Azərbaycan Respublikası adından QƏTNAMƏ Gəncə şəhəri İş № 2(043)-967/2020 08.09.2020 GƏNCƏ ŞƏHƏRİ KƏPƏZ RAYON MƏHKƏMƏSİ Hakim Tağıyev Cavid Tahir oğlunun sədrliyi, məhkəmə iclaskatibi Süleymanlı Süleyman Rəşid oğlunun katibliyi, İddiaçı etibarnamə üzrə nümayəndəsi və vəkili X1 iştirakı ilə, İddiaçı cavabdeh Verdı̇yev Ramı̇l Haqverdi oğluna ̇qarşı tikilinin sökülərək ərazinin ilkin vəziyyətinin bərpa edilməsi və torpaq sahəsinin qanuni sahibliyinə qaytarılması tələbinə dair iddia ərizəsi üzrə mülki işə, məhkəmə binasında, açıq məhkəmə iclasında baxaraq məhkəmə, müəyyən etdi: İddiaçı Cavabdeh qarşı iddia ərizəsi ilə məhkəməyə müraciət edərək, mülkiyyət hüququ ilə ona məxsus olan Gəncə şəhəri, Kəpəz rayonu, İ.Cəfərov küçəsində yerləşən 0,1116 ha torpaq sahəsinin 677 kvm hissəsində Cavabdeh tərəfindən inşa olunmuş tikililərin sökülərək ərazinin ilkin vəziyyətinin bərpa edilməsi və torpaq sahəsinin oun qanuni sahibliyinə qaytarılmasına dair qətnamə çıxarılmasını məhkəmədən xahiş etmişdir. Məhkəmə iclasında İddiaçı etibarnamə üzrə nümayəndəsi və vəkili X2 iddianı müdafiə edərək göstərdi ki, Gəncə şəhəri, Kəpəz rayonu, İ.Cəfərov küçəsində yerləşən 0,1116 ha torpaq sahəsi və həmin torpaq sahəsində yerləşən 10A nömrəli 56,8 kv.metr sahədən ibarət 1 mərtəbəli qeyri-yaşayış binası MH seriyalı, ******* nömrəli “Hüquqların Dövlət qeydiyyatı haqqında daşınmaz əmlakın Dövlət reyestrindən çıxarışa əsasən 11.11,2008-ci il tarixdən mülkiyyət hüququ ilə idiaçıya məxsusdur. İddiaçı mülkiyyətində olan əmlakdan 2014-cü ilə kimi istifadə etmişdir və əlavə istehsalat və digər təyinatlı obyektlər inşa etməyi planlaşdırmışdır. Lakin 2014-cü ildən etibarən iddiaçıya məxsus torpaq səhəsində cavabdeh tərəfindən tikinti işləri aparılmağa başlanmışdır. İddiaçı dəfələrlə ona məxsus olan torpaq sahəsində tikinti işləri aparan şəxslərə qanunsuz əməllərinə son qoymağı, tikintini dayandırmağı tələb etsə də, tikintiyə razılığın Gəncə şəhər İcra Hakimiyyətinin sabiq başçısı Elmar Vəliyevdən və Kəpəz rayon İcra Hakimiyyətinin başçısı Eldəniz Xudiyevdən alındığını bildirmişlər və iddiaçıya açıq-aşkar hədə-qorxu gəlmişlər. Kəpəz rayon İcra Hakimiyyəti başçısının müavini Qurban Rzayev tərəfindən verilmiş cavab məktubuna əlavə edilmiş sərəncamdan məlum olmuşdur ki, Gəncə şəhər Kəpəz rayon İcra Hakimiyyəti başçısının xx xxxxx 2014-cü il tarixli, 469 nömrəli sərəncamı ilə Cavabdeh müraciəti və Gəncə şəhər İcra Hakimiyyəti başçısı aparatının Memarlıq və tikinti şöbəsinin rəyi nəzərə alınaraq Gəncə şəhəri, İ.Cəfərov küçəsi, 4 saylı yaşayış binasının şərq tərəfindəki 800,0 kv. metr boş torpaq sahəsində Cavabdeh tərəfindən mağazanın, avtomobillərin yuyulması və texniki xidmət məntəqəsinin yerləşdirilməsinə icazə verilmişdir. Adı çəkilən sərəncamın ləğv edilməsinə dair iddiaçı cavabdeh Kəpəz rayon İcra Hakimiyyətinə və üçüncü