Məhkəmə qərarları › İş №2(044)-1184/2021

Gəncə Şəhəri Nizami Rayon Məhkəməsi Qətnamə — İş №2(044)-1184/2021

18.05.2021 · Mənzil mübahisələri - Mənzildən çıxarılma
Mənbə: Azərbaycan məhkəmə sistemi (courts.gov.az) — anonimləşdirilmiş rəsmi mətn. Dataset: Azerbaijan Court Data (CC-BY-4.0).

Azərbaycan Respublikası adından QƏTNAMƏ Gəncə şəhəri İş № 2(044)-1184/2021 18.05.2021 GƏNCƏ ŞƏHƏRİ NİZAMİ RAYON MƏHKƏMƏSİ Hakim Şirinov Gündüz Əhməd oğlunun sədrliyi, Orucov Maarif Arif oğlunun katibliyi, İddiaçının nümayəndəsi X2 iştirakı ilə, İddiaçı QSC-nin Cavabdeh qarşı “evdən çıxarılma, əmlakın boşaldılması və iddiaçıya təhvil verilməsi” tələbinə dair iddiası üzrə mülki işə Gəncə şəhəri Nizami Rayon Məhkəməsinin binasında açıq məhkəmə iclasında baxaraq, məhkəmə MÜƏYYƏN ETDİ: İddiaçı QSC Cavabdeh qarşı “evdən çıxarılma, əmlakın boşaldılması və iddiaçıya təhvil verilməsi” tələbinə dair iddia ərizəsi ilə məhkəməyə müraciət edərək, Cavabdeh Gəncə şəhəri, Nizami rayonu, Qaraməmmədli yaşayış massivinin cənub qərbində yerləşən əmlak kompleksindən məcburi çıxarılması və əmlak kompleksinin boşaldılaraq İddiaçı QSC-nə təhvil verilməsi barədə qətnamə çıxarılmasını xahiş etmişdir. İddia ərizəsi onunla əsaslandırılmışdır ki, Gəncə şəhər Kəpəz Rayon Məhkəməsinin 20.02.2017-ci il tarixli qətnaməsinə əsasən cavabehlər “Süleyman” adına X4, Cavabdeh və X1 müştərək qaydada cəmi 594537.28 ABŞ dolları borcun, məhkəmə xərclərinə görə 30 manatın tutulması, tələbin ipoteka predmeti olan Cavabdeh məxsus Gəncə şəhəri, Nizami rayonu, Qaraməmmədli yaşayış massivinin cənub qərbində yerləşən əmlak kompleksinə yönəldilməsi, həmin evin açıq hərracdan satılması, satışdan əldə olunmuş vəsait hesabına banka olan borcun ödənilməsi, iddianın qalan hissədə rədd edilməsi qət edilmişdir. Gəncə Apellyasiya Məhkəməsinin 12.10.2018-ci il tarixli qətnaməsinə əsasən cavabdehlərin apelyasiya şikayəti qismən təmin edilmiş, 4 kredit müqaviləsi üzrə tutulmalı olan cəmi borc məbləği dəyişdirilərək 581913.61 ABŞ dolları müəyyən edilmiş, ipoteka predmeti olan Gəncə şəhəri, Nizami rayonu, Qaraməmmədli yaşayış massivinin cənub qərbində yerləşən əmlak kompleksinin ilkin satış qiyməti 451000 manat, Gəncə şəhəri, Nizami Rayonu, Sevil Qazıyeva küçəsində yerləşən əmlak kompleksinin ilkin satış qiyməti 960000 manat müəyyən edilmişdir. Ali Məhkəmənin 25.07.2019-cu il tarixli qərarına əsasən cavabdehlərin kassasiya şikayəti qismən təmin edilmiş, Gəncə Apelyasiya Məhkəməsinin 12.10.2018-ci il tarixli qətnaməsi cərimə borcunun tutulması hissəsində dəyişdirilmiş, 4 kredit müqaviləsi üzrə tutulmalı olan cəmi məbləği 521913.61 ABŞ dolları müəyyən edilmiş, qalan hissədə qətnmə dəyişdirilmədən saxlanılmışdır. Hazırda Gəncə şəhəri, Nizami rayonu, Qaraməmmədli yaşayış massivinin cənub qərbində yerləşən əmlak kompleksi İddiaçı QSC-nin mülkiyyətindədir və bu barədə 31.01.2020-ci il tarixdə ********** qeydiyyat nömrəli çıxarış verilmişdir. Bundan sonra, mülki qanunvericiliyin tələblərinə uyğun olaraq Gəncə şəhəri, Nizami rayonu, Qaraməmmədli yaşayış massivinin cənub qərbində yerləşən əmlak kompleksinin 10 gün ərzində könüllü olaraq boşaldılması və banka təhvil verilməsi 02.09.2020-ci il tarixdə Cavabdeh pretenziya məktubu göndərilməsinə baxmayaraq əmlakı