Məhkəmə qərarları › İş №2(044)-1129/2020

Gəncə Şəhəri Nizami Rayon Məhkəməsi Qətnamə — İş №2(044)-1129/2020

02.09.2020 · Mənzil mübahisələri - Mənzilə köçürmə
Mənbə: Azərbaycan məhkəmə sistemi (courts.gov.az) — anonimləşdirilmiş rəsmi mətn. Dataset: Azerbaijan Court Data (CC-BY-4.0).

Azərbaycan Respublikası adından QƏTNAMƏ Gəncə şəhəri İş № 2(044)-1129/2020 02.09.2020 GƏNCƏ ŞƏHƏRİ NİZAMİ RAYON MƏHKƏMƏSİ Hakim Şirinov Gündüz Əhməd oğlunun sədrliyi, Orucov Marif Arif oğlunun katibliyi, İddiaçı iştirakı ilə, İddiaçı cavabdehlər Cavabdeh1, Cavabdeh2 və Cavabdeh3 qarşı «evə köçürülmə» tələbinə dair iddia ərizəsi üzrə mülki işə Gəncə şəhəri Nizami Rayon Məhkəməsinin binasında açıq məhkəmə iclasında baxaraq, MÜƏYYƏN ETDİ : İddiaçı cavabdehlər Cavabdeh1, Cavabdeh2 və Cavabdeh3 qarşı «evə köçürülmə» tələbinə dair iddia ərizəsi ilə məhkəməyə müraciət edərək, onun azyaşlı uşaqları ilə birlikdə cavabdeh, Cavabdeh1 məxsus ünvan 1 ünvanda yerləşən fərdi yaşayış evinə köçürülməsi barədə qətnamə çıxarılmasını xahiş etmişlər. İddiaçı məhkəmə iclasında birlirdi ki, o, Cavabdeh3 ilə xx.xx.2014-cü il tarixdə faktiki nikaha daxil olaraq ailə qurmuş və cavabdeh olan qaynatası Cavabdeh1 məxsus ünvan 1 ünvanda yerləşən fərdi yaşayış evinə gəlin köçmüşdür. Onların birgə ər-arvad münasibətində yaşadıqları müddətdə xx.xx.2015-ci il tarixdə X5 və xx.xx.2018-ci il tarixdə X2 adlı iki uşaqları anadan olmuşdur. O, 2019-cu ilin oktyabr ayına kimi həmin evdə yaşamış və cavabdehlər tərəfindən həmin evdən qovulmuşdur. O, hazırda uşaqları ilə birlikdə valideynlərinə məxsus evdə yaşayır, yaşayış yerləri çox acınacaqlıdır. Dəfələrlə cavabdehlərdən ona yaşamağa yer vermələrini xahiş etmiş, lakin heç bir nəticəsi olmamışdır. O, qaynatası Cavabdeh1 məxsus ünvan 1 ünvanda yerləşən fərdi yaşayış evinə köçürülmələrini istəyir. Məhkəmədən iddia tələbinin təmin olunması barədə qətnamə çıxarılmasını xahiş etdi. Cavabdehlər Cavabdeh1, Cavabdeh2 və Cavabdeh3 məhkəmə iclasının vaxtı və yeri barədə xəbərdar edilmələrinə baxmayaraq gəlməmişlər. Məhkəmə Azərbaycan Respublikası MPM-nin 185.5-ci maddəsinə əsasən işə cavabdehlərin iştirakı olmadan baxılmasını mümkün hesab etdi. Məhkəmə iddiaçının izahatını dinləyib, iş materiallarını araşdıraraq hesab edir ki, iddia tələbi təmin edilməməlidir. Belə ki, xx.xx.2016-cı il tarixdə Gəncə “ASAN xidmət” mərkəzi qeydiyyat şöbəsi tərəfindən verilmiş doğum haqqında şəhadətnamənin surətindən görünür ki, Cavabdeh3 ilə İddiaçı birgə nikahlarından xx xxxxxx 2015-ci il tarixdə X5 anadan olm uşdur. xx.xx.2018-ci il tarixdə Gəncə “ASAN xidmət” mərkəzi qeydiyyat şöbəsi tərəfindən verilmiş doğum haqqında şəhadətnamənin surətindən görünür ki, Cavabdeh3 ilə İddiaçı birgə nikahlarından xx xxxxx 2018-ci il tarixdə X2 anadan olmuşdur. xx.xx.2020-ci il tarixdə Azərbaycan Respublikası Əmlak Məsələləri Dövlət Komitəsinin yanında Daşınmaz Əmlakın Dövlət Reyestri Xidmətinin 3 saylı X10 tərəfindən verilmiş məktubdan görünür ki, 3 saylı X8 arxiv sənədlərinin araşdırılması zamanı Gəncə şəhəri, Bayan küçəsi, 172 saylı ünvanda yerləşən fərdi yaşayış evinin X1 adına olduğu müəyyən edilmişdir. Həmin fərdi yaşayış evinə dair X3 xx.xx.2005-ci il tarixli, 5844 saylı qeydiyyat vəsiqəsi verilmişdir. Qeydiyyat vəsiqəsi bir nüsxədən ibarət tərtib edilmiş hüquq sahibinə verildiyi