Azərbaycan Respublikası adından QƏTNAMƏ Gəncə şəhəri İş № 2(043)-918/2021 17.06.2021 GƏNCƏ ŞƏHƏRİ KƏPƏZ RAYON MƏHKƏMƏSİ Hakim Mustafayev Rəşad Mustafa oğlunun sədrliyi, X2 iclas katibliyi, İddiaçı, cavabdehlər Cavabdeh1, Cavabdeh2 və Cavabdeh3 nümayəndəsi Nümayəndə iştirakı ilə, İddiaçı cavabdehlər Cavabdeh1, Cavabdeh2 və Cavabdeh3 qarşı “cavabdehlərin əmlakları ilə birlikdə ona məxsus evdən çıxarılmaları” tələbinə dair mülki işə açıq məhkəmə iclasında baxaraq, məhkəmə müəyyən etdi: İddiaçı cavabdehlər Cavabdeh1, Cavabdeh2 və Cavabdeh3 qarşı “cavabdehlərin əmlakları ilə birlikdə ona məxsus evdən çıxarılmaları” tələbinə dair iddia ərizəsi ilə məhkəməyə müraciət edərək, cavabdehlərə Cavabdeh1, Cavabdeh2 Süitan qızının və Cavabdeh3 onların istifadələrində olan 1 ədəd şifoner, 1 ədəd şkaf, 2 ədəd çarpayı, 3 ədəd yorğan döşəklər, 1ədəd stol, 4 ədəd stullar, 1 ədəd televizor, ədəd soyuducu və qabqacaqlar, geyim paltarları ilə birlikdə ona məxsus Gəncə şəhəri Kəpəz rayonu, Məmməd Məhərrəmov küçəsindəki 64 ünvanda yerləşən mülkün “A” literli binasının alt mərtəbəsindəki, sahəsi 21.6 kv.m yaşayış otağı, 14.6 kv.m örtülü eyvandan çıxarılmalarına dair qətnamə qət edilməsini xahiş etmişdir. İddiaçı tələbini onunla əsaslandırmışdır ki, Gəncə şəhəri Kəpəz Rayon Məhkəməsinin 08 avqust 2019-cu il tarixli, 2(043)-2439/2019 nömrəli qətnaməsi ilə qardaşı cavabdeh Nümayəndə xüsusi mülkiyyətində olan Gəncə şəhəri Kəpəz rayonu, Məhərrəmov küçəsində yerləşən 64 saylı evindən çıxarılması qət edilmişdir. Cavabdehlər Cavabdeh1 qardaşı Nümayəndə arvadı, Cavabdeh2 və Cavabdeh3 övladlarıdır. İddia ərizəsinə əlavə etdiyi qanuni qüvvəsini almış qətnamənin surətindən görünür ki, Azərbaycan Respublikası Əmlak Məsələləri Dövlət Komitəsi yanında Dövlət Reyestri Xidmətinin 3 saylı Gəncə Ərazi İdarəsi tərəfindən verilmiş 30.07.2019-cu il tarixli arayışla bir daha təsdiq olunur ki, Gəncə şəhəri Kəpəz rayonu, Məmməd Məhərrəmov küçəsində 64 ünvanda yerləşən fərdi yaşayış evinə dair 15 fevral 1991-ci il tarixli 2-150/1991 nömrəli qətnaməsi ilə mülkün iki yerə bölünməklə payların müəyyən edilməsi, mülkün “A” literli binasının üst mərtəbəsində yerləşən sahələri 28.0 kv.m və 22.6 kv.m olan yaşayış otaqları, 14.9 kv.m örtülü eyvan və 5.0 kv.m və 22.6 kv.m dəhlizin anası X1 verilməsi, mülkün "A" literli binasının alt mərtəbəsindəki, sahəsi 21.6 kv.m yaşayış otağı, 14.6 kv.m örtülü eyvan və "B" binanın o İddiaçı verilməsi qət edilmişdir. Gəncə şəhəri 7 saylı notariat kontorunun 11 mart 2003-cü il tarixli 2V-1-43 reyestr nömrəli vəsiyyətnamə üzrə vərəsəlik hüququ haqqında şəhadətnaməsinə əsasən mülkü anası X1 məxsus olan hissəsi qardaşı Nümayəndə adına keçmiş, ona 01 aprel 2003-cü i! tarixli 4281 reyestr nömrəli qeydiyyat vəsiqəsi verilmişdir. Cavabdehlərlə aralarında heç bir kirayə müqaviləsi olmamışdır. Sadəcə olaraq qardaşı ilə ailə üzvü olduğundan 2002-ci il tarixdə şifahi razılığı ilə müvəqqəti ona məxsus evə köçüb yaşamalarına etiraz etməmişdir. Hazırda o cavabdehin təqsiri üzündən evində sərbəst yaşaya