Məhkəmə qərarları › İş №2(044)-1163/2021

Gəncə Şəhəri Nizami Rayon Məhkəməsi Qətnamə — İş №2(044)-1163/2021

23.06.2021 · Mənzil mübahisələri - Mənzilə istifadə hüququna xitam verilməsi
Mənbə: Azərbaycan məhkəmə sistemi (courts.gov.az) — anonimləşdirilmiş rəsmi mətn. Dataset: Azerbaijan Court Data (CC-BY-4.0).

Azərbaycan Respublikası adından QƏTNAMƏ Gəncə şəhəri İş № 2(044)-1163/2021 23.06.2021 GƏNCƏ ŞƏHƏRİ NİZAMİ RAYON MƏHKƏMƏSİ Hakim Ələkbərli Roman Nəriman oğlunun sədrliyi, Həsənov Ayxan Rasim oğlunun katibliyi, İddiaçı nümayəndəsi və vəkili X1 iştirakı ilə, İddiaçı cavabdehlər Cavabdeh1, Cavabdeh2 və Cavabdeh3 qarşı «cavabdehlərin qeydiyyatda olduqları evə istifadə hüquqlarının itirilmiş hesab olunması» tələbinə dair iddiası üzrə mülki işə Gəncə şəhəri Nizami Rayon Məhkəməsinin binasında açıq məhkəmə iclasında baxaraq, məhkəmə MÜƏYYƏN ETDİ: İddiaçı cavabdehlər Cavabdeh1, Cavabdeh2 və Cavabdeh3 qarşı «cavabdehlərin qeydiyyatda olduqları evə istifadə hüquqlarının itirilmiş hesab olunması» tələbinə dair iddia ərizəsi ilə məhkəməyə müraciət edərək, cavabdehlər Cavabdeh1, Cavabdeh2 və Cavabdeh3 ona məxsus ünvan 1 ünvanında yerləşən mənzilə istifadə hüquqlarının itirilmiş hesab olunması barədə qətnamə çıxarılmasını xahiş etmişdir. İddia ərizəsi onunla əsaslandırılmışdır ki, ünvan 1 mənzil xüsusi mülkiyyət hüququ əsasında iddiaçıya məxsusdur və bu hüquq Azərbaycan Respublikası Əmlak Məsələləri Dövlət Komitəsi yanında Daşınmaz Əmlakın Dövlət Reyestri Xidməti tərəfindən 19.01.2021-ci il tarixdə qeydiyyata alınmaqla ona **********8010301 reyestr nömrəli çıxarış verilmişdir. İş üzrə cavabdehlərdən Cavabdeh2 onun mərhum qardaşının boşanmış həyat yoldaşı, digər cavabdehlər Cavabdeh1 və Cavabdeh3 isə qardaşının övladlarıdır. Hər üç cavabdehin qeydiyyatı formal olaraq sözügedən mənzildə olsa da onlar 2001-ci il tarixdən sözügedən mənzili tərk edərək Tovuz rayonuna daim yaşamağa getmişlər. O, onların hansı ünvanda yaşamasından məlumatsızdır və hesab edir ki, yaşamadıqları təqdirdə onların ona məxsus xüsusi mülkiyyətdə olan evdə qeydiyyatda qalmaqda davam etmələri bir mülkiyyətçi kimi onun mülkiyyət hüquqlarını pozur. Hesab edir ki, cavabdehlərin ümumiyyətlə xüsusi mülkiyyətində olan mənzilə hüquqları yoxdur. Cavabdehlər hərəsi öz həyatlarını başqa ərazidə qurub yaşayırlar. Keçən bu müddət ərzində cavabdehlər mənzildən hüquqlarını qeydiyyatda olduqları mənzildə deyil, tamamilə başqa bir yerdə gerçəkləşdirərək mübahisəli mənzili könüllü olaraq tərk etmişlər. Əgər cavabdehlərin başqa bir yerdə yaşayış yerləri olmasa idi, onlar ən azından müəyyən bir müddət sonra qeydiyyatda olduqları yaşayış sahəsinə qayıdardılar. İşin faktiki hallarından aşkardır ki, cavabdehlərin mübahisəli mənzillə əlaqələri olmamış və qeydiyyatda olduqları mənzildə yaşamamışlar. Cavabdehlər qeydiyyatda olduqları mənzilə bütün hüquqlarını itirmişlər. İddiaçıya məxsus mənzildə onun iradəsi əleyhinə cavabdehlərin daimi qeydiyyatda olması onun üçün bir sıra neqativ nəticələr (mənzili satacağı halda onların yazılı razılıq ərizəsini alması, həmin şəxslərə ünvanlanacaq poçt göndərişlərinin ona məxsus mənzilə gələcək olması və polis və ya digər orqanlardan axtarış elan olunsa həmin vətəndaşların onun ünvanında axtarılması ) yaradır. Bu isə şəxsi həyata və ailə həyatına hörmət hüququnun pozulmasına səbəb olur. İddiaçı nümayəndəsi və vəkili X2 məhkəmə iclasında iddia ərizəsi ilə eyni məzmunlu izahat verdi və məhkəmədən iddianın təmin olunmasına dair qətnamə çıxarılmasını xahiş etdi. Cavabdehlər Cavabdeh1, Cavabdeh2 və Cavabdeh3 