Azərbaycan Respublikası adından QƏTNAMƏ Gəncə şəhəri İş № 2(043)-897/2022 11.05.2022 GƏNCƏ ŞƏHƏRİ KƏPƏZ RAYON MƏHKƏMƏSİ Hakim Tağıyev Cavid Tahir oğlunun sədrliyi, Süleymanlı Süleyman Rəşid oğlunun katibliyi, İddiaçı, Cavabdeh və vəkili Nümayəndə, mübahisə predmeti barədə müstəqil tələb irəli sürməyən üçüncü şəxs Gəncə şəhəri Kəpəz rayon Bələdiyyəsinin nümayəndəsi X4 iştirakı ilə, İddiaçı Cavabdeh qarşı torpaq sahəsindən çıxarılma tələbinə dair iddia ərizəsi üzrə mülki işə məhkəmə iclas zalında, açıq məhkəmə iclasında baxaraq məhkəmə, müəyyən e t d i: İddiaçı Cavabdeh qarşı iddia ərizəsi ilə məhkəməyə müraciət Cavabdeh tərəfindən zəbt edilmiş mülkiyyətində olan Gəncə şəhəri, Kəpəz rayonu, Natəvan qəsəbəsində yerləşən 600 kv.m (fərdi ev tikintisi üçün verilmiş və adına qeydə alınmış) torpaq sahəsindən çıxarılmasına dair dair qətnamə çıxarılmasını xahiş etmişdir. Məhkəmə iclasında İddiaçı iddianı müdafiə edib izahatında göstərdi ki, daimi yaşamaq üçün evi yoxdur. Müvəqqəti olaraq qohumunun evində ailəlikcə yaşayır. Buna görə də ev tikintisi üçün torpaq sahəsinin verilməsi ilə bağlı Gəncə şəhər İcra Hakimiyyətinə rəsmi qaydada ərizə ilə müraciət etmişdir. Gəncə şəhəri, Kəpəz rayon İcra Hakimiyyəti Başçısı ərizəsini nəzərə alaraq 16 sentyabr 2015-ci il tarixdə 1172 nömrəli sərəncam əsasında Gəncə şəhəri Natəvan qəsəbəsində yerləşən 600 kv.m torpaq sahəsini fərdi yaşayış evinin tikilməsi üçün onun istifadəsinə vermişdir. Bununla bağlı Gəncə şəhər memarlıq şöbəsindən evin plan və ölçüsü hazırlanıb, imza və möhürlə təsdiq edilərək, ona təqdim edilmişdir. Həmin ərazidən torpaq sahəsi ölçülərək, onun istifadəsinə verilmişdir. Maddi imkanı zəif olduğu üçün müvəqqəti olaraq, torpaq sahəsində ilk öncə tikinti materiallarının qorunması məqsədi ilə əl damı tikdirmişdir. İstifadəsində olan torpağa inşaatda işlədilən avadanlıqlar və su çəni qoyaraq su çəkmişdir. Bundan əlavə ev tikintisi üçün lazım olan avadanlıqları, o cümlədən dam üstü üçün nəzərdə tutulmuş qarğı alıb, torpaq sahəsinə qoymuşdur. Torpaq ona verilən vaxtdan bir neçə ay bundan əvvələ kimi daim onun tərəfindən idarə olunub və həmin ərazidən ailəsi ilə birlikdə istifadə etmişdir. Səhhəti ilə bağlı 4-5 ay torpağa gedib, baş çəkə bilməmişdir. Torpağa baş çəkmək üçün gedəndə ona məlum olmuşdur ki, hazırkı iddia tələbi üzrə cavabdeh olan Cavabdeh ona məxsus olan torpaq sahəsini zəbt edərək daş tökdürərək, torpaq üzərində əkdiyi ağacları kəsərək, özü üçün ev tikintisinə başlamışdır. Bununla bağlı narazılığını bildirib, ondan torpağı boşaltmasını tələb etmişdir. Lakin cavabdeh bu tələbinə məhəl qoymayaraq, hərəkətlərini davam etdirir. Buna görə də hazırkı iddia tələbi ilə müraciət etməyə məcbur olmuşdur. İddianın təmin olunmasını xahiş etdi. Məhkəmə iclasında Cavabdeh iddianı qəbul etməyərək izahatında göstərdi ki, əri 1992-ci il tarixdə Alüminium zavodda işlədiyindn sözügedən torpaq sahəsini onun ərinə vermişlər. 