bilmir. Çünki, icraçılar tərəfindən qanuni qüvvəsini almış qətnamə qəbul edilən zaman cavabdehlər evindən çıxmaqdan imtina etmiş, yalnız qardaşı Nümayəndə evdən çıxması təmin edilmiş, ancaq ailəsi evində yaşadığı üçün gecələr gəlib yenə də evində yaşayır. Cavabdehlərə məxsus, onların istifadələrində olan 1 ədəd şifoner, 1 ədəd şkaf, 2 ədəd çarpayı, 3 ədəd yorğan döşəklər, 1ədəd stol, 4 ədəd stullar, 1 ədəd televizor, ədəd soyuducu və qab-qacaqlar, geyim paltarları əsassız olaraq evindədir. Cavabdehlər tərəfindən mülkiyyət hüquqları kobudcasına pozmuşdur. Ona görə də iddianın təmin olunmasını xahiş etmişdir. Məhkəmə iclasında İddiaçı iddia ərizəsində göstərilənlərə uyğun izahat verərək, iddia tələbinin təmin olunması barədə qətnamə çıxarılmasını xahiş etdi. Məhkəmə iclasında cavabdehlər Cavabdeh1, Cavabdeh2 və Cavabdeh3 nümayəndələri Nümayəndə ifadə verərək bildirdi ki, o, evin bölgüsündən razı deyildir. Odur ki, məhkəmədən iddia tələbinin rədd edilməsini xahiş etdi. İş materiallarına əlavə olunmuş Gəncə şəhər Kəpəz Rayon Məhkəməsinin 2- 564/202 nömrəli 23 dekabr 2002-ci il tarixli qətnaməsinin surətindən görünür ki, İddiaçı məhkəmədə iddia qaldıraraq, Gəncə şəhəri Məhərrəmov küçəsi 64 saylı evin giriş-çıxış yolunun bölünməsini və Cavabdeh1 həmin mülkdə olan yaşayış sahəsindən çıxarılmasına dair qərar qəbul edilməsini xahiş etmişdir. İddia təmin edilmiş, Cavabdeh1 ailə üzvləri ilə birlikdə Məhərrəmov küçəsi 64 saylı mülkdə, “B” literli yaşayış binasıında sahəsi 19,4 kv.m olan otaqdan çıxarılması, mülkün giriş-çıxış yolu eni 1,5 metr və 2,4 metr uzunluğu isə 7,3 metr olan 2 yerə bölünməsi və aradan hündürlüyü 2 metr, uzunluğu 7,3 metr olan hasarın çəkilməsi, mülkdə bölünmüş giriş-çıxış yoluna eyni cür 2 dəmir qapının qoyulması, hasarın çəkilməsi və giriş qapılarının qoyulması ilə bağlı xərclərin iddiaçının vəsaiti hesabına aparılması qət edilmişdir. İş materiallarına əlavə olunmuş Gəncə şəhər Kəpəz Rayon Məhkəməsinin 2(043)- 2439/2019 saylı, 08.08.2019-cu il tarixli qətnaməsinin surətindən görünür ki, İddiaçı cavabdeh Nümayəndə qarşı “mənzildən çıxarılma” tələbinə dair iddiası təmin edilmiş, cavabdeh Nümayəndə iddiaçının mülkiyyətində olan Gəncə şəhəri, Kəpəz rayonu, Məhərrəmov küçəsi, 64 nömrəli evin “A” literli tikilisinin 1-ci mərtəbəsindən çıxarılması qət edilmişdir. İş materiallarına əlavə olunmuş Azərbaycan Respublikası Ali Məhkəməsi Mülki Kollegiyasının 2(102)-3491/2020 saylı, 15.09.2020-ci il tarixli qərarının surətindən görünür ki, Gəncə şəhər Kəpəz Rayon Məhkəməsinin 2(043)-2439/2019 saylı, 08.08.2019-cu il tarixli qətnaməsi Gəncə Apelyasiya Məhkəməsinin 12 dekabr 2019-cu il tarixli qətnaməsi ilə qüvvəsində saxlanılmış, sonuncu qətnamədən cavabdeh Nümayəndə və vəkili tərəfindən verilmiş kassasiya şikayəti təmin edilməmişdir. İş materiallarına əlavə edilmiş Azərbaycan Respublikası Gəncə Dövlət Tikinti və Arxitektura Komitəsi Dövlət Texniki İnventarlaşdırma və Mülkiyyət Hüquqlarının Qeydiyyat İdarəsi tərəfindən verilmiş 4281 Qeydiyyat vəsiqəsinin surətindən görünür ki, Gəncə