Azərbaycan Respublikası adından QƏTNAMƏ Gəncə şəhəri İş № 2(044)-1177/2020 24.11.2020 GƏNCƏ ŞƏHƏRİ NİZAMİ RAYON MƏHKƏMƏSİ hakim Hüseynov Kənan Zakir oğlunun sədrliyi, Əsgərov Yadigar Əsgər oğlunun katibliyi ilə, İddiaçı Qapalı Səhmdar Cəmiyyəti X6 Təşkilatının cavabdehlər Cavabdeh1 və Cavabdeh2 qarşı əsas və faiz borcunun qaytarılması, tələbin ipoteka predmetinə yönəldilməsi barədə iddia ərizəsinə dair mülki işə məhkəmənin inzibati binasında açıq məhkəmə iclasında baxaraq MÜƏYYƏN ETDİ: İddiaçı QSC BOKT cavabdehlər Cavabdeh1 və Cavabdeh2 qarşı iddia ərizəsi ilə məhkəməyə müraciət edərək, cavabdehlərdən 10846,96 manat məbləğində əsas borc, 3472,28 manat məbləğində faiz borcu, ümumilikdə 14319,24 manat məbləğində kredit borcunun həmçinin ödənilmiş 30 manat məbləğində dövlət rüsumunun tutularaq onun xeyrinə ödənilməsi; Tutmanın ipoteka predmeti olan Cavabdeh1 mülkiyyətində olan **-EB- *** dövlət qeydiyyat nişanlı, “GREAT WALL HAVAL H5T” markalı minik (buraxılış ili 2013, Ban – LGWFF3A52CB003910, rəngi – qara metal) avtomobilinə yönəldərək açıq hərracda satılması və satışdan əldə edilən vəsaiti İddiaçı QSC-nin hesabına ödənilməsi, satışdan əldə olunan vəsait borc məbləğindən artıq qalan hissəsinin Cavabdeh1 qaytarılması, satışdan əldə olunan vəsait borcun ödənilməsinə kifayət etmədikdə isə əksik qalan borc məbləğinin Cavabdeh1 tutulub onun xeyirinə ödənilməsi barədə qətnamə çıxarılmasını xahiş etmişdir. İddia ərizəsində qeyd olunmuşdur ki, “xxxx” Açıq Səhmdar Cəmiyyətinin dövlətə məxsus səhmlərinin özəlləşdirilməyə hazırlanması ilə bağlı sağlamlaşdırılma tədbirləri haqqında” Azərbaycan Respublikası Prezidentinin xx.xx.2015-ci il tarixli 570 nömrəli Fərmanına əsasən Azərbaycan Respublikasının Mülki Məcəlləsinin 194-cü maddəsinə uyğun olaraq “xxxx” ASC ilə İddiaçı QSC arasında bağlanmış, Tələb hüququnun güzəşt edilməsinə dair xx.xx.2015-ci il tarixli Müqaviləyə görə “xxxx” ASC-nin problemli aktivləri üzrə tələb hüququ müqavilə əsasında İddiaçı QSC BOKT-a keçmişdir. İddiaçı QSC-nin Nizamnaməsinə edilmiş xx xxxxxxx 2015-ci il tarixli ********** saylı dəyişiklikdəki 2.5 maddəyə əsasən Azərbaycan Respublikası Prezidentinin xx.xx.2015-ci il tarixli 570 saylı Fərmanında nəzərdə tutulmuş aktivlərin idarə edilməsi Kredit Təşkilatının tabeliyində yaradılmış hüquqi şəxs statuslu qurum (“Bank aktivlərinin X4” MMC) vasitəsilə həyata keçirilir. Azərbaycan Respublikasının Nazirlər Kabinetinin xx xxxxxx 2017-ci il tarixli, 101S saylı sərancamının icrası ilə əlaqədar İddiaçı QSC tərəfindən “xxxx” ASC-dən problemləri aktivlərin satın alınması ilə bağlı borclu şəxs Cavabdeh1 dair sənədlər S-AVK-1640 saylı, xx xxxxx 2017-ci il tarixli təhvil-təslim aktına əsasən İddiaçı QSC-yə verilmişdir. “xxxx” ASC ilə Cavabdeh1 arasında xx.xx.2013-cü il tarixdə, 172 G saylı kredit müqaviləsi bağlanmışdır. Müqaviləyə əsasən sonuncuya 48 ay müddətinə illik 19 %-lə 15,725 manat məbləğində kredit verilmişdir. xx.xx.2013-cü il tarixli