Məhkəmə qərarları › İş №2(043)-787/2021

Gəncə Şəhəri Kəpəz Rayon Məhkəməsi Qətnamə — İş №2(043)-787/2021

30.04.2021 · Mənzil mübahisələri - Mənzildən çıxarılma
Mənbə: Azərbaycan məhkəmə sistemi (courts.gov.az) — anonimləşdirilmiş rəsmi mətn. Dataset: Azerbaijan Court Data (CC-BY-4.0).

Azərbaycan Respublikası adından QƏTNAMƏ Gəncə şəhəri İş № 2(043)-787/2021 30.04.2021 GƏNCƏ ŞƏHƏRİ KƏPƏZ RAYON MƏHKƏMƏSİ Hakim Tağıyev Cavid Tahir oğlunun sədrliyi, Süleymanlı Süleyman Rəşid oğlunun katibliyi, İddiaçı ASC-in etibarnamə üzrə nümayəndəsi X3 iştirakı ilə, İddiaçı Açıq Səhmdar Cəmı̇ yyətinin Cavabdeh qarşı fərdi yaşayış evininin boşaldılması və İddiaçı ASC-yə təhvil verilməsi tələbinə dair iddia ərizəsi üzrə mülki işə məhkəmənin binasında açıq məhkəmə iclasında baxaraq məhkəmə, müəyyən etdi: İddiaçı ASC Cavabdeh qarşı iddia ərizəsi ilə məhkəməyə müraciət edərək cavabdeh tərəfindən İddiaçı ASC-nin mülkiyyətində olan Gəncə şəhəri, Kəpəz rayonu, Ə.Əliyev küçəsi, 60 nömrəli fərdi yaşayış evinin boşaldılması və qeyd olunan əmlakın İddiaçı ASC-yə təhvil verilməsi barədə qətnamə qəbul olunmasını xahiş etmişdir. Məhkəmə iclasında İddiaçı ASC-nin etibarnamə üzrə nümayəndəsi X4 iddianı müdafiə edərək izahatında göstərdi ki, Gəncə Apelyasiya Məhkəməsinin 13.04.2018-ci il tarixli 2(104)-1394/2018 saylı qətnaməsi ilə iddia qismən təmin edilmiş, X1 İddiaçı ASC-nin xeyrinə 25000 manat əsas, 8005 manat faiz, 30 manat dövlət rüsumu, cəmi 33035 manat məbləğində pulun tutulması, tutmanın Cavabdeh məxsus olan Gəncə şəhəri, Kəpəz rayonu, Ə.Əliyev küçəsində, 0.0359 ha torpaq sahəsində yerləşən 60 nömrəli fərdi yaşayış evinə yönəldilməsi, fərdi yaşayış evinin ilkin satış qiymətinin 52000 manat məbləğində müəyyən edilməsi və fərdi yaşayış evinin açıq hərracdan satılması, fərdi yaşayış evinin açıq hərracdan satılması yolu ilə əldə edilmiş vəsait hesabına X2 banka olan borcunun ödənilməsi qət edilmişdir. Əmlak Gəncə şəhəri üzrə İcra İdarəsinin 244517/18 saylı 17.04.2019-cu il tarixli sifariş məktubuna əsasən “xxxx” MMC tərəfindən hərraca çıxarılmış, hərracda satılmadığına görə banka təklif olunmuşdur. İddiaçı ASC tərəfindən fərdi yaşayış evinin alınması təklifi qəbul edilmiş və buna uyğun olaraq Daşınmaz Əmlakın Dövlət Reyestri Xidməti tərəfindən verilmiş 04.02.2020-ci il tarixli Çıxarışa (Reyestr nömrəsi - **********66-10301, Qeydiyyat nömrəsi **********) əsasən yuxanda göstərilən əmlak mülkiyyət hüququ əsasında İddiaçı Açıq Səhmdar Cəmiyyətinin adına qeydə alınmışdır. Lakin buna baxmayaraq hal hazıradək cavabdeh tərəfindən bankın mülkiyyətində olan əmlak boşaldılmamışdır.Ona görə də məcbur olub məhkəməyə müraciət etmişlər. İddianın təmin olunmasını məhkəmədən xahiş etdi. Cavabdehə məhkəmə iclasının vaxtı və yeri barədə məlumat verilməsinə baxmayaraq, məhkəmə iclasına gəlməmiş və gəlməməsinin səbəbi barədə məhkəməyə məlumat verməmişdir. Məhkəmə Azərbaycan Respublikasının Mülki Prosessual Məcəlləsinin 185.5-ci maddəsinə əsasən işə cavabdehin iştirakı olmadan baxılmasını mümkün hesab etmişdir. Hüquqların Dövlət qeydiyyatı haqqında daşınmaz əmlakın Dövlət reyestrindən 04.02.2020-ci il tarixli ********** qeydiyyat nömrəli çıxarışdan görünür ki, Gəncə şəhəri Kəpəz rayonu, Ə.Əliyev küçəsi, 60 ünvanında yerləşən fərdi yaşayış evi 0,0359 ha torpaq sahəsi ilə birlikdə tam mülkiyyət hüququ üzrə rəsmi reyestrdə İddiaçı ASC-in adına qeydiyyata alınmışdır. Azərbaycan Respublikasının Konstitusiyasının 13-cü maddəsinə əsasən Azərbaycan Respublikasında mülkiyyət toxunulmazdır və dövlət tərəfindən müdafiə olunur. Mülkiyyətin heç bir növünə üstünlük verilmir. Mülkiyyət hüququ, o cümlədən xüsusi mülkiyyət hüququ qanunla qorunur.