şəxs Cavabdeh qarşı iddia ərizəsi ilə məhkəməyə müraciət etmişdir. Gəncə İnzibati-İqtisadi Məhkəməsinin xx xxxx 2019-cu il tarixli, 2-1 (083)-385/2019 saylı qərarı ilə iddia tələbi təmin olunaraq Gəncə şəhər Kəpəz rayon İcra Hakimiyyəti başçısının xx xxxxx 2014-cü il tarixli, 469 nömrəli sərəncamı ləğv edilmişdir. Həmin qərar qanuni qüvvəsini almışdır və qərar əsasında qəbul edilmiş icra vərəqəsi icra olunması üçün Kəpəz rayon İcra Hakimiyyətinə göndərilmişdir. Göstərilən inzibati iş üzrə keçirilmiş ekspertiza zamanı müəyyən edilmişdir ki, Cavabdeh iddiaçının mülkiyyətində olan 0,1116 ha torpaq sahəsinin 677 kv.metr hissəsinə müdaxilə edərək orada tikinti inşa etmişdir. Beləliklə qanuni qüvvəsini almış məhkəmə qərarı ilə hazırki iş üzrə Cavabdeh inşa etdiyi tikilinin qanunsuz olduğu və cavabdehin iddiaçının mülkiyyətində olan 0,1116 ha torpaq sahəsinin 677 kvm hissəsinə müdaxilə edərək orada tikinti inşa etdiyi müəyyən olunmuşdur. Ona görə də iddiaçı məcbur olub hazırki iddia ərizəsi ilə məhkəməyə müraciət etmişdir. İddianın təmin olunmasını məhkəmədən xahiş etdi. Cavabdeh Verdı̇yev Ramı̇l Haqverdi oğluna məhkəmə iclasının keçirilməsi vaxtı və yeri barədə rəsmi qaydada bildiriş göndərilmiş, lakin qeydiyyatda olduğu ünvanda yaşamadığı üçün bildirişin ona tqdim olunması mümkün olmamışdır. Məhkəmə cavabdehin sonuncu yaşayış yeri üzrə müvafiq icra hakimiyyəti orqanını məlumatlandıraraq, MPM-in 147-ci maddəsinə əsasən cavabdehin iştirakı olmadan işə baxılmasını mümkün saymışdır. Mülki işə əlavə edilmiş və məhkəmə iclasında tədqiq edilmiş:- Hüquqların Dövlət Qeydiyyatı haqqında DƏDRX-i tərəfindən verilmiş MH ******* nömrəli çıxarışın notarial qaydada təsdiq edilmiş surətindən görünür ki, Gəncə şəhəri, Kəpəz rayonu, İ.Cəfərov küçəsində yerləşən 0.1116 ha torpaq sahəsi və həmin torpaq sahəsində yerləşən qeyriyaşayış binası tam mülkiyyət hüququ üzrə İddiaçı məxsusdur; Gəncə İnzibati-İqtisadi Məhkəməsinin xx.xx.2019-cu il tarixli, 2-1(083)-385/2019 nömrəli, qərarından görünür ki, görünür ki, Gəncə şəhər Kəpəz Rayon İcra Hakimiyyəti başçısının xx xxxxx 2014-cü il tarixli, 469 nömrəli sərəncamı ləğv edilmişdir. Həmin qərarın 2-ci səhifəsinin 7-ci abzasından görünür ki, xx xxx 2019-cu il tarixli mütəxəssis rəyi ilə müəyyən edilmişdir ki, MH ******* nömrəli, xx.xx.2008-ci il tarixli çıxarışla İddiaçı mülkiyyətinə verilmiş qeyri yaşayış sahəsinin yerləşdiyi 0,1116 ha torpaq sahəsinin müəyyən hissəsi cavabdehin faktiki istifadəsində olan torpaq sahəsi ilə üst-üstə düşür. İddiaçı mülkiyyətində olan həmin 0,1116 ha torpaq sahəsinin hüdudları daxilində cavabdeh tərəfindən tikinti inşa edilmişdir. Cavabdeh tərəfindən iddiaçının mülkiyyətində olan torpaq sahəsinin 677 kvm hissəsinə müdaxilə edilmişdir. AZE ******** nömrəli şəxsiyyət vəsiqəsinin surətindən görünür ki, İddiaçı xx.xx.19981ci ildə