2007-ci il tarixdə həmin torpaqda əkin biçin işləri aparmışdır. İddiaçının həmin torpaq sahəsinə hər hansı aidiyyəti yoxdur. İddianın əsassız olduğunu göstərərək rədd edilməsini məhkəmədən xahiş etdi. Məhkəmə iclasında Cavabdeh vəkili Nümayəndə iddiaçı ilə eyni məzmunda çıxış edərək iddianın əsassız olduğundan rədd edilməsini məhkəmədən xahiş etdi. Məhkəmənin təşəbbüsü ilə mübahisə predmeti barədə müstəqil tələb irəli sürməyən üçüncü şəxs qismndə cəlb edilmiş Gəncə şəhəri Kəpəz rayonu Kəpəz Bələdiyyəsinin nümayəndəsi X9 göstərdi ki, tərəflər torpaq mübahisəsi ilə bağlı bələdiyyəyə müraciət etmişlər. Həmin torpaqlar əvvəllər Alüminium zavod işçilərinə bağçılıq torpaqları kimi verilmişdir. Lakin aqrar islahat zamanı həmin ərazidə kimin istifadəsində torpaq sahəsi olmuşdursa onların mülkiyyətinə verilmiş, 2000-ci ildən isə hazırki mübahsələndirilən torpaq sahəsi Gəncə şəhəri Kəpəz Bələdiyyəsinin fonduna aiddir. Cavabdeh 2019-cu ildən bəri həmin torpaq üzrə vergi ödəyicisi kimi bələdiyyə qeydiyyatındadır. Ancaq iddiaçı tərəf Şövqi ilə bağlı bələdiyyədə hər hansı məlumat yoxdur. Məhkəmə iclasında şahid qismində dindirilən X5 ifadəsində göstərmişdir ki, Alüminium zavodda 2001-ci ilə qədər operator işləmişdir. 1994-cü ildə oradan ona torpaq sahəsi verilmişdir. Cavabdeh tərəf olan Hicran 2013-2014-cü il tarixdən onun qonşuluğunda olan torpağa gəlib-getmiş, əkin işləri aparmışdır. İddiaçı tərəf Şövqünü isə tanımır və onun həmin torpaqda hər hansı bir iş apardığını görməmişdir. Məhkəmə iclasında şahid qismində dindirilən X2 ifadəsində göstərmişdir ki, Hicranı tanıyır Şövqünü isə tanımır. Sözügedən torpaq sahəsi Hicrana məxsusdur. Şövqünü isə tanımır. Mülki işə əlavə edilmiş və məhkəmə iclasında tədqiq edilmiş:- Gəncə şəhəri Kəpəz rayon İcra Hakimiyyəti başçısının 16.09.2015-ci il tarixli, 1172 nömrəli sərəncamın surətindən görünür ki, Gəncə şəhəri, Natəvan qəsəbəsində yerləşən İddiaçı tərəfindən istifadəsində olan 600 kv.m torpaq sahəsinində fərdi yaşayış evinin yerləşdirilməsinə (layihələndirilməsinə) icazə verilmişdir. Gəncə şəhəri Kəpəz rayonu Kəpəz Bələdiyyəsinin 28.03.2022-ci il tarixli, 04/823 saylı məktubundan görünür ki, 16 sentyabr 2015-ci il tarixli, 1172 nömrəli Kəpəz Rayon İcra Hakimiyyəti başçısının sərəncamında göstərilmiş Gəncə