Azərbaycan Respublikası adından QƏTNAMƏ Gəncə şəhəri İş № 2(043)-897/2021 18.03.2021 GƏNCƏ ŞƏHƏRİ KƏPƏZ RAYON MƏHKƏMƏSİ Hakim Mustafayev Rəşad Mustafa oğlunun sədrliyi, X7 iclas katibliyi, iddiaçı X2 iştirakı ilə, İddiaçı X2 cavabdehlər Cavabdeh1, Cavabdeh2 oğluna, Cavabdeh3, Cavabdeh4, Cavabdeh5 və Cavabdeh6 qarşı «istifadə hüquqlarının itirilmiş hesab edilməsi» tələbinə dair iddia ərizəsi üzrə mülki işə məhkəmənin binasında açıq məhkəmə iclasında baxaraq, məhkəmə müəyyən etdi: İddiaçı X3 iddia ərizəsi ilə məhkəməyə müraciət edərək, ünvan 1 ünvanda yerləşən 18 saylı mənzildə qeydiyyatda olan cavabdehlər Cavabdeh1, Cavabdeh2 oğlu, Cavabdeh3, X10, Cavabdeh5 və Cavabdeh6 əmlak üzərində istifadə hüquqlarının ləğv edilməsi barədə qətnamə çıxarılmasını xahiş etmişdir. İddia tələbinə məhkəmədə baxılarkən iddiaçı X3 iddia tələbinin dəqiqləşməsi barədə məhkəməyə ərizə verərək, cavabdehlər Cavabdeh1, Cavabdeh2 oğlunun, Cavabdeh3, Cavabdeh4, Cavabdeh5 və Cavabdeh6 ünvan 1 ünvanda yerləşən 18 saylı mənzilin üzərində “istifadə hüquqlarının itirilmiş hesab edilməsi” barədə qətnamə qəbul edilməsini xahiş etmişdir. İddiaçı tələbini onunla əsaslandırır ki, ünvan 1 ünvanda yerləşən 18 saylı mənzil xx xxx 2012-ci il tarixdən şəxsi mülkiyyət hüququ əsasında onun adına qeydə alınmışdır. Həmin mənzili o X5 alqı-satqı müqaviləsinə əsasən almışdır. Alqı-satqı zamanı cavabdehlər tezliklə mənzildən qeydiyyatdan çıxmasını bildirmişlər. Lakin, indiyədək dəfələrlə onlara xəbərdarlıq etməsinə baxmayaraq onlar ona məxsus olan mənzildən qeydiyyatdan çıxmaqdan imtina etmişlər. Hal-hazırda isə onların harada yaşamaları ona məlum deyildir. Belə ki, bildiyinə görə onlar Rusiyaya köçüb getmişlər. Məhkəmə iclasında iddiaçı X3 iddia tələbinin dəlillərinə uyğun izahat verərək göstərdi ki, cavabdehlər Cavabdeh1, Cavabdeh2 oğlu, Cavabdeh3, Cavabdeh4, Cavabdeh5 və Cavabdeh6 həmin mənzildən 7-8 ildir çıxıb getmişlər və həmin evdə yaşamırlar. ünvan 1 ünvanda yerləşən 18 saylı mənzil xx xxx 2012-ci il tarixdə X5 almışdır. Məhkəmədən iddianın təmin edilməsini, cavabdehlər Cavabdeh1, Cavabdeh2 oğlunun, Cavabdeh3, Cavabdeh4, Cavabdeh5 və Cavabdeh6 ünvan 1 ünvanda yerləşən 18 saylı mənzilə olan istifadə hüquqlarına itirilmiş hesab edilməsi barədə qətnamə qəbul edilməsini xahiş etdi. Cavabdehlər Cavabdeh1, Cavabdeh2 oğluna, Cavabdeh3, Cavabdeh4, Cavabdeh5 və Cavabdeh6 məhkəmə iclasının vaxtı və yeri haqqında lazımi qaydada xəbərdarlıq edilmələrinə baxmayaraq, onlar məhkəmə iclasına gəlməmişlər, gəlməmələrinin səbəbləri barədə məhkəməyə məlumat