şəhəri, Kəpəz rayonu, Məhərrəmov küçəsi, 64 nömrəli evin “A” – 50,6 kv.m 2 (iki) yaşayış otağı Nümayəndə adına qeydə alınmışdır. Məhkəmə tərəflərin izahatını dinləyib iş materiallarına əlavə edilmiş sübutları tədqiq edib onlara məcmu halda qiymət verərək hesab edir ki, iddia əsaslı olduğundan təmin edilməlidir. Azərbaycan Respublikası Mülki Məcəlləsinin 152.1-ci maddəsinə əsasən mülkiyyət hüququ subyektin ona mənsub əmlaka (əşyaya) öz istədiyi kimi sahib olmaq, ondan istifadə etmək və ona dair sərəncam vermək üzrə dövlət tərəfindən tanınan və qorunan hüququdur. Həmin Məcəllənin 152.5-ci maddəsinə əsasən mülkiyyətçi qanunda və ya müqavilədə müəyyən edilən məhdudiyyətlər nəzərə alınmaqla müəyyənləşdirilmiş hədlərdə əmlaka (əşyaya) sərbəst surətdə sahib ola bilər, ondan istifadə edə bilər və ona dair sərəncam verə bilər, həmin əmlaka başqa şəxslərin sahibliyinə yol verməyə bilər, ona mənsub əmlak barəsində öz mülahizəsi ilə istənilən hərəkətləri edə bilər, bir şərtlə ki, həmin hərəkətlər qonşuların və ya üçüncü şəxslərin hüquqlarını pozmasın, yaxud hüquqdan sui-istifadə olmasın. Həmin Məcəllənin 157.4-cü maddəsinə əsasən əgər mülkiyyətə qəsd və ya başqa maneələr əşyanı götürmədən və ya ondan məhrum etmədən törədilirsə, mülkiyyətçi qəsd edəndən bu hərəkətlərə son qoymağı tələb edə bilər. Bu cür hərəkətlər davam etdirildikdə mülkiyyətçi həmin hərəkətlərə son qoyulmasını məhkəmə vasitəsilə tələb edə bilər. Məhkəmə baxışında tədqiq olunmuş iş materiallarından görünür ki, 15.02.1991-ci il tarixli 2-150/1991 nömrəli qətnamə ilə ünvan 3 ünvanında yerləşən mülkün iki yerə bölünməklə payların müəyyən edilməsi, mülkün “A” literli binasının üst mərtəbəsində yerləşən sahələri 28.0 kv.m və 22.6 kv.m olan yaşayış otaqları, 14.9 kv.m örtülü eyvan və 5.0 kv.m dəhlizin X1 verilməsi, mülkün “A” literli hissəsinin alt mərtəbəsindəki, sahəsi 21.6 kv.m yaşayış otağı, 14.6 kv.m örtülü eyvan və “B” literli bina İddiaçı verilməsi qət edilmişdir. Gəncə şəhər Kəpəz Rayon Məhkəməsinin 2-564/202 nömrəli 23 dekabr 2002-ci il tarixli qətnaməsi ilə mülkün giriş-çıxış yolu eni 1,5 metr və 2,4 metr uzunluğu isə 7,3 metr olan 2 yerə bölünməsi və aradan hündürlüyü 2 metr, uzunluğu 7,3 metr olan hasarın çəkilməsi, mülkdə bölünmüş giriş-çıxış yoluna eyni cür 2 dəmir qapının qoyulması, hasarın çəkilməsi və giriş qapılarının qoyulması ilə bağlı xərclərin iddiaçının vəsaiti hesabına aparılması qət edilmişdir. İddiaçı 2009-cu ildə ona məxsus mülkdə müvəqqəti yaşamaq üçün qardaşı Nümayəndə icazə vermiş və sonradan Nümayəndə mənzildən çıxmasını tələb etsə də, Nümayəndə könüllü surətdə mənzildən çıxmamışdır. İddiaçı Nümayəndə qarşı “mənzildən çıxarılma” tələbinə dair iddia ilə məhkəməyə müraciət etmiş, Gəncə şəhər Kəpəz Rayon Məhkəməsinin 2(043)-2439/2019 saylı, 08.08.2019-cu il tarixli qətnaməsi ilə iddiası təmin edilmiş, cavabdeh Nümayəndə iddiaçının mülkiyyətində olan Gəncə şəhəri, Kəpəz rayonu, Məhərrəmov küçəsi, 64 nömrəli evin “A” literli tikilisinin 1-ci mərtəbəsindən çıxarılması qət edilmiş və həmin qətnamə qanuni