Azərbaycan Respublikası adından QƏTNAMƏ Gəncə şəhəri İş № 2(044)-1045/2021 02.04.2021 GƏNCƏ ŞƏHƏRİ NİZAMİ RAYON MƏHKƏMƏSİ Hakim Şirinov Gündüz Əhməd oğlunun sədrliyi, Orucov Maarif Arif oğlunun katibliyi, İddiaçı Məhərrəmova Məleykə Məmmədəli qızının iştirakı ilə, İddiaçı Cavabdeh qarşı “istifadə hüququnun itirilmiş hesab edilməsi” tələbinə dair iddiası üzrə mülki işə Gəncə şəhəri Nizami Rayon Məhkəməsinin binasında açıq məhkəmə iclasında baxaraq, məhkəmə MÜƏYYƏN ETDİ: İddiaçı Cavabdeh qarşı “istifadə hüququnun itirilmiş hesab edilməsi” tələbinə dair iddia ərizəsi ilə məhkəməyə müraciət edərək, Cavabdeh və uşaqları xx.xx.2006-cı il təvəllüdlü X2 və xx.xx.2003-cü il təvəllüdlü X4 ona məxsus ünvan 1 ünvanda yerləşən evə olan istifadə hüququnun itirilmiş hesab edilməsi barədə qətnamə çıxarılmasını xahiş etmişdir. İddiaçı məhkəmə iclasında bildirdi ki, ünvan 1 ünvanda yerləşən mülk onun mülkiyyətindədir. Cavabdeh onun oğlu X1 arvadı olmuş, onların nikahlarından iki uşaqları var və onlar 2017-ci ildən boşanmışlar, həmin vaxtdan cavabdeh uşaqlarını da götürüb evdən çıxıb getmiş və hazırda cavabdehdən heç bir xəbər yoxdur. Onun oğlu X6 ailə qurub yaşayır və cavabdehin harada yaşamasını, telefon nömrəsini belə bilmir. Onun oğlu artıq ailə qurmuşdur, cavabdeh və uşaqları ona məxsus evdə yaşamırlar, lakin formal olaraq ona məxsus evdə pasport qeydiyyatındadırlar, cavabdehlərin ona məxsus evdə formal olaraq pasport qeydiyyatında qalmaları onun mülkə olan hüquqlarının məhdudlaşdırılmasına səbəb olur və o, cavabdehə görə əlavə kommunal xərclər ödəyir ki, onun isə maddi imkanı yoxdur. O, bu barədə aidiyyatı orqana müraciət etmiş, lakin ona məhkəməyə müraciət etməsi bildirilmişdir. Məhkəmədən iddia tələbinin təmin olunması barədə qətnamə çıxarılmasını xahiş etdi. Cavabdeh məhkəmə iclasının vaxtı və yeri barədə xəbərdar edilməsinə baxmayaraq məhkəmə iclasına gəlməmişdir. Məhkəmə Azərbaycan Respublikası MPM-in 185.5-ci maddəsinə əsasən işə cavabdehin iştirakı olmadan baxılmasını mümkün hesab etdi. Məhkəmə iddiaçının izahatını və şahid ifadələrini dinləyib, iş materiallarını araşdırıb, sübutlara qiymət verərək hesab edir ki, iddia təmin edilməlidir. Belə ki, məhkəmə iclasında şahid qismində dindirilmiş X13 ifadəsində bildirdi ki, o, İddiaçı ilə yaxın qonşu olmaqla, ailəvi yaxındırlar. Cavabdeh iddiaçının oğlu X1 arvadı olmuşdur. Hazırda Cavabdeh 4 ilə yaxındır iddiaçıya məxsus evdə yaşamır. Məhkəmə iclasında şahid qismində dindirilmiş X12 ifadəsində bildirdi ki, o, İddiaçı ilə yaxın qohumluq münasibətindədirlər. Onlar bir-birlərinin evinə tez-tez gedib gəlirlər. 2017ci ildən Cavabdeh iddiaçıya məxsus evdə yaşamır. Hazırda Könülün harada yaşamasını bilmirlər. xx.xx.2020-ci il tarixli ********** qeydiyyat nömrəli çıxarışın surətindən görünür ki, ünvan 1 ünvanda yerləşən fərdi yaşayış evi İddiaçı adınadır. xx.xx.2021-ci il tarixdə Gəncə şəhər Baş Polis İdarəsi tərəfindən verilmiş məktubdan görünür ki, Cavabdeh və xx.xx.2006-cı il təvəllüdlü X2 və xx.xx.2003-cü il təvəllüdlü X4 ünvan 1 ünvandan qeydiyyatdan çıxarılmaları üçün aidiyyatı üzrə məhkəməyə müraciət