kassa məxaric orderindən də göründüyü kimi cavabdehə ayrılmış kredit hesabından istifadə etmişdir. Cavabdeh2 ilə “xxxx” ASC arasında xx.xx.2013-cü il tarixdə, 172 G saylı zaminlik müqaviləsi bağlanmışdır. Həmin müqaviləyə əsasən Cavabdeh2 Cavabdeh1 “xxxx” ASC qarşısında yaranan öhdəliyinə zamin durmuşdur. Kredit müqaviləsinin təminatı olaraq Cavabdeh1 mülkiyyətində olan **-EB-*** dövlət qeydiyyat nişanlı, “GREAT WALL HAVAL H5T” markalı minik avtomobil (buraxılış ili 2013, Ban – LGWFF3A52CB003910, rəngi – qara metal) ipoteka müqaviləsi ilə yüklü edilmişdir. X5 Azərbaycan Respublikası DİN BDYPİ QİŞ tərəfindən qeydiyyata alınaraq, cavabdehə məxsus nəqliyyat vasitəsinin qeydiyyat şəhadətnaməsində müvafiq qeydiyyat aparılmış və xx.xx.2013-cü il tarixli, AA seriyalı, 078948 №-li “İpoteka müqviləsinin qeydiyyat haqqnda” şəhadətnamə verilmişdir. Kredit müqaviləsinin 2.2-ci bəndinə əsasən Bank nəqliyyat vasitəsinin alınması üşün “Borcalan”a 15,725 manat məbləğində kreditin verilməsini öhdəsinə götürmüşdür. (2.2. bənd) “Borcalan” bu Müqaviləyə əsasən krediti qəbul etməyi, bu Müqavilədə göstərilən müddətdə və qaydada krediti və kredit üzrə hesablanacaq faizləri Banka qaytarmağı öhdəsinə götürür. Həmin Müqavilənin 5.3-cü bəndinə əsasən kredit vəsaitindən istifadə müddətinin axımı “Borcalan”ın ssuda hesabına kredit vəsaitinin köçürüldüyü təqvim tarixdən başlanır. Qeyd olunan kredit müqaviləsinin 6.1-ci bəndinə əsasən kredit üzrə faizlər şərti olaraq 360 gün götürülən illik faiz dövrünün kreditdən istifadə edilmiş günlərinin faktiki sayına görə kredit verənə illik 19 faiz ödəyir. Cavabdeh bank qarşısındakı öhdəliklərini bu günə kimi, lazımınca yerinə yetirməmişdir. Belə ki, cavabdehin banka olan borcu 10846,96 manat məbləğində əsas borc, 3472,28 manat məbləğində faiz borcu, ümumilikdə 14319,24 manat məbləği təşkil edir. Sonda iddiaçının nümayəndəsi məhkəmədən iddianın təmin olunması barədə qətnamə çıxarılmasını xahiş etdi. İddiaçının nümayəndəsi məhkəməyə ərizə göndərərək işə onların iştirakı olmadan baxılmasına və iddianın təmin edilməsinə dair qətnamə çıxarılmasını xahiş etmişdir. Məhkəmə iclasının vaxtı və yeri barədə lazımi qaydada xəbərdar edilmiş cavabdehlər məhkəməyə gəlməmişlər. Məhkəmə Azərbaycan Respublikası Mülki Prosessual Məcəlləsinin 185.5-ci maddəsinə əsasən cavabdehlərin iştirakı olmadan işə baxılmasını mümkün hesab etmişdir. Mülki iş materiallarında olan: - xx.xx.2017-ci il tarixli maliyyə arayışından görünür ki, Cavabdeh1 xx.xx.2013-cü il tarixli kredit müqaviləsinə əsasən 3472.28 manat borcu vardır. - xx.xx.2013-cü il tarixli kassa məxaric orderinin surətindən görünür ki, Cavabdeh1 “xxxx” ASC-dən 15568 manat pul götürmüşdür. - xx.xx.2013-cü il tarixli 172/01 G № kredit müqaviləsindən görünür ki, həmin müqaviləyə əsasən Cavabdeh1 avtomobil alınması məqsəd ilə “xxxx” Açıq Səhmdar Cəmiyyətindən 48 ay müddətinə illik 19%-lə götürdüyü 15725 manat məbləğində krediti qaytarmağı öhdəsinə