Azərbaycan Respublikası adından QƏTNAMƏ Gəncə şəhəri İş № 2(044)-1151/2020 22.09.2020 GƏNCƏ ŞƏHƏRİ NİZAMİ RAYON MƏHKƏMƏSİ Hakim Şirinov Gündüz Əhməd oğlunun sədrliyi, Orucov Maarif Arif oğlunun katibliyi, İddiaçının nümayəndəsi X3, Cavabdeh iştirakı ilə, İddiaçı Ləğv prosesində olan İddiaçı ASC-nin ləğvedicisi Əmanətların Sığortalanması fondunun Cavabdeh qarşı «kredit borcu və tələbin ipoteka predmetinə yönəldilməsi» tələbinə dair iddiası üzrə mülki işə Gəncə şəhəri Nizami Rayon Məhkəməsinin binasında açıq məhkəmə iclasında baxaraq, MÜƏYYƏN ETDİ: İddiaçı ləğv prosesində olan İddiaçı ASC ləğvedicisi Əmanətların Sığortalanması fondu Cavabdeh qarşı «kredit borcu və tələbin ipoteka predmetinə yönəldilməsi» tələbinə dair iddia ərizəsi ilə məhkəməyə müraciət edərək, Cavabdeh əsas borc üzrə 4901.19 manat, faiz borcu üzrə 249.97 manat, Konstitusiya Məhkəməsinin Pleniumunun qərarına əsasən hesablanan faiz borcu 904.27 manat, cəmi 6055.43 manat və ödənilmiş 31 manat dövlət rüsumunun, 31 manat DƏDRX rüsumunun ləğv prosesində olan İddiaçı ASC-nin xeyrinə tutulması, tutmanın ipoteka predmeti olan Cavabdeh məxsus olan ünvan 1 ünvanda 0.0503 ha torpaq sahəsində yerləşən fərdi yaşayış evinə yönəldilərək hərrac yolu ilə satılması, ipoteka ilə yüklü edilmiş ünvan 1 ünvanda yerləşən fərdi yaşayış evi və 0.0503 ha torpaq sahəsi satıldıqdan və mülkiyyətçi dəyişdikdən sonra əmlakın bir ay ərzində boşaldılması barədə qətnamə çıxarılmasını xahiş etmişdir. İddia ərizəsi onunla əsaslandırılmışdır ki, Gəncə İnzibati-İqtisadi Məhkəməsinin xx xxxxxxx 2016-cı il tarixli, 2(83)-736/2016 saylı qətnaməsi ilə İddiaçı ASC miras elan edilmiş və həmin məhkəmənin 2-2(83)-736/2016 saylı, xx xxxxxxx 2016-cı il tarixli qərardadı ilə X1 banka ləğvedici qismində təyin edilmişdir. İddiaçı ilə cavabdeh arasında xx.xx.2013-cü il tarixdə bağlanmış 155 saylı kredit müqaviləsinə əsasən bank tərəfindən cavabdehə 36 ay müddətinə 15000 manat məbləğində kredit verilmiş, öhdəliyin təmini kimi cavabdehə məxsus ünvan 1 ünvanda yerləşən fərdi yaşayış evi və 0.0503 ha torpaq sahəsi ipoteka ilə yükül edilmiş, ipoteka predmeti dövlət qeydiyyatına alınmış və ipoteka predmetinin iddiaçının xeyrinə yüklü edilməsi barədə iddiaçının ******* saylı çıxarış verilmişdir. Cavabdeh öz üzərinə götürdüyü kredit öhdəliklərini lazımınca icra etməmiş, kredit müqaviləsinin şərtlərini pozmuş və banka olan borcunu ödəməmiş, dəfələrlə bank tərəfindən cavabdehə xəbərdarlıqlar edilməsinə baxmayaraq, cavabdeh banka olan borcunu qaytarmamışdır. İddiaçının nümayəndəsi X4 məhkəmə iclasında iddia ərizəsinə uyğun izahat verdi və məhkəmədən iddianın təmin olunmasına dair qətnamə çıxarılmasını xahiş etdi. Cavabdeh məhkəmə iclasında bildirdi ki, o, iddiaçı ilə arasında xx.xx.2013-cü il tarixdə bağlanmış kredit müqaviləsinə əsasən 36 ay müddətinə 15000 manat məbləğində kredit götürmüş və