verməmişlər və onların iştirakı olmadan məhkəmə iclasının keçirilməsini xahiş etməmişlər. Məhkəmə işə cavabdehlərin iştirakı olmadan baxılmasını mümkün hesab etmişdir. Məhkəmə iclasında şahid qismində dindirilmiş X6 ifadəsində bildirdi ki, iddiaçı onun qardaşıdır, 2012-ci ildən ünvan 1 ünvanda yerləşən 18 saylı mənzil satın alaraq həmin mənzildə yaşayırlar. Cavabdehləri tanımır və onları heç vaxt görməmişdir və onların evdə heç bir əşyası yoxdur. Onlar evi alan zaman ev tamamilə boş olmuşdur. Məhkəmə iclasında şahid qismində dindirilmiş X14 ifadəsində bildirdi ki, 2012-ci ildən ünvan 1 ünvanda yerləşən 18 saylı mənzili iddiaçı almışdır. Hazırda həmin ünvanda iddiaçı, qardaşı və anası yaşayır. Cavabdehlər həmin mənzildə yaşamamışlar sadəcə qeydiyyatda durmuşlar. Məhkəmə iş üzrə tərəfləri dinləyib, məhkəmə iclasında müəyyən olunan halları və mülki işdə olan sübutları tədqiq edib məcmu halında hüquqi qiymət verərək hesab edir ki, iddia tələbi əsaslı olduğundan təmin edilməlidir. İş materiallarına əlavə edilmiş Azərbaycan Respublikası Əmlak Məsələləri Dövlət Komitəsinin yanında Daşınmaz Əmlakın Dövlət Reyestri Xidməti Hüquqların X9 Daşınmaz Əmlakın Dövlət Reyestrindən ********** qeydiyyat nömrəli, xx.xx.2012-ci il qeydiyyat tarixli notarial qaydada təsdiq olunmuş çıxarışdan görünür ki, Gəncə şəhəri, Kəpəz rayonu, 1-ci mikrorayon, ev 7, 18 saylı mənzil X2 xüsusi mülkiyyətindədir. İş materiallarına əlavə edilmiş DİN “yaşayış yeri üzrə qeydiyyat haqqında” xx.xx.2020-ci il tarixli, ******* nömrəli arayışdan görünür ki, xx.xx.1975-ci il təvəllüdlü Cavabdeh1, xx.xx.1990-cı il təvəllüdlü Cavabdeh2 oğlu, xx.xx.2002-ci il təvəllüdlü Cavabdeh3, xx.xx.1989-cu il təvəllüdlü Cavabdeh4, xx.xx.1968-ci il təvəllüdlü Cavabdeh5 və xx.xx.1997-ci il təvəllüdlü Cavabdeh6 Gəncə şəhəri, Kəpəz rayonu, 1-ci mikrorayon, ev 7, 18 saylı mənzildə qeydiyyatdadırlar. İş materiallarına əlavə edilmiş Gəncə şəhər MKTİB-nin 7 nömrəli xidmət sahəsinin xx.xx.2021-ci il tarixli, 40 nömrəli arayışından görünür ki, X1 şəhəri, Kəpəz rayonu, 1-ci mikrorayon, ev 7, 18 saylı mənzildə yaşayır. Cavabdeh1, Cavabdeh2 oğlu, Cavabdeh3, Cavabdeh4, Cavabdeh5 və Cavabdeh6 isə xx.xx.2011-ci il tarixdən həmin ünvanda yaşamırlar. İş materiallarına əlavə edilmiş Gəncə şəhər MKTİB-nin xx.xx.2012-ci il tarixli, 43 arayış-formasından görünür ki, Gəncə şəhəri, Kəpəz rayonu, 1-ci mikrorayon, ev 7, 18 saylı mənzili X2 adınadır. Məhkəmə baxışı zamanı müəyyən edildi ki, Gəncə şəhəri, Kəpəz rayonu, 1-ci mikrorayon, ev 7, 18 saylı mənzil Hüquqların X9 Daşınmaz