götürmüşdür. - xx.xx.2013-cü il tarixli 172/01 G № zaminlik müqaviləsinin surətindən görünür ki, borc alan Cavabdeh1 öhdəliyi icra etmədikdə və ya lazımınca icra etmədikdən zamin Cavabdeh2 borc alanla birgə məsuliyyət daşımağı, həmin kredit öhdəliyini tamamilə icra etməyi öhdəsinə götürmüşdür. - xx.xx.2013-cü il tarixli 172 G № ipoteka müqaviləsindən görünür ki, kredit müqaviləsi üzrə öhdəliklərin təminatı olaraq Cavabdeh1 məxsus **-EB-*** dövlət qeydiyyat nişanlı, “GREAT WALL HAVAL H5T” markalı minik avtomobili (buraxılış ili 2013, Ban – LGWFF3A52CB003910, rəngi – qara metal) “xxxx” Açıq Səhmdar Cəmiyyəti qarşısında ipoteka ilə yüklü edilmişdir. - xx.xx.2013-cü il tarixli AA 078948 saylı İpoteka müqaviləsinin qeydiyyata alınması ilə əlaqədar daşınar əmlakın müvafiq rəsmi reyestrindən Çıxarışdan görünür ki, Cavabdeh1 məxsus **-EB-*** dövlət qeydiyyat nişanlı, “GREAT WALL HAVAL H5T” markalı minik avtomobil “xxxx” ASC qarşısında xx.xx.2013-cü il tarixdən xx.xx.2017-ci il tarixədək ipoteka ilə yüklü edilmişdir. - xx.xx.2015-ci il tarixli “xxxx” ASC-nin problemli aktivləri üzrə tələb hüququnun İddiaçı QSC-yə güzəşt edilməsinə dair müqavilənin surətindən görünür ki, “xxxx ASC-nin dövlətə məxsus səhmlərinin özəlləşdirilməyə hazırlanması ilə bağlı sağlamlaşdırma tədbirləri haqqında” Azərbaycan Respublikası Prezidentinin xx.xx.2015-ci il tarixli, 570 nömrəli Fərmanına uyğun olaraq xxxx ASC həmin Fərmanın 1-ci hissəsində nəzərdə tutulmuş özünə məxsus problemli aktivləri mərhələli şəkildə müvafiq həcmdə likvid vəsait müqabilində bankın balansından çıxararaq, İddiaçı QSC-nin idarəetməsinə verir və eyni zamanda həmin problemli aktivlər üzrə borclu şəxslərə qarşı özünün tələb hüququna da İddiaçı QSC-yə güzəşt edir. - xx.xx.2017-ci il tarixli təhvil-təslim aktından görünür ki, “xxxx” ASC Cavabdeh1 aid problemli aktivlərlə bağlı müvafiq sənədləri İddiaçı QSC-yə təhvil vermişdir. Məhkəmə işdə olan sənədləri tədqiq edib, toplanmış sübutların məcmusuna qiymət verərək belə nəticəyə gəlir ki, iddianın qismən təmin olunması barədə qətnamə çıxarılmalıdır. Belə ki, Azərbaycan Respublikası Mülki Məcəlləsinin: - 739-cu maddəsinə əsasən borc müqaviləsinə görə, iştirakçılardan biri (borc verən) pula və ya digər əvəz edilən əşyalara mülkiyyət hüququnu digər iştirakçıya (borc alana) keçirməyi öhdəsinə götürür, digər iştirakçı (borc alan) isə aldıqlarını müvafiq olaraq pul və ya eyni keyfiyyətdə və miqdarda olan eyni növlü əşyalar şəklində borc verənə qaytarmağı öhdəsinə götürür. Borc müqaviləsinin predmeti hər hansı pul məbləği olduqda, o, kredit müqaviləsi adlandırılır. - 427.3-ci maddəsinə əsasən əgər öhdəlik onun icrası gününü və ya icra edilməli olduğu vaxt dövrünü nəzərdə tutursa və ya müəyyənləşdirməyə imkan verirsə, öhdəlik həmin gün və ya bu cür dövr ərzində istənilən an icra edilməlidir. - 442.1-ci maddəsinə əsasən öhdəliyin icra edilməməsi dedikdə, onun pozulması və ya lazımınca icra edilməməsi (vaxtında icra edilməməsi