Məhkəmə qərarları › İş №2(043)-855/2021

Gəncə Şəhəri Kəpəz Rayon Məhkəməsi Qərardad — İş №2(043)-855/2021

03.02.2021 · Hüquqi əhəmiyyəti olan faktların müəyyən edilməsi haqqında - Doğumun qeyd edilmə faktı
Mənbə: Azərbaycan məhkəmə sistemi (courts.gov.az) — anonimləşdirilmiş rəsmi mətn. Dataset: Azerbaijan Court Data (CC-BY-4.0).

Azərbaycan Respublikası adından QƏRARDAD Gəncə şəhəri İş № 2(043)-855/2021 03.02.2021 GƏNCƏ ŞƏHƏRİ KƏPƏZ RAYON MƏHKƏMƏSİ Hakim Mustafayev Rəşad Mustafa oğlu, Ərizəçi Maraqlı şəxsnə qarşı “hüquqi əhəmiyyəti olan faktların müəyyən edilməsinə” dair ərizəsininin məhkəmə icrааtının mümkünlüyü məsələsinə məhkəmə binаsındа, məhkəmə iclаsındаn kənаr аyrıcа prоsessuаl qаydаdа bаxаrаq müəyyən etdim: Ərizəçi Maraqlı şəxsnə qarşı “hüquqi əhəmiyyəti olan faktların müəyyən edilməsinə dair” ərizə ilə məhkəməyə müraciət edərək, onun anası X2 xx.xx.1929-cu il tarixdə Gəncə (Kirovabad) şəhərində anadan olması faktının müəyyən edilməsi barədə qətnamə çıxarılmasını xahiş etmişdir. Ərizəsini və ona əlavə edilmiş sənədləri nəzərdən keçirərək hesab edirəm ki, ərizə məhkəmənin icraatına qəbul edilmədən ərizəçiyə geri qaytarılmalıdır. Belə ki, ərizəçi lazımi sənədləri alması üçün Maraqlı şəxsnə və ya aidiyyatı təşkilatlara müraciət etməsinə dair heç bir sənədi ərizəsinə əlavə etməmiş, habelə lazımi sənədləri ərizəçinin ala bilməməsini, yaxud itən sənədlərin bərpasının mümkünsüzlüyünü təsdiq edən sübutlar əlavə edilməmiş, ərizədə həmin faktın müəyyən edilməsinin ərizəçiyə nə məqsəd üçün lazım olduğu göstərilməmişdir. Azərbaycan Respublikasının Mülki Prosessual Məcəlləsinin 310.1.-ci maddəsinə əsasən ərizədə həmin faktın müəyyən edilməsinin ərizəçiyə nə məqsəd üçün lazım olduğu, habelə lazımi sənədləri ərizəçinin ala bilməməsini, yaxud itən sənədlərin bərpasının mümkünsüzlüyünü təsdiq edən sübutlar göstərilməlidir. Ərizəyə əlavə edilmiş, Milli Arxiv İdarəsinin Gəncə Filialının xx.xx.2016-cı il tarixli, 108/3 nömrəli məktubundan görünür ki, ərizədə göstərilən illər üzrə Gəncə Nikah evi arxiv fondunun doğum qeydiyyatı kitablarına baxılmış X2 doğum qeydiyyatı aşkarlanmamışdır. Ərizəyə əlavə edilmiş, Milli Arxiv İdarəsinin Gəncə Filialının xx.xx.2020-cı il tarixli, 1069/4 nömrəli məktubundan görünür ki, X4 Filialında mühafizə olunan Gəncə şəhər Nikah evi və Stalin rayon X1 Qeydiyyatı şöbəsi arxiv fondlannın 1936-1944-cü illər üzrə doğum bərpa qeydlərinin aktları təkrar yoxlanılmış, X2 doğum qeydi aşkar olunmamışdır. Bununla da müəyyən olunur ki, Ərizəçi yalnız Milli Arxiv İdarəsinin Gəncə Filialına müraciət etmiş, Qeydiyyat Şöbəsinə və ya digər təşkilatlara müraciət etməsinə dair heç bir sənədi ərizəsinə əlavə etməmiş, habelə lazımi sənədləri ərizəçinin ala bilməməsini, yaxud itən sənədlərin bərpasının mümkünsüzlüyünə dair sübutları təqdim etməmişdir. Həmin Məcəllənin 149.2.4.-ci maddəsinə əsasən müqavilə ilə və ya həmin kateqoriya işlər üçün qanunla bu nəzərdə tutulmuşsa, cavabdehlə mübahisənin məhkəməyə qədər (pretenziya qaydasında) nizama salınmasına riayət edilməsinə dair məlumat ərizədə göstərilməlidir. Həmin Məcəllənin 149.4.-ci maddəsinə əsasən ərizədə mübahisənin düzgün həll edilməsi üçün zəruri olan digər məlumatlar, həmçinin iddiaçının vəsatətləri də göstərilir. Həmin Məcəllənin 152.1.1 və 152.1.6.-cı maddəsinin tələbinə əsasən, iddia ərizəsinin bu Məcəllənin 149-cu maddəsi ilə müəyyən olunmuş formasına və məzmununa riayət edilmədikdə və müqavilə ilə və ya həmin kateqoriya işlər üçün qanunla nəzərdə tutulmuşsa, iddiaçı cavabdehlə mübahisənin məhkəməyə qədər (pretenziya qaydasında) nizama salınmasına riayət edilməsinə dair sənəd təqdim etmədikdə hakim iddia ərizəsini və ona əlavə edilmiş sənədləri geri qaytarır. Həmin Məcəllənin 152.4.-ci maddəsinə əsasən iddia ərizəsinin qaytarılması nöqsanlar aradan qaldırıldıqdan sonra ümumi qaydada ikinci dəfə məhkəməyə müraciət etməyə mane olmur. Göstərilənlərə əsasən və Azərbaycan Respublikası MPM-nin 149, 152, 263-264, 268-ci maddəsini rəhbər tutaraq, məhkəmə qərar verdi: Ərizəçi Maraqlı şəxsnə qarşı “hüquqi əhəmiyyəti olan faktların müəyyən edilməsinə” dair ərizəsi və ərizəyə əlavə edilmiş sənədlər geri qaytarılsın. Qərardaddan, rəsmi qaydada verildikdən 10 (on) gün müddətində Gəncə şəhəri Kəpəz Rayon Məhkəməsinə şikayət verilə bilər.

Bu qərar sizin işinizə uyğun gəlirmi?

Sualınızı yazın — cavab qanun maddələri və məhkəmə təcrübəsi əsasında hazırlanır.

Sual ver

Eyni kateqoriyada digər qərarlar