Məhkəmə qərarları › İş №2(044)-118/2021

Gəncə Şəhəri Nizami Rayon Məhkəməsi Qətnamə — İş №2(044)-118/2021

21.04.2021 · Mənzil mübahisələri - Mənzildən çıxarılma
Mənbə: Azərbaycan məhkəmə sistemi (courts.gov.az) — anonimləşdirilmiş rəsmi mətn. Dataset: Azerbaijan Court Data (CC-BY-4.0).

Azərbaycan Respublikası adından QƏTNAMƏ Gəncə şəhəri İş № 2(044)-118/2021 21.04.2021 GƏNCƏ ŞƏHƏRİ NİZAMİ RAYON MƏHKƏMƏSİ Hakim Hünmətov Zaur Adil oğlunun sədrliyi, Əsgərov Yadigar Əsgər oğlunun katibliyi, İddiaçı nümayəndəsi X3 iştirakı ilə İddiaçı cavabdeh X5 qarşı cavabdehin onun istifadəsində olan sahədən çıxarılması tələbinə dair iddia ərizəsi üzrə mülki işə açıq məhkəmə iclasında baxaraq, məhkəmə Müəyyən etdi: İddiaçı cavabdeh X5 qarşı iddia ərizəsi ilə məhkəməyə müraciət edərək cavabdeh tərəfindən qeyri-qanuni zəbt olunmuş, iddiaçıya məxsus Gəncə şəhəri Cavadxan küçəsi 67 nömrəli binanın 15,8 kv. metr yaşayış, 60,0 kv.metr köməkçi sahəli 1 otaqlı 8 nömrəli mənzilin boşaldıllması və mənzilin əvvəlki vəziyyətə qaytarılması haqqında qətnamə qəbul edilməsini xahiş etmişdir. İddiaçı iddia tələbinin həcminin dəyişdirilməsinə dair ərizə ilə məhkəməyə müraciət edərək istifadəsində olan sahədən cavabdehin çıxarılmasına dair qətnamə qəbul edilməsini xahiş etmişdir. İŞİN HALLARİ: İddiaçı tələbini onunla əsaslandırmışdır ki, Gəncə şəhər Nizami rayon Cavadxan küçəsi 67 nömrəli binanın 15,8 kv. metr yaşayış, 60,0 kv. metr köməkçi sahəli 1 otaqlı 8 nömrəli mənzili Gəncə şəhər İcra Hakimiyyəti MKTİB-nin xx xxxx 2014-cü il tarixli 70 nömrəli sərəncamı ilə onun istifadəsinə verilmişdir. O ailəsi ilə birlikdə bir neçə il müvəqqəti olaraq Rusiya Federasiyasında yaşamış, qayıdanda isə görmüşdür ki, ona məxsus mənzili cavabdeh X7 qeyri-qanuni olaraq zəbt edib, mənzili uçurub (mənzilin divar issəsi qalıb) yerində Avtomobilyuma məntəqəsi tikdirmiюdir. Dəfələrlə ona məxsus mənzilin boşaldılmasənı cavabdehdən tələb etsə də, qeyri-qanuni zəbt etdiyi mənzili boşaltmaqdan imtina etmiєdir. İş materiallarında olan aşağıda sadalanan sənədlər məhkəmə araşdırmasının predmetini təşkil etmişdir. Həmin sənədlərin məzmununa istinad edilir: Gəncə şəhər İcra Hakimiyyəti MKTİB-nin xx xxxx 2014-cü il tarixli 70 nömrəli sərəncamından görünür ki, Gəncə şəhər Nizami rayon Cavadxan küçəsi 67 nömrəli binanın 15,8 kv. metr yaşayış, 60,0 kv. metr köməkçi sahəli 1 otaqlı 8 nömrəli mənzilin kirayəçisi Terentova Ustinanın həmişəlik yaşamaq üçün Rusiya Federasiyasına getdiyini nəzərə alaraq mənzilin şəxsi hesab vərəqəsəi İddiaçı adına açılmış və onun istifadəsinə verilmişdir; Gəncə şəhər Nizami Rayon Məhkəməsinin xx xxxxxxxx 2014-cü il tarixli, 2(044)- 2934/14 nömrəli qətnaməsindən görünür ki, Gəncə şəhəri Nizami rayon Cavadxan küçəsi 67 nömrəli binanın 15,8 kv. metr yaşayış, 60,0 kv. metr köməkçi