Məhkəmə qərarları › İş №2(043)-844/2022

Gəncə Şəhəri Kəpəz Rayon Məhkəməsi Qətnamə — İş №2(043)-844/2022

19.04.2022 · Mənzil mübahisələri - Mənzilə köçürmə
Mənbə: Azərbaycan məhkəmə sistemi (courts.gov.az) — anonimləşdirilmiş rəsmi mətn. Dataset: Azerbaijan Court Data (CC-BY-4.0).

Azərbaycan Respublikası adından QƏTNAMƏ Gəncə şəhəri İş № 2(043)-844/2022 19.04.2022 GƏNCƏ ŞƏHƏRİ KƏPƏZ RAYON MƏHKƏMƏSİ Hakim Hüseynov Zaur Nazim oğlunun sədrliyi, Sadıxov Rəşad Şahin oğlunun katibliyi, İddiaçılar İddiaçı və X5, Cavabdeh iştirakları ilə, İddiaçılar İddiaçı və X10 Cavabdeh qarşı “evə köçürülmə və qoyulmuş məhdudiyyətlərin aradan qaldırılması” tələbinə dair iddia ərizəsi üzrə mülki işə açıq məhkəmə iclasında baxaraq, müəyyən e t d i: İddiaçılar İddiaçı və X10 Cavabdeh qarşı iddia ərizəsi ilə məhkəməyə müraciət edərək, cavabdehin ünvan 1 ünvanında yerləşən mülkdə onların yaşamalarına dair yaratmış olduğu maneələrin aradan qaldırılmasına və onların az yaşlı qızları X11 ilə birlikdə həmin evə köçürülmələrinə dair qətnamə çıxarılmasını xahiş etmişdir. İddiaçı tələbini onunla əsaslandırmışdır ki, Cavabdeh onun atasıdır. ünvan 1 ünvanında yerləşən mülkiyyət onun və qardaşı X3 adına daşınmaz əmlakın dövlət reyesterində, 14 nömrəli reyester kitabının 113 nömrəli vərəqində qeydiyyata alınmışdır. Həmin evin onların mülkiyyəti olmasına dair 15.07.2008-ci il tarixində DƏDRX-də MH seriyalı, ******* nömrəli çıxarış verilmişdir. O, X10 ilə rəsmi nikaha daxil olmaqla ailə qurmuş və bu nikahdan X11 adlı bir uşaqları vardır. Ailə üzvlərilə birlikdə ona məxsus evdə yaşamışlar. Ailə münasibətləri zəminində atası onu ailəi ilə birlikdə həmin evdə yaşamağa qoymur. Bu səbəbdən də müvəqqəti olaraq kirayədə yaşamaq qərarına gəlmişlər. Lakin, kirayədə yaşamaq onlar üçün çətinliklər yaradır. Dəfələrlə ona məxsus evə gedən zaman qapının bağlı olduğunu, evin açarlarının dəyişdirildiyinin şahidi olmuşdur. Cavabdeh ona məxsus olan mülkiyyətin giriş və digər qapılarının açarlarını dəyişməklə onun ailəsi ilə birlikdə həmin evdə yaşamasına süni maneələr yaradır. Buda bir vətəndaş olaraq koııstitusyon hüquqlarını, mülkiyyət hüququnun və yaşamaq hüquqlarının pozulmasına gətirib çıxardır. Məsələnin qanun çərçivəsində həll olunması üçün məhkəməyə müraciət etmək məcburiyyətindədirlər. Məhkəmənin 29.03.2022-ci il tarixli qərardadına əsasən X8 mübahisə predmeti barədə müstəqil tələb irəli sürməyən üçüncü şəxs kimi işə cəlb edilmişdir. Məhkəmə iclasında iddiaçılar İddiaçı və X12 iddia ərizəsinin məzmuna uyğun izahat verərək, iddia tələbinin təmin edilməsinə dair qətnamə qəbul edilməsini xahiş etdilər. Məhkəmə iclasında Cavabdeh izahatında bildirdi ki, iddianı qəbul etmir. Belə ki, o, iddiaçıların qeyd olunan mənzildə yaşamalarına heç bir maneə törətməmişdir. Sadəcə onunla iddiaçılar yola getməmiş və onların arasında söz-söhbətlər olduğundan özləri çıxıb getmişlər. Onlar birlikdə yaşadıqları dövrdə aralarında tez-tez münaqişələr baş verdiyindən, iddianın təmin olunmaması barədə qətnamə qəbul edilməsini xahiş edir. Məhkəmə, tərəflərin izahatlarını dinləyərək, mülki işin