şəhəri, Natəvan qəsəbəsində yerləşən 600,0 kv.m torpaq sahəsinin yerdə, naturada Daşkəsən rayon sakini X3 ayrılması barədə Kəpəz bələdiyyəsində məlumat yoxdur.Hazırda Gəncə şəhəri, Natəvan qəsəbəsi. Metallurq bağçılıq ərazisində olan torpaq sahələri 1988-1998-ci illərdə Gəncə Gil- X1 və onun yardımçı qurumlarının işçilərinə həmkarlar təşkilatlarının qərarlarına əsasən bağçılıq və əkinçilik məqsədilə paylanmışdır. Lakin o vaxt Gəncə Gil- Torpaq İB-nin balansında olan həmin ərazinin X8 Məclisinin və ya Gəncə Şəhər İcra Hakimiyyətinin qərarı ilə bağçılıq i məqsədilə ayrılması rəsmiləşdirilmədiyinə görə, vətəndaşlar uzun müddət istifadə etdiyi torpaq sahələrini "Torpaq İslahatı haqqında” Azərbaycan Respublikası Qanununa uyğun olaraq mülkiyyət hüququ ilə adlarına dövlət qeydiyyatına aldıra bilməmişlər; 2000-ci ildən bələdiyyələrin fəaliyyətə başlaması və dəyişiklik edilmiş Torpaq Məcəlləsinin qüvvəyə minməsi ilə əlaqədar Gəncə Şəhər İcra Hakimiyyətində Torpaq üzərində mülkiyyət formalarının müəyyən edilməsi məqsədilə komissiya İ yaradılmışdır. '‘Metallurq” bağçılıq ərazisində torpaq istifadəçilərini qeydə almaq üçün Kəpəz bələdiyyəsi tərəfindən inventarlaşdırma işləri aparılmış, küçələrin adlarını əks etdirən lövhələr vurulmuş, torpaq sahələri şərti olaraq nömrələnmişdir. Lakin bağçılıq yoldaşlığının üzvləri haqda heç bir arxiv məlumatlarının olmadığı üçün torpaq istifadəçilərinin siyahısını, orada olan tikililərin kimə məxsus olmas dəqiqləşdirmək mümkün olmamışdır. Şəhərdə Torpaq islahatı ilə əlaqədar yarann komissiya işini yekunlaşdırdıqdan sonra 2019-cu ildən təsdiq edilmiş elektron xəritəyə əsasən Natəvan qəsəbəsi, Metallurq bağçılıq ərazisi torpağının bələdiv| mülkiyyətinə aid olduğu müəyyən edilmişdir. Cavabdeh Natəvan qəsəbəsi, Xosrov Məmmədov küçəsində olan 600,0 kv.metr (sahə № 82) torpaq sahəsinə görə 2017-ci ildən vergi ödəyir. 2019-cu ildə uzun müddət istifadəsində ola həmin torpaq sahəsinin alqı-satqı qaydasında mülkiyyətinə verilməsi barədə Kəpəz Bələdiyyəsinə ərizə ilə müraciət etmişdir, Daşkəsən rayon sakini İddiaçı Kəpəz bələdiyyəsində vergi ödəyicisi kimi qeydiyyata alınmamışdır. Mübahisəli torpaq sahəsinin onun vaxtsa istifadəsində olub-olmaması barədə bələdiyyədə məlumat yoxdur. Mövcud qanunvericiliyə görə başqa ərazi vahidində daimi yaşayan və qeydiyyatda olan vətəndaşların mülkiyyətinə bələdiyyələr tərəfindən fərdi yaşayış evinin tikinti məqsədilə topaq sahələri yalnız hərrac və müsabiqələr vasitəsilə verilə bilər. Gəncə şəhər Kpəz rayon İcra Hakimiyyədi başçısının 26 aprel 2022-ci il tarixli,03/375 nömrəli məktubundan görünür