Məhkəmə qərarları › İş №2(044)-1164/2021

Gəncə Şəhəri Nizami Rayon Məhkəməsi Qətnamə — İş №2(044)-1164/2021

27.04.2021 · Mənzil mübahisələri - Mənzilə istifadə hüququna xitam verilməsi
Mənbə: Azərbaycan məhkəmə sistemi (courts.gov.az) — anonimləşdirilmiş rəsmi mətn. Dataset: Azerbaijan Court Data (CC-BY-4.0).

Azərbaycan Respublikası adından QƏTNAMƏ Gəncə şəhəri İş № 2(044)-1164/2021 27.04.2021 GƏNCƏ ŞƏHƏRİ NİZAMİ RAYON MƏHKƏMƏSİ Hakim Şirinov Gündüz Əhməd oğlunun sədrliyi, Orucov Maarif Arif oğlunun katibliyi, İddiaçı iştirakı ilə, İddiaçı Cavabdeh qarşı “istifadə hüququnun itirilmiş hesab edilməsi” tələbinə dair iddiası üzrə mülki işə Gəncə şəhəri Nizami Rayon Məhkəməsinin binasında açıq məhkəmə iclasında baxaraq, məhkəmə MÜƏYYƏN ETDİ: İddiaçı Cavabdeh qarşı “istifadə hüququnun itirilmiş hesab edilməsi” tələbinə dair iddia ərizəsi ilə məhkəməyə müraciət edərək, Cavabdeh ona məxsus ünvan 1 ünvanda yerləşən evə olan istifadə hüququnun itirilmiş hesab edilməsi barədə qətnamə çıxarılmasını xahiş etmişdir. İddiaçı məhkəmə iclasında bildirdi ki, ünvan 2 ünvanda yerləşən ev ona məxsusdur. O, Bəhrəm adlı şəxslə ailə qurmuş, onların uşaqları olmamışdır, lakin Bəhramın ondan əvvəlki ailəsindən Rafiq və Sevda adlı iki uşağı olmuşdur. Cavabdeh onun əri Bəhrəmın əvvəlki ailəsindən olan oğlu Rafiqin arvadı olmuşdur. Hazırda Rafiq isə uzun illərdir Rusiyada yaşayır və Əskinaz isə heç vaxt onunla bir evdə yaşamamışdır. Hazırda cavabdehin ona məxsus evdə qeydiyyatda qalması onun mülkiyyət hüquqlarını pozur, sərəncam vermək və digər hüquqularını məhdudlaşdırır. O, cavabdehin ona məxsus evdən pasport qeydiyyatından çıxarılması üçün Gəncə şəhəri Baş Polis İdarəsinə müraciət etmiş, ona bu barədə məhkəməyə müraciət olunması bildirilmişdir. Cavabdehin ona məxsus evdə formal olaraq pasport qeydiyyatında qalmasına görə o, əlavə kommunal xərclər ödəməli olur. Məhkəmədən iddia tələbinin təmin olunması barədə qətnamə çıxarılmasını xahiş etdi. Cavabdeh məhkəmə iclasının vaxtı və yeri barədə xəbərdar edilməsinə baxmayaraq məhkəmə iclasına gəlməmişdir. Məhkəmə Azərbaycan Respublikası MPM-in 185.5-ci maddəsinə əsasən işə cavabdehin iştirakı olmadan baxılmasını mümkün hesab etdi. Məhkəmə iddiaçının izahatını və şahid ifadələrini dinləyib, iş materiallarını araşdırıb, sübutlara qiymət verərək hesab edir ki, iddia təmin edilməlidir. Belə ki, məhkəmə iclasında şahid qismində dindirilmiş X6 ifadəsində bildirdi ki, o, İddiaçı ilə 30 ilə yaxındır qonşudur, ailəvi yaxındırlar. Müşkinazın Bəhrəm ilə evliliyindən uşağı olmamışdır. Bəhrəmın əvvəlki evliliyindən Rafiq və Sevda adlı iki uşağı olmuşdur. Sevda vəfat etmişdir. Rafiq isə uzun illər Rusiyada yaşayır. Cavabdeh iddiaçının əri Bəhrəmın əvvəlki ailəsindən olan oğlu Rafiqin arvadı olmuşdur. Hazırda Cavabdeh Rusiya Federasiyasındadır. Bu müddət ərzində Cavabdeh iddiaçıya məxsus evdə yaşamasını görməmişdir. Məhkəmə iclasında şahid qismində dindirilmiş X4 ifadəsində bildirdi ki, İddiaçı ilə babası Bəhrəmin birgə nikahlarından övladları olmamışdır. Onun anası Sevda və dayısı Rafiq onun babası Bəhrəmin əvvəlki ailəsindən olan uşaqlarıdır. Onun anası Sevda vəfat etdikdən sonra nənəsi Müşkünaz ona qızı kimi baxmışdır. Cavabdeh onun dayısı Rafiqin arvadı olmuşdur. Onun dayısı Rafiq uzun illərdir Rusiya Federasiyasında yaşayır. O, hazırda Cavabdeh harada yaşamasını bilmir. 