Məhkəmə qərarları › İş №2(043)-799/2021

Gəncə Şəhəri Kəpəz Rayon Məhkəməsi Qətnamə — İş №2(043)-799/2021

11.03.2021 · Mənzil mübahisələri - Mənzilə istifadə hüququna xitam verilməsi
Mənbə: Azərbaycan məhkəmə sistemi (courts.gov.az) — anonimləşdirilmiş rəsmi mətn. Dataset: Azerbaijan Court Data (CC-BY-4.0).

Azərbaycan Respublikası adından QƏTNAMƏ Gəncə şəhəri İş № 2(043)-799/2021 11.03.2021 GƏNCƏ ŞƏHƏRİ KƏPƏZ RAYON MƏHKƏMƏSİ Hakim Mustafayev Rəşad Mustafa oğlunun sədrliyi, X3 iclas katibliyi, İddiaçı nümayəndəsi (oğlu) X1 iştirakı ilə, İddiaçı cavabdehlər Cavabdeh1, Cavabdeh2, Cavabdeh3 və Cavabdeh4 qarşı «mənzildən istifadə hüquqlarına xitam verilməsi» tələbinə dair iddia ərizəsi üzrə mülki işə məhkəmənin binasında açıq məhkəmə iclasında baxaraq, məhkəmə müəyyən etdi: İddiaçı iddia ərizəsi ilə məhkəməyə müraciət edərək, cavabdehlər Cavabdeh1, Cavabdeh2, Cavabdeh3 və Cavabdeh4 Gəncə şəhəri, Kəpəz rayonu, Atropatena küçəsi, ev 19-a olan istifadə hüquqlarının itirilməsini müəyyən edən qətnamə çıxarılmasını xahiş etmişdir. İddia tələbinə məhkəmədə baxılarkən İddiaçı nümayəndəsi (oğlu) X2 iddia tələbinin dəqiqləşməsi barədə məhkəməyə ərizə verərək, cavabdehlər Cavabdeh1, Cavabdeh2, Cavabdeh3 və Cavabdeh4 Gəncə şəhəri, Kəpəz rayonu, Atropatena küçəsi, ev 19-a olan istifadə hüquqlarına xitam verilməsi barədə qətnamə qəbul edilməsini məhkəmədən xahiş etmişdir. Ərizə məhkəmənin icraatına qəbul edilmişdir. İddiaçı tələbini onunla əsaslandırır ki, ünvan 1 ünvanında yerləşən mənzil xx.xx.2019-cu il tarixdə Azərbaycan Respublikası DƏDRX-in Gəncə Ərazi İdarəsi tərəfindən verilmiş ******* nömrəli çıxarış əsasında onun xüsusi mülkiyyətinə keçmişdir. «Asan xidmət» mərkəzindən yaşayış yeri üzrə arayış alarkən, Cavabdeh1, Cavabdeh2, Cavabdeh3 və Cavabdeh4 mülkiyyətində olan evdə qeydiyyatda olmaları məlum olmuşdur. Cavabdehlərin harda yaşamalarından və hansı əsaslarla onun evində pasport qeydiyyatına alınmalarından ümumiyyətlə xəbəri yoxdur. Onların ona məxsus mənzildə pasport qeydiyyatında qalmaları ona əlavə kommunal xərclərin ödənilməsinə səbəb olur. Bu da onun şəxsi büdcəsinə təsir edir. Bu səbəbdən də o məhkəməyə müraciət etmək məcburiyyətində qalmışdır. Məhkəmə iclasında İddiaçı nümayəndəsi (oğlu) X2 iddia tələbinin dəlillərinə uyğun izahat verərək göstərdi ki, cavabdehlər Cavabdeh1, Cavabdeh2, Cavabdeh3 və Cavabdeh4 həmin mənzildən 15-20 ildir çıxıb getmişlər və həmin evdə yaşamırlar. Gəncə şəhəri, Kəpəz rayonu, Atropatena küçəsi, ev 19 ünvanında yerləşən mənzili 2 il bundan qabaq Cavabdeh2 almışlar və həmin vaxt cavabdehlər notarial qaydada ərizə verərək evi boşaltmağı və pasport qeydiyyatında çıxacaqları barədə ərizə vermişlər. Məhkəmədən iddianın təmin edilməsini, cavabdehlər Cavabdeh1, Cavabdeh2, Cavabdeh3 və Cavabdeh4 Gəncə şəhəri, Kəpəz rayonu, Atropatena küçəsi, ev 19-a olan istifadə hüquqlarına xitam verilməsi barədə qətnamə qəbul edilməsini xahiş