Azərbaycan Respublikası adından QƏTNAMƏ Gəncə şəhəri İş № 2(043)-920/2021 16.03.2021 GƏNCƏ ŞƏHƏRİ KƏPƏZ RAYON MƏHKƏMƏSİ Hakim Hüseynov Zaur Nazim oğlunun sədrliyi, Aslanov Eltun Elman oğlunun katibliyi, İddiaçı iştirakı ilə, İddiaçı cavabdehlər Cavabdeh1, X6, Cavabdeh2, Cavabdeh3, Cavabdeh4 və Cavabdeh5 qarşı “evdən istifadə hüququnun itirilmiş hesab edilməsi” tələbinə dair iddia ərizəsi üzrə mülki işə açıq məhkəmə iclasında baxaraq, müəyyən etdi: İddiaçı cavabdehlər Cavabdeh1, X6, Cavabdeh2, Cavabdeh3, Cavabdeh4 və Cavabdeh5 qarşı iddia ərizəsi ilə məhkəməyə müraciət edərək, cavabdehlərin ünvan 1 ünvanında yerləşən evdən istifadə hüquqlarının itirilməsi barədə qətnamə qəbul edilməsini xahiş etmişdir. İddiaçı tələbini onunla əsaslandırmışdır ki, Gəncə şəhəri, Kəpəz rayonu, Zeynal Xəlil küçəsi, 44A nömrəli evi alqı-satqı yolu ilə X2 əldə etmişdir. Ev Azərbaycan Respublikası DƏDRX-in 3 saylı Ərazi İdarəsi tərəfindən verilmiş çıxarış əsasında onun xüsusi mülkiyyətinə keçmişdir. «Asan xidmət» mərkəzindən yaşayış yeri üzrə qeydiyyat haqqında arayış alarkən, Cavabdeh1, Cavabdeh2, X3, Cavabdeh3, Cavabdeh4 və Cavabdeh5 mülkiyyətində olan evdə qeydiyyatda olmaları məlum olmuşdur. Hazırda cavabdehlərin harada yaşamalarından ümumiyyətlə xəbəri yoxdur. Onların ona məxsus evdə pasport qeydiyyatında qalmaları əlavə kommunal xərclərin ödənilməsinə səbəb olur. Bu da onun şəxsi büdcəsinə təsir edir. Bu səbəbdən də məhkəməyə müraciət etmək məcburiyyətində qalmışdır. Məhkəmə iclasında İddiaçı iddia ərizəsinin məzmununa uyğun izahat verərək, iddianın təmin olunması barədə qətnamə qəbul edilməsini xahiş etdi. Cavabdehlər Cavabdeh1, X6, Cavabdeh2, Cavabdeh3, Cavabdeh4 və Cavabdeh5 məhkəmə baxışı iclasında iştirak etməmişlər. Cavabdehlərin faktiki olduğu yer məlum olmadığından, məhkəmə Azərbaycan Respublikası Mülki-Prosessual Məcəlləsinin 147-ci maddəsinə əsasən işə onların iştirakı olmadan baxmışdır. Məhkəmə, iddiaçının izahatını dinləyərək, mülki işin materiallarını araşdıraraq hesab edir ki, iddia təmin olunmalıdır. Belə ki, iş materiallarında olan xx xxxxxxxx 2020-ci il tarixli AN-İ № ******* nömrəli daşınmaz əmlakın alqı-satqı müqaviləsinin surətindən görünür ki, satıcı X1 şəhəri, Kəpəz rayonu, Zeynal Xəlil küçəsi, 44A saylı fərdi yaşayış evini alıcı İddiaçı satmışdır. Müqavilənin 8-ci bəndinə əsasən satıcı alıcıya 3-cü şəxslərin hüquqlarından azad ev verməyi, müqavilənin 13-cü bəndində isə satıcı xx.xx.2020-ci il tarixədək satdığı evdən qeydiyyatdan çıxmağı öhdəsinə götürmüşdür. İş materiallarında olan Azərbaycan Respublikası Əmlak Məsələləri Dövlət Komitəsinin Yanında Daşınmaz Əmlakın Dövlət Reyestri Xidməti tərəfindən verilmiş çıxarışdan görünür ki, ünvan 1 ünvanda yerləşən fərdi yaşayış evi xx.xx.2020-ci il tarixdən İddiaçı xüsusi mülkiyyətindədir. İş materiallarında olan Azərbaycan Respublikası Daxili İşlər Nazirliyi tərəfindən verilmiş yaşayış yeri üzrə qeydiyyat haqqında ******* №-li arayışdan görünür ki, xx.xx.1962-ci il təvəllüdlü Cavabdeh1, xx.xx.1999-cu il təvəllüdlü Cavabdeh2, xx.xx.1956-cı il təvəllüdlü X6, xx.xx.1980-ci il təvəllüdlü Cavabdeh3 oğlu, xx.xx.1973-cü il təvəllüdlü Cavabdeh4 və xx.xx.2001-ci il təvəllüdlü Cavabdeh5 ünvan 1 ünvanında qeydiyyatdadır. İş materiallarında olan Azərbaycan Respublikası Gəncə şəhəri 150 saylı Evlər üçlüyü tərəfindən verilmiş xx.xx.2021-ci il tarixli arayışdan görünür ki, ünvan 3 ünvanında qeydiyyatda olan Cavabdeh1, X6, Cavabdeh2, Cavabdeh3, Cavabdeh4 və Cavabdeh5 qeydiyyatda olmalarına baxmayaraq, həmin ünvanda yaşamırlar. Beləliklə, məhkəmə