia ərizəsi ilə müraciət etmişdir. İddia ərizəsi ilə oxuyub tanış olduqdan sonra məlum olmuşdur ki, ona məxsus cehiz əşyalarının bir hissəsi və qızıl-zinət əşyalarının isə hamısı iddia ərizəsində qeyd olunmamışdır. Qeyd etmək istəyir ki, o, cavabdehlərin evindən atası evinə bir neçə saatlıq uşağını görmək adı ilə çıxmış, evdən çıxarkən özü ilə heç bir cehiz və qızıl-zinət əşyası götürməmişdir. Cavabdeh X12 ona qarşı iddia ərizəsindən görünür ki, ona məxsus cehiz əşiyalarının bir qismini və qızıl-zinət əşyalarının isə bütövlükdə qaytarmaq istəmirlər. Buna görə də ona məxsus qızıl-zinət və cehiz əşyalarının başqa yolla alınması mümkün olmadığı üçün məhkəməyə müraciət etmək məcburiyyətində qalmışdır. Qeyd edilən qızıl-zinət və cehiz əşiyaları cavabdehlərdədir: 1 dəst 25 qram, 585 əyarlı badam sırğa üzük və klon-1700 manat; 1 ədəd boyunbağı çəkisi 18 qram, 750 əyarlı - 750 manat; 1 ədəd qol bağı çəkisi 8 qram, 750 əyarlı – 1440 manat; 1 ədəd nişan üzüyü (briliyant) çəkisi 6 qram, 585 əyarlı – 420 manat; 1 ədəd tək qaş üzük (briliyant) çəkisi 4 qram, 585 əyarlı – 300 manat; 1 ədəd boyun bağı çəkisi 50 qram, 583 əyarlı rekert sep - 3200 manat - Cəmi dəyəri 7810 manat; Cehiz əşyaları: 2 ədəd yastıq dəyəri-cəmi 30 manat; 1 ədəd 2 nəfərlik döşək dəyəri- cəmi 150 manat; 1 ədəd 2 nəfərlik yorğan- dəyəri cəmi 150 manat; 1 ədəd iki nəfərlik pakrıval - dəyəri cəmi 450 manat; 1 ədəd iki nəfərlik yay ədyalı- dəyəri cəmi 60 manat; Pəncərə üçün karniz və tüllər fonlar - dəyəri cəmi 1500 manat; 2 ədəd can məhrəbası -dəyəri cəmi 60 manat; 8 ədəd çay dəsmalı - dəyəri cəmi 40 manat; 6 ədəd əl-üz dəsmalı -dəyəri cəmi 60 manat; 3 dəst iki nəfərlik pastel üzü - dəyəri cəmi 250 manat; 1 ədəd qranit qazan dəsti - dəyəri cəmi 180 manat; 1 ədəd elektron samavar - dəyəri cəmi 135 manat; 1 ədəd soyducu (Samsung)- dəyəri cəmi 1500; 1 ədəd nabor bıçaq -dəyəri cəmi 50 manat; 1 ədəd 12 nabor çəngəl,qaşıq və bıçaq (qalaksi firması) -dəyəri cəmi 150 manat; 12 ədəd xörək qaşığı, 12 ədəd çəngəl, 12 ədəd çay qaşığı cəmi 50 manat; 12 ədəd limon çəngəli - dəyəri cəmi 10 manat; 1ədəd naçnik -dəyəri cəmi 20 manat; 1 ədəd saat divar üçün -dəyəri cəmi 25 manat; 1ədəd kətan süfrə -dəyəri 100 manat; 2 ədəd padnus (qızıllı-gümüşü) -dəyəri cəmi 50 manat; 2 ədəd şirəli qazan ( 1 litir yarımlıq) -dəyəri cəmi 12 manat; 1 ədəd kamotun üstü üçün süfrə dəyəri 70 manat; 96 ədəd boşqab qarşıq (borcan) -dəyəri cəmi 380 manat; 12 ədəd desert boşqabı -dəyəri cəmi 25 manat; 12 ədəd kasa və 12 ədəd qaşıqları- dəyəri cəmi 34 manat; 12 ədəd kasa balaca -dəyəri cəmi 27 manat; 8 ədəd bulud 4-ü balaca 4-ü böyük- dəyəri cəmi 68 manat; 6 ədəd duz qabı -dəyəri cəmi 24 manat; 2 ədəd dəm çayniki- dəyəri cəmi 12 manat; 2 ədəd qənd qabı böyük- dəyəri cəmi 24 manat; 1 ədəd yekə tort qabı- dəyəri 20 manat; 24 ədəd bakal sok üçün- dəyəri cəmi 32 manat; 6 ədəd rumka araq üçün -dəyəri cəmi 5.50 manat; 6 ədəd limon qabı-dəyəri cəmi 12 manat; 4 ədəd salfet qabı -dəyəri cəmi 12 manat; 4 ədəd kül qabı-dəyəri cəmi 20 manat; 2 ədəd lotqa şirniyat qabı dəyəri cəmi 12 manat; 24 ədəd razetqa (mürəbbə qabı)-dəyəri cəmi 18 manat; 2 ədəd kvadrat cərəz qabı- dəyəri cəmi 8 manat; 2 ədəd qənd qabı dairəvi-dəyəri cəmi 12 manat; 1 ədəd güldan -dəyəri 28 manat; 24 ədəd nəlbəki -dəyəri cəmi 36 manat; 2 ədəd meyvə qabı-dəyəri cəmi 50 manat; 2 ədəd dairə picanki şirniyat qabı-dəyəri cəmi 16 manat; 1dəst nabor tort qabə-dəyəri 20 manat 2 ədəd ləpə qabı-dəyəri cəmi 13 manat; 12 ədəd