Əmlakın Dövlət Reyestrindən çıxarış əsasında iddiaçının xüsusi mülkiyyətindədir. X11 isə mənzilin əvvəlki mülkiyyətçisi olmuşdur və o iradəsini ifadə edib mənzil üzərində mülkiyyət hüququnu yeni mülkiyyətçiyə verərkən mülkiyyət hüququnun hər üç elementini – sahiblik, istifadə və sərəncam hüquqlarını yeni mülkiyyətçiyə ötürmüş və mənzili tərk etmişdir. Cavabdehlər uzun müddət yaşamamaqla mənzildə pasport qeydiyyatında formal olaraq qalır ki, bu da iddiaçının mülkiyyətində olan mənzilinə sahiblik, istifadə və sərəncam hüquqlarının tam həyata keçirməsinə mane olur və artıq kommunal xərclərin meydana gəlməsinə səbəb olur. Bundan başqa, cavabdehlərin mənzilə qeydiyyatının olması iddiaçının–yəni mülkiyyətçinin iradə ifadəsi ilə bağlı deyil, iddiaçının hazırkı tələbindən isə müəyyən olunur ki, cavabdehlərin mənzildə qeydiyyatda qalması mülkiyyətçi kimi onun iradəsinə ziddir. Əvvəlki mülkiyyətçi iradəsini ifadə edib mənzil üzərində mülkiyyət hüququnu yeni mülkiyyətçiyə verərkən mülkiyyət hüququnun hər üç elementini – sahiblik, istifadə və sərəncam hüquqlarını yeni mülkiyyətçiyə ötürmüş və ailə üzvləri ilə birlikdə mənzili tərk etmişdir. Ona görə də hazırki iddia tələbi ilə bağlı iddiaçı məhkəməyə müraciət etmək məcburiyyətində qalmışdır. Azərbaycan Respublikası Konstitusiyasının 13-cü maddəsinin 1-ci hissəsinə görə Azərbaycan Respublikasında mülkiyyət toxunulmazdır və dövlət tərəfindən müdafiə olunur. Azərbaycan Respublikası Konstitusiyasının 29-cu maddəsinin 2-ci bəndinə görə mülkiyyətin heç bir növünə üstünlük verilmir. Mülkiyyət hüququ, o cümlədən xüsusi mülkiyyət hüququ qanunla qorunur. Azərbaycan Respublikası Mülki Məcəlləsinin 152.1-ci maddəsinə görə mülkiyyət hüququ subyektin ona mənsub əmlaka (əşyaya) öz istədiyi kimi sahib olmaq, ondan istifadə etmək və ona dair sərəncam vermək üzrə dövlət tərəfindən tanınan və qorunan hüquqdur. Həmin Məcəllənin 157.4-cü maddəsinə əsasən isə əgər mülkiyyətə qəsd və ya başqa maneələr əşyanı götürmədən və ya ondan məhrum etmədən törədilirsə, mülkiyyətçi qəsd edəndən bu hərəkətlərə son qoymağı tələb edə bilər. Bu cür hərəkətlər davam etdirildikdə mülkiyyətçi həmin hərəkətlərə son qoyulmasını məhkəmə vasitəsi ilə tələb edə bilər Həmin Məcəllənin 228.4-cü maddəsinə görə yaşayış evinə və ya mənzilə mülkiyyət hüququnun keçməsi yaşayış binasının tərkib hissəsindən istifadə hüququna xitam verilməsi üçün əsas deyildir, amma yaşayış otağından istifadə hüququ olan şəxsin mülkiyyət hüququndan imtina barəsində həmin hüquq keçənədək notariat qaydasında təsdiqlənmiş öhdəlik