(Konstitusiya. mad. 29.) Digər hüquq və azadlıqlarla yanaşı mülkiyyət hüququnun müdafiəsi vasitələrindən biri də Konstitusiyanın 60-cı maddəsində təsbit olunmuşdur. Həmin maddənin İ hissəsinə əsasən hər kəsin hüquq və azadlıqlarının inzibati qaydada və məhkəmədə müdafiəsinə təminat verilir. İpoteka Haqqında Azərbaycan Respublikası Qanununun 59.3-cü maddəsinə əsasən ipoteka qoyulmuş yaşayış evinə və ya mənzilə tutma yönəldildikdə və o satıldıqda ipoteka qoyan və onunla birlikdə yaşayan ailə üzvləri və digər şəxslər tutduqları yaşayış sahəsini ən geci bir ay ərzində tərk etməlidirlər, bu şərtlə ki, yaşayış evi və ya mənzil ipoteka müqaviləsi üzrə kreditin qaytarılması üçün ipoteka qoyulmuş olsun.İpoteka qoyanla birlikdə yaşayan yetkinlik yaşına çatmış ailə üzvləri və digər şəxslər ipoteka müqaviləsi bağlanarkən həmin evə (mənzilə) tutma yönəldildikdə və o satıldıqda onu tərk etmək barədə notariat qaydasında təsdiq edilmiş öhdəlik götürmüş olsunlar. İpoteka müqaviləsi bağlandıqdan sonra həmin evə və ya mənzilə qeydiyyata alınmış şəxslər belə öhdəlik götürmüş sayılırlar. (159.3.2) Azərbaycan Respublikası Mülki Məcəlləsinin (bundan sonra-MM) 157.1-ci maddəsinə əsasən mülkiyyətçinin mülkiyyət hüququnun tanınmasını tələb etmək ixtiyarı vardır. MM-in 157.4-cü maddəsinə əsasən əgər mülkiyyətə qəsd və ya başqa maneələr əşyanı götürmədən və ya ondan məhrum etmədən törədilirsə, mülkiyyətçi qəsd edəndən bu hərəkətlərə son qoymağı tələb edə bilər. Bu cür hərəkətlər davam etdirildikdə mülkiyyətçi həmin hərəkətlərə son qoyulmasını məhkəmə vasitəsilə tələb edə bilər. «İnsan hüquqlarının və əsas azadlıqların müdafiəsi haqqında» Avropa Konvensiyasının 1 saylı protokolunun (Azərbaycan Respublikasının 25 dekabr 2001-ci il tarixli Qanunu ilə təsdiq olunmuş) 1-ci maddəsinə əsasən hər bir fiziki və hüquqi şəxs mülkiyyətindən dinc istifadə hüququna malikdir. Heç kəs, cəmiyyətin maraqları naminə, qanunla və beynəlxalq hüququn ümumi prinsipləri ilə nəzərdə tutulmuş şərtlər istisna olmaqla, öz mülkiyyətindən məhrum edilə bilməz. Azərbaycan Respublikası Mülki Prosessual Məcəlləsinin (bundan sonra-MPM) 14.2-ci maddəsinə əsasən məhkəmə yalnız tərəflərin təqdim etdikləri sübutları araşdırmalı və onlardan isti fadə etməlidir. MPM-in 77.1-ci maddəsinə əsasən hər bir tərəf öz tələb və etirazının əsası kimi istinad etdiyi halları sübut etməlidir. MPM-in 217.4-cü maddəsinə görə məhkəmə öz qətnaməsini yalnız məhkəmə iclasında tədqiq olunmuş sübutlarla əsaslandırır. Belə olan halda məhkəmə hesab edir ki, iddia təmin olunmalı, Cavabdeh tərəfindən İddiaçı Açıq Səhmdar Cəmı̇ yyətinin mülkiyyətində olan Gəncə şəhəri, Kəpəz rayonu, Ə.Əliyev küçəsində yerləşən 60 nömrəli fərdi yaşayış evi Cavabdeh tərəfindən boşaldılmalı və İddiaçı ASC-yə təhvil verilməlidir. MPM-in 119.1-ci maddəsinə əsasən iş üzrə ödənilmiş 20 manat dövlət rüsumu tələb olunmadığından iddiaçıya aid edilməlidir. Şərh olunanlara əsasən və Azərbaycan Respublikası MPM-in 216-220, 227, 233 və 360-cı maddələrini rəhbər tutaraq məhkəmə, qət etdi: İddia təmin olunsun. İddiaçı Açıq Səhmdar Cəmı̇ yyətinin mülkiyyətində olan Gəncə şəhəri, Kəpəz rayonu, Ə.Əliyev küçəsində yerləşən 60 nömrəli fərdi yaşayış evi Cavabdeh tərəfindən boşaldılsın və İddiaçı ASC-yə təhvil verilsin. İş üzrə ödənilmiş 20 manat dövlət rüsumu iddiaçıya aid edilsin. Qətnamədən onun tərəflərə rəsmi qaydada təqdim edildiyi gündən 1 (bir) ay müddətində Gəncə Şəhəri Kəpəz Rayon Məhkəməsi vasitəsi ilə Gəncə Apelyasiya Məhkəməsinə apelyasiya şikayəti verilə bilər. Qətnamədən şikayət verilmədikdə, qəbul edildiyi gündən 1 (bir) ay keçdikdən sonra qanuni qüvvəyə minir. Hakim Cavid Tağıyev

Bu qərar sizin işinizə uyğun gəlirmi?

Sualınızı yazın — cavab qanun maddələri və məhkəmə təcrübəsi əsasında hazırlanır.

Sual ver

Eyni kateqoriyada digər qərarlar