xurustal stəkan (çexski)-dəyər cəmi 120 manat; 12 ədəd xurustal stəkan sadə-dəyəri cəmi 60 manat; 2 ədəd salat qabı (paşabahce) -dəyəri cəmi 8 manat; 2 ədəd qənd qabı qapaqlı böyük -dəyəri cəmi 20 manat; 1ədəd uşağın kalyaskasıdəyəri- cavabdeh bilir; 1ədəd uşağın çarpayısı-dəyəri - cavabdeh bilir; 1ədəd palto -və digər geyim əşyaları-dəyəri-300; 1 ədəd peç radiator-dəyəri 50 manat; 1 ədəd lanpa dəyəri 25 manat. Qonaq otağı mebeli stol, stul 8 nəfərlik, televizor altı və qamot - cəmi 2440 manat. Cehiz əşyalarının ümumi dəyəri 9033 manat təşkil edir. Məhkəmə iclasında ilk iddia üzrə İddiaçı və qarşılıqlı iddia üzrə cavabdehlər X2, X5 nümayəndəsi X27 ilk iddianı müdafiə edərək izahatında bildirdi ki, Cavabdeh məxsus cehiz əşyaları iddiaçıya məxsus mənzildə qalmaqla iddiaçının mülkiyyət hüququnu pozduğundan, iddiaçı əşyaların çıxarılması barədə tələb irəli sürmüşdür. Cavabdehin iddiaçıya məxsus evdən istifadə hüququ olmadığına görə həmin cehiz əşyaları evdən çıxarılmalıdır. Qarşılıqlı iddianın isə cehiz əşyalarının tələb edilməsi hissəsini qəbul edirlər və cehiz əşyalarının hər birini qaytarmağa razıdırlar. Lakin, Cavabdeh məxsus qızıl-zinət əşyaları qarşılıqlı iddia üzrə cavabdehlərdə deyil. Cavabdeh anasıgilə gedərkən həmin əşyaları özü ilə aparmışdır. Bu səbəbdən qarşılıqlı iddianın qızıl-zinət əşyalarının tələb edilməsi hissəsi əsassızdır. Məhkəmə iclasında ilk iddia üzrə cavabdeh qarşılıqlı iddia üzrə iddiaçı Cavabdeh nümayəndəsi X13 qarşılıqlı iddia ərizəsini müdafiə edərək, izahatında əlavə olaraq bildirdi ki, Cavabdeh ilk iddianı qəbul edir. Belə ki, o, qarşılıqlı iddia tələbində onsuzda özünə məxsus cehiz əşyalarını tələb etmişdir. Birgə yaşadıqları dövrdə Cavabdeh məsus qızıl-zinət əşyaları onun Mirdamət Allahverdiyev və Mehrəngiz Allahverdiyeva ilə birgə yaşadıqları evdə olmuşdur. Bu səbəbdən Cavabdeh məxsus qızıl-zinət əşyaları cavabdehlər Mirdamət Allahverdiyev və Mehrəngiz Allahverdiyevada olduğundan qızıl-zinət əşyalarını həmin şəxslərdən, cehiz əşyalarını isə hər üç cavabdehdən tələb edir. Odur ki, qarşılıqlı iddianın təmin edilməsini, yəni qızıl-zinət və cehiz əşyaları və ya onların dəyərinin cavabdehlərdən alınıb iddiaçıya qaytarılmasını xahiş edir. Məhkəmə iclasında ilk iddia üzrə cavabdeh qarşılıqlı iddia üzrə iddiaçı Cavabdeh nümayəndəsi X20 qarşılıqlı iddia ərizəsinin məzmununa uyğun izahat verərək, ilk iddianın və qarşılıqlı iddianın təmin edilməsi barədə qətnamə qəbul edilməsini xahiş etdi. İş materiallarında olan Azərbaycan Respublikası Əmlak Məsələləri Dövlət Komitəsinin yanında Daşınmaz Əmlakın Dövlət Reyestri Xidməti tərəfindən “Hüquqların Dövlət qeydiyyatı haqqında daşınmaz əmlakın Dövlət reyestrindən” Çıxarışdan görünür ki, ünvan 3 ünvanında yerləşən fərdi yaşayış evi İddiaçı xüsusi mülkiyyətindədir. İşin faktiki hallarından görünür ki, ünvan 2 ünvanda yerləşən fərdi yaşayış evi ilk iddia üzrə İddiaçı mülkiyyətindədir. İlk iddia üzrə Cavabdeh isə iddiaçının nəvəsi X8 ilə 2019-cu ildə nikaha daxil olmuş və gəlin kimi İddiaçı məxsus fərdi yaşayış evinə köçərək orada yaşamışdır. Bundan sonra, şəxsi münasibətlərində baş verənlər səbəbindən, Sadəqət Allahverdiyeva valideynlərinin yanında yaşamağa başlamışdır. O, ilk iddia üzrə iddiaçıya məxsus evdən getsə də, ona məxsus olan ilk iddia ərizəsində göstərilən cehiz əşyaları (1 ədəd kamod, 1 ədəd televizor altlığı, 8 ədəd oturacaq (stul), 6 ədəd boşqab, 2 ədəd kasa, 4 ədəd nəlbəlki, 8 ədəd bulud, 1 ədəd kasa, 1 