sahəli 1 otaqlı 8 nömrəli mənzilin İddiaçı faktiki istifadəsində olma faktı müəyyən edilərək, həmin mülkə onun mülkiyyət hüququ tanınmışdır; Gəncə şəhər Nizami rayon İcra hakimiyyəti Başçısının xx xxxxxxxx 2014-cü il tarixli sərəncamı ilə İddiaçı məxsus mülkdə yaşayışı qeyri-yaşayışa çevirərək müvafiq qaydada razılaşdırılmış layihə sənədləri əsasında avtomobillərin yuyulmasının tikintisinə icazə verilmişdir; Gəncə şəhər Nizami rayon İcra hakimiyyəti Başçısının xx xxxxxxx 2019-cu il tarixli Ə- 48-112 nömrəli məktubun məzmunundan görünür ki, İddiaçı adına Qala küçəsi, bina 8, mənzil 2-də yerləşən İddiaçı məxsus mülkdə yaşayış sahələrini qeyri-yaşayışa çevirərək avtomobillərin yuyulması məntəqəsinin tikilməsinə icazə verilməsi haqqında 1419 nömrəli xx.xx.2014-cü il tarixli sərəncam qeydiyyata alınmasına baxmayaraq həmin sərəncam və sərəncamın verilməsinə əsas olmuş arxiv sənədləri Rayon İcra Hakimiyyətində mövcud deyil; Daşınmaz Əmlakın Dövlət Reyestri Xidməti Hüquqların Dövlət Qeydiyyatı haqqında Daşınmaz Əmlakın Dövlət Reyestrindən Çıxarışdan görünür ki, Gəncə şəhəri Nizami rayonu, Qala küçəsində istifadədə olan 0,0333 ha torpaq sahəsində yerləşən 10 nömrəli, 1 mərtəbəli binanın 1-ci girişində,1-ci mərtəbəsində 232,6 kv. m ümumi, 160,7 kv. m yaşayış sahəsindən ibarət 8 otaqlı 1 nömrəli mənzil tam mülkiyyət hüququ üzrə İddiaçı adına daşınmaz əmlakın dövlət reyestrində 37 nömrəli reyestr kitabının 133 nömrəli vərəqində qeydiyyata alınmışdır; xx.xx.2016-cı il tarixli, AN-İ ******* nömrəli alqı-satqı müqaviləsindən görünür ki, ünvan 1 ünvanında yerləşən ümumi sahəsi 232,6 kv/metr, yaşayış sahəsi 160,7 kv. metr olan 8 otaqlı mənzilin tam mülkiyyət üzrə ona məxsus hissəsindən 232,6 kv. metr, 8 otaq X1; Daşınmaz Əmlakın Dövlət Reyestri Xidməti Hüquqların Dövlət Qeydiyyatı haqqında Daşınmaz Əmlakın Dövlət Reyestrindən Çıxarışdan görünür ki, Gəncə şəhəri Nizami rayonu, Qala küçəsində istifadədə olan 0,0302 ha torpaq sahəsində yerləşən 8 nömrəli, 1 mərtəbəli binanın 1-ci girişində,1-ci mərtəbəsində 168,6 kv. m ümumi, 156,8 kv. m yaşayış sahəsindən ibarət 7 otaqlı 1 nömrəli mənzil tam mülkiyyət hüququ üzrə İddiaçı adına daşınmaz əmlakın dövlət reyestrində 37 nömrəli reyestr kitabının 132 nömrəli vərəqində qeydiyyata alınmışdır; xx.xx.2016-cı il tarixli, AN-İ ******* nömrəli alqı-satqı müqaviləsindən görünür ki, ünvan 2 ünvanında yerləşən ümumi sahəsi 168,6 kv/metr, yaşayış sahəsi 156,8 kv. metr olan 7 otaqlı mənzilin tam mülkiyyət üzrə ona məxsus hissəsindən 168,6 kv. metr, 7 otaq X1; Daşınmaz Əmlakın Dövlət Reyestri Xidməti Hüquqların Dövlət Qeydiyyatı haqqında Daşınmaz Əmlakın Dövlət Reyestrindən Çıxarışdan görünür ki, Gəncə şəhəri Nizami rayonu, Qala küçəsində istifadədə olan 0,0411 ha torpaq sahəsində yerləşən 8 nömrəli, 1 mərtəbəli binanın 