verdiyi hal istisna təşkil edir. Məhkəmə hesab edir ki, mülkiyyətçiyə heç bir aidiyyəti olmayan şəxslərin mənzilində qeydiyyatda qalması ona öz mülkiyyətindən istifadə hüququnu həyata keçirməyə mane olur. Cavabdehlərin mənzildən qeydiyyatdan çıxarılmaları üçün isə onların mənzildən istifadə hüquqlarına məhkəmə qaydasında xitam verilməlidir. “Yaşayış yeri və olduğu yer üzrə qeydiyyat haqqında” Qanunun 9-cu maddəsinin 1ci hissəsinin 5-ci bəndində göstərilir ki, yaşayış sahəsindən istifadə hüququna yaşayış sahəsindən istifadə hüququna xitam verildikdə məhkəmənin qanuni qüvvəyə minmiş qətnaməsi əsasında xitam verilir. Bütün yuxarıda göstərilən işin faktiki hallarının məcmusunu nəzərə almaqla, həmçinin onlara tətbiq ediləcək şərh olunan hüquq normalarını rəhbər tutmaqla məhkəmə belə qənaətə gəlir ki, iddia tələbi qanuni və əsaslı olduğu üçün təmin olunmalı, cavabdehlərin iddiaçının mülkiyyətində olan mənzildən istifadə hüquqlarına xitam verilməlidir. Azərbaycan Respublikası Mülki Prosessual Məcəlləsinin 14.2-ci maddəsinə görə məhkəmə yalnız tərəflərin təqdim etdikləri sübutları araşdırmalı və onlardan istifadə etməlidir. Həmin Məcəllənin 77.1-ci maddəsinə görə isə hər bir tərəf öz tələblərinin və etirazlarının əsası kimi istinad etdiyi halları sübut etməlidir. Şərh olunanlara əsaslanaraq və Azərbaycan Respublikası MPM-in 216-220, 227 və 360-cı maddələrini rəhbər tutaraq, məhkəmə qət etdi: İddia təmin edilsin. Cavabdehlər Cavabdeh1, Cavabdeh2 oğlunun, Cavabdeh3, Cavabdeh4, Cavabdeh5 və Cavabdeh6 iddiaçı X2 mülkiyyətində olan Gəncə şəhəri, Kəpəz rayonu, 1ci mikrorayon, ev 7, mənzil 18-ə olan istifadə hüquqları itirilmiş hesab olunsun. Qətnamədən həmin qətnamə rəsmi qaydada verildiyi gündən bir ay müddətində Gəncə Şəhər Kəpəz Rayon Məhkəməsi vasitəsi ilə Azərbaycan Respublikası Gəncə Apelyasiya Məhkəməsinə apelyasiya şikayəti verilə bilər. Həmin müddətdə şikayət verilməzsə qətnamə qəbul edildiyi gündən bir ay keçdikdən sonra qanuni qüvvəyə minir.
Məhkəmə qərarları › İş №2(043)-897/2021
Gəncə Şəhəri Kəpəz Rayon Məhkəməsi Qətnamə — İş №2(043)-897/2021
18.03.2021 · Mənzil mübahisələri - Mənzilə istifadə hüququna xitam verilməsi
Mənbə: Azərbaycan məhkəmə sistemi (courts.gov.az) — anonimləşdirilmiş rəsmi mətn. Dataset: Azerbaijan Court Data (CC-BY-4.0).
Mənbə: Azərbaycan məhkəmə sistemi (courts.gov.az) — anonimləşdirilmiş rəsmi mətn. Dataset: Azerbaijan Court Data (CC-BY-4.0).
Bu qərar sizin işinizə uyğun gəlirmi?
Sualınızı yazın — cavab qanun maddələri və məhkəmə təcrübəsi əsasında hazırlanır.
Sual ver