ədəd gül qabı, 4 komplekt qaşıq-çəngəl, 2 komlekt çay-qaşığı, 2 ədəd dairəvi qənd qabı, 4 ədəd ləpə qabı, 4 ədəd duz qabı, 2 ədəd lötkə yekə, 2 ədəd kvadrat şirniyyat qabı, 4 ədəd şüşə salfet qabı, limon qabı, 2 ədəd qapaqlı yekə qənd qabı, 2 ədəd Paşabahçe bakal, 1 ədəd Paşahbaçe rumka, 1 ədəd yekə tort qabı, 1 ədəd naçnik sayı, 2 ədəd qənd qabı, 2 ədəd dəm çayniyi, 1 komplekt Roko qranit qazan dəsti, 1 ədəd aksel çay elektrik samovarı, 1 ədəd soyuducu Şamsung, 1 ədəd galaksi qaşıq şkafı, 2 ədəd vaza, 1 komplekt xrustal stəkan, 1 komplekt stəkan, 1 komplekt bıçaq dəsti, 2 ədəd külqabı, 1 ədəd podnos, 1 ədəd şirəli qazan, 1 ədəd 2 nəfərlik döşək, 1 ədəd 2 nəfərlik yorğan, 1 ədəd divan pokrıval, 1 ədəd 2 nəfərlik ədyal, 3 dəst yorğan döşək üzü, 1 ədəd kətan süfrə, 6 ədəd əl-üz dəsmalı, 1 ədəd divar saatı, 6 ədəd çay dəsmalı, 1 ədəd lampa, 5 ədəd pərdə) iddiaçıya məxsus evdə qalmışdır. İddiaçı həmin əşyaların onun evində qalmasını mülkiyyət hüququna müdaxilə kimi qiymətləndirir və qeyd olunan əşyaların evindən çıxarılmasını tələb edir. Məhkəmə qeyd edir ki, ilk iddia üzrə cavabdehə məxsus əşyaların iddiaçıya məxsus evdən çıxarılması məsələsi həll edilərkən, ilk öncə cavabdehin həmin evdən istifadə hüququnun olub-olmaması müəyyən edilməlidir. İş materialları ilə müəyyən olunur ki, ilk iddia üzrə cavabdeh 2019-cu ildə iddiaçının nəvəsi ilə rəsmi nikaha daxil olmaqla ailə qurmuş və həmin vaxtdan iddiaçıya məxsus evə köçərək orada yaşamışdır. Göründüyü kimi, tərəflər arasında mübahisəli hüquq münasibətləri 2019-cu il tarixdə yaranmışdır, ona görə də mübahisəyə Mülki Məcəllənin 30-cu maddəsinin müddəaları tətbiq edilməlidir. Azərbaycan Respublikası Mənzil Məcəlləsinin 30.1-ci maddəsinə əsasən yaşayış sahəsi mülkiyyətçisinin ailə üzvlərinə həmin mülkiyyətçi ilə ona məxsus olan yaşayış sahəsində birlikdə yaşayan mülkiyyətçinin arvadı (əri), habelə onun uşaqları və valideynləri aid edilir. Digər qohumlar, mülkiyyətçinin himayəsində olan əmək qabiliyyəti olmayanlar mülkiyyətçi tərəfindən ailə üzvləri kimi yaşayış sahəsinə köçürüldükdə, onun ailə üzvləri hesab edilə bilərlər. Məhkəmə hesab edir ki, Mənzil Məcəlləsinin 30.1-ci maddəsinin tələbləri baxımından ilk iddia üzrə Cavabdeh İddiaçı ailə üzvü hesab olunmur. Belə ki, mülkiyyətçinin ailə üzvləri dedikdə, onun arvadı (əri), uşaqları və valideynləri başa düşülür. Mənzil Məcəlləsinin 30.1-ci maddəsində göstərilən “digər qohumlar” ifadəsinə gəldikdə isə qeyd edilməlidir ki, “Azərbaycan Respublikası Mülki Məcəlləsinin 228.1 və 228.2ci və Azərbaycan Respublikası Mənzil Məcəlləsinin 30.1 və 30.2-ci maddələrinin şərh edilməsinə dair” Konstitusiya Məhkəməsi Plenumunun 16 dekabr 2014-cü il tarixli qərarında göstərilmişdir ki, Azərbaycan Respublikası Mənzil Məcəlləsinin 30.1-ci maddəsinin ikinci cümləsinin “digər qohumlar” ifadəsi Azərbaycan Respublikası Ailə Məcəlləsinin 15-ci Fəslinin müddəalarına əsasən yaşayış sahəsinin mülkiyyətçisindən özünün saxlanılmasını tələb etmək hüququ olan şəxsləri ehtiva edir. Göstərilənlərə əsasən məhkəmə hesab edir ki, ilk iddia üzrə Cavabdeh ilk iddia üzrə İddiaçı ailə üzvü hesab olunmadığından, onun iddiaçıya məxsus yaşayış evindən istifadə hüququnun əmələ gəlməsi üçün Mülki Məcəllənin 228.1 və 228.2-ci maddəsinə riayət edilməsi tələb olunur. Belə ki, qeyd olunan maddi hüquq normalarına əsasən mülkiyyətçinin ailə üzvü sayılmayan şəxslərin yaşayış sahəsindən istifadə hüququnun yaranması üçün mülkiyyətçi ilə onun