Azərbaycan Respublikası adından QƏTNAMƏ Gəncə şəhəri İş № 2(044)-1185/2022 07.06.2022 GƏNCƏ ŞƏHƏRİ NİZAMİ RAYON MƏHKƏMƏSİ hakim Hüseynov Kənan Zakir oğlunun sədrliyi, Quliyeva Günay Ələstun qızının katibliyi, İddiaçı, Cavabdeh nümayəndəsi Nümayəndə iştirakı ilə, İddiaçı Cavabdeh MMC-yə qarşı əmrin ləğv olunması, işə bərpa, istifadə olunmamış əmək məzuniyyətlərinə görə kompensasiyanın ödənilməsi, işləmədiyi dövr üçün əmək haqqının ödənilməsi tələbinə dair iddia ərizəsi üzrə mülki işə məhkəməsinin inzibati binasında açıq məhkəmə iclasında baxaraq, məhkəmə MÜƏYYƏN ETDİ: İddiaçı iddia ərizəsi ilə məhkəməyə müraciət edərək Cavabdeh MMC-nin X28 Mərkəzinin 27 dekabr 2021-ci il tarixli 280 № li əmrinin ləğv olunması, işə bərpa, 2015- 2016-2017-2018-2019-2020-ci illərin hər il üçün 42 təqvim günü olmaqla istifadə olunmamış əmək məzuniyyətlərinə görə 2907 kompensasiyanın və işləmədiyi dövr üçün əmək haqqının ödənilməsi barədə müvafiq qətnamə çıxarılmasını xahiş etmişdir. Məhkəmə baxışı zamanı iddiaçı iddianı müdafiə edərək izahatında göstərdi ki, o, 2014-cü ilin avqust ayından xx.xx.2021-ci il tarixinədək Cavabdeh MMC-nin X28 Mərkəzində həkim- anestezioloq vəzifəsində işləmişdir. xx.xx.2021-ci il tarixdə həmin tibb mərkəzinin təsisçisi X3 göstərişinə əsasən baş həkim Mahir Babayev onu xidməti otağına dəvət edərək, sabiq icraçı direktor X7 əleyhinə, guya qeydiyyatdan kənar daxil olmuş xəstələrin adamlarından xidmət haqqını alaraq ona verməyi barədə yalan izahat verməyi tələb etmiş, o, belə bir halın onun səlahiyyətinə aidiyyatı olmadığını və ümumiyyətlə Ülkər Kərimovaya heç vaxt pul vermədiyini bildirəndə, sonuncu həm Ülkər xanımın, həm də onun ünvanına nalayiq ifadələr işlətmişdir. xx.xx.2021-ci il tarixdə tibb müəssisəsinin təsisçisi İlham Əliyev tibb müəssisəsinə gələrək, ona heç bir əsas göstərmədən 10 günlük öz hesabına məzuniyyətə çıxmağı barədə ərizə yazmağını tələb etmiş, o, klinikanın təsisçisinin sözünü yerə salmamaq üçün deyilən ərizəni yazıb məzuniyyətə çıxmış, 10 gündən sonra yenidən işə qayıtdıqda, təsisçi İlham Əliyev onun xidməti otağına gələrək, sonuncunun onun təsisçisi olduğu klinikada işləməyini istəmədiyini bildirmişdir. O, onu hansı əsasla işdən çıxartmaq istədiyi soruşduqda, İlham müəllim sonuncuya “oğru və cinayətkar” olduğunu, öz xahişi ilə ərizə yazmadığı təqdirdə, onun barəsində materiallar toplayıb hüquq-mühafizə orqanlarına təqdim edəcəyi ilə hədələmişdir. Həmin gün Əliyev İlham onun iradəsinə qarşı çıxaraq ona yenidən 10 günlük ödənişsiz məzuiyyətə çıxmağı barədə ərizə yazdırmış və o, xx.xx.2021-ci il tarixədək məzuniyyətə çıxmışdır. xx.xx.2021ci il tarixinə 3 gün qalmış, o, cavabdehə poçt vasitəsilə onun ödənişsiz məzuniyyətinin başa çataçağı gün işdə olacağı barədə ərizə göndərmiş və xx.xx.2021-ci il tarixdə o, işə getmişdir. Lakin klinikanın mühafizəçiləri təsisçi İlham müəllimin göstərişinə əsasən onu içəri buraxmamışlar. Həmin vaxt o, İlham müəllimlə görüşüb məsələyə aydınlıq gətirmək istəsə də, iki saat klinikanın həyətində gözlədildikdən sonra görüş