Məhkəmə qərarları › İş №2(043)-779/2020

Gəncə Şəhəri Kəpəz Rayon Məhkəməsi Qətnamə — İş №2(043)-779/2020

04.03.2020 · Hüquqi əhəmiyyəti olan faktların müəyyən edilməsi haqqında - Digər hüquqi hallar
Mənbə: Azərbaycan məhkəmə sistemi (courts.gov.az) — anonimləşdirilmiş rəsmi mətn. Dataset: Azerbaijan Court Data (CC-BY-4.0).

Azərbaycan Respublikası adından QƏTNAMƏ Gəncə şəhəri İş № 2(043)-779/2020 04.03.2020 GƏNCƏ ŞƏHƏRİ KƏPƏZ RAYON MƏHKƏMƏSİ Hakim Hüseynov Zaur Nazim oğlunun sədrliyi, Aslanov Eltun Elman oğlunun katibliyi, Ərizəçi iştirakı ilə, Ərizəçi (maraqlı şəxs Gəncə şəhəri 5 saylı Notariat Kontoru) “mirasın qəbul edilməsi faktının müəyyən edilməsi” barədə ərizəsi üzrə mülki işə açıq məhkəmə iclasında baxaraq, məhkəmə müəyyən etdi: Ərizəçi (maraqlı şəxs Gəncə şəhəri 5 saylı Notariat Kontoru) “mirasın qəbul edilməsi faktının müəyyən edilməsi” barədə ərizə ilə məhkəməyə müraciət edərək, X10 adına olan (Aliminiumçular küçəsi, bina 12, 18 saylı mənzili) Ş.Hüseynov küçəsi, bina 12, mənzil 18 ünvanı xx xxxxxx 2004-cü ildə ona vəsiyyət etdiyindən və həmin mirası faktiki qəbul etdiyindən vərəsəlik faktın müəyyən edilməsi barədə qətnamə çıxarılmasını xahiş etmişdir. Ərizəçi ərizəsini onunla əsaslandırmışdır ki, atası X15 1935-ci ildə, anası isə X1 1935-ci ildə anadan olmuşdur. Onlar xx.xx.1960-cı ildə ailə həyatı qurmuşlar.Birgə nikahlarından o, xx xxxxxx 1969-cu ildə anadan olmuşdur. Valideynlərinin ondan başqa övladları olmamışdır.Atası uzun müddət Gəncə Aliminum zavodunda işlədiyindən Gəncə şəhəri Ş.Hüseynov küçəsi ,bina 12, 18 saylı mənzili ona vermişlər.Sonra atası həmin mənzili öz adına xüsusiləşdirmişdir. Atası X15 xx xxxxxx 2004-cü ildə vəfat etmişdir.Müəyyən səbəblərdən anası həmin mülkü ər arvad kimi qoca xəstə olduğundan adına keçirməmişdir. Anası X1 xx.xx.2017-ci ildə vəfat etmişdir.Valideynlərinin yeganə övladı o olduğundan bütün dəfn və mərasim xərcləri onun tərəfindən edilmişdir. O, ailəlidir. Mərhum atası xx xxxxxx 2004-cü ildə ona köhnə adı olan (Aliminiumçular küçəsi, bina 12, 18 saylı mənzili ) hal hazırda Ş.Hüseynov küçəsi, bina 12 mənzil 18 saylı evi vəsiyyət etmiş, bu baradə Gəncə şəhər 3 saylı Notariat kontorunda xx xxxxxx 2004-cü ildə qeyd edilmişdir.Sonra sənədlər Gəncə şəhər 5 saylı notariat ofisinə verildiyindən mirasın qəbul faktının müəyyən edilməsi ilə bağlı Gəncə 5 saylı notariat ofisinə müraciət etmişdir.Onlar xx xxxxxx 2019-cu ildə 1020 saylı məktubu ilə ona imtina vermişlər.Bildirmişlər ki, mirasın qəbul faktinin müəyyən edilməsi ilə bağlı aidiyyəti üzrə məhkəməyə müraciət etməlidir. O, istəyir ki, valideynlərinin yeganə varisi olduğundan vərəsə kimi tanınsın.Atasının vəfatından sonra anası vəfat edənədək yuxarıda qeyd etdiyi ünvanda qeydiyyatda olsa da, anası vəfat edənədək onun qeydiyyatda olduğu ünvanda olmuş, ona qulluq etmişdir. Yəni, anası 23. 03.2017-ci ildə vəfat etmişdir.Qeyd etdiyi kimi atası adına olan Ş.Hüseynov küçəsi, bina 12, 18 saylı mənzili ona vəsiyyət etmişdir. O, faktiki vəsiyətnamə əsasında mirası qəbul etmiş, ancaq bilməməzliyindən atasının vəfatından sonra vərəsə kimi tanınmamışdır.Bu gün o yeganə övlad olaraq vərəsə kimi tanınmalıdır. Məhkəmə iclasında Ərizəçi ərizənin dəqiqləşməsi barədə ərizə təqdim edərək və ərizənin məzmununa uyğun izahat verərək, atası mərhum X10 adına olan Gəncə şəhəri, (Aliminiumçular küçəsi bina 12, 18 saylı mənzili) Ş.Hüseynov küçəsi, bina 