ki, Gəncə şəhəri Kəpəz rayon İcra Hakimiyyəti başçısının 16.09.2015-ci il tarixli, 1172 nömrəli sərəncamı ilə Gəncə şəhəri, Natəvan qəsəbəsində yerləşən İddiaçı istifadəsində olan 600 kv.m torpaq sahəsinində fərdi yaşayış evinin yerləşdirilməsinə (layihələndirilməsinə) icazə verilmişdir.Məlumat üçün bildirilir ki, Gəncə şəhəri Kəpəz rayon İcra Hakimiyyəti başçısının 16.09.2015-ci il tarixli, 1172 nömrəli sərəncamı tikinti üçün yox yalnız layihələndirmə üçün əsasdır. Göründüyü kimi iddiaçı mübahisələndirilən torpaq sahəsinin Gəncə şəhəri Kəpəz rayon İcra Hakimiyyəti başçısının 16.09.2015-ci il tarixli, 1172 nömrəli sərəncamı ilə ona verildiyini iddia etsə də həmin sərəncam torpaq sahəsinin ayrılması üçün verilməmişdir. Azərbaycan Respublikasının Mülki Məcəlləsinin 139.1-cimaddəsində iperativ qaydada göstərilir ki, mülkiyyət hüququ və daşınmaz əmlaka digər hüquqlar, bu hüquqların məhdudlaşdırılması, əmələ gəlməsi, başqasına keçməsi və xitamı dövlət qeydiyyatına alınmalıdır. Mülkiyyət hüququ, istifadə hüququ, ipoteka, servitutlar, habelə daşınmaz əmlaka digər hüquqlar bu Məcəllədə və qanunvericilikdə nəzərdə tutulan hallarda qeydə alınmalıdır. Azərbaycan Respublikasının Torpaq Məcəlləsinin 4-cü maddəsinə əsasən torpaq sahəsi-dövlət torpaq kadastrında və torpaq üzərində hüquqların dövlət qeydiyyatı sənədlərində, sərhədləri, ölçüləri, coğrafi mövqeyi, hüquqi statusu, rejimi, təyinatı və digər göstəriciləri əks etdirilmiş yer səthinin bir hissəsidir. Həmin Məcəllənin 67-ci maddəsinin 4-cü bəndində qeyd olunmuşdur ki, torpaq sahələri üzərində qeydiyyatdan keçməmiş hüquqların müdafiəsinə və toxunulmazlığına dövlət təminat vermir. Azərbaycan Respublikasının Mülki Məcəlləsinin (bundan sonra-MM) 152.1-ci maddəsinə əsasən mülkiyyət hüququ - subyektin ona mənsub əmlaka (əşyaya) öz istədiyi kimi sahib olmaq, ondan istifadə etmək və ona dair sərəncam vermək üzrə dövlət tərəfindən tanınan və qorunan hüququdur. MM-in 157.2-ci maddəsinə əsasən mülkiyyətçi özgəsinin qanunsuz sahibliyindən öz əmlakını geri tələb edə bilər. «Ədalət mühakiməsinin həyata keçirilməsi zamanı «İnsan hüquqları və əsas azadlıqların müdafiəsi haqqında» Avropa Konvensiyası müddəalarının və İnsan Hüquqları üzrə Avropa Məhkəməsinin presedentlərinin tətbiqi haqqında» Azərbaycan Respublikası Ali Məhkəməsi Plenumunun 30 mart 2006-cı il tarixli 5 nömrəli qərarının 2ci bəndində göstərilir ki, insan və vətəndaş hüquqlarının və azadlıqlarının pozulması ilə bağlı məhkəmələr milli qanunvericilik ilə yanaşı Konvensiya müddəalarını da rəhbər tutmalı və bu zaman İnsan Hüquqları üzrə Avropa Məhkəməsinin