və ya öhdəliyin məzmunu ilə müəyyənləşdirilmiş digər şərtləri pozmaqla icra edilməsi) başa düşülür. - 472.2-ci maddəsinə əsasən əgər zaminlik müqaviləsində ayrı qayda nəzərdə tutulmayıbsa, faizlərin, borcun tutulması üzrə məhkəmə xərclərinin və borclunun öhdəliyi icra etməməsi və ya lazımınca icra etməməsi nəticəsində kreditora dəyən zərərin əvəzinin ödənilməsi də daxil olmaqla, zamin kreditorun qarşısında borclu ilə eyni həcmdə məsuliyyət daşıyır. İşin faktiki hallarından görünür ki, tərəflər arasında kredit və zaminlik müqavilələri bağlanmış, lakin cavabdehlər həmin müqavilələr üzrə üzərlərinə götürdükləri öhdəliklərə əməl etməmişlər. Bununla belə, məhkəmə iddiaçının Cavabdeh2 qarşı iddia tələbini əsassız hesab edir. Çünki Azərbaycan Respublikası Mülki Məcəlləsinin 477.0.4.-cü maddəsinə əsasən zaminlik müqaviləsində göstərilmiş onun verilmə müddəti qurtarması, belə müddət təyin edilmədikdə zaminliyə onun təmin etdiyi öhdəliyin icrası vaxtının çatdığı gündən bir il ərzində kreditorun zaminə qarşı iddia irəli sürmədiyi halda xitam verilir. Əsas öhdəliyin icrası müddəti göstərilmədikdə və müəyyənləşdirilə bilmədikdə və ya tələbetmə məqamı ilə müəyyənləşdirilə bildikdə zaminliyə zaminlik müqaviləsinin bağlandığı gündən iki il ərzində kreditorun zaminə qarşı iddia irəli sürmədiyi halda xitam verilir. Bu baxımdan, Cavabdeh2 qarşı irəli sürülmüş iddia tələbi ilə bağlı məhkəmə qeyd edir ki, xx.xx.2013-cü il tarixdə 48 ay müddətinə bağlanmış zaminlik müqaviləsinin müddəti xx.xx.2017-ci il tarixdə bitsə də, öhdəliyin icrası vaxtının çatdığı gündən bir il ərzində kreditor zamin Cavabdeh2 qarşı iddia tələbi irəli sürməmişdir. Bu isə yuxarıda qeyd olunan Zaminlik müqaviləsi və Qanunun normasına əsasən zaminlik öhdəliyinə xitam verildiyinə dəlalət etdiyindən, Cavabdeh2 qarşı iddia tələbi əsassız olduğuna görə rədd edilməlidir. Sadalanan xüsusatlara və qanunvericilik normalarına əsasən məhkəmə sübutlara məcmu halında qiymət verərək hesab edir ki, kredit müqaviləsi üzrə borc alan Cavabdeh1 öhdəliyini lazımınca yerinə yetirmədiyindən iddiaçının borcun tutulmasına dair iddia tələbi ona münasibətdə təmin edilməlidir. Buna görə də məhkəmə hesab edir ki, Cavabdeh1 xx.xx.2013-cü il tarixli kredit müqaviləsi üzrə 10846.96 manat əsas, 3472.28 manat faiz, cəmi 14319.24 manat məbləğində borc iddiaçının xeyrinə tutulmalıdır Habelə Azərbaycan Respublikası Mülki Məcəlləsinin 319.1-ci maddəsinə əsasən əgər borclu icranı təmin etmək üçün əşyanın ipotekaya verildiyi öhdəliklərin yerinə yetirilməsini gecikdirmişsə, ipoteka saxlayan ipoteka ilə yüklü edilmiş obyekti açıq hərracdan satmaq hüququna malikdir. Eyni zamanda “İpoteka haqqında” Azərbaycan Respublikası Qanununun xx.xx.2018-ci il tarixədək qüvvədə olmuş: - 33-cü maddəsinə əsasən borclu əsas öhdəliyi icra etmədikdə və ya lazımınca icra etmədikdə, ipoteka saxlayanın tələbinin ödənilməsi üçün ipoteka predmetinə tutma yönəldilə bilər. - 47.5-ci maddəsinə əsasən ipoteka