Azərbaycan Respublikası adından QƏTNAMƏ Gəncə şəhəri İş № 2(043)-975/2021 17.03.2021 GƏNCƏ ŞƏHƏRİ KƏPƏZ RAYON MƏHKƏMƏSİ Hakim Tağıyev Cavid Tahir oğlunun sədrliyi, Süleymanlı Süleyman Rəşid oğlunun katibliyi, İddiaçı və Cavabdeh iştirakı ilə, İddiaçı Cavabdeh qarşı birgə nikah dövründə əldə olunmuş əmlakın bölünməsi tələbinə dair iddia ərizəsi üzrə mülki işə məhkəmə binasında, açıq məhkəmə iclasında baxaraq məhkəmə, m ü ə y y ə n e t d i̇ İddiaçı Cavabdeh qarşı iddia ərizəsi ilə məhkəməyə müraciət edərək birgə nikah dövründə əldə edilmiş Gəncə şəhəri, Azərbaycan küçəsində yerləşən 83 saylı fərdi yaşayış evininin paylar üzrə bölünməsinə dair qətnamə çıxarılmasını xahiş etmişdir. Bundan başqa İddiaçı məhkəməyə ərizə təqdim edərək birgə nikah dövründə əldə edilmiş Gəncə şəhəri, Azərbaycan küçəsində yerləşən 83 saylı fərdi yaşayış evininin hər birinin ½ hissədə paylarının müəyyən edilməsinə dair qətnamə çıxarılmasını xahiş etmişdir. Məhkəmə MPM-nin 53-cü maddəsinə əsasən iddia tələbinə iddianın dəqiqləşməsi kimi baxmışdır. Məhkəmə iclasında İddiaçı iddianı müdafiə edib izahatında göstərdi ki, cavabdehlə xx.xx.1989-cu il tarixdə ailə qurmuşlar.Aralarında olan anlaşılmazlıqlara görə iki tərəfli razılıq əsasında aralarında olan nikah xx xxxx 2018-ci il tarixdə pozulmuşdur. Birgə nikah dövründə Gəncə şəhəri Azərbaycan küçəsində yerləşən 83 nömrəli fərdi yaşayış evini cavabdehin adına 2003-çü il tarixdə mülkiyyət sənədi üzrə almışlar və hal hazırda hər ikisi göstərilən evdə yaşayırlar. Paylarının müəyyən olunması ilə bağlı razılığa gələ bilmədikləri üçün məhkəməyə müraciət etmişdir. İddianın təmin olunmasını xahiş etdi. Məhkəmə iclasında Cavabdeh iddianı qəbul edərək izahatında göstərdi ki, iddiaçının qeyd etdiyi əmlakı birgə nikah dövründə əldə etmişdirlər. Həmin əmlakın ½ hissədə paylarının müəyyən olunmasına etiraz etmir. Mülki işə əlavə edilmiş və məhkəmə iclasında tədqiq edilimiş: V-JQ 258101 nömrəli nikah haqqında şəhadətnamənin surətindən görünür ki, tərəflər arasında olan nikah xx.xx.1989-cu ildə qeydə alınmışdır. AZ-İ 295045 nömrəli nikahın pozulması haqqında şəhadətnamənin notarial qaydada təsdiq edilmiş surətindən görünür ki, İddiaçı ilə Cavabdeh arasında olan nikah xx.xx.2018ci il tarixdə pozulmuşdur. xx.xx.2020-ci il tarixli, ********** qeydiyyat nömrəli elektron çıxarışdan görünür ki, Gəncə şəhəri, Azərbaycan küçəsi, 83 ünvanında yerləşən fərdi yaşayış evi rəsmi reyestrdə xüsusi mülkiyyət hüququ üzrə Cavabdeh adına qeydə alınmışdır. Məhkəmə tərəflərin izahatını, dinləyib işdə olan sübutlara tətbiq olunmalı hüquq normaları baxımından qiymət verərək hesab edir ki, iddia təmin olunmalıdır. Azərbaycan Respublikası Ailə Məcəlləsinin (bundan sonra-Ailə Məcəlləsi) 32.1-ci maddəsinə əsasən nikah müddətində ər-arvadın əldə etdikləri əmlak onların ümumi birgə mülkiyyəti sayılır. Ailə Məcəlləsinin 36.1-ci maddəsinə əsasən ər-arvadın ümumi əmlakının