Məhkəmə qərarları › İş №2(043)-783/2020

Gəncə Şəhəri Kəpəz Rayon Məhkəməsi Qətnamə — İş №2(043)-783/2020

17.02.2020 · Əmək mübahisələri - İşə bərpa
Mənbə: Azərbaycan məhkəmə sistemi (courts.gov.az) — anonimləşdirilmiş rəsmi mətn. Dataset: Azerbaijan Court Data (CC-BY-4.0).

Azərbaycan Respublikası adından QƏTNAMƏ Gəncə şəhəri İş № 2(043)-783/2020 17.02.2020 GƏNCƏ ŞƏHƏRİ KƏPƏZ RAYON MƏHKƏMƏSİ Hakim Tağıyev Cavid Tahir oğlunun sədrliyi, Süleymanlı Süleyman Rəşid oğlunun katibliyi, İddiaçı, cavabdeh «xxxxxxxxxxxxxxxxxxxxxxxx» QSC-nin x7 rəisi x1 və etibarnamə üzrə nümayəndə x5 iştirakları ilə, İddiaçı cavabdeh «xxxxxxxxxxxxxxxxxxxxxxxx» QSC-nin x6rşı işə bərpa tələbinə dair iddia ərizəsi üzrə mülki işə məhkəmənin binasında, açıq məhkəmə iclasında baxaraq məhkəmə, müəyyən etdi : İddiaçı iddia ərizəsi ilə məhkəməyə müraciət edərəkcavabdeh «xxxxxxxxxxxxxxxxxxxxxxxx» QSC-nin x7 rəhbərliyi tərəfindən barəsində çıxarılan 25.12.2019-cu il tarixli “321-K” saylı əmri ləğv edilməklə əvvəlki işinə bərpa edilməsi və məcburi iş buraxma müddəti üçün ona əmək haqqı hesablanıb ödənilməsinə dair qətnamə çıxarılmasını xahiş etmişdir. Məhkəmə iclasında İddiaçı iddianı müdafiə edib izahatında göstərdi ki, o, 1993-cü il tarixdə Bakı şəhəri 27 nömrəli x13 Oxu Şöbəsini “Teplovozun Maşinist Köməkçisi” ixtisası üzrə bitirmişdir. Əmək fəaliyyətinə başlayaraq 19.08.2004-cü il tarixdə 392 saylı əmrlə “xxxxxxxxxxxxxxxxxxxxxxxx” QSC-nin x8 “Teplovoz üzrə maşinist köməkçisi” təyin edilmişdir. 25.12.2019-cu il tarixdə “xxxxxxxxxxxxxxxxxxxxxxxx” QSC-nin x7 rəhbərliyi tərəfindən verilmiş “321-K” saylı əmri ilə guya “öz xahişi ilə” işdən azad edilmişdir. Belə ki, işlədiyi müddətdə işinin öhdəsindən layiqincə gəlmiş və bu müddət ərzində hər-hansı əmək intizamının pozuntusuna yol verməmiş və rəhbərlik tərəfindən hər-hansı bir irad almamışdır. O cümlədən işlədiyi müddətdə 400 manat maaş almışdır. Həmin maaşla ailəsini dolandırmışdır. Onun hüquqi savadsızlığı səbəbindən tez-tələsik bir neçə sənədə imza atmalı olduğunu bildirmişlər. O, isə artıq 15 il işlədiyi təşkilata etibar edərək oxumadan imza etmişdir. Orada yazılan heç bir yazıdan xəbəri olmamışdır. Barəsində qəbul olunmuş 25.12.2019-cu il tarixli, “321-K” saylı əmrin əsassız və qanunsuz olduğunu hesab edir. İddianın təmin olunmasını məhkəmədən xahiş etdi. Məhkəmə iclasında cavabdeh «xxxxxxxxxxxxxxxxxxxxxxxx» QSC-nin x7 rəisi x4 iddianı qəbul etməyərək izahatında göstərdi ki, 24.12.2019-cu il tarixdə Yevlax stansiyasında TEM-2-1152 saylı teplovozun yanacaq çəni yoxlanılarkən, dizel yanacağının şüşədə qara halda olduğu aşkarlanmışdır. 