12, 18 saylı mənzilə dair onun mirası qəbul etməsi faktının müəyyən edilməsi barədə qətnamə qəbul edilməsini xahiş etdi. Maraqlı şəxs Gəncə şəhəri 5 saylı Notariat Kontoru məhkəməyə ərizə ünvanlayaraq mülki işə onların iştirakı olmadan baxmasını xahiş etdiyindən, məhkəmə mülki işə maraqlı şəxsin nümayəndəsinin iştirakı olmadan baxılmasını mümkün hesab etmişdir. Məhkəmə iclasında şahid qismində dindirilmiş X2 ifadə verərək bildirdi ki, ərizəçi ilə qonşudur. O, 50 ildir ki, ünvan 2 mənzil 15 ünvanda yaşayır. Lado Əliyev sözügedən mənzildə yaşamışdır. O, 15 ildir ki, vəfat edibdir. Ərizəçi Lado Əliyevin yeganə övladıdır. Lado Əliyev öldükdən sonra ərizəçi və anası orada yaşayırdılar. Anası isə 2017-ci ildə ölmüşdür. Həmin vaxtdan sonra mənzil ərizəçinin istifadəsindədir. Məhkəmə iclasında şahid qismində dindirilmiş X4 ifadə verərək bildirdi ki, ərizəçi onun qonşusudur. O, ünvan 2 mənzil 24 ünvanda yaşayır. Ərizəçi ünvan 4 18 saylı mənzilin sahibi Lado Əliyev və Familə Əliyevanın yeganə qızlarıdır. Ərizəçi ata və anasının sağlığında onlarla birlikdə həmin mənzildə yaşamışdır. Lado Əliyev vəfat etdikdən sonra anası ilə yaşamış, daha sonra isə anası Familə Əliyeva vəfat etdikdən sonra mənzilə sahibliyi həyata keçirir. İş materiallarında olan nikah haqqında şəhadətnamənin çıxarışından görünür ki, X15 ilə X5 arasında olan nikah xx.xx.1960-cı il tarixdə 997 nömrə ilə qeyd edilmişdir. İş materiallarında olan Vİ-JQ № 265629 nömrəli doğum haqqında şəhadətnamənin surətindən görünür ki, xx xxxxxx 1969-cu il təvəllüdlü Ərizəçi atası X15, anası X3r. İş materiallarında olan ölüm haqqında şəhadətnamənin surətindən görünür ki, X15 xx xxxxxx 2004-cü il tarixdə ölmüşdür. İş materiallarında olan ölüm haqqında şəhadətnamənin surətindən görünür ki, X5 xx.xx.2017ci il tarixdə ölmüşdür. İş materiallarında olan Əmlak Məsələləri Dövlət Komitəsinin yanında DƏDRX –in 3 saylı X17 tərəfindən verilmiş xx.xx.2020-ci il tarixli **********45 saylı məktubdan görünür ki, Gəncə şəhəri, Kəpəz rayonu, Şahlar Hüseynov (keçmiş Aliminiumçular) küçəsi, bina 12-də yerləşən 18 saylı mənzilə dair 3 saylı notariat kontorunun xx.xx.1991-ci il tarixli 4-375 reyestr nömrəli alqı-satqı müqaviləsinə əsasən X10 adına xx.xx.1911-ci il tarixli 5310 reyetst nömrəli Qediyyat vəsiqəsi verilmişdir İş materiallarında olan xx.xx.2004-cü il tarixli vəsiyyətnamənin surətindən görünür ki, X16 ona məxsus Gəncə şəhəri, Aliminiumçular küçəsi, bina 12, 18 nömrəli mənzili qızı Ərizəçi vəsiyyət etmişdir. İş materiallarında olan 1 nömrəli sahə inzibati ərazi dairəsi tərəfindən verilmiş arayışdan görünür ki, mərhum X15 xx.xx.2004-cü il vəfat etmişdir. Həmin günədək ünvan 5 ünvanında ailə üzvləri ilə birlikdə yaşamışdır. Mərhumun valideynlərindən sağ qalanı yoxdur. Mərhumun həyat yoldaşı X1 xx.xx.2017-ci il tarixdə vəfat edib. Mərhumun yeganə varisi 1969-cu il təvəllüdlü Ərizəçidır. Məhkəmə, ərizəçinin izahatını, şahidlərin ifadələrini dinləyərək, tədqiq edilmiş sübutlara və araşdırılmış iş materiallarına məcmu halda hüquqi qiymət verərək hesab edir ki, ərizə təmin olunmalıdır. Azərbaycan Respublikası Mülki Məcəlləsinin: 1134.1-ci maddəsinə əsasən qanun üzrə vərəsəlik zamanı vərəsələr miras qoyanın öldüyü məqamda sağ olmuş şəxslər, habelə miras qoyanın ölümündən sonra doğulmuş uşaqları ola bilərlər. 