Naxçıvan MR, Şərur rayonu, Axura kəndində anadan olmuş və hazırda həmin ünvanda qeydiyyatdadır. Məhkəmə iclasında müəyyən edildi ki, Gəncə şəhəri, Kəpəz rayonu, İ.Cəfərov küçəsində yerləşən 0.1116 ha torpaq sahəsi və həmin torpaq sahəsində yerləşən qeyriyaşayış binası tam mülkiyyət hüququ ilə İddiaçı məxsusdur. Həmin torpaq sahəsi cavabdeh Verdı̇yev Ramı̇l Haqverdi oğlu tərəfindən zəbt edilərək həmin torpaq sahəsində tikinti işləri aparılmışdır. Gəncə İnzibati-İqtisadi Məhkəməsinin xx.xx.2019-cu il tarixli, 2- 1(083)-385/2019 nömrəli, qərarı ilə cavabdeh Verdı̇yev Ramı̇l Haqverdi oğluna iddiaçının mülkiyətində olan torpaq sahəsində tikinti aparılmasına dair Gəncə şəhər Kəpəz Rayon İcra Hakimiyyəti başçısının xx xxxxx 2014-cü il tarixli, 469 nömrəli sərəncamı ləğv edilmişdir. Həmin mübahisə ilə bağlı mütəxəssis rəyi alınarkən müəyyən olunmuşdur ki İddiaçı mülkiyyətində olan 0.1116 ha torpaq sahəsinin 677 kvm hissəsində cavabdeh tərəfindən tikinti işləri aparılmışdır. Məhkəmə iş üçün əhəmiyyətli olan halları araşdırıb, məhkəmə iclasında tədqiq edilmiş sənədləri sübut növləri kimi qəbul edib, həmin sübutlara tətbiq edilməli hüquq normalarına müvafiq olaraq qiymət verib belə nəticəyə gəlir ki, iddia təmin edilməlidir. Azərbaycan Respublikasının Konstitusiyasının 13-cü maddəsinə əsasən Azərbaycan Respublikasında mülkiyyət toxunulmazdır və dövlət tərəfinldən müdafiə olunur. Mülkiyyətin heç bir növünə üstünlük verilmir. Mülkiyyət hüququ, o cümlədən xüsusi mülkiyyət hüququ qanunla qorunur.(Konstitusiya. mad. 29.) Digər hüquq və azadlıqlarla yanaşı mülkiyyət hüququnun müdafiəsi vasitələrinin biri Konstitusiyanın 60-cı maddəsində təsbit olunmuşdur. Həmin maddənin İ hissəsinə əsasən hər kəsin hüquq və azadlıqlarının məhkəmədə müdafiəsinə təminat verilir. Azərbaycan Respublikası Mülki Məcəlləsinin (bundan sonra- MM) 157.1-ci maddəsinə əsasən mülkiyyətçinin mülkiyyət hüququnun tanınmasını tələb etmək ixtiyarı vardır. MM-in 157.2-ci maddəsinə əsasən mülkiyyətçi özgəsinin qanunsuz sahibliyindən öz əmlakını geri tələb edə bilər. MM-in 157.4-cü maddəsinə əsasən əgər mülkiyyətə qəsd və ya başqa maneələr əşyanı götürmədən və ya ondan məhrum etmədən törədilirsə, mülkiyyətçi qəsd edəndən bu hərəkətlərə son qoymağı tələb edə bilər. Bu cür hərəkətlər davam etdirildikdə mülkiyyətçi həmin hərəkətlərə son qoyulmasını məhkəmə vasitəsilə tələb edə bilər. Azərbaycan Respublikası Torpaq Məcəlləsinin 111-ci maddəsinə əsasən özbaşına tutulmuş (zəbt edilmiş) torpaq sahələri qanunsuz istifadə zamanı çəkilən xərclərin əvəzi ödənilmədən aidiyyəti üzrə geri qaytarılmalıdır. «İnsan hüquqlarının və əsas azadlıqların müdafiəsi haqqında» Avropa Konvensiyasının 1 saylı protokolunun (Azərbaycan Respublikasının xx xxxxxx 2001-ci il tarixli Qanunu ilə təsdiq olunmuş) 1-ci maddəsinə əsasən hər bir fiziki və hüquqi şəxs