bölünməsi nikah dövründə, eləcə də onlardan birinin tələbi ilə nikah pozulduqdan sonra, habelə kreditor ödəməni ər-arvadın ümumi əmlakında olan onlardan birinin payına yönəltmək üçün ümumi əmlakın bölünməsi tələbi barədə ərizə verdikdə həyata keçirilir. Ailə Məcəlləsinin 36.2-ci maddəsinə əsasən ər-arvadın ümumi əmlakı onların sazişi əsasında bölünə bilər. Belə saziş ər-arvadın arzusu ilə notariat qaydasında təsdiq edilə bilər. Ailə Məcəlləsinin 36.3-cü maddəsinə əsasən mübahisə olduqda, ər-arvadın ümumi əmlakının bölünməsi, eləcə də bu əmlakda ər-arvadın paylarının müəyyən olunması məhkəmə qaydasında həyata keçirilir. Ailə Məcəlləsinin 37.1-ci maddəsinə əsasən ər-arvad arasındakı müqavilədə başqa hal nəzərdə tutulmayıbsa, onların ümumi əmlakının bölünməsi zamanı əmlakdakı payları bərabər hesab edilir. Azərbaycan Respublikası Mülki Prosessual Məcəlləsinin 14.2-ci maddəsinə əsasən məhkəmə yalnız tərəflərin təqdim etdikləri sübutları araşdırmalı və onlardan istifadə etməlidir. Həmin Məcəllənin 77.1-ci maddəsinə görə, hər bir tərəf öz tələblərinin və etirazlarının əsası kimi istinad etdiyi halları sübut etməlidir. Göründüyü kimi mübahisəli fərdi yaşayış evi həqiqətən də tərəflərin nikahda olduqları müddətdə əldə edilmiş, lakin tərəflər paylarının müəyyən olunmasında qarşılıqlı razılığa gələ bilməmişlər. Belə olan halda məhkəmə hesab edir ki, tərəflərin birgə nikah dövründə əldə etdiyi, Gəncə şəhəri, Azərbaycan küçəsində yerləşən 83 nömrəli fərdi yaşayış evindən İddiaçı ½ hissədə və Cavabdeh ½ hissədə payları müəyyən edilməlidir. İş üzrə ödənilmiş dövlət rüsumu tələb olunmadığından iddiaçıya aid edilməlidir. Göstərilənlərə əsasən və Azərbaycan Respublikası Mülki Prosessual Məcəlləsinin 119.1, 216-220, 227, 233, 358 və 360-cı maddələrini rəhbər tutaraq məhkəmə, qət etdi: İddia təmin edilsin. Gəncə şəhəri, Azərbaycan küçəsində yerləşən 83 nömrəli fərdi yaşayış evindən İddiaçı ½ hissədə və Cavabdeh ½ hissədə payları müəyyən edilsin. İş üzrə ödənilmiş dövlət rüsumu iddiaçıya aid edilsin. Qətnamədən, rəsmi qaydada verildiyi gündən bir ay müddətində Gəncə Şəhəri Kəpəz Rayon Məhkəməsi vasitəsilə Gəncə Apelyasiya Məhkəməsinə apelyasiya şikayəti verilə bilər. Qətnamədən şikayət verilmədikdə, qəbul edildiyi gündən bir ay keçdikdən sonra qanuni qüvvəyə minir. Hakim Cavid Tağıyev
Məhkəmə qərarları › İş №2(043)-975/2021
Gəncə Şəhəri Kəpəz Rayon Məhkəməsi Qətnamə — İş №2(043)-975/2021
17.03.2021 · Müqavilələrdən əmələ gələn öhdəliklər üzrə mübahisələr - Sair öhdəliklər üzrə mübahisələr
Mənbə: Azərbaycan məhkəmə sistemi (courts.gov.az) — anonimləşdirilmiş rəsmi mətn. Dataset: Azerbaijan Court Data (CC-BY-4.0).
Mənbə: Azərbaycan məhkəmə sistemi (courts.gov.az) — anonimləşdirilmiş rəsmi mətn. Dataset: Azerbaijan Court Data (CC-BY-4.0).
Bu qərar sizin işinizə uyğun gəlirmi?
Sualınızı yazın — cavab qanun maddələri və məhkəmə təcrübəsi əsasında hazırlanır.
Sual ver