baş tutmamışdır. O, klinikanın kadrlar şöbəsinin müdiri Çimnaz Əhmədovayla telefon əlaqəsi saxlamış, olanlar barədə məlumat vermiş, Çimnaz xanım xx.xx.2021-ci il tarixdə səhər saat 11-də onun otağına getməyini və orada ona məlumat verəcəyini bildirmişdir. O, Çimnaz xanımın otağında olanda Çimnaz xanım təsisçi İlham Əliyevin onun öz xahişi ilə ərizə yazıb işdən çıxmasını tələb etdiyi bildirmişdir. O, təsisçinin tələbinə etiraz etmiş, ərizə yazmamışdır. Cavabdeh tərəfindən xx.xx.2021-ci il tarixdə və xx.xx.2021-ci il tarixdə onun üzürlü səbəb olmadan iş günü ərzində işdə olmamağı barədə saxta akt tərtib edilmiş, onun işə davamiyyətinin bərpa olunması barədə ünvanına göndərdiyi xx.xx.2021-ci il tarixli məktubuna xx.xx.2021-ci il tarixli 738 № li məktubunda heç bir əhəmiyyət vermədən onu maliyyə cinayəti törətməkdə ittiham edərək 26 gün geri tarixdə xx.xx.2021-ci il tarixə saat 12:00-da izahat verməyə dəvət etmişdir. O, işə buraxılmadığı dövr ərzində Azərbaycan Respublikasının Prezidenti İlham Əliyevin, ƏƏSMN-i yanında X16 Xidmətinin rəisi cənab Fuad Heydərovun, Azərbaycan Respublikasının Baş Prokuroru cənab Kamran Əliyevin ünvanlarına əmək hüquqlarının Cavabdeh MMC-nin X28 Mərkəzinin təsisçisi İlham Əliyev tərəfindən pozulması və pozulmuş əmək hüquqlarının bərpa olunması məqsədilə müraciət etmişdir. ƏƏSMN yanında X16 Xidmətinin Gəncə regional şöbəsinin araşdırmanın nəticəsi olaraq ona ünvanlanan xx.xx.2022-ci il tarixli **********2 № li məktubda onunla bağlanmış əmək müqaviləsinə xitam verilərkən əmək qanunvericiliyinin tələblərinə əməl olunmadığı aşkar edilmişdir. Sonda o, iddianın təmin olunmasına dair qətnamə çıxarılmasını xahiş etmişdir. Məhkəmə iclasında cavabdehin nümayəndəsi iddianı qəbul etməyərək etirazı məhkəməyə təqdim edib bildirmişdir ki, iddiaçının iddia ərizəsindəki qeyd etdiyi dəlillər həqiqəti əks etdirmir. Belə ki, xx.xx.1993-cü il təvəllüdlü vətəndaş İddiaçı xx.xx.2014-cü il tarixədək xx.xx.2021-ci il tarixinədək əmək müqaviləsi əsasında Cavabdeh MMC-nin X28 Mərkəzində “əlavə” iş yeri olaraq həkim anestezioloq-reanimatoloq vəzifəsində işləmişdir. xx.xx.2021-ci il tarixindən etibarən cəmiyyətin təsisçisinə daxil olmuş əsaslı şübhələrin və şikayətlərin araşdırılması ilə bağlı, mərkəzin fəaliyyəti üzrə təxirəsalınmaz daxili audit yoxlaması başlanılmasına qərar verilmiş, audit yoxlamasının nəticəsində mərkəzin fəaliyyəti üzrə İddiaçı tərəfindən törədilən bəzi nöqsanların aşkar edilməsi ilə bağlı araşdırmanın aparılması üçün o, maliyyə şöbəsinin otağına dəvət edilmiş və araşdırma zamanı yaranmış zərurətlə bağlı izahatının verilməsi ona bildirilmişdir. Lakin həkim İddiaçı izahat verməkdən imtina edərək, müəssisə daxili nizam-intizam qaydalarını pozaraq, digər əməkdaşların yanında Baş həkimə qarşı aqresiv şəkildə təhqiramiz sözlər demiş və bununlada qeyri-etik davranış nümayiş etdirərək, AR Əmək qanunvericiliyin tələblərini kobud şəkildə pozmuşdur. Qeyd olunan faktla bağlı məsələ rəsmləşdirilmiş və müvafiq akt tərtib edilmişdir. Daha sonra həkim İddiaçı öz xahişi və