kreditin təmini kimi özünə məxsus ünvan 1 ünvanda yerləşən fərdi yaşayış evi və 0.0503 ha torpaq sahəsi ipoteka ilə yüklü edilmişdir. O, ilk aylar ödənişlər etmiş, sonradan maddi vəziyətinin pisləşməsi ilə bağlı ödənişlər edə bilməmişdir. Məhkəmə tərəfindən ona müəyyən vaxt verilərsə o, banka olan borcunu hissə-hissə ödəyə bilər. Məhkəmə iddiaçının nümayəndəsinin və cavabdehin izahatlarını dinləyib, iş materiallarını araşdıraraq hesab edir ki, iddia qismən təmin edilməlidir. Belə ki, 0711.2013-cü il tarixli 155 saylı kredit müqaviləsinin surətindən görünür ki, İddiaçı ASC-ti tərəfindən Cavabdeh 36 ay müddətinə 15000 manat məbləğində kredit verilmişdir. xx.xx.2020-ci il tarixli maliyyə arayışdan görünür ki, Cavabdeh xx.xx.2020-ci il tarixinə əsas borc üzrə 4901.19 manat, faiz borcu üzrə 249.97 manat borcu vardır. xx.xx.2013-cü il tarixli 155i saylı ipoteka müqaviləsinin surətindən görünür ki, İddiaçı ASC-ti tərəfindən Cavabdeh verilmiş kreditin təmini kimi Cavabdeh məxsus ünvan 1 ünvanda yerləşən fərdi yaşayış evi və 0.0503 ha torpaq sahəsi evi ipoteka ilə yüklü edilmişdir. xx.xx.2010-cu il tarixli ******* saylı çıxarışın surətindən görünür ki, ünvan 1 ünvanda yerləşən fərdi yaşayış evi və 0.0503 ha torpaq sahəsi Cavabdeh adına qeyd edilmişdir. xx.xx.2013-cü il tarixli ******* saylı çıxarışın surətindən görünür ki, Cavabdeh məxsus ünvan 1 ünvanda yerləşən fərdi yaşayış evi və 0.0503 ha torpaq sahəsi İddiaçı SKB-nin xeyrinə ipoteka ilə yüklü edilmişdir və ipoteka predmeti 40000 (qırx min) manat məbləğində qiymətləndirilmişdir. Azərbaycan Respublikası Mülki Məcəlləsinin 385.1-ci maddəsinə əsasən, öhdəliyə əsasən bir şəxs (borclu) başqa şəxsin (kreditorun) xeyrinə müəyyən hərəkət etməlidir, məsələn, pul ödəməli, xidmətlər göstərməli, əmlak verməli, iş görməli və i.a və ya müəyyən hərəkətdən çəkinməlidir, kreditorun isə borcludan vəzifəsinin icrasının tələb etmək hüququ vardır. Azərbaycan Respublikası Mülki Məcəlləsinin 319.1-ci maddəsinə əsasən, əgər borclu icrasını təmin etmək üçün əşyanın ipotekaya verildiyi öhdəliklərin yerinə yetirilməsini gecikdirmişdirsə, ipoteka saxlayan ipoteka ilə yüklü edilmiş əmlakı açıq hərracdan satmaq hüququna malikdir. Məhkəmə iddia tələbinin ipoteka predmetinin satışından əldə olunan vəsaitin qətnamənin icrasına yetərli olmadığı halda isə, qətnamənin (borcun) qalan hissədə X2 ümumi qaydada icra edilməsi hissəsinə qiymət verərək, hesab edir ki, iddia tələbinin həmin hissəsi hazırkı vaxtda deyil, «İcra Haqqında» Qanunun 45-ci maddəsinin tələbinə əsasən icra mərhələsində həll olunan məsələdir və cavabdehin öhdəliyi hazırkı vaxtda mövcud olan təminatla məhdudlaşmış hesab edilməlidir. Məhkəmə iddia tələbinin Konstitusiya Məhkəməsinin Pleniumunun qərarına əsasən hesablanan faiz borcu 904.27 manatın iddiaçının xeyrinə tutulması hissəsinə qiymət verərək hesab edir ki, iddia təbinin