23-24.12.2019-cu il tarixdə növbədə Əliyev Rahim və köməkçisi İddiaçı olmuşdur. Yanacağı Yevlaxda ölçərkən 1950 L olmuşdur. TEM-2-1152 saylı teplovozdan nümunə üçün 500 qr dizel yanacağı götürülmüş və yanacağın qara halda olduğu aşkar olunmuşdur. x14 və köməkçisi İddiaçı sorğu-sual edilərkən onlar yanacağı çox işlətdiklərinə görə teplovozun dizel yağından (işlənmiş yağ) 12 litr yanacaq çəninə tökmüşlər. x14 və köməkçisi İddiaçılə danışıb qərara gəlmişlər ki öz xahişləri ilə işdən çıxsınlar. Bu səbəbdən x15 və köməkçisi NazimHəsənov özləri ərizə yazaraq işdən çıxmalarını xahiş etmişlər.İddianın təmin olunmamasını xahiş etdi. Məhkəmə iclasında cavabdeh «xxxxxxxxxxxxxxxxxxxxxxxx» QSC-in x7 etibarnamə üzrə nümayəndəsi x2 Lokomotiv Deposunun rəisi x4 ilə eüni məzmunlu izahat verərək iddianın heç bir hüquqi əsası olmadığı üçün rədd olunmasını xahiş etdi. Mülki işə əlavə edilmiş və məhkəmə iclasında tədqiq edilmiş:- İddiaçıya məxsus ******* nömrəli əmək kitabçasının təsdiq olunmuş surətindən müəyyən edilir ki, iddiaçı 19.08.2004-cü il tarixdə xxxxxxxxxxxxxxxxxxxxxxxx x11 teplovoz üzrə maşınist köməkçisi vəzifəsinə qəbul edilmiş, 25.12.2019-cu il tarixdə isə Azərbaycan Respublikasının Əmək Məcəlləsinin 68-ci maddəsinin, 2-ci hissəsinin “a” bəndinə əsasən öz xahişi ilə işdən azad edilmişdir; 24.12.2019-cu il tarixli x8 maşınist-təlimatçısı vəzifəsində çalışan Münşi-zadə Məzahir Fikrət oğlu tərəfindən yazılmış xidməti məruzədən görünür ki, 24.12.2019-cu il tarixdə Yevlax stansiyasında TEM-2-1152 saylı teplovozun yanacaq çəni yoxlanılarkən, dizel yanacağının şüşədə qara halda olduğu aşkarlanmış. 23-24.12.2019-cu il tarixdə növbədə Əliyev Rahim və köməkçisi İddiaçı olmuşdur. Yanacağı Yevlaxda ölçərkən 1677 kq – 1950 litr olmuşdur. TEM-2-1152 saylı teplovozdan nümunə üçün 500 qr dizel yanacağı götürüldü və yanacağın qara halda olduğu aşkar olunmuşdur. x14 və köməkçisi İddiaçı soruşarkən, onlar yanacağı çox işlətdiklərinə görə teplovozun dizel yağından (işlənmiş yağ) 12 litr yanacaq çəninə tökdüklərini göstərmişlər. x7 25.12.2019-cu il tarixli TÜRM-4 Şirinov Ə.M, İÜRM-4 Əliyev N.Ş, TİBM-4 Məmmədov V.M, TİBM-4 Abdullayeva T.İ, yanacaq üzrə təlimatçı-maşinist Həsənov Ə.S, təlimatçı-maşinist Münşizadə M.F və teplovoz təmiri sexinin ustası Nəsirov R.M iştirakları ilə tərtib olunmuş aktdan görünür ki, həqiqətən depoda istismar olunan TEM2 seriyalı 1152 saylı teplovoz 25.12.2019-cu il tarixdə növbədən kənar təmirə gələrkən komission baxış zamanı aşkar olunmuşdur ki, teplovozun yanacaq forsunkaları nasaz vəziyyətə düşmüşdür. Teplovozun 6 ədəd yanacaq forsunkaları çıxarılaraq teplovoz təmiri sexinin yanacaq bölməsinin stendində yuyulub təmir edildikdən sonra həmin teplovoza qoyulmuşdur. Bundan əlavə yanacaq çənindəki çəkisi 1677 kq = 1950 litr yararsız hala düşmüş dizel yanacağı çəndən xaric edilmiş və çən təmizlənib qurudulmuşdur. x7 25.12.2019-cu il tarixli, 321-k nömrəli əmrinin surətindən görünür ki, İddiaçı Azərbaycan Respublikasının Əmək Məcəlləsinin 68-ci maddəsinin, 2-ci hissəsinin “a” bəndinə əsasən əmək müqaviləsinə xitam verilmişdir. 