2-ci girişində,1-ci mərtəbəsində 82,7 kv. m ümumi, 53,7 kv. m yaşayış sahəsindən ibarət 3 otaqlı 2 nömrəli mənzil tam mülkiyyət hüququ üzrə İddiaçı adına daşınmaz əmlakın dövlət reyestrində 38 nömrəli reyestr kitabının 24 nömrəli vərəqində qeydiyyata alınmışdır; xx.xx.2016-cı il tarixli, AN-İ ******* nömrəli alqı-satqı müqaviləsindən görünür ki, ünvan 3 ünvanında yerləşən ümumi sahəsi 82,7 kv/metr, yaşayış sahəsi 53,7 kv. metr olan 3 otaqlı mənzilin tam mülkiyyət üzrə ona məxsus hissəsindən 82,7 kv. metr, 3 otaq X1; Azərbaycan Respublikası Ədliyyə Nazirliyi Məhkəmə Ekspertiza Mərkəzinin 1106 nömrəli rəyindən görünür ki, Avtoyuma məntəqsinin bir hissəsi(giriş hissəsi)Gəncə şəhəri Qala küçəsində yerləşir.Gəncə şəhəri Cavadxan küçəsi 67 nömrəli binanın 15,8 kv.metr yaşayış, 60,0 kv. metr köməkçi sahəsi 1 otaqlı 8 saylı yaşayış evinin həmin ünvanda olmadığı(söküldüyü)və həmin ərazinin daxilində avtoyuma məntəqəsinin bir hissəsinin yerləşdiyi müəyyən edilir; Azərbaycan Respublikası “X4”nin xx xxxx 2021-ci il tarixli,84 nömrəli rəyindən görünür ki, tədqiq olunan autoyuma məntəqəsinin 360 kv. metr hissəsi iş materiallarına əlavə edilmiş sərəncama uyğun olaraq Gəncə şəhəri, Qala küçəsi bina 8 mənzil 2 ünvanında yerləşir, qalan 90 kv.metr hissəsi isə Cavadxan küçəsi ərazisində yerləşir. Mübahisəli ərazi Autocad və Arcmap proqramları vasitəsilə hazırlanan ortofotoplanda aydın şəkildə göstərilmişdir. Gəncə şəhəri, Cavadxan küç, 67 nömrəli binanın 15.8 kv.m yaşayış, 60 kv.m köməkçi sahəli 1 otaqlı 8 nömrəli mənzil ilə avtomobil yuma məntəqəsinin yerləşdiyi torpaq sahəsi üst-üstə düşmür. Rəyə əlavə olunan Go Map Azərbaycan Xəritəsindən istifadə olunaraq tərtib edilən plan-sxemdən də görünür ki, sözügedən 67 saylı bina mübahisəli avtoyuma məntəqəsinə qonşu olan binalardır. ETİRAZİN DƏLİLLƏRİ VƏ TƏRƏFLƏRİN İZAHATLARİ Məhkəmə iclasında iştirak edən İddiaçı nümayəndəsi X6 iddia tələbinin təmin edilməsinə dair qətnamə qəbul edilməsini xahiş etdi. Məhkəmə iclasının vaxtı və yeri barədə lazımi qaydada məlumatlandırılmasına baxmayaraq cavabdeh və onun vəkili məhkəmə iclasına gəlməmişlər. Məhkəmə işə onların iştirakları olmadan baxılmasını mümkün hesab etmişdir HÜQUQİ MƏSƏLƏLƏR Məhkəmə iddiaçının izahatlarını dinləyərək, iddia ərizəsinin dəlillərini nəzərə alaraq, işdə olan sübutları işin bütün faktiki hallarının tam, hərtərəfli və obyektiv araşdırılmasına əsaslanmaqla qiymətləndirərək belə hesab edir ki, iddia əsassız olduğundan rədd edilməlidir. Belə ki, Azərbaycan Respublikası Mülki Məcəlləsinə əsasən mülkiyyətçi hüquqları mülkiyyətçi olmasa da, bu Məcəllədə və ya müqavilədə nəzərdə tutulan əsasla əmlaka sahiblik edən şəxsə də mənsubdur (maddə 157.8). Mülkiyyətçi qanunvericiliklə və ya başqa şəkildə, o cümlədən müqavilə məhdudiyyətləri ilə müəyyənləşdirilmiş