Məhkəmə qərarları › İş №2(043)-784/2021

Gəncə Şəhəri Kəpəz Rayon Məhkəməsi Qətnamə — İş №2(043)-784/2021

10.03.2021 · Hüquqi əhəmiyyəti olan faktların müəyyən edilməsi haqqında - Doğumun qeyd edilmə faktı
Mənbə: Azərbaycan məhkəmə sistemi (courts.gov.az) — anonimləşdirilmiş rəsmi mətn. Dataset: Azerbaijan Court Data (CC-BY-4.0).

Azərbaycan Respublikası adından QƏTNAMƏ Gəncə şəhəri İş № 2(043)-784/2021 10.03.2021 GƏNCƏ ŞƏHƏRİ KƏPƏZ RAYON MƏHKƏMƏSİ Hakim Tağıyev Cavid Tahir oğlunun sədrliyi, Süleymanlı Süleyman Rəşid oğlunun katibliyi, Ərizəçi iştirakı ilə, Ərizəçi Maraqlı şəxsnə qarşı «doğum haqqında şəhadətnamənin bərpa olunması»na dair ərizəsi üzrə mülki işə məhkəmə binasında, açıq məhkəmə iclasında baxaraq məhkəmə, müəyyən etdi: Ərizəçi Maraqlı şəxsnə qarşı ərizə ilə məhkəməyə müraciət edərək, xx xxxxxx 1987ci il tarixdə Ermənistan SSR Masis rayonunda anadan olması faktının müəyyən edilərək, Gəncə şəhəri, Kəpəz rayon Qeydiyyat şöbəsi tərəfindən ona yeni doğum haqqında şəhadətnamə verilməsinə və həmin şəhadətnamədə soyadının İsmayılova, adının Rəqsanə, ata adının Cahangir, doğum tarixinin xx.xx.1987-ci il, ata qrafasında X5, ana qrafasında X2 qeyd edilməsinə dair qətnamə çıxarılmasını xahiş etmişdir. İddiaçı məhkəməyə ərizənin dəqiqləşdirilməsinə dair ərizə verərək, onun xx.xx.1987ci il tarixdə Ermənistan SSRİ Masis rayonunda doğumunun qeydə alınması faktının müəyyən edilməsinə, qeydiyyat aparılarkən ata qrafasında atasının X5, ana qrafasında anasının X2 qeyd edilməsi faktının müəyyən edilməsinə dair qətnamə çıxarılmasını xahiş etmişdir. MPM-in 53-cü maddəsinə əsasən ərizəyə dəqiqləşmə verildiyi kimi baxılmışdır. Məhkəmə iclasında Ərizəçi ərizəni müdafiə edərək izahatında göstərdi ki, o, xx xxxxxx 1987-ci il tarixdə Ermənistan SSR-in Masis rayonunda anadan olmuşdur. Bu barədə doğum akt qeydi aparılmış və ona doğum haqqında şəhadətnamə verilmişdir. 1988-ci il tarixdə məlum səbəblərdən doğma yurdlarından qaçqın düşmüş və Gəncə şəhərində məskunlaşmışdırlar. Bir müddət əvvəl ermənilər tərəfindən raket atılması nəticəsində evlərinə ziyan dəymişdir. Həmin hadisə ilə əlaqədar Bakı şəhərinə getmək məcburiyətində qalmışlar. Hadisə ilə bağlı təlaş keçirdiyi üçün doğum haqqında şəhadətnaməsini itirmişdir.Doğum haqqında şəhadətnaməsinin bərpa olunması üçün qeydiyyat şöbəsinə müraciət etsə də, onun sənədlərinin məlumat bazası Masis rayonunda qaldığı üçün doğum şəhadətnaməsinin bərpası mümkün olmamışdır. Hazırda evlərinə dəyən zərərlə bağlı kompensasiya alması üçün doğum haqqında şəhadətnamə tələb olunmuşdur.Belə ki, ev atasının adına qeydə alındığından və atası öldüyü üçün ondan doğum haqqında şəhadətnamə tələb olunmuşdur. Lakin doğum haqqında şəhadətnaməsini itirdiyindən və arxiv sənədləri Ermənistanda qaldığı üçün doğum şəhadətnaməsini əldə edə bilmədiyindən məcbur