etdi. Cavabdehlər Cavabdeh1, Cavabdeh2, Cavabdeh3 və Cavabdeh4 məhkəmə iclasının vaxtı və yeri haqqında lazımi qaydada xəbərdarlıq edilmələrinə baxmayaraq, onlar məhkəmə iclasına gəlməmişlər, gəlməmələrinin səbəbləri barədə məhkəməyə məlumat verməmişlər və onların iştirakı olmadan məhkəmə iclasının keçirilməsini xahiş etməmişlər. Məhkəmə işə cavabdehlərin iştirakı olmadan baxılmasını mümkün hesab etmişdir. Məhkəmə iclasında şahid qismində dindirilmiş X4 ifadəsində bildirdi ki, İddiaçı qonşusudur. O, 1989-cu ildən Gəncə şəhəri, Kəpəz rayonu, Atropatena küçəsi, ev 30 ünvanında yaşayır. O cavabdehləri tanımışdır. Cavabdehlər həmin mənzili dayıları Cavabdeh2 satmışlar və 15-16 il bundan əvvəl çıxıb getmişlər və Gəncə şəhəri, Kəpəz rayonu, Atropatena küçəsi, ev 19-a ünvanda yaşamırlar. Bundan sonra həmin mənzili İddiaçı satın almış və ailə üzvləri ilə birlikdə yaşayır. Məhkəmə iddiaçının nümayəndəsini və şahidin ifadəsini dinləyib, məhkəmə iclasında müəyyən olunan halları və mülki işdə olan sübutları tədqiq edib məcmu halında hüquqi qiymət verərək hesab edir ki, iddia tələbi əsaslı olduğundan təmin edilməlidir. İş materiallarına əlavə edilmiş Azərbaycan Respublikası Əmlak Məsələləri Dövlət Komitəsinin yanında Daşınmaz Əmlakın Dövlət Reyestri Xidməti Hüquqların Dövlət Qeydiyyatı Haqqında Daşınmaz Əmlakın Dövlət Reyestrindən ********** qeydiyyat nömrəli, xx.xx.2019-cu il qeydiyyat tarixli notarial qaydada təsdiq olunmuş çıxarışdan görünür ki, Gəncə şəhəri, Kəpəz rayonu, Atropatena küçəsi, 19 saylı ev İddiaçı mülkiyyətindədir İş materiallarına əlavə edilmiş “yaşayış yeri üzrə qeydiyyat haqqında” xx.xx.2019-cu il tarixli, ******* nömrəli arayışdan görünür ki, xx.xx.1949-cu il təvəllüdlü Cavabdeh1, xx.xx.1928-ci il təvəllüdlü Cavabdeh2, xx.xx.1977-ci il təvəllüdlü Cavabdeh3 və xx.xx.1975-ci il təvəllüdlü Cavabdeh4 Gəncə şəhəri, Kəpəz rayonu, Atropatena küçəsi, ev 19-də qeydiyyatdadırlar. İş materiallarına əlavə edilmiş küçə üçlüyünün xx.xx.2020-ci il tarixli arayışından görünür ki, İddiaçı Gəncə şəhəri, Kəpəz rayonu, Atropatena küçəsi, 19 saylı evdə yaşayır. İş materiallarına əlavə edilmiş xx.xx.2019-cu il tarixli, **********710 nömrəli notarial qaydada təsdiq olunmuş ərizənin surətindən görünür ki, Cavabdeh4 Gəncə şəhəri, Kəpəz rayonu, Atropatena küçəsi, 19 saylı fərdi yaşayış evinin və torpaq sahəsinin satılmasına razılıq vermiş və müqavilədə göstərilən müddət ərzində evi boşaltmağı və pasport qeydiyyatından çıxmağı öz üzərinə götürmüşdür. İş materiallarına əlavə edilmiş xx.xx.2019-cu il tarixli, **********711 nömrəli notarial qaydada təsdiq olunmuş ərizənin surətindən görünür ki, Cavabdeh3 Gəncə şəhəri, Kəpəz rayonu, Atropatena küçəsi, 19 saylı fərdi yaşayış evinin və torpaq sahəsinin satılmasına razılıq vermiş və müqavilədə göstərilən müddət ərzində evi boşaltmağı və pasport qeydiyyatından çıxmağı öz üzərinə götürmüşdür. İş materiallarına əlavə edilmiş