materiallarını araşdıraraq hesab edir ki, iddia təmin edilməlidir. Belə ki, iş materiallarında olan 10.06.2018-ci il tarixli, AN-İ 012962 nömrəli daşınmaz əmlakın alqı-satqı müqaviləsinin surətindən görünür ki, satıcı X2 şəhəri, Kəpəz rayonu, Qarabağ küçəsi, ev 8 ünvanında olan fərdi yaşayış evini Cavabdeh və X1 İş materiallarında olan Əmlak Məsələləri Dövlət Komitəsi yanında Daşınmaz Əmlakın Dövlət Reyestri Xidməti tərəfindən MH seriyalı, ******* saylı çıxarışın surətindən görünür ki, ünvan 3 ünvanında olan fərdi yaşayış evi ümumi birgə mülkiyyət hüququ ilə 15.07.2008-ci il tarixdə Cavabdeh və X3 mülkiyyətinə verilmişdir. İş materiallarında olan nikah haqqında şəhadətnamənin surətindən görünür ki, İddiaçı ilə X13 arasında 22.01.2020-cı il tarixdə 175 nömrə ilə qeyd edilərək, nikah bağlanmışdır. Nikah bağlandıqdan sonra ərə “Mahmudov”, arvada “Mahmudova” soyadı verilmişdir. İş materiallarında olan doğum haqqında şəhadətnamənin surətindən görünür ki, İddiaçı ilə X6 birgə nikahlarından 12.03.2021-ci il tarixdə X11 anadan olmuşdur. Belə ki, işin məhkəmə tərəfindən müəyyən edilmiş hallarından görünür ki, ünvan 4 ünvanında yerləşən fərdi yaşayış evi hal-hazırda ümumi mülkiyyət hüququ ilə Cavabdeh və üçüncü şəxs X3 mülkiyyətindədir. İddiaçılardan X9 Cavabdeh oğludur. İddiaçı 22.01.2020-ci ildə digər iddiaçı X10 ailə həyatı quraraq, qeyd olunan mənzildə yaşamağa başlamışlar. Onların birgə nikahından 12.03.2021-ci ildə X11 adlı uşaqları doğulmuşdur. Daha sonra tərəflər arasında anlaşmazlıqlar baş verdiyindən iddiaçılar yaşadıqları evi tərk etmiş, kirayədə yaşamağa başlamışlar. Lakin daha sonra maddi çətinliklər səbəbindən həmin evə geri qayıtmaq istəsələr də, cavabdeh buna mane olmuşdur. Hazırda iddiaçılar cavabdeh tərəfindən yaradılmış maeənin aradan qaldırıması və qeyd olunan evə köçürülmələrini tələb edirlər. Məhkəmə qeyd edir ki, ünvan 5 ünvanda yerləşən fərdi yaşayış evi İddiaçı və onun qardaşının ümumi mülkiyyətində olduğundan, İddiaçı həmin əmlaka sahiblik, istifadə və sərəncam hüququ və eyni zamanda həmin əmlakda yaşamaq hüququ vardır. Belə ki, Azərbaycan Respubikasının Konstitusiyasının 13-cü maddəsinin İ hissəsinə əsasən Azərbaycan Respublikasında mülkiyyət toxunulmazdır və dövlət tərəfindən müdafiə olunur. Konstitusiyanın 29-cu maddəsinə əsasən, hər kəsin mülkiyyət hüququ vardır. Mülkiyyətin heç bir növünə üstünlük verilmir. Mülkiyyət hüququ, o cümlədən xüsusi mülkiyyət hüququ qanunla qorunur. Hər kəsin mülkiyyətində daşınar və daşınmaz əmlak ola bilər. Mülkiyyət hüququ mülkiyyətçinin təkbaşına və ya başqaları ilə birlikdə əmlaka sahib olmaq, əmlakdan istifadə etmək və onun barəsində sərəncam vermək hüquqlarından ibarətdir. Heç kəs məhkəmənin qərarı olmadan mülkiyyətindən məhrum edilə bilməz. Azərbaycan Respublikası Mülki Məcəllənin 157.4-cü maddəsinə əsasən əgər mülkiyyətə qəsd və ya başqa maneələr əşyanı götürmədən və ya ondan məhrum etmədən törədilirsə, mülkiyyətçi qəsd edəndən bu hərəkətlərə son qoymağı tələb edə bilər. Bu cür hərəkətlər davam etdirildikdə mülkiyyətçi həmin hərəkətlərə son qoyulmasını məhkəmə