hədlərdə əmlaka (əşyaya) sərbəst surətdə sahib ola bilər, ondan istifadə edə bilər və ona dair sərəncam verə bilər, həmin əmlaka başqa şəxslərin sahibliyinə yol verməyə bilər, ona mənsub əmlak barəsində öz mülahizəsi ilə istənilən hərəkətləri edə bilər, bir şərtlə ki, həmin hərəkətlər qonşuların və ya üçüncü şəxslərin hüquqlarını pozmasın, yaxud hüquqdan sui-istifadə olmasın (152). Mülkiyyətçi özgəsinin qanunsuz sahibliyindən öz əmlakını geri tələb edə bilər (157.2). Sahiblik qadağan edilmiş özbaşınalıq yolu ilə pozulduqda sahib pozucudan pozuntulara son qoymağı tələb edə bilər (maddə 165). Torpaq Məcəlləsinin 66-cı maddəsinin 1 və 2-ci hissələrinə müvafiq olaraq dövlət və bələdiyyə mülkiyyətində olan torpaq sahələrinin hər hansı hüquqda hüquqi və fiziki şəxslərə verilməsi müvafiq icra hakimiyyəti orqanının və ya bələdiyyənin qərarı və tərəflər arasında bağlanmış müqavilə əsasında həyata keçirilir. Xüsusi mülkiyyətdə olan torpaqlar üzərində bütün hüquqların başqasına keçməsi isə tərəflər arasında bağlanmış və notarial qaydada təsdiq edilmiş müqavilə əsasında həyata keçirilir. Müqavilədə tərəflərin hüquqları və vəzifələri, torpaq sahəsinin hüquqi statusu, öhdəliklər, məhdudiyyətlər və servitutlar, müqaviləyə xitam verilməsinin əsasları və torpaqların istifadəsi və mühafizəsi üzrə digər şərtlər nəzərdə tutulur. Torpaq üzərində hüquqlar (müddəti on bir aydan az olan icarə və istifadə hüquqları istisna olmaqla) qanunvericiliklə müəyyən edilmiş qaydada daşınmaz əmlakın dövlət reyestrində dövlət qeydiyyatına alınırvə həmin reyestrdən çıxarışla rəsmiləşdirilir. Mülki Məcəllənin 139.1-ci maddəsinə əsasən isə mülkiyyət hüququ və daşınmaz əmlaka digər hüquqlar, bu hüquqların məhdudlaşdırılması, əmələ gəlməsi, başqasına keçməsi və xitamı dövlət qeydiyyatına alınmalıdır. Mülkiyyət hüququ, istifadə hüququ, ipoteka, servitutlar, habelə daşınmaz əmlaka digər hüquqlar Mülki Məcəllədə və qanunvericilikdə nəzərdə tutulan hallarda qeydə alınmalıdır. Göründüyü kimi, torpaq və mülki qanunvericiliyə əsasən torpaq üzərində mülkiyyət hüququnun əldə edilməsi dövlət qeydiyyatından keçirildikdən sonra yaranır. Daşınmaz əmlaka mülkiyyət hüququnun əmələ gəlməsində dövlət qeydiyyatının əhəmiyyətini açıqlayaraq, Konstitusiya Məhkəməsinin Plenumu qeyd etmişdir ki, Azərbaycan Respublikasınınqanunvericiliyində təsbit edilmiş mülkiyyət hüququnun təminatı mexanizmi məhz daşınmaz əmlakın dövlət reyestrində qeydiyyatı əsasında həyata keçirilir. Daşınmaz əmlaka aid olanməlumatların vahid dövlət reyestrində qeydiyyatı həm dövlət, həm də mülkiyyətçilərin mənafelərinin qorunması baxımından vacibdir. Daşınmaz əmlakın dövlət qeydiyyatının nəticəsində şəxsin qanuni əsaslarla əldə etdiyi müvafiq daşınmaz əmlaka mülkiyyət hüququnun tanınması bu hüququn pozulmasının və