könüllü olaraq boşaldaraq İddiaçı QSC-nə təhvil verməmiş, bununla da cavabdeh əmlak üzərində mülkiyyətçi kimi hüquqlarının həyata keçirilməsinə mane olur. İddiaçının nümayəndəsi X3 məhkəmə iclasında iddia ərizəsinə uyğun izahat verdi və məhkəmədən iddia tələbinin təmin olunması barədə qətnamə çıxarılmasını xahiş etdi. Cavabdeh bayramov Səradr Hümbət oğlu məhkəmə iclasının vaxtı və yeri barədə xəbərdar edilməsinə baxmayaraq gəlməmişdir. Məhkəmə Azərbaycan Respublikası MPM-nin 185.5-ci maddəsinə əsasən işə cavabdehin iştirakı olmadan baxılmasını mümkün hesab etdi. Məhkəmə iddiaçının nümayəndəsinin izahatını dinləyib, iş materiallarını araşdırıb, sübutlara məcmu halında qiymət verərək hesab edir ki, iddia təmin edilməlidir. Belə ki, 31.01.2020-ci il tarixli ********** saylı çıxarışın surətindən görünür ki, Gəncə şəhəri, Nizami rayonu, Qaraməmmədli yaşayış massivinin cənub qərbində yerləşən əmlak kompleksi İddiaçı QSC-nin mülkiyyətindədir. Azərbaycan Respublikası Mülki Məcəlləsinin 157.1-ci maddəsinə əsasən, mülkiyyətçinin mülkiyyət hüququnun tanınmasını tələb etmək ixtiyarı vardır. Həmin Məcəllənin 157.2-ci maddəsinə əsasən, mülkiyyətçi özgəsinin qanunsuz sahibliyindən öz əmlakını geri tələb edə bilər. «Yaşayış yeri və olduğu yer üzrə qeydiyyat haqqında» Azərbaycan Respublikası Qanununun 9-cu maddəsinin 5-ci bəndinin tələbinə görə məhkəmənin qanuni qüvvəyə minmiş qətnaməsi ilə yaşayış yerindən istifadə hüququna xitam verildikdə müvafiq dövlət orqanı tərəfindən şəxs yaşayış yeri üzrə qeydiyyatdan çıxarılır. Beləliklə, məhkəmə iclasında təsdiq olundu ki, Gəncə şəhəri, Nizami rayonu, Qaraməmmədli yaşayış massivinin cənub qərbində yerləşən əmlak kompleksi 31.01.2020ci il tarixli ********** saylı çıxarışa əsasən iddiaçının xüsusi mülkiyyətindədir. Cavabdeh həmin əmlak kompleksindən çıxmadığından iddiaçının mülkiyət hüquqlarını pozmuşdur. İddiaçı qanuni əsaslarla özünə məxsus əmlakdan cavabdehin çıxarılmasını və banka təhvil verməsini tələb etmiş, cavabdeh həmin əmlak kompleksindən çıxmamış, faktiki olaraq iddiaçının mülkiyyət hüququnu pozmuşdur. Məhkəmə hesab edir ki, iddiaçının mülkiyyət hüququ müdafiə olunmalı, mülkiyyətindən maneəsiz istifadə etmək hüququ təmin olunmalı, cavabdeh Gəncə şəhəri, Nizami rayonu, Qaraməmmədli yaşayış massivinin cənub qərbində yerləşən əmlak kompleksindən çıxarılmalı və həmin əmlak kompleksi boşaldılaraq iddiaçıya təhvil verilməlidir. Şərh olunanlara əsasən və Azərbaycan Respublikası MPM-nin 216-220, 227, 233 və 360-cı maddələrini rəhbər tutaraq, məhkəmə QƏT ETDİ: İddia təmin olunsun. Cavabdeh Gəncə şəhəri, Nizami rayonu, Qaraməmmədli yaşayış massivinin cənub qərbində yerləşən əmlak kompleksindən çıxarılsın. Gəncə şəhəri, Nizami rayonu, Qaraməmmədli yaşayış massivinin cənub qərbində yerləşən əmlak kompleksi boşaldılsın və İddiaçı QSC-nə təhvil verilsin. İş üzrə ödənilmiş 10 manat dövlət rüsumu iddiaçıya aid edilsin. . Qətnamədən bir ay müddətində Gəncə şəhəri Nizami Rayon Məhkəməsi vasitəsilə Gəncə Apellyasiya Məhkəməsinə apellyasiya şikayəti verilə bilər. Sədrlik edən: Gündüz Şirinov

Bu qərar sizin işinizə uyğun gəlirmi?

Sualınızı yazın — cavab qanun maddələri və məhkəmə təcrübəsi əsasında hazırlanır.

Sual ver

Eyni kateqoriyada digər qərarlar