məhkəmə iclasının vaxtı və yeri barədə xəbərdar edilmələrinə baxmayaraq gəlməmişlər. Məhkəmə Azərbaycan Respublikası MPM-nin 185.5-ci maddəsinə əsasən işə cavabdehlərin iştirakı olmadan baxılmasını mümkün hesab etdi. Məhkəmə iddiaçının nümayəndəsinin izahatını dinləyib, iş materiallarını araşdırıb, sübutlara məcmu halında qiymət verərək hesab edir ki, iddia təmin edilməlidir. Belə ki, 19.01.2021-ci il tarixli ********** qeydiyyat nömrəli çıxarışın surətindən görünür ki, ünvan 3 ünvanında yerləşən ev İddiaçı adına qeyd edilmişdir. 22.01.2021-ci il tarixli ******* saylı Yaşayış yeri üzrə qeydiyyat haqqında arayışdan görünür ki, İddiaçı 17.10.2017-ci il tarixdən Gəncə şəhəri, Nizami rayonu, Fizuli küçəsi, 2ci döngə, ev 7A ünvanda yerləşən evdə qeydiyyatdadır və qeydiyyatda olan digər şəxslər Cavabdeh1, Cavabdeh2 və Cavabdeh3 ibarətdir. 06.02.2021-ci il tarixdə Gəncə şəhəri Baş Polis İdarəsi tərəfindən verilmiş məktubdan görünür ki, xx.xx.1992-ci il təvəllüdlü Cavabdeh1, xx.xx.1966-cı il təvəllüdlü Cavabdeh2 və xx.xx.1993-cü il təvəllüdlü Cavabdeh3 Gəncə şəhəri, Nizami rayonu, Fizuli küçəsi, 2-ci döngə, ev 7A ünvanından qeydiyyatdan çıxarılmaları üçün “Yaşayış Yeri və X4 Qeydiyyat Haqqında” Azərbaycan Respublikası Qanununun 9-cu maddəsinin 5-ci bəndinə əsasən şəxs yaşayış sahəsindən çıxarıldıqda və ya yaşayış sahəsindən istifadə hüququna xitam verildikdə məhkəmənin qanuni qüvvəyə minmiş qətnaməsi əsasında qeydiyyatdan çıxarıla bilər. Gəncə şəhər Nizami rayon İcra Hakimiyyəti başçısının 2 nömrəli sahə inzibati ərazi dairəsi üzrə nümayəndəsinin 12.04.2021-ci il, 1204 saylı arayışdan görünür ki, İddiaçı həqiqətən də ünvan 1 ünvanda qeydiyyatdadır. Həmin ünvanda Cavabdeh2, Cavabdeh1, Cavabdeh3 adlı şəxslər qeydiyyatdadır, lakin yaşamırlar. Azərbaycan Respublikası MM-nin 152.1-ci maddəsində göstərilmişdir ki, mülkiyyət hüququ subyektin ona mənsub əmlaka öz istədiyi kimi sahib olmaq, ondan istifadə etmək və ona dair sərəncam vermək üzrə dövlət tərəfindən tanınan və qorunan hüququdur. Beləliklə, məhkəmə iclasında iddiaçının nümayəndəsinin izahatı və təqdim edilmiş sübutlarla təsdiq olundu ki, cavabdehlər Gəncə şəhəri, Nizami rayonu, Fizuli küçəsi, 2-ci döngə, ev 7A ünvanında pasport qeydiyyatında olmalarına baxmayaraq, həmin evdə yaşamırlar. Hazırda cavabdehlər mübahisəli evdən yaşayış sahəsi kimi istifadə etmirlər, daimi olaraq başqa ünvanda yaşayırlar və yaşayış sahəsindən istifadəyə görə üzərlərinə düşən vəzifəni yerinə yetirmirlər. Cavabdehlərin formal olaraq mübahisəli mənzildə qeydiyyatda qalmaları, iddiaçının mənzil üzərində hüququnu məhdudlaşdırır. Məhkəmə hesab edir ki, iddia təmin olunmalı, iddiaçının mülkiyyət hüququ müdafiə olunmalı, mülkiyyətindən maneəsiz istifadə etmək hüququ təmin olunmalı, cavabdehlərin Gəncə şəhəri, Nizami rayonu, Fizuli küçəsi, 2-ci döngə, ev 7A ünvanında yerləşən evdən istifadə hüquqları itirilmiş hesab edilməlidir. Şərh olunanlara əsasən və Azərbaycan Respublikası MPM-nin 216-220, 227, 233 və 360-cı maddələrini rəhbər tutaraq, məhkəmə QƏT ETDİ: İddia təmin olunsun. Cavabdehlər Cavabdeh1, Cavabdeh2 və Cavabdeh3 ünvan 1 ünvanda yerləşən evdən istifadə hüquqları itirilmiş hesab edilsin. Qətnamədən 1 ay müddətində Gəncə şəhəri Nizami Rayon Məhkəməsi vasitəsilə Gəncə Apellyasiya məhkəməsinin mülki işlər üzrə məhkəmə kollegiyasına apellyasiya şikayəti verilə bilər. Hakim: Roman Ələkbərli

Bu qərar sizin işinizə uyğun gəlirmi?

Sualınızı yazın — cavab qanun maddələri və məhkəmə təcrübəsi əsasında hazırlanır.

Sual ver

Eyni kateqoriyada digər qərarlar