üçün sənədin surəti arxiv qovluğunda saxlanılmamışdır. Məhkəmə iclasında müəyyən edildi ki, ünvan 1 ünvanda yerləşən fərdi yaşayış evi X3 məxsusdur və sonuncunun adına xx.xx.2005-ci il tarixli qeydiyyat vəsiqəsi verilmişdir. Mülkiyyətçi ilə iddiaçının qohumluq əlaqələri və digər bağlılıqları müəyyən edilməmişdir. İddiaçı hazırkı iddia ilə məhkəməyə müraciət edərək, ünvan 1 ünvanda yerləşən fərdi yaşayış evinə və köçürülməsini xahiş etmişdir. Hazırkı mübahisənin həlli ilə əlaqədar olaraq qanunvericilik müddəalarını rəhbər tutmaqla məhkəmə ilk növbədə iddiaçının öz tələbini əsaslandıran bütün faktları və onları dəstəkləyən sübutlarını məhkəməyə bildirməsini yoxlamışdır. Bu mənada, məhkəmə hesab edir ki, iddiaçının mübahisənin faktiki halları ilə bağlı bildirdiklərinə, onların təsdiqinə dair təqdim etdiyi sübutlara əsasən iddia tələbi təmin edilə bilməz. Belə ki, iş materiallarında olan Azərbaycan Respublikası Əmlak Məsələləri Dövlət Komitəsinin yanında Daşınmaz Əmlakın Dövlət Reyestri Xidmətinin 3 saylı X8 xx.xx.2020-ci il tarixli məktubunda qeyd edilir ki, ünvan 1 ünvanda yerləşən fərdi yaşayış evi dövlət reyestrində X1 adına qeyd edilmiş və ona xx.xx.2005-ci il tarixli qeydiyyat vəsiqəsi verilmiş, ümumiyyətlə hazırki iş üzrə cavabdehlərin özünün həmin əmlaka hər hansı bir hüquqlarının olmaması müəyyən edilmişdir. Beləliklə, məhkəmə nəzərə alır ki, mülki prosesdə qəbul edilmiş və sübut hüququnun tələbləri baxımından mühüm əhəmiyyətə malik olan formal həqiqət prinsipinə görə sübutların toplanması və təqdim edilməsi yükü bütünlüklə tərəflərin üzərinə düşür. Məhkəmə yalnız tərəflərin təqdim etdikləri sübutları araşdırmalı və onlardan istifadə etməli, tərəflərin məhkəməyə təqdim etmədikləri faktları nəzərə almamalıdır (MPM-in 14.2 və 77.1-ci maddələri). Ona görə də, hazırki mübahisə üzrə sübutetmə yükü iddiaçının üzərinə düşür. Məhz iddiaçı iddia ərizəsində göstərilmiş halları sübut etməlidir. İddiaçı tərəfindən isə tələbini təsdiq edən kifayət qədər mötəbər sübutlar məhkəməyə təqdim edilməmişdir. İddiaçı tərəfin təqdim etdiyi iddia tələbini dəstəkləyən sübutlar isə yalnız iddiaçının iddia ərizəsində göstərdikləri olmuşdur. İddiaçının yazdıqlarına münasibətdə isə məhkəmə nəzərə alır ki, Mülki Prosessual Məcəllənin 106.1-ci maddəsinə əsasən həmin izahat iş üzrə toplanmış digər sübutlarla yanaşı yoxlanılmalı və qiymətləndirilməlidir. Göründüyü kimi, yuxarıda istinad olunan maddi hüquq normasının tələbi baxımından İddiaçı evin xx.xx.2005-ci il tarixdən mülkiyyətçisi olan X1 ailə üzvü hesab olunmur. Məhz bu baxımdan məhkəmə hesab edir ki, İddiaçı mübahisəli evin mülkiyyətçisi X4 ailə üzvü statusuna malik olmadığından iddia tələbi təmin olunmamalıdır. Məhkəmə şərh olunanlara əsasən və Azərbaycan Respublikası MPM-nin 216-220-ci maddələrini rəhbər tutaraq məhkəmə, QƏT ETDİ: İddiaçı cavabdehlər Cavabdeh1, Cavabdeh2 və Cavabdeh3 qarşı «mənzilə köçürülmə» tələbinə dair iddia tələbi təmin edilməsin. Qətnamədən rəsmi qaydada verildiyi gündən 1(bir) ay müddətində X11 Rayon Məhkəməsi vasitəsilə Gəncə Apellyasiya Məhkəməsinə apellyasiya şikayəti verilə bilər. Sədrlik edən: Gündüz Şirinov

Bu qərar sizin işinizə uyğun gəlirmi?

Sualınızı yazın — cavab qanun maddələri və məhkəmə təcrübəsi əsasında hazırlanır.

Sual ver

Eyni kateqoriyada digər qərarlar