xx.xx.2019-cu il tarixli, **********712 nömrəli notarial qaydada təsdiq olunmuş ərizənin surətindən görünür ki, Cavabdeh1 Gəncə şəhəri, Kəpəz rayonu, Atropatena küçəsi, 19 saylı fərdi yaşayış evinin və torpaq sahəsinin satılmasına razılıq vermiş və müqavilədə göstərilən müddət ərzində evi boşaltmağı və pasport qeydiyyatından çıxmağı öz üzərinə götürmüşdür. İş materiallarına əlavə edilmiş xx.xx.2019-cu il tarixli, ******* nömrəli daşınmaz əmlakın alqı-satqı müqaviləsindən görünür ki, Gəncə şəhəri, Kəpəz rayonu, Atropatena küçəsi, ev 19 ünvanın-da yerləşən mənzili İddiaçı Cavabdeh2 20000 (iyirmi min) manata almışdır. İş materiallarına əlavə edilmiş evlər üçlüyünün xx.xx.2021-ci il tarixli arayışdan görünür ki, Gəncə şəhəri, Kəpəz rayonu, Atropatena küçəsi, 19 saylı evi Cavabdeh2 2 (iki) il bundan qabaq, İddiaçı satıb köçüb getmiş və bu ünvanda yaşamır. İş materiallarına əlavə edilmiş evlər üçlüyünün xx.xx.2021-ci il tarixli arayışdan görünür ki, Gəncə şəhəri, Kəpəz rayonu, Atropatena küçəsi, 19 saylı evdə Cavabdeh1, Cavabdeh2, Cavabdeh3 və Cavabdeh4 qeydiyyatda olmalarına baxmayaraq 15 (on beş) ildən çoxdur ki, ailəvi olaraq evi satıblar və bu ünvanda yaşamırlar. Məhkəmə baxışı zamanı müəyyən edildi ki, Gəncə şəhəri, Kəpəz rayonu, Atropatena küçəsi, ev 19 Hüquqların Dövlət Qeydiyyatı Haqqında Daşınmaz Əmlakın Dövlət Reyestrindən çıxarış əsasında iddiaçının xüsusi mülkiyyətindədir. Cavabdehlərdən Cavabdeh2 isə mənzilin əvvəlki mülkiyyətçisi olmuşdur və o iradəsini ifadə edib mənzil üzərində mülkiyyət hüququnu yeni mülkiyyətçiyə verərkən mülkiyyət hüququnun hər üç elementini – sahiblik, istifadə və sərəncam hüquqlarını yeni mülkiyyətçiyə ötürmüş və mənzili tərk etmişdir. Həmçinin cavabdehlər Cavabdeh1, Cavabdeh3 və Cavabdeh4 fərdi yaşayış evinin və torpaq sahəsinin satılmasına razılıq vermiş və müqavilədə göstərilən müddət ərzində evi boşaltmağı və pasport qeydiyyatından çıxmağı öhdələrinə götürmüşlər, onlar əvvəlki mülkiyyətçinin ailə üzvü olmamaqla həmin mənzildə yaşamamışlar və qeydiyyata alınmışlar, lakin mənzil satılmamışdan əvvəl onlar notariat qaydasında təsdiqlənmiş ərizə verərək istifadə hüquqlarından imtina edəcəklərini bildirmişlər. Hazırki halda, cavabdehlər qeyd olunan mənzildən köçsələr də, mənzildə pasport qeydiyyatında formal olaraq qalmışlar ki, bu da iddiaçının mülkiyyətində olan mənzilinə sahiblik, istifadə və sərəncam hüquqlarının tam həyata keçirməsinə mane olur. Azərbaycan Respublikası Konstitusiyasının 13-cü maddəsinin 1-ci hissəsinə görə Azərbaycan Respublikasında mülkiyyət toxunulmazdır və dövlət tərəfindən müdafiə olunur. Azərbaycan Respublikası Konstitusiyasının 29-cu maddəsinin 2-ci bəndinə görə mülkiyyətin heç bir növünə üstünlük verilmir. Mülkiyyət hüququ, o cümlədən xüsusi mülkiyyət hüququ qanunla qorunur. Azərbaycan Respublikası Mülki Məcəlləsinin 152.1-ci maddəsinə görə mülkiyyət hüququ subyektin ona mənsub əmlaka (əşyaya) öz