ərizələri əsasında ardıcıl olaraq xx.xx.2021-il tarixinədək ödənişsiz məzuniyyət hüququndan istifadə etmiş və 16.11.201-ci il tarixindən xx.xx.2021-ci il tarixinədək hər hansı bir üzürlü səbəbi təsdiq edən müvafiq sənəd təqdim etməmiş və işə gəlməmişdir. İşçiyə rəsmi qaydada məktub göndərilərək xx.xx.2021-ci il tarixində saat 12:00–da “X28 Mərkəzi”nin Kadrlar Şöbəsinə izahat verilməsi üçün dəvət olunmuş, o isə yuxarıda qeyd olunan məsələlərə yazılı şəkildə izahat təqdim etmişdir. İzahatla tanış olduqda İddiaçı işə gəlməməsi barədə heç bir izah olunmadığı aşkar edilmiş, telefon nömrəsi ilə əlaqə saxlanılmasına baxmayaraq, o dəstəyi qaldırmamışdır. Bu barədə də müvafiq akt tərtib olunmuşdur. İddiaçı iddiasında qeyd edir ki, guya o 2015-ci ildən 2020-ci ilədək “əmək məzuniyyəti”ndən istifadə etməmiş və istifadə etmədiyinə görə kompensasiya almamasını iddia edir, İddiaçı müvafiq “Tabel cədvəli” üzrə xx.xx.2015 il, xx.xx.2016 il, xx.xx.2017 il, xx.xx.2018 il, xx.xx.2019 il, xx.xx.2020 il və xx.xx.2021 il tarixlərində əmək məzuniyyətindən istifadə etmiş və həmin illər üzrə (6 illik) ona müvafiq məzuniyyət pulları onun əmək haqqı kartına köçürülmüşdür. İddia bu hissədədə əsassızdır. İddia ərizəsində qeyd olunur ki, iddiaçıya qarşı cəmiyyətin rəhbərliyi tərəfindən qeyri-etik sözlər istifadə edilmiş, rəhbərlik tərəfindən ona izahat yazmağını tələb etmək kimi, işdən çıxmağı tələb etmək kimi, öz hesabına məzuniyyətə çıxamağı zorla yazdırmaq kimi dəlillər öz ərizələri ilə təsdiqini tapmır. Belə ki, bütün ərizələri iddiaçı özü yazıb təqdim etmişdir. Təhqirlə bağlı isə əksinə iddiaçı izahat verməmək üçün baş həkimə qarşı qeyri-etik davranış və nəlayiq sözlər istifadə etmişdir. Bunlar rəsmləşdirilmiş sənədlərdə öz əksini tapır. Daha sonra iddiaçı hər bir şikayətində yazırdı ki, guya onu klinakaya muhafizəçilər buraxmırlar, lakin öz iddiasında həqiqəti yazaraq bildirib ki, o, dəfələrlə klinikanın 3-cü mərtəbəsində yerləşən kadrlar şöbəsinə 3 mühafizəçinin yanından sərbəst gedib-gəlibmişdir. Bu da iddianı əsasını təşkil edən halların həqiqət olmadığını göstərir. Bütün bu məslə ilə bağlı, iddiaçı özüdə iddiasında da qeyd edir, onun çoxsaylı şikayətləri əsasında (yuxarıda qeyd olunan məsələlər barədə) Azərbaycan Respublikasının Əmək və Əhalinin Sosial Müdafiəsi Nazirliyi yanında X16 Xidməti Gəncə regional ərazi şöbəsinə aparılan araşdırma üzrə ətraflı məlumatlar və sənədlər təqdim olunmuşdur. Araşdırmanın nəticəsi olaraq Azərbaycan Respublikasının Əmək və Əhalinin Sosial Müdafiəsi Nazirliyi yanında X16 Xidməti Gəncə regional ərazi şöbəsinin xx.xx.2022-ci il tarixli MN №1064659 saylı Qərarla Cavabdeh direktoru X8 AR İnzibati Xətalar Məcəlləsinin 192.4 və 192.6-cı maddələrinin tələblərini pozduğuna görə, barəsində inzibati təmbeh növü kimi 1.500 manat inzibati cərimə tətbiq edilməsi barədə Qərar qəbul edilmişdir. Sözügedən inzibati Qərardan Gəncə şəhəri Nizami Rayon Məhkəməsinə şikayət verilərək AR ƏƏSMN yanında DƏMX Gəncə RƏŞ-nin xx.xx.2022-ci il tarixli MN №1064659 saylı inzibati tənbeh vermə haqqında