arasında yazılı razılaşmanın bağlanılması, həmin razılaşmanın notariat qaydasında təsdiq edilməsi və istifadə hüququnun daşınmaz əmlakın dövlət reyestrində qeydə alınması mütləq şərt kimi göstərilmişdir. Lakin, iş materialları ilə müəyyən olunur ki, tərəflər arasında yaşayış sahəsindən istifadə hüququnun əmələ gəlməsinə dair notariat qaydasında təsdiqlənən yazılı müqavilə bağlanmamışdır. Sadalanan xüsusatlara və qeyd edilən qanunvericilik aktlarına əsasən məhkəmə hesab edir ki, ünvan 2 ünvanda yerləşən evin mülkiyyətçisi olan İddiaçı ilə Cavabdeh arasında yaşayış sahəsindən istifadə hüququnun yaranması ilə bağlı notariat qaydasında təsdiqlənmiş yazılı razılaşma olmadığından və istifadə hüququ daşınmaz əmlakın dövlət reyestrində qeydə alınmadığından, onun həmin evdən istifadə hüququ yaranmamışdır. Məhkəmə hesab edir ki, hazırki halda ilk iddia üzrə iddiaçı iddiada qeyd edilən evin mülkiyyətçisi olduğundan o, öz mülahizəsinə görə həmin evə dair sahiblik, istifadə, sərəncam hüququna malikdir. Lakin, ilk iddia üzrə cavabdehin hər hansı hüququnun olmamasına baxmayaraq, həmin evdən könüllü olaraq cehiz əşyalarını çıxarmaması nəticəsində iddiaçı göstərilən hüquqlarını həyata keçirə bilmir. Odur ki, ilk iddia üzrə iddiaçı ona məxsus evdən cavabdehə məxsus əşyaların çıxarılmasını tələb etməkdə haqlıdır. Belə ki, Azərbaycan Respubikasının Konstitusiyasının 13-cü maddəsinin İ hissəsinə əsasən Azərbaycan Respublikasında mülkiyyət toxunulmazdır və dövlət tərəfindən müdafiə olunur. Həmçinin Azərbaycan Respublikası Mülki Məcəlləsinin 152.1-ci maddəsində göstərilir ki, mülkiyyət hüququ subyektin ona mənsub əmlaka (əşyaya) öz istədiyi sahib olmaq, ondan istifadə etmək və ona dair sərəncam vermək üzrə dövlət tərəfindən tanınan və qorunan hüququdur. Həmin Məcəllənin 157.4-cü maddəsinə əsasən isə əgər mülkiyyətə qəsd və ya başqa maneələr əşyanı götürmədən və ya ondan məhrum etmədən törədilirsə, mülkiyyətçi qəsd edəndən bu hərəkətlərə son qoymağı tələb edə bilər. Bu cür hərəkətlər davam etdirildikdə mülkiyyətçi həmin hərəkətlərə son qoyulmasını məhkəmə vasitəsi ilə tələb edə bilər. Beləliklə, məhkəmə hesab edir ki, mövcud şərtlər daxilində ilk iddia üzrə iddiaçının iradəsinə zidd olaraq cavabdehə məxsus əşyaların iddiaçıya məxsus evdə olması iddiaçının həmin ev üzərində mülkiyyət hüququnun həyata keçirməsini əsassız məhdudlaşdıran hal kimi qiymətləndirilməlidir. Bütün yuxarıda göstərilən işin faktiki hallarının məcmusunu nəzərə almaqla, həmçinin onlara tətbiq ediləcək şərh olunan hüquq normalarını rəhbər tutmaqla məhkəmə belə qənaətə gəlir ki, ünvan 2 ünvanda yerləşən evə hər hansı bir hüququ mövcud olmayan ilk iddia üzrə cavabdehə məxsus əşyaların həmin evdə qalması ilk iddia üzrə iddiaçının mülkiyyət hüququnu məhdudlaşdıran hal olduğundan, ilk iddia tələbi təmin edilməli, cavabdehə məxsus yuxarıda qeyd olunan əşyalar iddiaçının mülkiyyətində olan fərdi yaşayış evindən çıxarılmalıdırlar. Bundan başqa, məhkəmə qarşılıqlı iddianın cehiz əşyalarının və ya onların dəyərinin cavabdehlərdən alınması hissəsini araşdıraraq aşağıdakıları qeyd edir: Məhkəmə iclasında işdə iştirak edən şəxslərin izahatları ilə müəyyən edildi ki, ilk iddia ərizəsində Cavabdeh məxsus cehiz əşyalarının yalnız bir qismi göstərilmiş, qarşılıqlı iddia ərizəsində isə ona məxsus olan və cavabdeh İddiaçı mülkiyyətində olan və digər cavabdehlər Mirdamət Allahverdiyev və Mehrəngiz Allahverdiyevanın yaşadığı ünvan 2 ünvanda yerləşən fərdi