istədiyi kimi sahib olmaq, ondan istifadə etmək və ona dair sərəncam vermək üzrə dövlət tərəfindən tanınan və qorunan hüquqdur. Həmin Məcəllənin 157.4-cü maddəsinə əsasən isə əgər mülkiyyətə qəsd və ya başqa maneələr əşyanı götürmədən və ya ondan məhrum etmədən törədilirsə, mülkiyyətçi qəsd edəndən bu hərəkətlərə son qoymağı tələb edə bilər. Bu cür hərəkətlər davam etdirildikdə mülkiyyətçi həmin hərəkətlərə son qoyulmasını məhkəmə vasitəsi ilə tələb edə bilər Həmin Məcəllənin 228.4-cü maddəsinə görə yaşayış evinə və ya mənzilə mülkiyyət hüququnun keçməsi yaşayış binasının tərkib hissəsindən istifadə hüququna xitam verilməsi üçün əsas deyildir, amma yaşayış otağından istifadə hüququ olan şəxsin mülkiyyət hüququndan imtina barəsində həmin hüquq keçənədək notariat qaydasında təsdiqlənmiş öhdəlik verdiyi hal istisna təşkil edir. Məhkəmə hesab edir ki, mülkiyyətçiyə heç bir aidiyyəti olmayan şəxslərin mənzilində qeydiyyatda qalması ona öz mülkiyyətindən istifadə hüququnu həyata keçirməyə mane olur. Cavabdehlərin mənzildən qeydiyyatdan çıxarılmaları üçün isə onların mənzildən istifadə hüquqlarına məhkəmə qaydasında xitam verilməlidir. “Yaşayış yeri və olduğu yer üzrə qeydiyyat haqqında” Qanunun 9-cu maddəsinin 1ci hissəsinin 5-ci bəndində göstərilir ki, yaşayış sahəsindən istifadə hüququna yaşayış sahəsindən istifadə hüququna xitam verildikdə məhkəmənin qanuni qüvvəyə minmiş qətnaməsi əsasında xitam verilir. Bütün yuxarıda göstərilən işin faktiki hallarının məcmusunu nəzərə almaqla, həmçinin onlara tətbiq ediləcək şərh olunan hüquq normalarını rəhbər tutmaqla məhkəmə belə qənaətə gəlir ki, iddia tələbi qanuni və əsaslı olduğu üçün təmin olunmalı, cavabdehlərin iddiaçının mülkiyyətində olan mənzildən istifadə hüquqlarına xitam verilməlidir. Azərbaycan Respublikası Mülki Prosessual Məcəlləsinin 14.2-ci maddəsinə görə məhkəmə yalnız tərəflərin təqdim etdikləri sübutları araşdırmalı və onlardan istifadə etməlidir. Həmin Məcəllənin 77.1-ci maddəsinə görə isə hər bir tərəf öz tələblərinin və etirazlarının əsası kimi istinad etdiyi halları sübut etməlidir. Şərh olunanlara əsaslanaraq və Azərbaycan Respublikası MPM-in 216-220, 227 və 360-cı maddələrini rəhbər tutaraq, məhkəmə qət etdi: İddia təmin edilsin. Cavabdehlər Cavabdeh1, Cavabdeh2, Cavabdeh3 və Cavabdeh4 İddiaçı mülkiyyətində olan Gəncə şəhəri, Kəpəz rayonu, Atropatena küçəsi ev 19-a olan istifadə hüquqlarına xitam verilsin. Qətnamədən həmin qətnamə rəsmi qaydada verildiyi gündən bir ay müddətində Gəncə Şəhər Kəpəz Rayon Məhkəməsi vasitəsi ilə Azərbaycan Respublikası Gəncə Apelyasiya Məhkəməsinə apelyasiya şikayəti verilə bilər. Həmin müddətdə şikayət verilməzsə qətnamə qəbul edildiyi gündən bir ay keçdikdən sonra qanuni qüvvəyə minir.

Bu qərar sizin işinizə uyğun gəlirmi?

Sualınızı yazın — cavab qanun maddələri və məhkəmə təcrübəsi əsasında hazırlanır.

Sual ver

Eyni kateqoriyada digər qərarlar