25.12.2019-cu il tarixli İddiaçı izahatından görünür ki, 23.12.2019-cu il tarixdən 24.12.2019-cu il tarixə keçən gecə Yevlax stansiyasında işə gələrkən teplovoz qəbul edib işlətmişlər və normadan artıq yanacağı işlətdikləri üçün yanacaq çəninə 10-12 litr işlənmiş dizel yağı tökülmüşdür. Səhv edib belə iş gördüyünü bildirmiş və bir daha belə iş görməyəcəyinə dair söz vermişdir. 25.12.2019-cu il tarixli İddiaçı ərizəsindən görünür ki, 25.12.2019-cu il tarixdən öz xahişi ilə işdən azad edilməsini xahiş etmişdir. «xxxxxxxxxxxxxxxxxxxxxxxx» QSC x3 istiqaməti xətti stansiyalarının x7 balansında olan TEM 2-1152 saylı manevr teplovozunun plandan kənar təmirə gəlməsi haqqında 31.01.2020-ci il tairxli, 77 nömrəli arayışından görünür ki, 25.12.2019-cu il tarixdə, saat 08:00-da Yevlax stansiyasında, x7 balansında olan TEM 2-1152 saylı manevr teplovozunun yanacaq sistemində nasazlıq olması barədə məlumat daxil olmuşdur. Bu səbəbdən teplovoz saat 13:15-də 2502 saylı qatara soyuq halda qoşularaq x11 plandan kənar təmirə göndərilmişdir. Həmin tarixdə Tem 2-1152 saylı manevr teplovozunun nasazlığı aradan qaldırıldıqdan sonra saat 21:10-da 3001 saylı qatara qoşularaq Yevlax stansiyasına göndərilmişdir. İşə əlavə olunmuş DVD diskdən görünür ki, ərizə İddiaçı qarşısında onun iş yoldaşı tərəfindən yazılmış və İddiaçı tərəfindən imzalanmışdır. Məhkəmə iş üçün əhəmiyyətli olan halları araşdırıb, tədqiq olunmuş sübutlara tətbiq edilməli hüquq normalarına müvafiq olaraq qiymət verib belə nəticəyə gəlir ki, iddia əsassız olduğundan təmin edilməməlidir. Məhkəmə gəldiyi nəticəni aşağıdakılarla əsaslandırır: Azərbaycan Respublikası Əmək Məcəlləsinin 68-ci maddəsinin “a” bəndinə əsasən tərəflərdən birinin təşəbbüsü ilə əmək müqaviləsinə xitam verilə bilər. Həmin Məcəllənin 69-cu maddəsinin 3-cü hissəsinə əsasən işçi yaşa, əlilliyə görə təqaüdə çıxdıqda, təhsilini davam etdirmək üçün müvafiq təhsil müəssisəsinə daxil olduqda, yeni yaşayış yerinə köçdükdə, başqa işəgötürənlə əmək müqaviləsi bağladıqda, seksual qısnamaya məruz qaldıqda və qanunvericilikdə nəzərdə tutulmuş digər hallarda ərizəsində göstərdiyi gün əmək müqaviləsi ləğv edilə bilər. «Əmək müqaviləsinin bağlanmasını, dəyişdirilməsini və xitamını nizama salan əmək qanunvericiliyinin tətbiqinin məhkəmə təcrübəsi haqqında» Azərbaycan Respublikası Ali Məhkəməsinin Plenumu 23 dekabr 1993-cü il tarixli Qərarının 8-ci bəndində qeyd etmişdir ki, a) əmək müqaviləsinin (kontraktın) işçinin təşəbbüsü ilə pozulmasına o halda yol verilə bilər ki, işdən çıxarma haqqında ərizənin verilməsi onun öz iradəsini könüllü ifadə etməsinin nəticəsi olsun. Əgər iddiaçı müdiriyyətin onu öz ərizəsi ilə işdən