Məhkəmə qərarları › İş №2(044)-1171/2021

Gəncə Şəhəri Nizami Rayon Məhkəməsi Qərardad — İş №2(044)-1171/2021

19.02.2021 · Hüquqi əhəmiyyəti olan faktların müəyyən edilməsi haqqında - İş stajı faktı
Mənbə: Azərbaycan məhkəmə sistemi (courts.gov.az) — anonimləşdirilmiş rəsmi mətn. Dataset: Azerbaijan Court Data (CC-BY-4.0).

Azərbaycan Respublikası adından QƏRARDAD Gəncə şəhəri İş № 2(044)-1171/2021 19.02.2021 GƏNCƏ ŞƏHƏRİ NİZAMİ RAYON MƏHKƏMƏSİ Gəncə şəhəri Nizami Rayon Məhkəməsinin hakimi Hünmətov Zaur Adil oğlu, Ərizəçi maraqlı şəxs DSMF-nun Kəlbəcər rayon Şöbəsinə qarşı “iş stajı faktının müəyyən edilməsi” tələbinə dair ərizəsini və ona əlavə olunmuş sənədləri məhkəmənin inzibati binasında nəzərdən keçirərək, M Ü Ə Y Y Ə N E T D İ M: Ərizəçi onun 1980-ci ilin iyun ayından 1986-cı ilin sentyabr ayına kimi Kəlbəcər rayon Kirov adına kolxozunda, 1986-cı ilin oktyabr ayından 1993-cü ilin aprel ayına kimi Kəlbəcər rayonun 1 May kolxozunda işləməyi faktının müəyyən edilməsi tələbinə dair ərizə ilə məhkəməyə müraciət etmişdir. O, ərizəsini onunla əsaslandırmışdır ki, Kəlbəcər rayonundan məcburi köçkün olmaqla ailəsi ilə birgə Gəncə şəhərində yaşayır. Kəlbəcər rayonu işğal olunmamışdan əvvəl 1980-ci ilin iyun ayından 1986-cı ilin sentyabr ayına kimi Kəlbəcər rayon Kirov adına kolxozunda, 1986-cı ilin oktyabr ayından 1993-cü ilin aprel ayına kimi Kəlbəcər rayonun 1 May kolxozunda kolxozçu işləmişdir. 1993-cü ilin aprel ayında Kəlbəcər rayonu işğal olunan zaman əmək kitabçası və digər sənədlər işğal zonasında qalmışdır. O, bununla bağlı Azərbaycan Respublikası Kəlbəcər rayon DSMF şöbəsinə müraciət etsə də, oradan ona məhkəməyə müraciət etməyi tövsiyyə edilmişdir. Ərizəni və ona əlavə edilmiş sənədləri nəzərdən keçirərək hesab edir ki, ərizəyə məhkəmə qaydasında baxılmalı olmadığından ərizənin icraata qəbulundan imtina edilməlidir. Belə ki, iddia ərizəsinin məzmunundan müəyyən edilir ki, iddiaçı Kəlbəcər rayon DSMF şöbəsinə müraciət edərək ərizəsində göstərdiyi 1980-ci ilin iyun ayından 1986-cı ilin sentyabr ayına kimi Kəlbəcər rayon Kirov adına kolxozunda, 1986-cı ilin oktyabr ayından 1993-cü ilin aprel ayına kimi Kəlbəcər rayonun 1 May kolxozunda iş stajının müəyyən olunması barədə xahiş etmiş, ancaq onun xahişi təmin edilməmişdir. Göründüyü kimi ərizəçi işlədiyi illərlə bağlı işlədiyi yerlərdə müvafiq qeydiyyatların aparılmasını, ancaq həmin sənədlərin işğal altında olan ərazilərdə qalmasını bilkdirməklə həmin sənədlərin əldə edilməsində çətinliyini ifadə etmişdir. Azərbaycan Respublikası Nazirlər Kabinetinin xx xxxxxx 1992-ci il tarixli 638 №-li qərarı ilə təsdiq edilmiş «Pensiya təyinatı üçün əmək stajının təsdiq edilməsi qaydası barədə» əsasnamənin 2-ci bəndinə əsasən təbii fəlakət, qəza, dağıntı və başqa fövqəladə hallar nəticəsində sənədlərin tamamilə saxlanılmadığı və ya qismən saxlanıldığı, həmçinin milli münaqişə zəminində onların məhv olduğu, yaxud əldə edilməsi mümkün olmadığı hallarda iş stajının təsdiq edilməsi Respublika Nazirlər Kabineti və yaxud yerli icra hakimiyyəti orqanlarının təşkil etdiyi iş stajını müəyyən edən komissiyalar tərəfindən həyata keçirilir. Qismən saxlanılan sənədlərə və ya şahid ifadələrinə əsasən göstərilən komissiyalar tərəfindən müəyyən edilən əmək fəaliyyəti dövrü ümumi iş stajına, eləcə də imtiyazlı şərtlərlə