olunması bildirilmişdir. xx.xx.2020-ci il tarixli ******* saylı arayışdan görünür ki, İddiaçı ünvan 1 ünvanda qeydiyyatdadır və qeydiyyatda olan digər şəxslər X10, X7 və Cavabdeh, X3 ibarətdir. xx.xx.2021-ci il tarixli 16 saylı arayışdan görünür ki, İddiaçı ünvan 1 ünvanda qeydiyyatdadır və ailə üzvləri X8, X11, Cavabdeh həmin ünvanda qeydiyyatda olsalar da yaşamırlar, harada yaşamaları məlum deyildir. Azərbaycan Respublikası Mülki Məcəlləsinin 152.1-ci maddəsində göstərilmişdir ki, mülkiyyət hüququ subyektin ona mənsub əmlaka öz istədiyi kimi sahib olmaq, ondan istifadə etmək və ona dair sərəncam vermək üzrə dövlət tərəfindən tanınan və qorunan hüququdur. «Yaşayış yeri və olduğu yer üzrə qeydiyyat haqqında» Azərbaycan Respublikası Qanununun 9-cu maddəsinin 5-ci bəndinin tələbinə görə məhkəmənin qanuni qüvvəyə minmiş qətnaməsi ilə yaşayış yerindən istifadə hüququna xitam verildikdə müvafiq dövlət orqanı tərəfindən şəxs yaşayış yeri üzrə qeydiyyatdan çıxarılır. Beləliklə, məhkəmə iclasında təsdiq olundu ki, cavabdeh ünvan 1 ünvanda pasport qeydiyyatında olmasına baxmayaraq, həmin ünvanda yaşamır. Hazırda cavabdeh mübahisəli evdən yaşayış sahəsi kimi istifadə etmir, daimi olaraq başqa ünvanda yaşayır və yaşayış sahəsindən istifadəyə görə üzərinə düşən vəzifəni yerinə yetirmir. Cavabdehin formal olaraq mübahisəli mənzildə qeydiyyatda qalması, iddiaçının mənzil üzərində hüququnu məhdudlaşdırır və o, cavabdehə görə əlavə kommunal xidmət haqqı ödəyir. Məhkəmə hesab edir ki, iddia təmin olunmalı, iddiaçının mülkiyyət hüququ müdafiə olunmalı, mülkiyyətindən maneəsiz istifadə etmək hüququ təmin olunmalı, cavabdeh və uşaqları xx.xx.2006-cı il tarixdə anadan olmuş X2 və xx.xx.2003-cü il tarixdə anadan olmuş X4 ünvan 1 saylı evə olan istifadə hüququ itirilmiş hesab edilməlidir. Azərbaycan Respublikası MPM-nin 119.1-ci maddəsinin tələblərinə görə məhkəmə xərcləri ödənilmiş tələblərin məbləğinə münasib olaraq işdə iştirak edən şəxslərə aid edilir. Şərh olunanlara əsasən və Azərbaycan Respublikası MPM-nin 216-220, 227, 233 və 360-cı maddələrini rəhbər tutaraq, məhkəmə QƏT ETDİ: İddia təmin olunsun. Cavabdeh və uşaqları xx.xx.2006-cı il tarixdə anadan olmuş X2 və xx.xx.2003-cü il tarixdə anadan olmuş X4 ünvan 1 saylı ünvana olan istifadə hüquqları itirilmiş hesab olunsun. İş üzrə ödənilmiş 10 manat dövlət rüsumu iddiaçıya aid edilsin. Qətnamədən bir ay müddətində Gəncə şəhəri Nizami Rayon Məhkəməsi vasitəsilə Gəncə Apelyasiya Məhkəməsinə apelyasiya şikayəti verilə bilər. Sədrlik edən: Gündüz Şirinov
Məhkəmə qərarları › İş №2(044)-1045/2021
Gəncə Şəhəri Nizami Rayon Məhkəməsi Qətnamə — İş №2(044)-1045/2021
02.04.2021 · Mənzil mübahisələri - Mənzilə istifadə hüququna xitam verilməsi
Mənbə: Azərbaycan məhkəmə sistemi (courts.gov.az) — anonimləşdirilmiş rəsmi mətn. Dataset: Azerbaijan Court Data (CC-BY-4.0).
Mənbə: Azərbaycan məhkəmə sistemi (courts.gov.az) — anonimləşdirilmiş rəsmi mətn. Dataset: Azerbaijan Court Data (CC-BY-4.0).
Bu qərar sizin işinizə uyğun gəlirmi?
Sualınızı yazın — cavab qanun maddələri və məhkəmə təcrübəsi əsasında hazırlanır.
Sual ver