çıxmaq barəsində ərizə verməyə məcbur etdiyini bildirirsə, məhkəmə iddiaçının bu dəlillərini ciddi yoxlamalıdır, b) əmək müqaviləsi işçinin və müdiriyyətin razılığı ilə göstərilən maddədəki xəbərdarlıq müddəti bitənədək işçinin təşəbbüsü ilə pozula bilər. İşin müəyyn olunmuş hallarından görünür ki, tərəflər arasında 19.08.2004-cü ildə əmək müqaviləsi bağlanaraq cavabdeh tərəfindən iddiaçı teplovoz üzrə maşinist köməkçisi işinə götürülmüşdür. İddiaçı iş vaxtı öz işinin icrasını həyata keçirərkən vurduğu maddi ziyana görə cavabdehlə (işəgötürənlə) aralarında olan razılığa əsasən öz sərbəst iradəsinə uyğun ərizə verərək işdən azad olunmuşdur. Azərbaycan Respublikası Əmək Məcəlləsinin 12.1-ci maddəsinin «b» bəndində əmək münasibətləri sahəsində Əmək Məcəlləsinin və əmək qanunvericiliyinə aid digər normativ-hüquqi aktların tələblərini yerinə yetirmək işəgötürənin əsas vəzifəsi kimi nəzərdə tutulmuşdur. Məhkəmə iclasında müəyyən olundu ki, İddiaçı Azərbaycan Respublikasının Əmək Məcəlləsinin tələblərinə əməl edilməklə işdən azad olunmuşdur.İddiaçı işdən azad olunması barədə əmr verilərkən əmək qanunvericiliyinin tələblərinə əməl edildiyindən, məhkəmə hesab edir ki, onun işdən azad olunmasının qanunsuz olması barədə iddiası əsassızdır və təmin edilməməlidir. Azərbaycan Respublikasının Mülki-Prosessual Məcəlləsinin (bundan sonra-MPM) 14.2-ci maddəsinə əsasən məhkəmə yalnız tərəflərin təqdim etdikləri sübutları araşdırmalı və onlardan istifadə etməlidir. MPM-in 77.1-ci maddəsinə əsasən hər bir tərəf öz tələb və etirazının əsası kimi istinad etdiyi halları sübut etməlidir. MPM-in 217.3-cü maddəsinə əsasən qətnamə iş üzrə müəyyən edilmiş həqiqi hallara və tərəflərin qarşılıqlı münasibətinə uyğun əsaslandırılmalıdır. MPM-in 217.4-cü maddəsində isə göstərilir ki, məhkəmə öz qətnaməsini yalnız məhkəmə iclasında tədqiq olunmuş sübutlarla əsaslandırır. Belə olan halda məhkəmə belə nəticəyə gəlir ki, İddiaçı cavabdeh «xxxxxxxxxxxxxxxxxxxxxxxx» QSC-nin x6rşı işə bərpa tələbinə daiz iddiası əsassız olduğundan rədd olunmalıdır. Şərh olunanlara əsaslanaraq və Azərbaycan Respublikası MPM-nin 216-220, 227, 233, 358 və 360-cı maddələrini rəhbər tutub, məhkəmə qət etdi: İddiaçı cavabdeh «xxxxxxxxxxxxxxxxxxxxxxxx» QSC-nin x6rşı işə bərpa tələbinə dair iddiası əsassız olduğundan təmin olunmasın. Qətnamədən onun tərəflərə rəsmi qaydada təqdim edildiyi gündən 1 (bir) ay müddətində Gəncə şəhəri Kəpəz Rayon Məhkəməsi vasitəsi ilə Gəncə Apellyasiya Məhkəməsinə apellyasiya şikayəti verilə bilər. Qətnamədən şikayət verilmədikdə, qəbul edildiyi gündən 1 (bir) ay keçdikdən sonra qanuni qüvvəyə minir.

Bu qərar sizin işinizə uyğun gəlirmi?

Sualınızı yazın — cavab qanun maddələri və məhkəmə təcrübəsi əsasında hazırlanır.

Sual ver

Eyni kateqoriyada digər qərarlar