olub məhkəməyə müraciət etmişdir. Ərizənin təmin olunmasını məhkəmədən xahiş etdi. Maraqlı şəxs məhkəməyə ərizə verərək işə iştirakları olmadan baxılmasını xahiş etmişlər. Məhkəmə iclasında şahid qismində dindirilən X10 ifadəsində göstərdi ki, Ərizəçi xx.xx.1987-ci ildə Ermənistan SSR-nin Masis rayonunda anadan olmuşdur. Doğum haqqında şəhadətnaməsini Gəncə şəhərinə raket atılan zaman evlərinə zərər dəyən zaman itirmişdir. Məhkəmə iclasında şahid qismində dindirilən X7 ifadəsində göstərdi ki, Ərizəçi onunla qonşu olmuşdur. X1 və atası X3 tanımışdır. Hazırda Ərizəçi doğum haqqında şəhadətnaməsini itirmişdir. Maraqlı şəxs tərəfindən verilmiş xx.xx.2021-cu il tarixli məktubdan görünür ki, Ərizəçi tərəfindən lazım olunan səndlər təqdim olunmadığı üçün doğum haqqında şəhadətnaməsinin bərpası mümkün olmamışdır. AZE ******** nömrəli şəxsiyyət vəsiqəsinin notarial qaydada təsdiq olunmuş surətindən görünür ki, Ərizəçi xx.xx.1987-ci ildə Ermənistan Respublikasının Masis rayonunda anadan olmuşdur. Vİ-CL285488 nömrəli doğum haqqında şəhadətnamənin kserosurətindən görünür ki, Ərizəçi xx.xx.1987-ci ildə Ermənistan Respublikasının Masis rayonunda anadan olmuş, ata qrafasında X5 və ana qrafasında X2 qeyd olunmuşdur. Vİİ-MÖ 564475 nömrəli ölüm haqqında şəhadətnamənin notarial qaydada təsdiq olunmuş surətindən görünür ki, X5 xx.xx.2017-ci ildə ölmüşdür. Məhkəmə ərizəçinin izahatını və şahidlərin ifadələrini işdə olan sənədlərlə birlikdə araşdıraraq hesab edir ki, ərizə təmin edilməlidir. Belə ki, Azərbaycan Respublikası Konstitusiyasının 60-cı maddəsinə əsasən hər kəsin hüquq və azadlıqlarının inzibati qaydada və məhkəmədə müdafiəsinə təminat verilir. Azərbaycan Respublikası Ailə Məcəlləsinin (bundan sonra- AM) 158.1-ci maddəsinə əsasən vətəndaşlıq vəziyyəti aktlarının qeydə alınması həm dövlət mənafeyi və ictimai mənafe üçün, həm də vətəndaşların şəxsi və əmlak hüquqlarının qorunması məqsədi ilə aparılır. 158.2-ci maddəsinə əsasən doğum, ölüm, nikahın bağlanması, nikahın pozulması, övladlığa götürmə, atalığın müəyyən edilməsi, adın, ata adının və soyadın dəyişdirilməsi müvafiq icra hakimiyyəti orqanlarında qeydiyyatdan keçirilməlidir; 162.1-ci maddəsinə əsasən vətəndaşlıq vəziyyəti aktları qeydinin bərpası bu cür qeydlərin həqiqətən olduğunu təsdiq edən sənədlər əsasında, ərizə verənlərin yaşadıqları ərazidə müvafiq icra hakimiyyəti orqanı tərəfindən icra edilir; 162.2.