mübahisə edilməsinin qarşısını alır. Daşınmaz əmlakın dövlət qeydiyyatı əmlaka dair mülkiyyət hüququnu təsdiqləyən sənədlərin həqiqiliyinə və əsaslılığına təminat kimi qiymətləndirilir(Konstitusiya Məhkəməsi Plenumunun “Azərbaycan Respublikası Mülki Məcəlləsinin 178.8-ci maddəsinin şərh edilməsinə dair”xx xxxxxxx 2010-cu il tarixli və Müşfiq Bayramovun şikayəti üzrə x xxxx 2011-ci il tarixli Qərarları). Göründüyü kimi,torpaq və mülki qanunvericilik daşınmaz əmlaka (o cümlədən torpaq sahəsinə) dair tam mülkiyyət hüququnu həmin hüquq müvafiq dövlət orqanında rəsmi qeydiyyata alındıqda tanıyır. Cavabdehin daşınmaz əmlaka dair hüquqları dövlət qeydiyyatına alınmış, cavabdeh tərəfdən iddiaçının iddia etdiyi torpaq sahəsinin zəbt edilməsi halları müəyyən edilməmişdir. Belə ki, işin hallarından göründüyü kimi Gəncə şəhər Nizami rayon Cavadxan küçəsi 67 nömrəli binanın 15,8 kv. metr yaşayış, 60,0 kv. metr köməkçi sahəli 1 otaqlı 8 nömrəli mənzili Gəncə şəhər İcra Hakimiyyəti MKTİB-nin xx xxxx 2014-cü il tarixli 70 nömrəli sərəncamı ilə onun istifadəsinə verilmişdir. Daşınmaz Əmlakın Dövlət Reyestri Xidməti Hüquqların Dövlət Qeydiyyatı haqqında Daşınmaz Əmlakın Dövlət Reyestrindən Çıxarışa əsasən Gəncə şəhəri Nizami rayonu, Qala küçəsində istifadədə olan 0,0333 ha torpaq sahəsində yerləşən 10 nömrəli, 1 mərtəbəli binanın 1-ci girişində,1-ci mərtəbəsində 232,6 kv. m ümumi, 160,7 kv. m yaşayış sahəsindən ibarət 8 otaqlı 1 nömrəli mənzil, Gəncə şəhəri Nizami rayonu, Qala küçəsində istifadədə olan 0,0302 ha torpaq sahəsində yerləşən 8 nömrəli, 1 mərtəbəli binanın 1-ci girişində,1-ci mərtəbəsində 168,6 kv. m ümumi, 156,8 kv. m yaşayış sahəsindən ibarət 7 otaqlı 1 nömrəli mənzil və Gəncə şəhəri Nizami rayonu, Qala küçəsində istifadədə olan 0,0411 ha torpaq sahəsində yerləşən 8 nömrəli, 1 mərtəbəli binanın 2-ci girişində,1-ci mərtəbəsində 82,7 kv. m ümumi, 53,7 kv. m yaşayış sahəsindən ibarət 3 otaqlı 2 nömrəli mənzil İddiaçı tərəfindən X1. İddiaçının tələbi ondan ibarətdir ki, cavabdeh qeyri-yaşayış sahəsi inşa etməklə onun istifadəsində olan mənzili zəbt etməklə uçurmuşdur. İddia tələbinə hüquqi qiymətin verilməsi xüsusi bilik tələb etdiyindən iş üzrə məhkəmə-tikinti ekspertizası təyin edilmiş və Azərbaycan Respublikası Ədliyyə Nazirliyi Məhkəmə Ekspertiza Mərkəzinin rəyi ilə Avtoyuma məntəqsinin bir hissəsinin(giriş hissəsi)Gəncə şəhəri Qala küçəsində yerləşməsi, Gəncə şəhəri Cavadxan küçəsi 67 nömrəli binanın 15,8 kv.metr yaşayış, 60,0 kv. metr köməkçi sahəsi 1 otaqlı 8 saylı yaşayış evinin həmin ünvanda olmadığı(söküldüyü)və həmin ərazinin daxilində avtoyuma məntəqəsinin bir hissəsinin yerləşdiyi müəyyən edilmişdir. Həmin ekspert rəyinin təsviri hissəsində göstərilmişdir ki, Azərbaycan Respublikası Əmlak Məsələləri Dövlət Komitəsi yanında Daşınmaz