1133.1-ci maddəsinə əsasən ölmüş şəxsin (miras qoyanın) əmlakı başqa şəxslərə (vərəsələrə) qanun üzrə və ya vəsiyyət üzrə və ya hər iki əsasla keçir; 1145-ci maddəsinə əsasən miras fiziki şəxsin ölümü və ya məhkəmə tərəfindən ölmüş elan edilməsi ilə açılır; 1146-cı maddəsinə əsasən miras qoyanın öldüyü gün və ya fiziki şəxsin ölmüş elan edilməsi barədə məhkəmə qərarının qüvvəyə mindiyi gün mirasın açıldığı vaxt sayılır; 1159.1.1-ci maddəsinə əsasən birinci növbədə - ölənin uşaqları, miras qoyanın ölümündən sonra doğulmuş uşaq, arvad (ər), valideynlər (övladlığa götürənlər) vərəsəlik zamanı bərabər pay hüquqlu vərəsələr sayılırlar; 1243.2-ci maddəsinə əsasən vərəsə mirasın açıldığı yer üzrə notariat kontoruna mirası qəbul etdiyi barədə ərizə verdikdə və ya əmlaka sahiblik etməyə və ya əmlakı idarə etməyə faktiki başladıqda və ya bununla mirası qəbul etdiyini şəksiz nümayiş etdirdikdə miras vərəsə tərəfindən qəbul edilmiş sayılır; 1243.3-cü maddəsinə əsasən vərəsə mirasın bir hissəsinə sahiblik etməyə faktik başladıqda hesab edilir ki, mirasın nədə ifadə edilməsindən və harada olmasından asılı olmayaraq, o, mirası tamamilə qəbul etmişdir; 1255-ci maddəsinə əsasən qəbul edilmiş miras onun açıldığı gündən vərəsənin mülkiyyəti sayılır; Azərbaycan Respublikası Mülki Prosessual Məcəlləsinin: 305.1.1-ci maddəsinə əsasən məhkəmə hüquqi əhəmiyyəti olan faktların müəyyən edilməsi haqqında işlərə xüsusi icraat qaydasında baxır. 307.2.9-cu maddəsinə əsasən, məhkəmə mirasın qəbul edilməsi faktının və vərəsəliyin açılma yerinin müəyyən edilməsi barədə işlərə baxır. 308-ci maddəsinə əsasən, məhkəmə hüquqi əhəmiyyəti olan faktları o zaman müəyyən edə bilər ki, ərizəçi həmin faktları təsdiq edən lazımi sənədləri başqa qaydada ala bilməsin, yaxud itirilmiş sənədlərin bərpası mümkün olmasın. Beləliklə, məhkəmə araşdırması zamanı müəyyən edilmişdir ki, Gəncə şəhəri, Şahlar Hüseynov küçəsi (Aliminiumçular), 12 nömrəli binanın, 18 nömrəli mənzili xüsusi mülkiyyət hüququ ilə mərhum X11 məxsus olmuşdur. X15 ona məxsus mənzili qızı Ərizəçi vəsiyyət etmişdir. O, xx.xx.2004-cü il tarixdə ölmüşdür. Ərizəçi miras qoyanın birinci növbə vərəsəsi olmaqla, mirası faktiki olaraq qəbul etməsi məhkəmə iclasında tədqiq edilmiş sübutlarla təsdiq olunmuşdur. Buna görə də məhkəmə hesab edir ki, ərizə təmin edilməli, mərhum X8 miras qalmış ünvan 6 ünvanda yerləşən mənzilin X12 tərəfindən miras əmlak kimi qəbul edilməsi faktı müəyyən edilməlidir. Mülki Prosessual Məcəllənin 14.2, 217.4 və 218.3-cü maddələrinə müvafiq olaraq məhkəmə yalnız tərəflərin təqdim etdikləri sübutları araşdıraraq, onlardan istifadə edərək, yalnız məhkəmə iclasında tədqiq olunmuş sübutlara əsaslanaraq, iddia tələblərinin hədlərindən kənara çıxmadan işdə iştirak edən şəxslərin verdiyi tələblər üzrə qətnamə çıxarır. Şərh olunanlara əsaslanaraq və Azərbaycan Respublikası MPM-nin 216-220, 227, 307-311 və 360-cı maddələrini rəhbər tutaraq, məhkəmə qət etdi: Ərizə təmin edilsin. X8 miras qalmış ünvan 7 18 ünvanda yerləşən mənzilin Ərizəçi tərəfindən miras əmlak kimi faktiki olaraq qəbul edilməsi faktı müəyyən edilsin. Qətnamədən rəsmi qaydada verildiyi gündən 1ay müddətində Gəncə şəhəri Kəpəz Rayon Məhkəməsi vasitəsi ilə Gəncə Apelyasiya Məhkəməsinin mülki kollegiyasına apelyasiya şikayəti verilə bilər. Hakim Zaur Hüseynov

Bu qərar sizin işinizə uyğun gəlirmi?

Sualınızı yazın — cavab qanun maddələri və məhkəmə təcrübəsi əsasında hazırlanır.

Sual ver

Eyni kateqoriyada digər qərarlar