yaşayış evində olan cehiz əşyalarının tamamı göstərilmişdir. Məhkəmə iclasında qarşılıqlı iddia üzrə cavabdeh Mehrəngiz Allahverdiyev ərizə ilə məhkəməyə müraciət edərək, qarşılıqlı iddia ərizəsində göstərilən cehiz əşyalarının qaytarılmasına razı olduğunu və həmin əşyaların gəlib aparılmasını istədiyini bildirdi. Məhkəmə iclasında qarşılıqlı iddia üzrə cavabdeh İddiaçı nümayəndəsi də izahatında qarşılıqlı iddianın cehiz əşyalarının tələb edilməsi hissəsini qəbul etdiklərini və cehiz əşyalarının hər birini qaytarmağa razı olduqlarını bildirmişdir. Göründüyü kimi, Cavabdeh İddiaçı məxsus evdən gedərkən özü ilə heç bir cehiz əşyası aparmaması və ona məxsus cehiz əşyalarının İddiaçı məxsus olan və digər cavabdehlər Mirdamət Allahverdiyev və Mehrəngiz Allahverdiyevanın yaşadığı evdə qalması hazırki mülki işin mübahisələndirilməyən halıdır. Belə olan halda məhkəmə hesab edir ki, qarşılıqlı iddia tələbinin cehiz əşyalarına dair hissəsi təmin edilməli, qarşılıqlı iddia tələbində qeyd olunan cehiz əşyaları və ya onların dəyəri qarşılıqlı iddia üzrə cavabdehlər İddiaçı, X10 və X1 alınaraq Cavabdeh verilməlidir. Məhkəmə, qarşılıqlı iddia tələbinin qızıl-zinət əşyaları ilə bağlı hissəsini araşdıraraq hesab edir ki, qarşılıqlı iddia tələbi həmin hissədə qismən təmin edilməlidir. Belə ki, qarşılıqlı iddiaçı tərəfindən məhkəməyə təqdim edilmiş foto şəkillər və video görüntülərdən görünür ki, Cavabdeh ilə Mirdamət Allahverdiyevin nişan və toy mərasimi zamanı qarşılıqlı iddia üzrə iddiaçıya qarşılıqlı iddia ərizəsində göstərilən qızıl-zinət əşyaları hədiyyə olunmuşdur. Etiraz ərizəsində cavabdeh tərəf iddiaçıya iddia ərizəsində göstərilən qızıl-zinət əşyalarının hədiyyə olunduğunu etiraf etsələr də, həmin qızıl-zinət əşyalarının Cavabdeh atası evinə gedərkən özü ilə apardığını bildirmişlər. Qarşılıqlı iddia üzrə iddiaçı Cavabdeh isə atası evinə daimi qalmaq üçün getmədiyini, sadəcə 1-2 saatlıq uşağını görmək üçün getdiyini bu səbəbdən də özü ilə birlikdə qızıl-zinət əşyası aparmadığını bildirmişdir. Məhkəmə baxışı zamanı qarşılıqlı iddia üzrə iddiaçı Cavabdeh Mehrəngiz Allahverdiyevanın səs yazısını əks etdirən bir ədəd disk təqdim etmişdir. Həmin diskdə olan 1 fayldan ibarət səs yazısı məhkəmə iclasında tədqiq edilmişdir. Səs yazısında Mehrəngiz Allahverdiyeva Cavabdeh bir müddət atası evində qalmasını, onu daha sonra gəlib aparacaqlarını demişdir. Bu səs yazısı Cavabdeh atası evinə gedərkən tərəflər arasında mübahisəli bir vəziyyətin olmadığını, onun ata evinə həqiqətən daimi qalmaq üçün deyil, müvəqqəti getdiyini göstərir. Bu səbəbdən məhkəmə qeyd edir ki, müvəqqəti olaraq ata evinə gedən və ailəsi ilə heç bir mübahisəli vəziyyəti olmayan birinin özü ilə birlikdə bütün qızıl-zinət əşyalarını aparması inandırıcı deyil. Bundan başqa, qarşılıqlı iddia üzrə iddiaçı tərəfindən dəvət olunmuş və məhkəmə iclasında şahid qismində dindirilmiş X14 ifadəsində bildirmişdi ki, Cavabdeh anası Həbibə xanımın qonşusudur.O, zibil töküb evinə geri qayıdan zaman Cavabdeh qaynanası və onun əri ilə birlikdə atası evinə gəldiyini, lakin onların maşından düşmədiyini, Sədaqəti düşürüb getdiklərini görmüşdür. O, həmin vaxt Sədaqətin üzərində hər hansı qızıl-zinət əşyasının olmadığını görmüşdür. Məhkəmə iclasında şahid qismində dindirilən X23 isə ifadəsində bildirmişdir ki, Cavabdeh ata evinin qonşuluğunda yaşayır. Keçən ilin yay ayında o, Sədaqətin anası Həbibə xanımla oturan zaman Sədaqətin gəldiyini görmüşlər. Həmin vaxt