və xidmət illərinə hüquq verən xüsusi iş stajına sənədlərlə təsdiq edilən iş stajı kimi daxil edilir. Göründüyü kimi iddiaçının istinad etdiyi hal münaqişə nəticəsində sənədlərin itməsi ilə bağlı olduğundan həmin sənədlərin məhkəmədən kənar qaydada əldə edilməsi mümkündür. İddiaçı iş stajının müəyyən olunması ilə bağlı Azərbaycan Respublikası Nazirlər Kabineti və yaxud yerli icra hakimiyyəti orqanlarının təşkil etdiyi iş stajını müəyyən edən komissiyalara müraciət etməli, hüquqi marağı təmin edilmədiyi təqdirdə isə müvafiq inzibati məhkəməyə müraciət etməlidir. Beləliklə hesab edirəm ki, iddiaçının qeyd edilən tələbinə məhkəmə qaydasında baxılması mümkün deyildir. Azərbaycan Respublikası MPM-nin 151.1-ci maddəsinə əsasən iddia ərizəsi bu Məcəllənin tələblərinə riayət edilməklə verildikdə, onun məhkəmə icraatı mümkündür. Həmin Məcəllənin 153-cü maddəsinə əsasən ərizəyə məhkəmə qaydasında baxılmalı deyildirsə hakim iddianın yolverilməzliyinə görə iddia ərizəsini qəbul etməkdən imtina edir. Qeyd edilən Məcəllənin 153.5-ci maddəsinin tələbinə əsasən ərizəni qəbul etməkdən imtina edilməsi ərizəçiyə həmin cavabdehə qarşı, həmin predmet barəsində və həmin əsaslarla yenidən iddia qaldırmağa mane olur. Həmin Məcəllənin 153.6-cı maddəsinə görə isə iddia ərizəsini qəbul etməkdən imtina barədə qərardaddan şikayət verilə bilər. Qərardad ləğv edildikdə, iddia ərizəsi məhkəməyə müraciət edildiyi ilk gündən verilmiş hesab edilir. Mülki mühakimə icraatı zamanı işin məhkəmədə baxılmalı olmaması dedikdə o nəzərdə tutulur ki, iş məhkəməyə aid olsa da, mülki mühakimə icraatı qaydasında deyil, başqa məhkəmə icraatı qaydasında (cinayət, inzibati və ya inzibati xətalara dair işlər üzrə icraat) baxılmalı olduqda, iş məhkəmədə deyil, qanunun tələbinə görə başqa orqanda baxılmalı olduqda və iş ümumiyyətlə, şəxsin hər hansı hüququnun və qanunla qorunan mənafeyinin pozuntusuna səbəb olmayan hərəkətin (hərəkətsizliyin), aktın və s. mübahisələndirilməsinə yönəlmiş mülki mühakimə icraatı qaydasında baxılması mümkün olmasın. Azərbaycan Respublikası MPM-nin 153.4-cü maddəsinə əsasən ərizəni qəbul etməkdən imtina haqqında qərardad ərizəyə əlavə olunmuş bütün sənədlərlə birlikdə ərizəçiyə rəsmi qaydada verilməlidir. Beləliklə məhkəmə hesab edir ki, ərizəyə məhkəmə qaydasında baxılmalı olmadığından ərizənin icraata qəbulundan imtina edilməli, iddiaçıya hazırki ərizə ilə Nazirlər Kabineti və yaxud yerli icra hakimiyyəti orqanlarının təşkil etdiyi iş stajını müəyyən edən komissiyalara müraciət etmək hüququnun olması izah edilməlidir. Göstərilənlərə əsasən və Azərbaycan Respublikası Mülki Prosessual Məcəlləsinin 151-153-cü maddələrini rəhbər tutaraq, qərara aldım: Ərizəçi Maraqlı şəxsnə qarşı “iş stajı faktının müəyyən edilməsi” tələbinə dair ərizənin məhkəmənin icraatına qəbul edilməsindən imtina edlsin. İddiaçıya Nazirlər Kabineti və yaxud yerli icra hakimiyyəti orqanlarının təşkil etdiyi iş stajını müəyyən edən komissiyalara müraciət etmək hüququnun olması izah edilsin. Qərardaddan tərəfə rəsmi qaydada verildikdən sonra 10 gün müddətində Gəncə şəhəri Nizami Rayon Məhkəməsinə şikayət verilə bilər. Hakim : Zaur Hünmətov

Bu qərar sizin işinizə uyğun gəlirmi?

Sualınızı yazın — cavab qanun maddələri və məhkəmə təcrübəsi əsasında hazırlanır.

Sual ver

Eyni kateqoriyada digər qərarlar