Qərarın AR İXM-nin 192.6-cı maddəsinə hissəsini ləğv edilməsinə və həmin hissədə inzibati xəta haqqında iş üzrə icraata xitam verilməsi barədə Qərar qəbul edilməsini xahiş etmişlər. Lakin Gəncə şəhəri Nizami Rayon Məhkəməsi xx.xx.2022 il tarixli 3(044)-118/2022 saylı Qərarı ilə şikayətlərin təmin etməmişdir. Daha sonra Gəncə şəhəri Nizami Rayon Məhkəməsinin xx.xx.2022 il tarixli 3(044)-118/2022 saylı X6 Məhkəməsinin Cinayət kollegiyasına şikayət vermişlər və həmin məhkəmənin xx.xx.2022 il tarixli 3(104)-155/2022 saylı Qərarı ilə vəzifəli şəxsin hərəkətində AR İXM-nin 192.6-cı maddəsinin tərkibi olmadığından həmin hissədə qərar ləğv edilmiş və xitam verilmiş, dərhal qüvvəyə minmişdir. AR MPM 82-ci maddəsinin tələblərinə görə, bir iş üzrə qanuni qüvvəyə minmiş məhkəmə qətnaməsində əks olunmuş, araşdırılmış, qiymətləndirilmiş, tələbin və (və ya) etirazların predmetinə aid olan faktların həmin işdə iştirak edən şəxslər tərəfindən başqa məhkəmə prosesində mübahisələndirilməsi və yenidən sübut edilməsi yolverilməzdir. Həmçinin məhkəmənin qanuni qüvvəyə minmiş hökmü, habelə cinayət təqibi üzrə qüvvəyə minmiş digər qərarı mülki işə və kommersiya mübahisəsinə baxılarkən məhkəmə üçün hadisənin olubolmaması və şəxsin həmin hadisəyə aidiyyəti hissəsində məcburidir. Daha sonra sözügedən iddiada qeyd olunan şər və böhtan, işgüzar nüfuzuna ləkə yaxmaya dair ayrıca iddia qaldırmış və həmin iş Gəncə şəhəri Nizami rayon məhkəməsində xx.xx.2022 il tarixdə 2(044)-1271/2022 sayla hakim Gündüz Şirinov hazırlıq iclası təyin etmişdir. Bu məsələyədə ayrıca məhkəmə işi üzrə hüquqi qiymət veriləcəkdir. AR MPM-nin maddəsinə əsasən iddia ərizəsinə qarşı etiraz edərək göstərilən tələbin tam əsassız olduğunu, Azərbaycan Respublikası MPM-in 217.3 və 217.4-cü maddələrinə əsasən qətnamə iş üzrə müəyyən edilmiş həqiqi hallara və tərəflərin qarşılıqlı münasibətinə uyğun əsaslandırılmalıdır. Məhkəmə (hakim) öz qətnaməsini yalnız məhkəmə iclasında tədqiq olunmuş sübutlarla əsaslandırır. Azərbaycan Respublikası MPM-in 14.2-ci maddəsinə əsasən, məhkəmə yalnız tərəflərin təqdim etdikləri sübutları araşdırmalı və onlardan istifadə etməlidir. Həmin Məcəllənin 77.1-ci maddəsinə əsəsən, hər bir tərəf öz tələblərinin və etirazlarının əsası kimi istinad etdiyi halları sübut etməlidir. Həmin Məcəllənin 106.1-ci maddəsinə əsasən, işdə iştirak edən şəxslərin iş üçün əhəmiyyətli olan və onlara məlum olan faktlar barədə izahatları iş üzrə toplanmış digər sübutlarla yanaşı yoxlanılmalı və qiymətləndirilməlidir. Həmin Məcəllənin 88-ci maddəsinə əsasən, məhkəmə sübutlara obyektiv, qərəzsiz, hərtərəfli və tam baxdıqdan sonra həmin sübutlara tətbiq edilməli hüquq normalarına müvafiq olaraq qiymət verir. Heç bir sübutun məhkəmə üçün qabaqcadan müəyyən edilmiş qüvvəsi yoxdur. Qeyd olunanları nəzərə alaraq iddianı təmin edilməməsi barədə qətnamə çıxarılmasını xahiş etmişdir. Məhkəmə iclasında şahid X1 izahat verərək bildirmişdir ki, o, Cavabdeh MMC-nin X28 Mərkəzində sürücü kimi işləmiş, lakin 1 aydır ki, işindən azad olunmuşdur. Cavabdeh