mülkiyyətindən dinc istifadə hüququna malikdir. Heç kəs, cəmiyyətin maraqları naminə, qanunla və beynəlxalq hüququn ümumi prinsipləri ilə nəzərdə tutulmuş şərtlər istisna olmaqla, öz mülkiyyətindən məhrum edilə bilməz. Azərbaycan Respublikası Mülki Prosessual Məcəlləsinin (bundan sonra-MPM) 14.2ci maddəsinə əsasən məhkəmə yalnız tərəflərin təqdim etdikləri sübutları araşdırmalı və onlardan istifadə etməlidir. MPM-in 77.1-ci maddəsinə əsasən hər bir tərəf tələb və etirazlarının əsası kimi istinad etdiyi halları sübut etməlidir. MPM-in 217.4-cü maddəsinə görə məhkəmə öz qətnaməsini yalnız məhkəmə iclasında tədqiq olunmuş sübutlarla əsaslandırır. Yuxarıda qeyd olunan qanunvericilikdən göründüyü kimi əsas insan hüquqlarından biri olan mülkiyyət hüququ hər kəsin qanunla müəyyən olunmuş qaydada və üsullarla əmlaka sahib olmaq, əmlakdan istifadə etmək və onun barəsində sərəncam vermək hüquqlarından ibarətdir. Belə olan halda məhkəmə hesab edir ki, iddiaçının qanunla qorunan mülkiyyət hüququna edilən qəsdlərə və ya başqa maneələrə son qoyulmaqla iddiaçıya məxsus Gəncə şəhəri, Kəpəz rayonu, İ.Cəfərov küçəsində yerləşən 0,1116 ha torpaq sahəsinin 677 kv.metr hissəsində Cavabdeh tərəfindən inşa olunmuş tikili sökülərək torpaq sahəsinin ilkin vəziyyəti bərpa edilməklə iddiaçıya qaytarılmalıdır. İş üzrə ğdənilmiş 30 (otuz) manat dövlət rüsumu iddiaçı tərəfindən tələb olunmadığından iddiaçıya aid edilməlidir. Göstərilənlərə əsasən və Azərbaycan Respublikası MPM-in 119.1, 216-220, 227, 233, 358 və 360-cı maddələrini rəhbər tutaraq məhkəmə, q ə t e t d i: İddia təmin olunsun. İddiaçı mülkiyyətində olan Gəncə şəhəri, Kəpəz rayonu, İ,Cəfərov küçəsində yerləşən 0,1116 ha torpaq sahəsinin 677 kv.m hissəsində cavabdeh Verdı̇yev Ramı̇l Haqverdi oğlu tərəfindən inşa olunmuş tikili sökülsün, həmin torpaq sahəsinin əvvəlki vəziyyəti bərpa edilsin və İddiaçı qaytarılsın. İş üzrə ğdənilmiş 30 (otuz) manat dövlət rüsumu iddiaçıya aid edilsin. Qətnamədən onun tərəflərə rəsmi qaydada təqdim edildiyi gündən 1 (bir) ay müddətində X4 Rayon Məhkəməsi vasitəsi ilə Gəncə Apelyasiya Məhkəməsinə apelyasiya şikayəti verilə bilər. Qətnamədən şikayət verilmədikdə, qəbul edildiyi gündən 1 (bir) ay keçdikdən sonra qanuni qüvvəyə minir. Sədrlik edən Cavid Tağıyev
Məhkəmə qərarları › İş №2(043)-967/2020
Gəncə Şəhəri Kəpəz Rayon Məhkəməsi Qətnamə — İş №2(043)-967/2020
08.09.2020 · Mənzil mübahisələri - Mənzil münasibətləri üzrə sair mübahisələr
Mənbə: Azərbaycan məhkəmə sistemi (courts.gov.az) — anonimləşdirilmiş rəsmi mətn. Dataset: Azerbaijan Court Data (CC-BY-4.0).
Mənbə: Azərbaycan məhkəmə sistemi (courts.gov.az) — anonimləşdirilmiş rəsmi mətn. Dataset: Azerbaijan Court Data (CC-BY-4.0).
Bu qərar sizin işinizə uyğun gəlirmi?
Sualınızı yazın — cavab qanun maddələri və məhkəmə təcrübəsi əsasında hazırlanır.
Sual ver