Məhkəmə qərarları › İş №2(043)-999/2022

Gəncə Şəhəri Kəpəz Rayon Məhkəməsi Qərardad — İş №2(043)-999/2022

10.03.2022 · Hüquqi əhəmiyyəti olan faktların müəyyən edilməsi haqqında - Doğumun qeyd edilmə faktı
Mənbə: Azərbaycan məhkəmə sistemi (courts.gov.az) — anonimləşdirilmiş rəsmi mətn. Dataset: Azerbaijan Court Data (CC-BY-4.0).

Azərbaycan Respublikası adından QƏRARDAD Gəncə şəhəri İş № 2(043)-999/2022 10.03.2022 GƏNCƏ ŞƏHƏRİ KƏPƏZ RAYON MƏHKƏMƏSİ Hakim Hüseynov Zaur Nazim oğlu, Ərizəçi (maraqlı şəxs Gəncə şəhəri Kəpəz rayon Qeydiyyat Şöbəsi) hüquqi əhəmiyyəti olan faktın müəyyən edilməsinə dair ərizəsinin məhkəmənin icraatına qəbul edilməsinin mümkünlüyünə baxaraq, müəyyən etdi : Ərizəçi (Gəncə şəhəri Kəpəz rayon Qeydiyyat Şöbəsi maraqlı şəxs qismində işə cəlb edilməklə) hüquqi əhəmiyyəti olan faktın müəyyən olunması barədə ərizə ilə məhkəməyə müraciət edərək, onun xx xxxxxx 1965-ci il tarixdə Ermənistan Respublikasının, Krasnoselo rayonunun Ağbulaq kəndində anadan olması faktının müəyyən edilməsi və doğum haqqında şəhadətnamə verilərkən ata adı qrafasında X2, ana adı qrafasında X1 və milliyyəti qrafasında azərbaycanlı yazılması barədə qətnamə qəbul edilməsini xahiş etmişdir. Ərizəçinin ərizəsini öyrənərkən müəyyən edilmişdir ki, ərizə Azərbaycan Respublikası Mülki Prosessual Məcəlləsinin 308-ci maddəsinin tələblərinə riayət edilmədən verilmişdir. Belə ki, Azərbaycan Respublikası Mülki Prosessual Məcəlləsinin 308-ci maddəsinə əsasən məhkəmə hüquqi əhəmiyyəti olan faktları o zaman müəyyən edə bilər ki, ərizəçi həmin faktları təsdiq edən lazımi sənədləri başqa qaydada ala bilməsin, yaxud itirilmiş sənədlərin bərpası mümkün olmasın. Normanın məzmunundan da göründüyü kimi, məhkəmənin ərizədə qeyd olunan hüquqi əhəmiyyətli faktı müəyyən etməsi üçün ərizəçi ilk növbədə lazımi sənədin verilməsi üçün aidiyyəti orqana müraciət etməli, aidiyyəti orqan lazımi sənədin verilməsindən imtina etdikdə, eləcə də məhkəmədən kənar digər qaydada faktın müəyyən edilməsi mümkün olmadıqda məhkəməyə müraciət etməlidir. Ərizəçi özünə doğum haqqında şəhadətnamə alması ilə bağlı aidiyyəti orqana (Kəpəz rayon Qeydiyyat şöbəsi) müraciət etməsini göstərsə də, həmin quruma rəsmi müraciət etməsini və onun doğum akt qeydinin aşkar edilməməsinə dair qeydiyyat şöbəsinin cavab məktubunu ərizəsinə əlavə etməmişdir. Azərbaycan Respublikası Mülki Prosessual Məcəlləsinin 152.1.6-ci maddələrinə əsasən müqavilə ilə və ya həmin kateqoriya işlər üçün qanunla nəzərdə tutulmuşsa, iddiaçı cavabdehlə mübahisənin məhkəməyə qədər (pretenziya qaydasında) nizama salınmasına riayət edilməsinə dair sənəd təqdim etmədikdə hakim iddia ərizəsini və ona əlavə edilmiş sənədləri geri qaytarır. Həmin Məcəllənin 152.4-cü maddəsinə əsasən, iddia ərizəsinin qaytarılması nöqsanlar aradan qaldırıldıqdan sonra ümumi qaydada ikinci dəfə məhkəməyə müraciət etməyə mane olmur. Digər tərəfdən qeyd edilməlidir ki, Ərizəçi tərəfindən verilmiş ərizənin məzmunundan görünür ki, onun doğum akt qeydləri Ermənistan Respublikasında müvafiq qeydiyyat şöbəsində aparılmış, lakin o, doğum haqqında şəhadətnaməsini naməlum şəraitdə itirmişdir. Məhkəmə prosessual qənaət prinsipi baxımından Ərizəçi izah edir ki, belə olan vəziyyətdə o, doğum faktının müəyyən edilməsi barədə deyil, onun – atası X2, anası X1 olmaqla, xx.xx.1965-ci il tarixdə Ermənistan Respublikasının Krasnoselo rayonunun Ağbulaq kəndində doğumunun qeyd edilməsi faktının müəyyən edilməsi barədə ərizə ilə məhkəməyə müraciət etməsi daha düzgündür. Göstərilənlərə əsaslanaraq və Azərbaycan Respublikası Mülki-Prosessual Məcəlləsinin 152, 263 və 264-cü maddələrini rəhbər tutaraq, məhkəmə qərara aldı: Ərizəçi hüquqi əhəmiyyəti olan faktın müəyyən edilməsinə dair ərizəsi və ona əlavə olunmuş sənədlər geri qaytarılsın. Ərizəçiyə izah olunsun ki, ərizənin qaytarılması nöqsanlar aradan qaldırıldıqdan sonra ümumi qaydada ikinci dəfə məhkəməyə müraciət etməyə mane olmur. Qərardaddan rəsmi qaydada verildikdən sonra 10 gün müddətində Gəncə Şəhəri Kəpəz Rayon Məhkəməsinə şikayət verilə bilər. Hakim Zaur Hüseynov

Bu qərar sizin işinizə uyğun gəlirmi?

Sualınızı yazın — cavab qanun maddələri və məhkəmə təcrübəsi əsasında hazırlanır.

Sual ver

Eyni kateqoriyada digər qərarlar