təcrübəsinə istinad etməlidirlər. Avropa İnsan Hüquqları Məhkəməsi “Sporronqun və Lonnrotun İsveçrəyə qarşı” qərarında mülkiyyət hüququ ilə əlaqədar mövqeyini müəyyən edərək izah etmişdir ki, mülkiyyət hüququnun müdafiəsi zamanı işin hallarından asılı olaraq üç məsələ aydınlaşdırılmalıdır: mülkiyyətçinin mülkiyyət hüququnun mövcüd olması, mülkiyyətçinin öz mülkiyyətindən məhrum olması; mülkiyyətçinin mülkiyyətindən istifadəyə nəzarətdən məhrum olması. Həmin qərarlara görə mülkiyyətçinin öz mülkiyyətindən məhrum edilməsinin baş verib-verməməsini müəyyən etmək üçün mülkiyyətin formal cəhətdən özgəninkiləşdirilməsi və ya mülkiyyət hüququnun başqasına keçməsi və həmin halların “de fakto” baş verməsi aydınlaşdırılmalıdır. Azərbaycan Respublikasının Mülki Prosessual Məcəlləsinin 14.2-ci maddəsinə əsasən məhkəmə yalnız tərəflərin təqdim etdikləri sübutları araşdırmalı və onlardan istifadə etməlidir. Azərbaycan Respublikasının Mülki Prosessual Məcəlləsinin 77.1-ci maddəsinə əsasən hər bir tərəf öz tələblərinin və etirazlarının əsası kimi istinad etdiyi halları sübut etməlidir. Həmin Məcəllənin 217.4-cü maddəsinə əsasən məhkəmə öz qətnaməsini yalnız məhkəmə iclasında tədqiq olunmuş sübutlarla əsaslandırır. Belə olan halda məhkəmə hesab edir ki, iddiaçı mübahisələndirdiyi torpaq sahəsinin ona məxsus olmasına dair hr hansı sübut təqdim etmədiyindən iddia tələbi əsassız olduğundan təmin olunmamalıdır. MPM-in 119.1-ci maddəsinə əsasən iş üzrə ödənilmiş 100 manat dövlət rüsumu iddiaçıya aid edilməlidir. Göstərilənlərə əsasən və Azərbaycan Respublikası Mülki Prosessual Məcəlləsinin 119.1, 216-220, 227, 233, 358 və 360-cı maddələrini rəhbər tutaraq məhkəmə, qət etdi: İddiaçı Cavabdeh qarşı torpaq sahəsindən çıxarılma tələbinə dair iddiası əsassız olduğundan təmin olunmasın. İş üzrə ödənilmiş 100 manat dövlət rüsumu iddiaçıya aid edilsin. Qətnamədən onun tərəflərə rəsmi qaydada verildiyi gündən bir ay müddətində Gəncə Şəhəri Kəpəz Rayon Məhkəməsi vasitəsilə Gəncə Apellyasiya Məhkəməsinə apellyasiya şikayəti verilə bilər.
Məhkəmə qərarları › İş №2(043)-897/2022
Gəncə Şəhəri Kəpəz Rayon Məhkəməsi Qətnamə — İş №2(043)-897/2022
11.05.2022 · Torpaq mübahisələri - Torpaq sahəsinin boşaldılması
Mənbə: Azərbaycan məhkəmə sistemi (courts.gov.az) — anonimləşdirilmiş rəsmi mətn. Dataset: Azerbaijan Court Data (CC-BY-4.0).
Mənbə: Azərbaycan məhkəmə sistemi (courts.gov.az) — anonimləşdirilmiş rəsmi mətn. Dataset: Azerbaijan Court Data (CC-BY-4.0).
Bu qərar sizin işinizə uyğun gəlirmi?
Sualınızı yazın — cavab qanun maddələri və məhkəmə təcrübəsi əsasında hazırlanır.
Sual ver