Sədaqət uşağı görmək üçün gəldiyini, qaynanasıgilin gəlib onu aparacaqlarını bildirmişdir. O, Sadaqətin üzərində heç bir qızıl-zinət əşyası görməmişdir. Həmçinin qarşılıqlı iddia üzrə cavabdehlər tərəfindən də məhkəməyə iki nəfər şahid dəvət edilmişdir. Məhkəmə iclasında şahid qismində dindirilmiş X24 ifadəsində bildirmişdir ki, İddiaçı ilə qonşudur. Tərəflər arasında mübahisə baş verən gün, Cavabdeh uşağı və 6-7 sumka əşyası ilə birlikdə evdən çıxıb getmişdir. Həmin vaxt Cavabdeh üzərində qızıl-zinət əşyası - badam sırğa və üzük olmuşdur. Məhkəmə iclasında şahid qismində dindirilmiş X21 isə ifadəsində bildirdi ki, Cavabdeh onun qeyri-rəsmi arvadı Mehrəngiz Allahverdiyevanın gəlinidir. O, şəxsi maşını ilə Cavabdeh qucağında uşağı ilə anası gilə aparmışdır. Həmin vaxt o özü ilə birlikdə bir neçə sumkada geyim əşyaları və qızıl-zinət əşyalarını götürmüşdür. Məhkəmə iclasında işdə iştirak edən şəxslərin izahatları ilə Cavabdeh ilə Mirdamət Allahverdiyevin birgə nikahından doğulmuş uşağın Cavabdeh yanında olmadığı, uşağın nənəsi Həbibə Səfərova tərəfindən saxlanıldığı, elə Cavabdeh da məhz uşağını görmək üçün ata evinə getdiyi öz təsdiqini tapğından, qarşılıqlı iddia üzə cavabdeh tərəfin dəvət etdiyi şahidlərin ifadələrinin düzgünlüyünə şübhə doğurur. Belə ki, hər iki şahid ifadələrində Cavabdeh ata evində getdiyi gün qucağında uşağı olduğunu qeyd etmişlər ki, bu hal məhkəməyə həmin şahidlərin ifadələrinin Cavabdeh üzərində qızıl-zinət əşyalarının olması bağlı hissəsinin mötəbər sübut kimi qiymətləndirilməsinə imkan vermir. Azərbaycan Respublikası Ailə Məcəlləsinin 34.1-ci maddəsinə əsasən, nikaha daxil olanadək onlara məxsus olan əmlak, habelə nikah dövründə hədiyyə şəklində və ya vərəsəlik qaydasında, digər əvəzsiz əqdlər üzrə əldə etdikləri əmlak ər-arvadın hər birinin ayrıca mülkiyyətindədir (ər-arvadın hər birinin əmlakıdır). Azərbaycan Respublikası Mülki Məcəlləsinin 157.2-ci maddəsinə əsasən, mülkiyyətçi özgəsinin qanunsuz sahibliyindən öz əmlakını tələb edə bilər. Azərbaycan Respublikası Ailə Məcəlləsinin 34.1-ci və Mülki Məcəlləsinin 157.2-ci maddəsinə əsasən məhkəmə hesab edir ki, qarşılıqlı iddiada göstərilən qızıl-zinət əşyaları Cavabdeh hədiyyə şəklində verildiyindən, həmin qızıl-zinət əşyaları yalnız onun əmlakıdır. Buna görə də qarşılıqlı iddia üzrə iddiaçı göstərilən qızıl-zinət əşyalarının mülkiyyətçisi kimi əşyaları başqasının qanunsuz sahibliyindən tələb etməkdə haqlıdır. Qarşılıqlı iddia ərizəsinə əlavə edilmiş mütəxəssis rəyindən görünür ki, 585 əyarlı qızıldan hazırlanmış 25 qram çəkidə olan badam sırğa üzük və klon dəstin qiyməti 1700 manat, 750 əyarlı qızıldan hazırlanmış 18 qram çəkidə olan boyunbağının qiyməti 1440 manat, 750 əyarlı qızıldan hazırlanmış 8 qram çəkidə olan qol bağının qiyməti 640 manat, 585 əyarlı qızıldan hazırlanmış 6 qram çəkidə olan brilyant nişan üzüyünün qiyməti 420 manat, 585 əyarlı qızıldan hazırlanmış 4 qram çəkidə olan brilyant tək qaş üzüyün qiyməti 300 manat və 583 əyarlı qızıldan hazırlanmış 50 qram çəkidə olan reket sep boyun bağının qiyməti 3200 manatdır. Bununla belə qeyd edilməlidir ki, məhkəmə iclasında Cavabdeh nümayəndəsi Samir Əsgərov izahatında qarşılıqlı iddia üzrə iddiaçıya məxsus qızıl-zinət əşyalarının cavabdehlər Mirdamət Allahverdiyev və Mehrəngiz Allahverdiyevada olduğunu bildirdi. Qızıl-zinət əşyalarının saxlanıldığı fərdi yaşayış evi İddiaçı məxsus olduğundan, sonuncunu da qarşılıqlı iddia ərizəsində cavabdeh