MMC-nin giriş qapısında və ikinci mərtəbədə həmişə mühafizə xidməti olur. 2021-ci ilin noyabr ayının ortalarında Ələkbər həkim binanın 1-ci mərtəbəsinə daxil olmuş və mühafizəçi ilə söhbət etmiş, həmin vaxt o, da birinci mərtəbədə olmuşdur. Bir müddət gözlədikdən sonra Ələkbər həkim çıxıb getmişdir. O, Ələkbər həkimin X28 Mərkəzinin binasına buraxılmamağı barədə orada mühafizədə işləyən Şahid3 eşitmişdir. Məhkəmə iclasında Şahid1 izahat verərək bildirmişdirmişdir ki, o, Cavabdeh MMCnin X28 Mərkəzində 1 il 7 ay işlədikdən sonra ona öz xahişi ilə ərizəsini yazıb işdən çıxmağını tələb ediblər, o da ərizəsini yazıb işdən çıxmışdır. 14-15 noyabrda o, artıq tibb mərkəzinin işçisi olmamış, lakin ona Ələkbər həkim zəng edib, onunla birgə Cavabdeh MMC-nin X28 Mərkəzinə getməyi xahiş etmiş, o, da sonuncu ilə getmişdir. Yolda Ələkbər həkim İlham müəllimin qəbuluna girmək istədiyi demiş, tibb mərkəzinə çatanda sonuncu kadrlarda işləyən Çimnaz xanıma zəng etmiş, Çimnaz xanım ona səhər gəlməyini bildirmişdir. Onlar tibb mərkəzinin birinci mərtəbəsinə daxil olduqdan sonra mühafizəçi Sərxan onlara yaxınlaşmış, Ələkbər həkimi içəri buraxmamış, rəhbərliyin göstərişi olduğunu demişdir. Məhkəmə iclasında Şahid3 izahat verərək bildirmişdir ki, o, Cavabdeh MMC-nin X28 Mərkəzində mühafizəçi işləyir. Ələkbər həkim tibb mərkəzinə gəlib İlham müəllimlə görüşmək istəyəndə, o, İlham müəllimin yanına qalxıb məlumat vermiş, İlham müəllim iclasda olduğu üçün Ələkbər həkimə gözləməsini bildirmək istəmiş, lakin həmin vaxt Ələkbər həkimin getdiyini görmüşdür. Ələkbər həkimə öz otağına keçməsinə o, maneə olmamışdır. Mülki iş materiallarında olan: - İddiaçı Cavabdeh MMC-nin X28 Mərkəzinə ünvanlandığı xx.xx.2021-ci il tarixli ərizəsindən görünür ki, o, tibb mərkəzinin təsisçisi İlham Əliyevin xahişi ilə öz hesabına götürdüyü xx.xx.2021-ci il tarixindən 30 günlük məzuniyyətinin vaxtının xx.xx.2021-ci il tarixdə başa çatdığına görə həmin tarixdən onun işdə olmasını hesab etməyi xahiş etmiş, həmin məktubu Cavabdeh MMC-də “Hüseynov” soyadlı şəxs 12 noyabr 2021-ci il tarixdə xəbərnaməyə imza edərək qəbul etmişdir. - İddiaçı Cavabdeh MMC-nin X28 Mərkəzinə ünvanlandığı məktubda qeyd etmişdir ki, o, klinikaya xx.xx.2021-ci il tarixdə məktub göndərmiş və həmin gündən onu işdə hesab etmələrini xahiş etmiş, lakin həmin gün klinikaya işə gələndə mühafizəçilər onu içəri buraxmamış, kadrlar şöbəsinin işçisi Çimnaz Əhmədova ona işdən çıxma barədə ərizə yazmağı bildirmiş, ərizə yazmayacağı təqdirdə barəsində cinayət işi açılacağı barədə hədələndiyini onun hüquqlarının pozulduğunu və işə buraxılmadığı üçün maddi durumunun kəskin pisləşdiyini qeyd etmişdir. - Cavabdeh MMC-nin X28 Mərkəzi İddiaçı ünvanına 19 noyabr 2021-ci il tarixdə cavab məktubu ünvanlayaraq bildirmişdir ki, onun ərizəsində qeyd edilən məsələlər həqiqəti əks etdirmir. Belə ki, xx.xx.2021-ci il tarixdən etibarən cəmiyyətin təsisçisinə daxil olmuş əsaslı şübhələrin və şikayətlərin araşdırılması ilə bağlı, mərkəzin fəaliyyəti üzrə təxirəsalınmaz daxili audit yoxlaması başlanılmasına qərar verilmişdir. Sözügedən araşdırma vaxtı bəzi əməkdaşlar öz hesabına məzuniyyətdən istifadə etmələrinə, bəzilər isə müvəqqəti olaraq işdən kənarlaşdırılması qərara alınmışdır. Audit yoxlamanın nəticəsində mərkəzin fəaliyyəti üzrə G.