29.04.2014-cü il tarixli ******* saylı çıxarışın surətindən görünür ki, Gəncə şəhəri, Nizami rayonu, Nizami küçəsi, döngə 9, ev 3 ünvanda yerləşən fərdi yaşayış evi İddiaçı adınadır. 06.02.2021-ci il tarixdə Gəncə şəhər Baş Polis İdarəsi tərəfindən verilmiş məktubdan görünür ki, Cavabdeh Gəncə şəhəri, Nizami rayonu, Nizami küçəsi, döngə 9, ev 3 ünvandan qeydiyyatdan çıxarılması üçün aidiyyatı üzrə məhkəməyə müraciət olunması bildirilmişdir. 12.02.2021-ci il tarixli ******* saylı arayışdan görünür ki, İddiaçı Gəncə şəhəri, Nizami rayonu, Nizami küçəsi, döngə 9, ev 3 ünvanda qeydiyyatdadır və qeydiyyatda olan digər şəxslər X2, X4, Cavabdeh, X1 ibarətdir. 31.03.2021-ci il tarixli 1385 saylı arayışdan görünür ki, İddiaçı Gəncə şəhəri, Nizami rayonu, Nizami küçəsi, döngə 9, ev 3 ünvanda qeydiyyatdadır və həmin evdə Cavabdeh qeydiyyatdadır, lakin yaşamır. Azərbaycan Respublikası Mülki Məcəlləsinin 152.1-ci maddəsində göstərilmişdir ki, mülkiyyət hüququ subyektin ona mənsub əmlaka öz istədiyi kimi sahib olmaq, ondan istifadə etmək və ona dair sərəncam vermək üzrə dövlət tərəfindən tanınan və qorunan hüququdur. «Yaşayış yeri və olduğu yer üzrə qeydiyyat haqqında» Azərbaycan Respublikası Qanununun 9-cu maddəsinin 5-ci bəndinin tələbinə görə məhkəmənin qanuni qüvvəyə minmiş qətnaməsi ilə yaşayış yerindən istifadə hüququna xitam verildikdə müvafiq dövlət orqanı tərəfindən şəxs yaşayış yeri üzrə qeydiyyatdan çıxarılır. Beləliklə, məhkəmə iclasında təsdiq olundu ki, cavabdeh Gəncə şəhəri, Nizami rayonu, ünvan 3 ünvanda yaşamır. Hazırda cavabdeh mübahisəli evdən yaşayış sahəsi kimi istifadə etmir, daimi olaraq başqa ünvanda yaşayır və yaşayış sahəsindən istifadəyə görə üzərinə düşən vəzifəni yerinə yetirmir. Cavabdehin formal olaraq mübahisəli mənzildə qeydiyyatda qalması, iddiaçının mənzil üzərində hüququnu məhdudlaşdırır və o, cavabdehə görə əlavə kommunal xidmət haqqı ödəyir. Məhkəmə hesab edir ki, iddia təmin olunmalı, iddiaçının mülkiyyət hüququ müdafiə olunmalı, mülkiyyətindən maneəsiz istifadə etmək hüququ təmin olunmalı, Cavabdeh ünvan 4 evə olan istifadə hüququ itirilmiş hesab edilməlidir. Azərbaycan Respublikası MPM-nin 119.1-ci maddəsinin tələblərinə görə məhkəmə xərcləri ödənilmiş tələblərin məbləğinə münasib olaraq işdə iştirak edən şəxslərə aid edilir. Şərh olunanlara əsasən və Azərbaycan Respublikası MPM-nin 216-220, 227, 233 və 360-cı maddələrini rəhbər tutaraq, məhkəmə QƏT ETDİ: İddia təmin olunsun. Cavabdeh ünvan 4 ünvana olan istifadə hüququ itirilmiş hesab olunsun. İş üzrə ödənilmiş 10 manat dövlət rüsumu iddiaçıya aid edilsin. Qətnamədən bir ay müddətində Gəncə şəhəri Nizami Rayon Məhkəməsi vasitəsilə Gəncə Apelyasiya Məhkəməsinə apelyasiya şikayəti verilə bilər. Sədrlik edən: Gündüz Şirinov

Bu qərar sizin işinizə uyğun gəlirmi?

Sualınızı yazın — cavab qanun maddələri və məhkəmə təcrübəsi əsasında hazırlanır.

Sual ver

Eyni kateqoriyada digər qərarlar