Azərbaycan Respublikası adından QƏRARDAD Gəncə şəhəri İş № 2(043)-865/2022 16.03.2022 GƏNCƏ ŞƏHƏRİ KƏPƏZ RAYON MƏHKƏMƏSİ Hakim Hüseynov Zaur Nazim oğlunun sədrliyi, Sadıxov Rəşad Şahin oğlunun katibliyi, Ərizəçinin nümayəndəsi X1 iştirakı ilə, Ərizəçi – torpaq sahəsi üzərində sahiblik, istifadə və sərəncam vermə faktının müəyyən edilməsi barədə ərizəsinə dair mülki işə açıq məhkəmə iclasında baxaraq, m ü ə y y ə n e t d i : Ərizəçi ərizə ilə məhkəməyə müraciət edərək, Samux rayon Nəbiağalı qəsəbəsi bələdiyyəsinin 19.02.2007-ci il tarixli, 8 nömrəli qərarı ilə ayrılaraq satılmış 0,08 ha torpaq sahəsi üzərində sahiblik, istifadə və sərəncam vermə faktının müəyyən edilməsinə dair qətnamə çıxarılmasını xahiş etmişdir. Məhkəmə iclasında ərizəçinin nümayəndəsi X2 ərizə təqdim edərək, hüquqi faktın müəyyən edilməsinə dair ərizə üzrə mülki işin aidiyyəti üzrə Samux Rayon Məhkəməsinə göndərilməsini xahiş etdi. Məhkəmə ərizəni və ona əlavə edilmiş sənədləri araşdıraraq hesab edir ki, ərizə aidiyyət qaydalarını pozmaqla icraata qəbul edildiyindən, mülki iş ərazi aidiyyəti üzrə göndərilməlidir. Belə ki, məhkəmə iclasında müəyyən edildi ki, ərizəçinin üzərində sahiblik, istifadə və sərəncam vermə faktının müəyyən edilməsini istədiyi torpaq sahəsi Samux rayonu ərazisində yerləşir. Azərbaycan Respublikası Mülki Prosessual Məcəlləsinin 309.2-ci maddəsinə əsasən mülkiyyət hüququ üzrə daşınmaz əmlaka sahiblik, ondan istifadə etmək və onun barəsində sərəncam vermək faktının müəyyən edilməsi haqqında ərizələr daşınmaz əmlakın yerləşdiyi yerin məhkəməsinə verilir. Qeyd edilən qanunvericilik normasına əsasən məhkəmə hesab edir ki, hazırki mülki iş ərazi aidiyyəti qaydalarına uyğun olaraq baxılması üçün Samux Rayon Məhkəməsinə göndərilməlidir. Azərbaycan Respublikası MPM-in 44.2.2-ci maddəsinə əsasən iş həmin məhkəmədə baxıldığı zaman onun aidiyyət qaydalarının pozulması ilə icraata qəbul edildiyi aşkar olarsa məhkəmə işi başqa məhkəmədə baxılmağa verir. Şərh olunanlara əsaslanaraq və Azərbaycan Respublikası MPM-in 44, 45, 263 və 264-cü maddələrini rəhbər tutaraq, məhkəmə qərara aldı: Ərizəçi daşınmaz əmlaka sahiblik, istifadə və sərəncam vermə faktının müəyyən edilməsi barədə ərizəsinə dair mülki iş ərazi aidiyyəti üzrə baxılması üçün Samux Rayon Məhkəməsinə göndərilsin. Qərardaddan 10 (on) gün müddətində Gəncə şəhəri Kəpəz Rayon Məhkəməsinə şikayət verilə bilər. Hakim Zaur Hüseynov
Məhkəmə qərarları › İş №2(043)-865/2022
Gəncə Şəhəri Kəpəz Rayon Məhkəməsi Qərardad — İş №2(043)-865/2022
16.03.2022 · Hüquqi əhəmiyyəti olan faktların müəyyən edilməsi haqqında - Mülkiyyət hüququ üzrə daşınmaz əmlaka sahiblik, ondan istifadə etmək və onun barəsində sərəncam vermək faktı
Mənbə: Azərbaycan məhkəmə sistemi (courts.gov.az) — anonimləşdirilmiş rəsmi mətn. Dataset: Azerbaijan Court Data (CC-BY-4.0).
Mənbə: Azərbaycan məhkəmə sistemi (courts.gov.az) — anonimləşdirilmiş rəsmi mətn. Dataset: Azerbaijan Court Data (CC-BY-4.0).
Bu qərar sizin işinizə uyğun gəlirmi?
Sualınızı yazın — cavab qanun maddələri və məhkəmə təcrübəsi əsasında hazırlanır.
Sual ver