Əmlakın Kadastrı və Ünvan Reyestri Xidmətinin rəis müavini Rafiq Süleymanovun imzası ilə təsdiq edilmiş xx xxxxx 2019-cu il tarixli **********71 saylı mütəxəssis rəyi və sxemlərdən görünür ki, araşdırılma aparılaraq mübahisəli daşınmaz əmlak obyektlərinə dair mülkiyyət hüququnu təsdiq edən sənədlərə əsasən rəy verilmişdir. Müəyyən edilmişdir ki, sözügedən avtomobil yuma məntəqəsinə dair mülkiyyət hüququnu təsdiq edən sənəd və qərardad sualında qeyd olunan sərəncam (sərəncam mülkiyyət hüququnu təsdiq edən sənəd deyil) mülki iş materiallarına əlavə edilmədiyindən tərəflərindən aparılan araşdırma zamanı, avtomobil yuma məntəqəsinin faktiki yerləşmə müvqeyinə əsaslanılmışdır. İddiaçı X2 məxsus Azərbaycan Respublikası Daşınmaz Əmlakın Dövlət Reyestri Xidməti Hüquqların Dövlət Qeydiyyatı haqqında Daşınmaz Əmlakın Dövlət Reyestrindən verilmiş MH seriyalı ******* nümrəli Çxarışa və həmin çıxarışa dair **********41-05 9 69 001 Reyestr nömrəli Texniki Pasporta əsasən, ünvan 4 ünvanının yerləşdiyi torpsq sahəsi ilə avtomobil yuma məntəqəsinin yerləşdiyi torpaq sahəsi fərqli sahələr olduğu göstərilmişdir. Göründüyü kimi mütəxəssis rəyi ilə ekspertin verdiyi rəy arasında ziddiyət olmasına baxmayaraq ekspertin nəyə əsasən rəyin nəticə hissəsində göstərilmiş qənaətə gəlməsi rəydə əsaslandırılmamışdır. Bu səbəbdən cavabdehin faktiki istifadəsində olan qeyri-yaşayış sahəsi ilə iddiaçının tələb etdiyi yaşayış sahəsinin koordinatlarının müəyyən edilməsi məqsədilə əlavə-məhkəmə tikinti texniki ekspertizası təyin edilərək, ekspertizanın aparılması başqa ekspertə həvalə edilmişdir. Azərbaycan Respublikası X4nin rəyi ilə müəyyən edilmişdir ki, avtoyuma məntəqəsinin 360 kv. metr hissəsi iş materiallarına əlavə edilmiş sərəncama uyğun olaraq Gəncə şəhəri, Qala küçəsi bina 8 mənzil 2 ünvanında yerləşir, qalan 90 kv.metr hissəsi isə Cavadxan küçəsi ərazisində yerləşir. Gəncə şəhəri, Cavadxan küç, 67 nömrəli binanın 15.8 kv.m yaşayış, 60 kv.m köməkçi sahəli 1 otaqlı 8 nömrəli mənzil ilə avtomobil yuma məntəqəsinin yerləşdiyi torpaq sahəsi üst-üstə düşmür. Rəyə əlavə olunan Go Map Azərbaycan Xəritəsindən istifadə olunaraq tərtib edilən plan-sxemdən də görünür ki, sözügedən 67 saylı bina mübahisəli avtoyuma məntəqəsinə qonşu olan binalardır. Beləliklə məhkəmə araşdırılması zamanı müəyyən edilmişdir ki, avtoyuma məntəqəsinin 360 kv. metr hissəsi ünvan 5 ünvandakı yaşayış sahəsi də xx.xx.2016-cı il tarixli, AN-İ ******* nömrəli alqı-satqı müqaviləsinə əsasən X1. Beləliklə iddiaçı sübut edə bilməmişdir ki, cavabdeh onun istifadəsində olan torpaq sahəsinə sahiblənmişdir. Məhkəmə onu da qeyd edir ki, iddiaçıya məxsus evin uçurulması nəticəsində onun dəymiş ziyan tələbi ilə bağlı məhkəməyə müraciət etmək hüququnun olması istisna edilmir. Azərbaycan Respublikası Mülki