-ci maddəsinə əsasən itmiş yazının müvafiq icra hakimiyyəti orqanları tərəfindən bərpası mümkün olmadıqda vətəndaşlıq vəziyyəti aktının qeydiyyatı faktı məhkəmə qaydası ilə müəyyən edilir. Beləliklə, məhkəmə iclasında ərizəçinin izahatı və şahid ifadələri ilə habelə təqdim olunmuş sənədlərlə müəyyən olundu ki, Ərizəçi xx.xx.1987-ci ildə Ermənistan SSR-in Masis rayonunda doğulmuş və bu barədə doğumu qeydə alınaraq atası X5, anası X2 qeyd olunmuşdur. Ərizəçi doğum şəhadətnaməsini itirdiyi üçün doğum akt qeydinin bərpası ilə bağlı qeydiyyat şöbəsinə müraciət etmiş, lakin arxiv sənədləri Ermənistan ərazisində qaldığı üçün doğum akt qeydini bərpa edə bilməmişdir. Ərizəçi həmin faktı əldə edə bilmədiyi üçün sosial məsələlərin həlli ilə bağlı hüquqlarını həyata keçirə bilmədiyi üçün məhkəməyə müraciət etmişdir. Azərbaycan Respublikasının Mülki-Prosessual Məcəlləsinin (bundan sonra-MPM) 14.2.-ci maddəsinə əsasən məhkəmə yalnız tərəflərin təqdim etdikləri sübutları araşdırmalı və onlardan istifadə etməlidir. MPM-in 77.1-ci maddəsinə əsasən hər bir tərəf öz tələblərinin və etirazlarının əsası kimi istinad etdiyi halları sübut etməlidir. MPM-in 217.3-cü maddəsinə əsasən qətnamə iş üzrə müəyyən edilmiş həqiqi hallara və tərəflərin qarşılıqlı münasibətinə uyğun əsaslandırılmalıdır. MPM-in 217.4-cü maddəsinə əsasən məhkəmə öz qətnaməsini yalnız məhkəmə iclasında tədqiq olunmuş sübutlarla əsaslandırır. MPM-in 307-ci maddəsinə əsasən məhkəmə fiziki və hüquqi şəxslərin şəxsi və ya əmlak hüquqlarının əmələ gəlməsi, dəyişməsi, xitam verilməsinin asılı olduğu faktları, o cümlədən də doğumun, övladlığa götürmənin, nikahın, boşanmanın, ölümün qeyd edilmə faktının müəyyən edilməsi barədə də işlərə baxır.(MPM. mad. 307.2.3) MPM-in 308-ci maddəsinə əsasən məhkəmə hüquqi əhəmiyyəti olan faktları o zaman müəyyən edə bilər ki, ərizəçi həmin faktları təsdiq edən lazımi sənədləri başqa qaydada ala bilməsin, yaxud itirilmiş sənədlərin bərpası mümkün olmasın. Məhkəmə hesab edir ki, ərizə təmin olunmalı, Ərizəçi xx.xx.1987-ci ildə Ermənistan SSR-nin Masis rayonunda doğumunun qeydə alınması faktı müəyyən edilməli, doğum akt qeydi aparılarkən soyadının İsmayılova, adının Rəqsanə, ata adının Cahangir, ata qrafasında ata adının X5, ana qrafasında ana adının X2 qeydə alınması faktı müəyyən edilməlidir. Şərh olunanlara əsasən və Azərbaycan Respublikası MPM-in 216-220, 227, 233, 307-308,311-ci maddələrini rəhbər tutaraq məhkəmə, qət etdi: Ərizə təmin edilsin. Ərizəçi xx.xx.1987-ci ildə Ermənistan SSR-in Masis rayonunda anadan olmasına dair doğum akt qeydinin aparılması, doğumu qeydə aparılarkən soyadının İsmayılova, adının Rəqsanə, ata adının Cahangir, ata qrafasında ata adının X5, ana qrafasında ana adının X2 qeydə alınması faktı müəyyən edilsin. Qətnamənin surəti rəsmi qaydada verildiyi gündən 1(bir) ay müddətində Gəncə Şəhəri Kəpəz Rayon Məhkəməsi vasitəsilə Gəncə Apelyasiya Məhkəməsinə apelyasiya şikayəti verilə bilər. Qətnamədən şikayət verilmədikdə, qəbul edildiyi gündən bir ay keçdikdən sonra qanuni qüvvəyə minir. Hakim Cavid Tağıyev

Bu qərar sizin işinizə uyğun gəlirmi?

Sualınızı yazın — cavab qanun maddələri və məhkəmə təcrübəsi əsasında hazırlanır.

Sual ver

Eyni kateqoriyada digər qərarlar