vasitəsilə tələb edə bilər. Məhkəmə qeyd edir ki, digər iddiaçı Lalə Mahmudova isə İddiaçı arvadı olduğundan, Mənzil Məcəlləsinin 30.1 və 30.2-ci maddələrinə əsasən onun da həmin fərdi yaşayış evindən istifadə və yaşamaq hüququ vardır. Belə ki, Mənzil Məcəlləsinin 30.1-ci maddəsinə əsasən yaşayış sahəsi mülkiyyətçisinin ailə üzvlərinə həmin mülkiyyətçi ilə ona məxsus olan yaşayış sahəsində birlikdə yaşayan mülkiyyətçinin arvadı (əri), habelə onun uşaqları və valideynləri aid edilir. Həmin Məcəllənin 30.2-ci maddəsinə əsasən əgər yaşayış sahəsinin mülkiyyətçisi ilə ailə üzvləri arasında başqa razılaşma yoxdursa, mülkiyyətçinin ailə üzvləri həmin yaşayış sahəsindən onunla bərabər istifadə etmək hüququna malikdirlər. Mülki Məcəllənin 158.1.2-ci maddəsinə əsasən əmlakdan istifadə hüququ əmlak hüququ sayılır. Həmin Məcəllənin 158.4-cü maddəsinə əsasən mülkiyyətçi olmayan şəxsin əmlak hüquqları istənilən şəxs, o cümlədən mülkiyyətçi tərəfindən pozulmaqdan müdafiə edilir. Həmin Məcəllənin 27.2-ci maddəsinə əsasən on dörd yaşına çatmamış şəxslərin yaşayış yeri valideynlik hüquqlarını itirməmiş valideynlərinin yaşayış yeri sayılır, qəyyumluq altında olan şəxsin yaşayış yeri isə qəyyumun yaşayış yeri sayılır. Odur ki, işin təsvir olunan hallarını nəzərə alaraq və qeyd olunan qanunvericilik normalarını rəhbər tutaraq məhkəmə hesab edir ki, iddiaçılar azyaşlı uşaqları ilə birlikdə mübahisə predmeti olan fərdi yaşayış evinə köçürülmələrini və həmin evdən istifadəyə dair cavabdeh tərəfindən yaradılmış mənaələrin aradan qaldırılmasını tələb etməkdə haqlıdırlar. Məhkəmə həmçinin xərclərlə bağlı məsələni müzakirə edərək hesab edir ki, Azərbaycan Respublikası MPM-nin 119.1-ci maddəsinə əsasən, iddiaçılar tərəfindən iddia ərizəsinin verilməsinə görə ödənilmiş 100 manat dövlət rüsumu da cavabdehdən iddiaçıların xeyrinə tutulmalıdır. Azərbaycan Respublikası MPM-in 14.2, 217.4 və 218.3-cü maddələrinə müvafiq olaraq məhkəmə yalnız tərəflərin təqdim etdikləri sübutları araşdıraraq, onlardan istifadə edərək, yalnız məhkəmə iclasında tədqiq olunmuş sübutlara əsaslanaraq, iddia tələblərinin hədlərindən kənara çıxmadan işdə iştirak edən şəxslərin verdiyi tələblər üzrə qətnamə çıxarır. Göstərilənlərə əsaslanaraq və Azərbaycan Respublikası Mülki Prosessual Məcəlləsinin 216-220 və 360-cı maddələrini rəhbər tutaraq, məhkəmə qət e t d i: İddia təmin edilsin. İddiaçı və X10 (azyaşlı uşaqları X11 ilə birlikdə) Gəncə şəhəri, Kəpəz rayonu Qarabağ küçəsi ev 8 ünvanında yerləşən fərdi yaşayış evinə köçürülsünlər və onların həmin evdə yaşamalarına dair Cavabdeh tərəfindən yaradılmış maneələr aradan qaldırılsın. Cavabdeh ödənilmiş dövlət rüsumunun əvəzi kimi 100 manat pul tutularaq İddiaçı və X7 ödənilsin. Qətnamədən rəsmi qaydada verildiyi gündən 1 (bir) ay müddətində Gəncə şəhəri Kəpəz Rayon Məhkəməsi vasitəsi ilə Gəncə Apelyasiya Məhkəməsinə apelyasiya şikayəti verilə bilər. Hakim Zaur Hüseynov

Bu qərar sizin işinizə uyğun gəlirmi?

Sualınızı yazın — cavab qanun maddələri və məhkəmə təcrübəsi əsasında hazırlanır.

Sual ver

Eyni kateqoriyada digər qərarlar