kimi göstərmişlər. Məhkəmə isə qeyd edir ki, İddiaçı fərdi yaşayış evinin mülkiyyətçisi olsa da, iddiaçı tərəf qızıl-zinət əşyalarının cavabdehlər Mirdamət Allahverdiyev və Mehrəngiz Allahverdiyevada olduğunu bildirdiyindən, qarşılıqlı iddia tələbi qızıl-zinət əşyalarının tələb edilməsi hissəsində həmin şəxslərə münasibətdə təmin edilməli, İddiaçı münasibətdə isə təmin edilməməlidir. Beləliklə qeyd edilənlərə əsasən məhkəmə hesab edir ki, qarşılıqlı iddia tələbinin qızılzinət əşyaları tələbinə dair hissədə qismən təmin edilməli, qarışılıqlı iddia ərizəsində qeyd edilən qızıl-zinət əşyaları və ya onların dəyəri X8 və X1 alınaraq Cavabdeh verilməlidir. Azərbaycan Respublikası MPM-nin 14.2-ci maddəsinə əsasən, məhkəmə yalnız tərəflərin təqdim etdikləri sübutları araşdırmalı və onlardan istifadə etməlidir. Qeyd edilən Məcəllənin 217.4-cü maddəsinə əsasən, məhkəmə (hakim) öz qətnaməsini yalnız məhkəmə iclasında tədqiq olunmuş sübutlarla əsaslandırır. Azərbaycan Respublikası MPM-in 119.1-ci maddəsinə görə məhkəmə xərcləri ödənilmiş tələblərin məbləğinə mütənasib olaraq işdə iştirak edən şəxslərə aid edilir. Şərh olunanlara əsaslanaraq və Azərbaycan Respublikası MPM-nin 216-220, 227 və 360-cı maddələrinə əsasən, məhkəmə qətetdi: İlk iddia təmin edilsin. Cavabdeh məxsus əşyalar - 1 ədəd kamod, 1 ədəd televizor altlığı, 8 ədəd oturacaq (stul), 6 ədəd boşqab, 2 ədəd kasa, 4 ədəd nəlbəlki, 8 ədəd bulud, 1 ədəd kasa, 1 ədəd gül qabı, 4 komplekt qaşıq-çəngəl, 2 komlekt çay-qaşığı, 2 ədəd dairəvi qənd qabı, 4 ədəd ləpə qabı, 4 ədəd duz qabı, 2 ədəd lötkə yekə, 2 ədəd kvadrat şirniyyat qabı, 4 ədəd şüşə salfet qabı, limon qabı, 2 ədəd qapaqlı yekə qənd qabı, 2 ədəd Paşabahçe bakal, 1 ədəd Paşahbaçe rumka, 1 ədəd yekə tort qabı, 1 ədəd naçnik sayı, 2 ədəd qənd qabı, 2 ədəd dəm çayniyi, 1 komplekt Roko qranit qazan dəsti, 1 ədəd aksel çay elektrik samovarı, 1 ədəd soyuducu Şamsung, 1 ədəd galaksi qaşıq şkafı, 2 ədəd vaza, 1 komplekt xrustal stəkan, 1 komplekt stəkan, 1 komplekt bıçaq dəsti, 2 ədəd külqabı, 1 ədəd podnos, 1 ədəd şirəli qazan, 1 ədəd 2 nəfərlik döşək, 1 ədəd 2 nəfərlik yorğan, 1 ədəd divan pokrıval, 1 ədəd 2 nəfərlik ədyal, 3 dəst yorğan döşək üzü, 1 ədəd kətan süfrə, 6 ədəd əl-üz dəsmalı, 1 ədəd divar saatı, 6 ədəd çay dəsmalı, 1 ədəd lampa, 5 ədəd pərdə İddiaçı məxsus ünvan 2 ünvanda yerləşən fərdi yaşayış evindən çıxarılsın. Qarşılıqlı iddia qismən təmin edilsin. X8 və X1 dəyəri 1700 manat olan 1 dəst 25 qram, 585 əyarlı badam sırğa üzük və klon; dəyəri 1440 manat olan 1 ədəd 750 əyarlı 18 qram boyunbağı; dəyəri 640 manat olan 1 ədəd 750 əyarlı 8 qram qol bağı; dəyəri 420 manat olan 1 ədəd 585 əyarlı 6 qram nişan üzüyü (briliyant); dəyəri 300 manat olan 1 ədəd 585 əyarlı tək qaş üzük (briliyant); dəyəri 3200 manat olan 1 ədəd 583 əyarlı 50 qram boyun bağı olmaqla - cəmi 7700 (yeddi min yeddi yüz) manat dəyəri olan qızıl-zinət əşyaları, həmin qızıl-zinət əşyaları olmadığı təqdirdə isə onların dəyəri alınaraq Cavabdeh verilsin. İddiaçı, X8 və X1 2 ədəd yastıq - dəyəri cəmi 30 manat; 1 ədəd 2 nəfərlik döşək - dəyəri cəmi 150 manat; 1 ədəd 2 nəfərlik yorğan - dəyəri cəmi 150 manat; 1 ədəd iki nəfərlik pakrıval - dəyəri 450 manat; 1 ədəd iki nəfərlik yay ədyalı- dəyəri cəmi 60 manat; pəncərə üçün karniz və tüllər fonlar - dəyəri cəmi 1500 manat; 2 ədəd can məhrəbası - dəyəri 60 manat; 8 ədəd çay dəsmalı - dəyəri cəmi 40 manat; 6 ədəd əl-üz dəsmalı -dəyəri cəmi 60 manat; 3 dəst iki nəfərlik