qüvvəsini almışdır. Bundan sonra İddiaçı onun ailə üzvü hesab edilməyən və Nümayəndə ailə üzvləri olan hazırki mülki iş üzrə cavabdehlər Cavabdeh1, Cavabdeh2 və Cavabdeh3 qarşı “cavabdehlərin əmlakları ilə birlikdə ona məxsus evdən çıxarılmaları” tələbinə dair iddia ərizəsi ilə məhkəməyə müraciət edərək, cavabdehlərə Cavabdeh1, Cavabdeh2 Süitan qızının və Cavabdeh3 onların istifadələrində olan 1 ədəd şifoner, 1 ədəd şkaf, 2 ədəd çarpayı, 3 ədəd yorğan döşəklər, 1ədəd stol, 4 ədəd stullar, 1 ədəd televizor, ədəd soyuducu və qab-qacaqlar, geyim paltarları ilə birlikdə ona məxsus Gəncə şəhəri Kəpəz rayonu, Məmməd Məhərrəmov küçəsindəki 64 ünvanda yerləşən mülkün “A” literli binasının alt mərtəbəsindəki, sahəsi 21.6 kv.m yaşayış otağı, 14.6 kv.m örtülü eyvandan çıxarılmalarına dair qətnamə çıxarılmasını xahiş etmişdir. Məhkəmə bilavasitə məhkəmə iclasında tədqiq edilmiş, mümkün və mötəbər sübutlara tam, hərtərəfli, obyektiv və qərəzsiz baxdıqdan sonra bu sübutlara tətbiq edilməli hüquq normalarına müvafiq qiymət verərək hesab edir ki, hazırda iddiaçı evin mülkiyyətində olan hissəsindən cavabdehlər Cavabdeh1, Cavabdeh2 və Cavabdeh3 istifadə etməsinə razı olmadığından onun iddiası təmin edilməlidir. Azərbaycan Respublikası Mülki Prosessual Məcəlləsinin: 14.2-ci maddəsinə əsasən, məhkəmə yalnız tərəflərin təqdim etdikləri sübutları araşdırmalı və onlardan istifadə etməlidir. 217.4-cü maddələrinə əsasən, məhkəmə (hakim) öz qətnaməsini yalnız məhkəmə iclasında tədqiq olunmuş sübutlarla əsaslandırmalıdır. 218.3-cü maddəsinə görə, hakim işdə iştirak edən şəxslərin verdiyi tələblər üzrə qətnamə çıxarır. Yuxarıda göstərilənləri nəzərə alaraq və Azərbaycan Respublikası Mülki Prosessual Məcəlləsinin 216-220, 227, 233, 357, 360 və 362-ci maddələrini rəhbər tutaraq, məhkəmə qət etdi: İddia təmin edilsin. Cavabdehlər Cavabdeh1, Cavabdeh2 və Cavabdeh3 onlara məxsus olan 1 ədəd şifoner, 1 ədəd şkaf, 2 ədəd çarpayı, 3 ədəd yorğan döşəklər, 1ədəd stol, 4 ədəd stullar, 1 ədəd televizor, 1 ədəd soyuducu və qab-qacaqları, geyim paltarları ilə birlikdə İddiaçı mülkiyyətində olan Gəncə şəhəri, Kəpəz rayonu, Məhərrəmov küçəsi, 64 nömrəli evin “A” literli tikilisinin 1-ci mərtəbəsindən çıxarılsınlar. Qətnamədən, rəsmi qaydada verildiyi gündən 1 (bir) ay müddətində Gəncə şəhəri Kəpəz Rayon Məhkəməsi vasitəsi ilə Gəncə Apelyasiya Məhkəməsinə apelyasiya şikayəti verilə bilər. Qətnamədən şikayət verilmədikdə qəbul edildiyi gündən 1 (bir) ay keçdikdən sonra qanuni qüvvəyə minir.
Məhkəmə qərarları › İş №2(043)-918/2021
Gəncə Şəhəri Kəpəz Rayon Məhkəməsi Qətnamə — İş №2(043)-918/2021
17.06.2021 · Mənzil mübahisələri - Mənzildən çıxarılma
Mənbə: Azərbaycan məhkəmə sistemi (courts.gov.az) — anonimləşdirilmiş rəsmi mətn. Dataset: Azerbaijan Court Data (CC-BY-4.0).
Mənbə: Azərbaycan məhkəmə sistemi (courts.gov.az) — anonimləşdirilmiş rəsmi mətn. Dataset: Azerbaijan Court Data (CC-BY-4.0).
Bu qərar sizin işinizə uyğun gəlirmi?
Sualınızı yazın — cavab qanun maddələri və məhkəmə təcrübəsi əsasında hazırlanır.
Sual ver