Azərbaycan Respublikası adından QƏTNAMƏ Gəncə şəhəri İş № 2(043)-761/2022 05.04.2022 GƏNCƏ ŞƏHƏRİ KƏPƏZ RAYON MƏHKƏMƏSİ Hakim Hüseynov Zaur Nazim oğlunun sədrliyi, Sadıxov Rəşad Şahin oğlunun katibliyi, İddiaçının nümayəndəsi X3 iştirakı ilə, İddiaçı cavabdehlər Cavabdeh1 qızı və Cavabdeh2 qarşı “mənzildən istifadə hüququnun itirilmiş hesab edilməsi” tələbinə dair iddia ərizəsi üzrə mülki işə açıq məhkəmə iclasında baxaraq, müəyyən etdi: İddiaçı cavabdehlər Cavabdeh1 qızı və Cavabdeh2 qarşı iddia ərizəsi ilə məhkəməyə müraciət edərək, cavabdehlərin ona məxsus ünvan 1 ünvanda yerləşən evdən istifadə hüquqlarının itirilməsinə barədə qətnamə qəbul edilməsini xahiş etmişdir. İddiaçı tələbini onunla əsaslandırmışdır ki, ünvan 2 ünvanda yerləşən 41.6 kv metr iki yaşayış otağından ibarət olan ev onun xüsusi mülkiyyətindədir. Cavabdehlərdən Cavabdeh1 qızı onun X2nun arvadı, Cavabdeh2 isə nəvəsidir. Cavabdeh2 anadan olandan sonra Cavabdeh1 qızını və əşyalarını da götürüb ona məxsus ev tərk etmişdir. X10 Cavabdeh1 arasında olan nikah qeydi 24.08.2005-ci ildə pozulmuşdur. X2 19.09.2021-ci ildə vəfat etmişdir. Cavabdehlər faktiki olaraq onun evində yaşamırlar. Orada onlara məxsus heç bir əşya yoxdur. Cavabdehlər tərəfindən onun qanunla müəyyən edilmiş sərəncam hüququnu pozulur. Eləcə də cavabdehlərin onun evində qeydiyyatda durduqlarına görə o məcbur olub kommunal xidmətlərə görə artıq pul ödəyir. Cavabdehlər uzun illərdir ki, onun evində yaşamırlar. Belə olan halda hesab edir ki, cavabdehlərin ona məxsus evdən istifadə hüquqları itirilməlidir. Məhkəmə iclasında iddiaçının nümayəndəsi X8 iddia ərizənin məzmununa uyğun izahat verərək əlavə olaraq bildirdi ki, iddiaçı onun anasıdır. Cavabdeh1 qızı isə onun qardaşının arvadı, Cavabdeh2 isə onun qardaşı qızıdır. Cavabdeh1 onun qardaşı Rafael ilə 1993-1994-cü illərdə ailə həyatı qurmuş və cavabdeh anasına məxsus olan ünvan 1 ünvanda yerləşən evə gəlin köçmüşdür. Cavabdeh və onun qızı təxminən 1-2 il müddətində anasına məxsus evdə yaşamış və sonra çıxıb getmişdir. 2005-ci ildə isə cavabdehlə onun qardaşı arasında olan nikah pozulmuşdur. Yəni, cavabdeh və onun qızı təxminən 25 ildən artıq müddətdir ki, anasına məxsus evi tərk edib getmişlər. Odur ki, iddianın təmin edilməsi barədə qətnamə qəbul edilməsini xahiş etdi. Cavabdehlər Cavabdeh1 qızı və Cavabdeh2 məhkəmə baxışı iclasında iştirak etməmişlər. Cavabdehlərin faktiki olduğu yer məlum olmadığından, məhkəmə Azərbaycan Respublikası Mülki-Prosessual Məcəlləsinin 147-ci maddəsinə əsasən işə onların iştirakı olmadan baxmışdır. Məhkəmə iclasında şahid qismində dindirilmiş X5 ifadəsində bildirdi ki, o, 1967-ci ildən iddiaçının qonşuluğunda yerləşən Gəncə şəhəri, Kəpəz rayonu, ünvan 3 ünvanında yaşayır. Cavabdehlərdən Cavabdeh1 iddiaçının mərhum oğlu Rafael Cümşüdovun keçmiş arvadı, Cavabdeh2 isə onun qızıdır. Cavabdehləri 20 ildən çoxdur ki, iddiaçıya