pastel üzü - dəyəri cəmi 250 manat; 1 ədəd qranit qazan dəsti - dəyəri cəmi 180 manat; 1 ədəd elektron samavar - dəyəri cəmi 135 manat; 1 ədəd soyducu (Samsung)- dəyəri cəmi 1500; 1 ədəd nabor bıçaq -dəyəri cəmi 50 manat; 1 ədəd 12 nabor çəngəl,qaşıq və bıçaq (qalaksi firması) -dəyəri cəmi 150 manat; 12 ədəd xörək qaşığı, 12 ədəd çəngəl, 12 ədəd çay qaşığı cəmi 50 manat; 12 ədəd limon çəngəli - dəyəri cəmi 10 manat; 1ədəd naçnik -dəyəri cəmi 20 manat; 1 ədəd saat divar üçün -dəyəri cəmi 25 manat; 1ədəd kətan süfrə dəyəri 100 manat; 2 ədəd padnus (qızıllı-gümüşü) -dəyəri cəmi 50 manat; 2 ədəd şirəli qazan ( 1 litir yarımlıq) -dəyəri cəmi 12 manat; 1 ədəd kamotun üstü üçün süfrə -dəyəri 70 manat; 96 ədəd boşqab qarşıq (borcan) -dəyəri cəmi 380 manat; 12 ədəd desert boşqabı -dəyəri cəmi 25 manat; 12 ədəd kasa və 12 ədəd qaşıqları- dəyəri cəmi 34 manat; 12 ədəd kasa balaca dəyəri cəmi 27 manat; 8 ədəd bulud 4-ü balaca 4-ü böyük- dəyəri cəmi 68 manat; 6 ədəd duz qabı -dəyəri cəmi 24 manat; 2 ədəd dəm çayniki- dəyəri cəmi 12 manat; 2 ədəd qənd qabı böyük- dəyəri cəmi 24 manat; 1 ədəd yekə tort qabı- dəyəri 20 manat; 24 ədəd bakal sok üçün- dəyəri cəmi 32 manat; 6 ədəd rumka araq üçün -dəyəri cəmi 5.50 manat; 6 ədəd limon qabı-dəyəri cəmi 12 manat; 4 ədəd salfet qabı -dəyəri cəmi 12 manat; 4 ədəd kül qabı-dəyəri cəmi 20 manat; 2 ədəd lotqa şirniyat qabı dəyəri cəmi 12 manat; 24 ədəd razetqa (mürəbbə qabı)-dəyəri cəmi 18 manat; 2 ədəd kvadrat cərəz qabı- dəyəri cəmi 8 manat; 2 ədəd qənd qabı dairəvi-dəyəri cəmi 12 manat; 1 ədəd güldan -dəyəri 28 manat; 24 ədəd nəlbəki -dəyəri cəmi 36 manat; 2 ədəd meyvə qabı-dəyəri cəmi 50 manat; 2 ədəd dairə picanki şirniyat qabıdəyəri cəmi 16 manat; 1dəst nabor tort qabə-dəyəri 20 manat 2 ədəd ləpə qabı-dəyəri cəmi 13 manat; 12 ədəd xurustal stəkan (çexski)-dəyər cəmi 120 manat; 12 ədəd xurustal stəkan sadə-dəyəri cəmi 60 manat; 2 ədəd salat qabı (paşabahce) -dəyəri cəmi 8 manat; 2 ədəd qənd qabı qapaqlı böyük -dəyəri cəmi 20 manat; 1ədəd uşaq kalyaskası; 1ədəd uşaq çarpayısı; 1ədəd palto -və geyim əşyaları-dəyəri-300 manat; 1 ədəd peç radiator-dəyəri 50 manat; 1 ədəd lampa dəyəri 25 manat, qonaq otağı mebeli stol, stul 8 nəfərlik, televizor altı və qamot – dəyəri 2440 manat olmaqla - cəmi 9033 manat dəyərində cehiz əşyaları, həmin cehiz əşyaları olmadığı təqdirdə isə onların dəyəri alınaraq Cavabdeh verilsin. Qarşılıqlı iddia qalan hissədə təmin edilməsin. Cavabdeh ödənilmiş dövlət rüsumunun əvəzi kimi 100 (yüz) manat pul tutularaq İddiaçı ödənilsin. X8 və X1 ödənilmiş dövlət rüsumunun əvəzi kimi 140,20 manat (yüz qırx manat iyirmi qəpik) pul müştərək qaydada tutularaq Cavabdeh ödənilsin. Qətnamədən rəsmi qaydada verildiyi gündən 1 ay müddətində Gəncə şəhəri Kəpəz Rayon Məhkəməsi vasitəsi ilə Gəncə Apellyasiya Məhkəməsinin mülki kollegiyasına apellyasiya şikayəti verilə bilər. Hakim Zaur Hüseynov
Məhkəmə qərarları › İş №2(043)-756/2022
Gəncə Şəhəri Kəpəz Rayon Məhkəməsi Qətnamə — İş №2(043)-756/2022
28.06.2022 · Mənzil mübahisələri - Mənzil münasibətləri üzrə sair mübahisələr
Mənbə: Azərbaycan məhkəmə sistemi (courts.gov.az) — anonimləşdirilmiş rəsmi mətn. Dataset: Azerbaijan Court Data (CC-BY-4.0).
Mənbə: Azərbaycan məhkəmə sistemi (courts.gov.az) — anonimləşdirilmiş rəsmi mətn. Dataset: Azerbaijan Court Data (CC-BY-4.0).
Bu qərar sizin işinizə uyğun gəlirmi?
Sualınızı yazın — cavab qanun maddələri və məhkəmə təcrübəsi əsasında hazırlanır.
Sual ver