iclasında araşdırılmış sübutlardan məlum oldu ki, ünvan 3 ünvanda yerləşən fərdi yaşayış evi xx.xx.2020-ci il tarixdən iddiaçının mülkiyyətindədir. Cavabdehlər Cavabdeh1, X6, Cavabdeh2, Cavabdeh3, Cavabdeh4 və Cavabdeh5 isə əvvəlki mülkiyyətçinin ailə üzvləri olmaqla həmin evdə yaşamış və qeydiyyata alınmışlar. Cavabdehlər qeyd olunan evdən köçsələr də, evdə pasport qeydiyyatında formal olaraq qalmışdır ki, bu da iddiaçının mülkiyyətində olan mənzilinə sahiblik, istifadə və sərəncam hüquqlarının tam həyata keçirməsinə mane olur. Azərbaycan Respublikası Konstitusiyasının 13-cü maddəsinin 1-ci hissəsinə görə Azərbaycan Respublikasında mülkiyyət toxunulmazdır və dövlət tərəfindən müdafiə olunur. Azərbaycan Respublikası Konstitusiyasının 29-cu maddəsinin 2-ci bəndinə görə mülkiyyətin heç bir növünə üstünlük verilmir. Mülkiyyət hüququ, o cümlədən xüsusi mülkiyyət hüququ qanunla qorunur. Azərbaycan Respublikası Mülki Məcəlləsinin 152.1-ci maddəsinə görə mülkiyyət hüququ subyektin ona mənsub əmlaka (əşyaya) öz istədiyi kimi sahib olmaq, ondan istifadə etmək və ona dair sərəncam vermək üzrə dövlət tərəfindən tanınan və qorunan hüquqdur. Həmin Məcəllənin 157.4-cü maddəsinə əsasən isə əgər mülkiyyətə qəsd və ya başqa maneələr əşyanı götürmədən və ya ondan məhrum etmədən törədilirsə, mülkiyyətçi qəsd edəndən bu hərəkətlərə son qoymağı tələb edə bilər. Bu cür hərəkətlər davam etdirildikdə mülkiyyətçi həmin hərəkətlərə son qoyulmasını məhkəmə vasitəsi ilə tələb edə bilər. Məhkəmə hesab edir ki, iddiaçıya heç bir aidiyyəti olmayan şəxslərin evində qeydiyyatda qalması ona mülkiyyət hüququnu həyata keçirməyə mane olur. Cavabdehlərin evdən qeydiyyatdan çıxarılmaları üçün isə onların evdən istifadə hüquqları məhkəmə qaydasında itirilmiş hesab edilməlidir. Bütün yuxarıda göstərilən işin faktiki hallarının məcmusunu nəzərə almaqla, həmçinin onlara tətbiq ediləcək şərh olunan hüquq normalarını rəhbər tutmaqla məhkəmə belə qənaətə gəlir ki, iddia tələbi qanuni və əsaslı olduğu üçün təmin olunmalı, cavabdehlərin iddiaçının mülkiyyətində olan fərdi yaşayış evindən istifadə hüquqları itirilmiş hesab edilməlidir. Azərbaycan Respublikası Mülki Prosessual Məcəlləsinin 14.2-ci maddəsinə görə məhkəmə yalnız tərəflərin təqdim etdikləri sübutları araşdırmalı və onlardan istifadə etməlidir. Həmin Məcəllənin 77.1-ci maddəsinə görə isə hər bir tərəf öz tələblərinin və etirazlarının əsası kimi istinad etdiyi halları sübut etməlidir. Şərh olunanlara əsaslanaraq və Azərbaycan Respublikası MPM-in 216-220, 227 və 360-cı maddələrini rəhbər tutaraq, məhkəmə qət etdi: İddia təmin edilsin. Cavabdeh1, X6, Cavabdeh2, Cavabdeh3, Cavabdeh4 və Cavabdeh5 ünvan 1 ünvanda yerləşən fərdi yaşayış evindən istifadə hüquqları itirilmiş hesab edilsin. Qətnamədən rəsmi qaydada verildiyi gündən 1 ay müddətində Gəncə şəhəri Kəpəz Rayon Məhkəməsi vasitəsi ilə Gəncə Apelyasiya Məhkəməsinin mülki kollegiyasına apelyasiya şikayəti verilə bilər. Hakim Zaur Hüseynov
Məhkəmə qərarları › İş №2(043)-920/2021
Gəncə Şəhəri Kəpəz Rayon Məhkəməsi Qətnamə — İş №2(043)-920/2021
16.03.2021 · Mənzil mübahisələri - Mənzilə istifadə hüququna xitam verilməsi
Mənbə: Azərbaycan məhkəmə sistemi (courts.gov.az) — anonimləşdirilmiş rəsmi mətn. Dataset: Azerbaijan Court Data (CC-BY-4.0).
Mənbə: Azərbaycan məhkəmə sistemi (courts.gov.az) — anonimləşdirilmiş rəsmi mətn. Dataset: Azerbaijan Court Data (CC-BY-4.0).
Bu qərar sizin işinizə uyğun gəlirmi?
Sualınızı yazın — cavab qanun maddələri və məhkəmə təcrübəsi əsasında hazırlanır.
Sual ver