məxsus yaşadığını görmür. Onlar uzun müddətdir ki, iddiaçıya məxsus evdə yaşamırlar. Məhkəmə iclasında şahid qismində dindirilmiş X1 ifadəsində bildirdi ki, o, iddiaçının qonşuluğunda yerləşən ünvan 4 ünvanında yaşayır. Cavabdehlər evin mülkiyyətçisinin keçmiş gəlini və nəvəsidir. Onlar sözügedən evdən çıxıb getmiş və 15-20-ildən çoxdur onları bir daha görməmişdir. Məhkəmə, iddiaçının izahatını və şahidlərin ifadələrini dinləyərək, mülki işin materiallarını araşdıraraq hesab edir ki, iddia təmin olunmalıdır. Belə ki, iş materiallarında olan X15 İnventarlaşdırma və MHQİ tərəfindən verilən 22658 nömrəli qeydiyyat vəsiqəsindən görünür ki, ünvan 5 ünvanında yerləşən yaşayış evi 01.12.2003-cü il tarixli 2V-1-13 nömrəli vərəsəlik şəhadətnaməsi əsasında şəxsi mülkiyyət hüququ əsasında İddiaçı adına 04.12.2003-cü il tarixdə qeydə alınmış, reyestr kitabında 41 nömrəsi ilə bu barədə qeydiyyat aparılmışdır. İş materiallarında olan nikahın pozulması haqqında şəhadətnamənin surətindən görünür ki, X7 ilə X3 nikahı 24.08.2005-ci il tarixdə 94 nömrə ilə qeyd edilməklə pozulmuş, nikah pozulduqdan sonra kişiyə Cümşüdov, qadına Rzayeva soyadı verilmişdir. İş materiallarında olan ölüm haqqında şəhadətnamənin surətindən görünür ki, X7 durğunluq ürək çatışmamazlığı səbəbindən 19.09.2021-ci il tarixdə Gəncə şəhərində ölmüşdür. İş materiallarında olan yaşayış yeri üzrə qeydiyyat haqqında 07.01.2022-ci il tarixli arayışdan görünür ki, 27.05.1962-ci il təvəllüdlü Cavabdeh1 qızı və 23.01.1995-ci il təvəllüdlü Cavabdeh2 ünvan 6 ünvanında qeydiyyatdadırlar. İş materiallarında olan Azərbaycan Respublikası Gəncə şəhər Kəpəz rayon İcra Hakimiyyəti başçısının 2 nömrəli sahə İnzibati ərazi dairəsi üzrə nümayəndəsi tərəfindən təsdiqlənmiş 28.01.2022-ci il tarixli 66 saylı arayışdan görünür ki, həqiqətən ünvan 6 ünvanında qeydiyyatda olan Cavabdeh1 qızı və Cavabdeh2 qeydiyyatda olmalarına baxmayaraq, həmin ünvanda yaşamırlar. Beləliklə, məhkəmə iclasında araşdırılmış sübutlardan məlum oldu ki, ünvan 6 ünvanda yerləşən fərdi yaşayış evi 04.12.2003-cü il tarixdən iddiaçının mülkiyyətindədir. Cavabdehlər Cavabdeh1 qızı və Cavabdeh2 isə iddiaçının mərhum oğlunun ailə üzvü olmaqla həmin mənzildə yaşamış və qeydiyyata alınmışlar. Cavabdehlər qeyd olunan fərdi yaşayış evindən 20 ildən artıq müddətdir ki, köçmüş, həmin fərdi yaşayış evi ilə bütün əlaqələrini kəsmişlər. Lakin, onlar hələ də iddiaçıya məxsus fərdi yaşayış evində pasport qeydiyyatında formal olaraq qalmışdır ki, bu da iddiaçının mülkiyyətində olan əmlaka sahiblik, istifadə və sərəncam hüquqlarının tam həyata keçirməsinə mane olur. Azərbaycan Respublikası Konstitusiyasının 13-cü maddəsinin 1-ci hissəsinə görə Azərbaycan Respublikasında mülkiyyət toxunulmazdır və dövlət tərəfindən müdafiə olunur. Azərbaycan Respublikası Konstitusiyasının 29-cu maddəsinin 2-ci bəndinə görə mülkiyyətin heç bir növünə üstünlük