Məhkəmə qərarları › İş №2(043)-894/2022

Gəncə Şəhəri Kəpəz Rayon Məhkəməsi Qərardad — İş №2(043)-894/2022

08.06.2022 · Hüquqi əhəmiyyəti olan faktların müəyyən edilməsi haqqında - Mirasın qəbul edilməsi və vərəsəliyin açılma yerinin müəyyən edilməsi faktı
Mənbə: Azərbaycan məhkəmə sistemi (courts.gov.az) — anonimləşdirilmiş rəsmi mətn. Dataset: Azerbaijan Court Data (CC-BY-4.0).

Azərbaycan Respublikası adından QƏRARDAD Gəncə şəhəri İş № 2(043)-894/2022 08.06.2022 GƏNCƏ ŞƏHƏRİ KƏPƏZ RAYON MƏHKƏMƏSİ Hakim Tağıyev Cavid Tahir oğlunun sədrliyi, Süleymanlı Süleyman Rəşid oğlunun katibliyi, iddiaçı Ərizəçi etibarnamə üzrə nümayəndəsi (vəkili) X2 və üçüncü şəxs X3 etibarnamə üzrə nümayəndəsi (vəkili) X1 iştirakı ilə, İddiaçı Ərizəçi cavabdeh Gəncə “ASAN xidmət” mərkəzi Notariat Ofisinə qarşı mirasın qəbul faktının müəyyən edilməsi tələbinə dair iddia ərizəsi üzrə mülki işə məhkəmə iclas zalında, açıq məhkəmə iclasında baxaraq məhkəmə, müəyyən etdi: İddiaçı Ərizəçi cavabdeh Gəncə “ASAN xidmət” mərkəzi notariat ofisinə qarşı iddia ərizəsi ilə məhkəməyə müraciət edərək miras qalmış Gəncə şəhər Kəpəz rayon İsrəfilbəyov küçəsi 0,04 ha torpaq sahəsində yerləşən 1 mərtəbəli 2 otaqlı 48,8 kvm yaşayış sahəsi, 47.2 kvm köməkçi sahədən ibarət 27 nömrəli fərdi yaşayış evə dair mirasın qəbul faktının müəyyən edilməsinə dair qətnamə çıxarılmasını xahiş etmişdir. 11.05.2022-ci il tarixdə keçirilən məhkəmə iclasında X4 müstəqil tələb irəli sürməyən üçüncü şəxs qismində işə cəlb olunmuşdur. Məhkəmə iclasında iddiaçı Ərizəçi etibarnamə üzrə nümayəndəsi (vəkili) X5 məhkəməyə ərizə təqdim edərək iddia ərizəsinin geri qaytarılmasını xahiş etdi. Cavabdeh Gəncə «ASAN xidmət» mərkəzi notariat ofisi məhkəməyə ərizə ünvanlayaraq işə iştirakları olmadan baxılmasını xahiş etmişdir. Azərbaycan Respublikasının Mülki Prosessual Məcəlləsinin 259.0.11-ci maddəsinə əsasən iddia ərizəsinin qaytarılması barəsində ərizə verildikdə və cavabdeh işin mahiyyəti üzrə həll olunmasını tələb etmədikdə ərizə baxılmamış saxlanmalıdır. Məhkəmə hesab edir ki, iddiaçı Ərizəçi cavabdeh Gəncə “ASAN xidmət” mərkəzi Notariat Ofisinə qarşı mirası qəbul etmə faktının müəyyən edilməsi tələbinə dair iddia ərizəsi baxılmamış saxlanmalıdır. Göstərilənləri nəzərə alaraq və Azərbaycan Respublikasının MPM-in 263, 266-268-ci maddələrini rəhbər tutaraq məhkəmə, qərara aldı: İddiaçı Ərizəçi cavabdeh Gəncə “ASAN xidmət” mərkəzi notariat ofisinə qarşı mirası qəbul etmə faktının müəyyən edilməsi tələbinə dair iddia ərizəsi baxılmamış saxlansın. Qərardadın surəti tərəflərə rəsmi qaydada verildikdən sonra 10 (on) gün müddətində Gəncə Şəhəri Kəpəz Rayon Məhkəməsinə şikayət verilə bilər. Hakim Cavid Tağıyev

Bu qərar sizin işinizə uyğun gəlirmi?

Sualınızı yazın — cavab qanun maddələri və məhkəmə təcrübəsi əsasında hazırlanır.

Sual ver

Eyni kateqoriyada digər qərarlar