predmetinin satışından götürülən məbləğ ipoteka saxlayanın tələbinin ödənilməsi üçün yetərli deyildirsə, o, çatışmayan məbləği, əgər ipoteka müqaviləsində ayrı qayda nəzərdə tutulmayıbsa, borclunun başqa əmlakından almaq hüququna malikdir. Məhkəmə işin faktiki hallarını şərh olunan hüquq normaları əsasında qiymətləndirərək hesab edir ki, Cavabdeh1 müqaviləyə əsasən üzərinə götürdüyü öhdəlikləri lazımi qaydada icra etmədiyinə görə tələbin ipoteka predmetinə yönəldilməsi üçün əsas yaranmışdır. İddia təmin edildiyinə görə Azərbaycan Respublikası Mülki - Prosessual Məcəlləsinin 119.1-ci maddəsinə əsasən məhkəmə hesab edir ki, iddia ərizəsi verərkən dövlət rüsumu kimi ödədiyi 30 manat cavabdehdən iddiaçının xeyrinə tutulmalıdır. Yuxarıda göstərilənlərə əsasən və Azərbaycan Respublikası Mülki Prosessual Məcəlləsinin 216-220, 227, 233, 357, 360 və 362-ci maddələrini rəhbər tutaraq, məhkəmə QƏT ETDİ: İddia qismən təmin edilsin. Cavabdeh1 xx.xx.2013-cü il tarixli kredit müqaviləsi üzrə 10846.96 manat əsas, 3472.28 manat faiz, 14319 (on dörd min üç yüz on doqquz) manat 24 (iyirmi dörd) qəpik məbləğində borc və ödənilmiş 30 (otuz) manat dövlət rüsumu İddiaçı Qapalı Səhmdar Cəmiyyəti X6 Təşkilatının xeyrinə tutulsun və tutma Cavabdeh1 mülkiyyətində olan **-EB- *** dövlət qeydiyyat nişanlı, “GREAT WALL HAVAL H5T” markalı minik avtomobilinə yönəldilsin. **-EB-*** dövlət qeydiyyat nişanlı, “GREAT WALL HAVAL H5T” markalı minik avtomobili açıq hərracdan satılsın və satışdan əldə olunan məbləğ hesabına Cavabdeh1 İddiaçı Qapalı Səhmdar Cəmiyyəti X1 14319.24 manat borcu və 30 manat dövlət rüsumu ödənilsin. Satışdan əldə olunan vəsaitin borc məbləğindən artıq qalan hissəsi Cavabdeh1 qaytarılsın, satışdan əldə olunan vəsait borcun ödənilməsinə kifayət etmədikdə isə əksik qalan borc məbləği Cavabdeh1 tutulub İddiaçı Qapalı Səhmdar Cəmiyyəti X1 xeyirinə ödənilsin. İddia qalan hissədə təmin edilməsin. Qətnamədən onun tərəflərə rəsmi qaydada təqdim edildiyi gündən 1 (bir) ay müddətində Gəncə Şəhəri Nizami Rayon Məhkəməsi vasitəsi ilə Gəncə Apellyasiya Məhkəməsinə apellyasiya şikayəti verilə bilər. Qətnamədən şikayət verilmədikdə, qəbul edildiyi gündən 1 (bir) ay keçdikdən sonra qanuni qüvvəyə minir. Sədrlik edən: Kənan Hüseynov
Məhkəmə qərarları › İş №2(044)-1177/2020
Gəncə Şəhəri Nizami Rayon Məhkəməsi Qətnamə — İş №2(044)-1177/2020
24.11.2020 · Müqavilələrdən əmələ gələn öhdəliklər üzrə mübahisələr - Kredit müqaviləsi üzrə mübahisələr - İpoteka müqaviləsi üzrə mübahisələr - İpoteka borcunun ödənilməsinin əmlaka yönəldilməsinə dair mübahisələr
Mənbə: Azərbaycan məhkəmə sistemi (courts.gov.az) — anonimləşdirilmiş rəsmi mətn. Dataset: Azerbaijan Court Data (CC-BY-4.0).
Mənbə: Azərbaycan məhkəmə sistemi (courts.gov.az) — anonimləşdirilmiş rəsmi mətn. Dataset: Azerbaijan Court Data (CC-BY-4.0).
Bu qərar sizin işinizə uyğun gəlirmi?
Sualınızı yazın — cavab qanun maddələri və məhkəmə təcrübəsi əsasında hazırlanır.
Sual ver