həmin hissədə təmin olunması istisnadır. Məhkəmə hesab edir ki, iddia qismən təmin edilməli, Cavabdeh əsas borc üzrə 4901.19 manat, faiz borcu üzrə 249.97 manat, cəmi 5151.16 manat və ödənilmiş 31 manat dövlət rüsumu, bildirişin qeydə alınması üçün 31 manat ləğv prosesində olan İddiaçı ASC-nin xeyrinə tutulmalı, tutma öhdəliyin təmini kimi Cavabdeh məxsus olan ünvan 1 ünvanda yerləşən fərdi yaşayış evi və 0.0503 ha torpaq sahəsinə yönəldilməli, həmin əmlak hərrac yolu ilə satılmalı, ilkin satış qiyməti 40000 (qırx min) manat qiymətləndirilmiş ünvan 1 ünvanda yerləşən fərdi yaşayış evi və 0.0503 ha torpaq sahəsinin satışından əldə edilmiş vəsait hesabına cavabdehin banka olan borc ödənilməli, ünvan 1 ünvanda yerləşən fərdi yaşayış evi və 0.0503 ha torpaq sahəsi satıldıqdan sonra bir ay ərzində boşaldılmalıdır. Şərh olunanlara və Azərbaycan Respublikası MPM-in 216-220, 227, 233, 358 və 360-cı maddələrinə əsasən, məhkəmə QƏT ETDİ: İddia qismən təmin edilsin. Cavabdeh əsas borc üzrə 4901.19 manat, faiz borcu üzrə 249.97 manat, cəmi 5151.16 manat və ödənilmiş 31 manat dövlət rüsumu, bildirişin qeydə alınması üçün 31 manat ləğv prosesində olan İddiaçı ASC-nin xeyrinə tutulsun. Tutma öhdəliyin təmini kimi Cavabdeh məxsus olan ünvan 1 ünvanda yerləşən fərdi yaşayış evi və 0.0503 ha torpaq sahəsinə yönəldilsin və ilkin satış qiyməti 40000 (qırx min) manat qiymətləndirilmiş ünvan 1 ünvanda yerləşən fərdi yaşayış evi və 0.0503 ha torpaq sahəsi hərrac yolu ilə satılsın. ünvan 1 ünvanda yerləşən fərdi yaşayış evi və 0.0503 ha torpaq sahəsinin satışdan əldə olunmuş vəsait hesabına cəmi 5151.16 manat və ödənilmiş 31 manat dövlət rüsumu, bildirişin qeydə alınması üçün 31 manat ləğv prosesində olan İddiaçı ASC-nə ödənilsin. Ödənişlər həyata keçirildikdən sonra əldə olunan vəsaitin qalan hissəsi Cavabdeh qaytarılsın. ünvan 1 ünvanda yerləşən fərdi yaşayış evi və 0.0503 ha torpaq sahəsi satıldıqdan sonra bir ay ərzində boşaldılsın. İddia qalan hissədə təmin edilməsin. Qətnamədən bir ay müddətində Gəncə şəhəri Nizami Rayon Məhkəməsi vasitəsi ilə Gəncə Apellyasiya Məhkəməsinə apellyasiya şikayəti verilə bilər. Hakim: Gündüz Şirinov
Məhkəmə qərarları › İş №2(044)-1151/2020
Gəncə Şəhəri Nizami Rayon Məhkəməsi Qətnamə — İş №2(044)-1151/2020
22.09.2020 · Müqavilələrdən əmələ gələn öhdəliklər üzrə mübahisələr - Kredit müqaviləsi üzrə mübahisələr - İpoteka müqaviləsi üzrə mübahisələr - İpoteka borcunun ödənilməsinin əmlaka yönəldilməsinə dair mübahisələr
Mənbə: Azərbaycan məhkəmə sistemi (courts.gov.az) — anonimləşdirilmiş rəsmi mətn. Dataset: Azerbaijan Court Data (CC-BY-4.0).
Mənbə: Azərbaycan məhkəmə sistemi (courts.gov.az) — anonimləşdirilmiş rəsmi mətn. Dataset: Azerbaijan Court Data (CC-BY-4.0).
Bu qərar sizin işinizə uyğun gəlirmi?
Sualınızı yazın — cavab qanun maddələri və məhkəmə təcrübəsi əsasında hazırlanır.
Sual ver