verilmir. Mülkiyyət hüququ, o cümlədən xüsusi mülkiyyət hüququ qanunla qorunur. Azərbaycan Respublikası Mülki Məcəlləsinin 152.1-ci maddəsinə görə mülkiyyət hüququ subyektin ona mənsub əmlaka (əşyaya) öz istədiyi kimi sahib olmaq, ondan istifadə etmək və ona dair sərəncam vermək üzrə dövlət tərəfindən tanınan və qorunan hüquqdur. Həmin Məcəllənin 157.4-cü maddəsinə əsasən isə əgər mülkiyyətə qəsd və ya başqa maneələr əşyanı götürmədən və ya ondan məhrum etmədən törədilirsə, mülkiyyətçi qəsd edəndən bu hərəkətlərə son qoymağı tələb edə bilər. Bu cür hərəkətlər davam etdirildikdə mülkiyyətçi həmin hərəkətlərə son qoyulmasını məhkəmə vasitəsi ilə tələb edə bilər. İşin faktiki halları ilə müəyyən olunur ki, cavabdehlərin iddiaçıya məxsus evdən istifadə hüquqları yaranmış olsa da, onlar uzun müddətdir həmin evdə yaşamırlar və daimi yaşamaq üçün özlərinə başqa yaşayış yeri seçmişlər. Belə olan vəziyyətdə cavabdehlərin iddiaçının iradəsinə zidd olaraq formal olaraq onun evində qeydiyyatda qalmaları iddiaçıya mülkiyyət hüququnu həyata keçirməyə mane olur. Cavabdehlərin evdən qeydiyyatdan çıxarılması üçün isə onların evdən istifadə hüquqları itirilmiş hesab edilməlidir. Bütün yuxarıda göstərilən işin faktiki hallarının məcmusunu nəzərə almaqla, həmçinin onlara tətbiq ediləcək şərh olunan hüquq normalarını rəhbər tutmaqla məhkəmə belə qənaətə gəlir ki, iddia tələbi əsaslı olduğu üçün təmin olunmalı, cavabdehlərin iddiaçının mülkiyyətində olan fərdi yaşayış evindən istifadə hüquqları itirilmiş hesab edilməlidir. Azərbaycan Respublikası Mülki Prosessual Məcəlləsinin 14.2-ci maddəsinə görə məhkəmə yalnız tərəflərin təqdim etdikləri sübutları araşdırmalı və onlardan istifadə etməlidir. Həmin Məcəllənin 77.1-ci maddəsinə görə isə hər bir tərəf öz tələblərinin və etirazlarının əsası kimi istinad etdiyi halları sübut etməlidir. Şərh olunanlara əsaslanaraq və Azərbaycan Respublikası MPM-nin 216-220, 227 və 360-cı maddələrini rəhbər tutaraq, məhkəmə qət etdi: İddia təmin edilsin. Cavabdeh1 qızı və Cavabdeh2 ünvan 5 ünvanda yerləşən fərdi yaşayış evindən istifadə hüquqları itirilmiş hesab edilsin. Qətnamədən rəsmi qaydada verildiyi gündən 1 ay müddətində Gəncə şəhəri Kəpəz Rayon Məhkəməsi vasitəsi ilə Gəncə Apelyasiya Məhkəməsinin mülki kollegiyasına apelyasiya şikayəti verilə bilər. Hakim Zaur Hüseynov
Məhkəmə qərarları › İş №2(043)-761/2022
Gəncə Şəhəri Kəpəz Rayon Məhkəməsi Qətnamə — İş №2(043)-761/2022
05.04.2022 · Mənzil mübahisələri - Mənzilə istifadə hüququna xitam verilməsi
Mənbə: Azərbaycan məhkəmə sistemi (courts.gov.az) — anonimləşdirilmiş rəsmi mətn. Dataset: Azerbaijan Court Data (CC-BY-4.0).
Mənbə: Azərbaycan məhkəmə sistemi (courts.gov.az) — anonimləşdirilmiş rəsmi mətn. Dataset: Azerbaijan Court Data (CC-BY-4.0).
Bu qərar sizin işinizə uyğun gəlirmi?
Sualınızı yazın — cavab qanun maddələri və məhkəmə təcrübəsi əsasında hazırlanır.
Sual ver