Prosessual Məcəllənin 14.2-ci maddəsinə görə məhkəmə yalnız tərəflərin təqdim etdikləri sübutları araşdırmalı və onlardan istifadə etməlidir. Həmin Məcəllənin 77.1-ci maddəsinə görə isə hər bir tərəf öz tələblərinin və etirazlarının əsası kimi istinad etdiyi halları sübut etməlidir. Məhkəmə iş üzrə sübutlara Mülki Prosessual Məcəllənin 88-ci maddəsinin tələblərinə uyğun olaraq obyektiv, qərəzsiz, hərtərəfli və tam baxdıqdan sonra həmin sübutlara tətbiq edilməli hüquq normalarına müvafiq olaraq qiymət vermiş, iddia ərizəsində qoyulmuş tələb üzrə nəticəyə gələrkən isə Mülki Prosessual Məcəllənin 217.4-cü maddəsində təsbit edilmiş bilavasitəlilik prinsipinə uyğun olaraq yalnız məhkəmə iclasında tədqiq olunmuş sübutlara əsaslanmışdır. Həmin Məcəllənin 106.1-ci maddəsinə əsasən işdə iştirak edən şəxslərin iş üçün əhəmiyyətli olan və onlara məlum olan faktlar barədə izahatları iş üzrə toplanmış digər sübutlarla yoxlanılmalı və qiymətləndirilməlidir. Beləliklə məhkəmə bu qənaətə gəlir ki, iddia tələbi əsassız olduğundan təmin edilməməlidir. Azərbaycan Respublikası Mülki-Prosessual Məcəlləsinin 107-ci maddəsinə əsasən, məhkəmə xərcləri dövlət rüsumundan və işə baxılması ilə əlaqədar olan məsrəflərdən ibarətdir. Mülki Prosessual Məcəllənin 119.1-ci maddəsinə görə məhkəmə xərcləri ödənilmiş tələblərin məbləğinə münasib olaraq işdə iştirak edən şəxslərə aid edilir. Buna görə məhkəmə hesab edir ki, iddiaçı tərəfindən ödənilmiş dövlət rüsumu onun özünə aid edilməlidir. Məhkəmə hesab edir ki, iş üzrə ekspertiza tədqiqatlarının dəyəri olan 100 manat İddiaçı tutularaq Azərbaycan Respublikası Ədliyyə Nazirliyi Məhkəmə Ekspertiza Mərkəzinin hesabına, 300 manat isə İddiaçı tutularaq Azərbaycan Respublikası X4nin hesabına ödənilməlidir. Azərbaycan Respublikası Mülki Prosessual Məcəlləsinin 216-220, 227, 233, 358, 360 və 362-ci maddələrini rəhbər tutaraq, məhkəmə Q Ə T E T D İ: İddia tələbi təmin edilməsin. İş üzrə ekspertiza tədqiqatının dəyəri olan 100 manat İddiaçı tutularaq Azərbaycan Respublikası Ədliyyə Nazirliyi Məhkəmə Ekspertiza Mərkəzinin hesabına, 300 manat isə İddiaçı tutularaq Azərbaycan Respublikası X4nin hesabına (Kapital Bank ASC Sahil filialı, Kod 201218; VÖEN **********;SWİFT kod AİİBAZ2X; M/h:AZ37NABZ********************;VÖEN**********;HesabAz64AİİB400900C**********208) ödənilsin. Qətnamədən, rəsmi qaydada verildiyi vaxtdan 1(bir) ay müddətində Gəncə şəhəri Nizami rayon Məhkəməsi vasitəsilə Gəncə Apelyasiya Məhkəməsinə apelyasiya şikayəti verilə bilər. Qətnamədən şikayət verilməzsə, qəbul edildiyi gündən bir ay keçdikdən sonra qanuni qüvvəyə minir. Sədrlik edən: Zaur Hünmətov

Bu qərar sizin işinizə uyğun gəlirmi?

Sualınızı yazın — cavab qanun maddələri və məhkəmə təcrübəsi əsasında hazırlanır.

Sual ver

Eyni kateqoriyada digər qərarlar