Ələkbər tərəfindən törədilən bəzi nöqsanların aşkar edilməsi üçün mərkəzə dəvət edilib, araşdırma zamanı yaranmış zərurətlə bağlı izahatının verilməsi bildirilmişdir. Lakin G.Ələkbərov müəssisə daxili nizam-intizam qaydalarını pozaraq, digər əməkdaşların yanında Baş həkimə qarşı aqresiv şəkildə təhqiramiz sözlər demiş və bununla da qeyri etik davranış nümayiş edərək, AR Əmək qanunvericiliyinin tələblərini kobud şəkildə pozmuş və qeyd olunan faktla bağlı məsələ rəsmləşdirilmiş və müvafiq akt tərtib edilmişdir. Qeyd edilən digər məsələyə gəldikdə isə (maddi durumunun kəskin pisləşməsi) xx.xx.2014-cü il tarixindən “X28 Mərkəzində əlavə iş yeri olaraq çalışır və işə qəbul olarkən əsas iş yerinin Dövlət müəssisəsində olması barədə müvafiq arayış təqdim etmişdir. Bununla da öz şəxsi ərizəsi əsasında ödənişsiz məzuniyyət hüququndan istifadə edərkən işsiz qalmağı və maddi vəziyyətiin ağırlaçması barədə qeyd etdiyi məlumat absurd xarakter daşıyır. Onun əsas iş yerinin mövcud olduğu, audit yoxlamasının nəticələrinə dair (maliyyə cinayətləri üzrə tərəfindən mənimsəməyə) aydınlıq gətirilməsi, ərizəsində qeyd olunan dəlilləri araşdırması ilə bağlı təkrar olaraq xx.xx.2021-ci il tarixində saat 12:00-da “ X28 Mərkəzinin” kadrlar çöbəsinə izahatının alınması üçün dəvət edilmişdir. - İddiaçı Cavabdeh MMC-nin X28 Mərkəzinin 19 noyabr 2021-ci tarixli məktubuna cavab məktubu göndərərək qeyd etmişdir ki, əgər o, həqiqətən də müəssisədə keçirilən daxili auditin nəticəsinə əsasən inzibati xəta və yaxud cinayət xarakterli əməl törətmişdirsə hansı səbəbdən onu Azərbaycan Respublikası Əmək Məcəlləsinin 62. maddəsinin (işçinin işdən kənar edilməsi) c bəndinə əsasən işdən kənarlaşdırılmamışdır, əksinə onun istifadə olunmamış əmək məzuniyyəti olduğu halda o, hədə qorxu gəlinərək ödənişsiz məzuniyyətə göndərilməyi üçün ərizə yazdırılmışdır? Cavabdeh MMC-nin X28 Mərkəzinin kadrlar şöbəsinin müdiri Çimnaz Əhmədova onu xidməti otağına dəvət edərək təsisçi İlham Əliyevin adından ərizəni yaz öz xahişinlə işdən azad ol, əks təqdirdə barəndə toplanmış materiallar hüquq mühafizə orqanlarına göndəriləcəkdir. Sözlərini söyləmişdir. (Çimnaz Əhmədova ilə onun söhbətinin audio yazısını təqdim edə bilər) Azərbaycan Respublikası Əmək Məcəlləsinin 69 maddəsinin 7 hissəsini tələbinə əsasən işəgötürən tərəfindən zor işlədilərək, hədə-qorxu gələrək, yaxud hər hansı başqa üsulla işçinin iradəsinin əleyhinə əmək müqaviləsini ləğv etməyə onu məcbur etmək qadağandır. Bununla da işəgötürən tərəfindən Əmək Məcəlləsinin 69-cu maddəsinin 7-ci hissəsinin tələbi kobud şəkildə pozulmuşdur. O, həkim anestezioloq reanimatoloqun Azərbaycan Respublikası Səhiyyə Nazirliyinin 19 sentyabr 2012-ci il tarixli 70 nömrəli əmri ilə təsdiq edilmiş nümunəvi vəzifə təlimatına müvafiq olaraq fəaliyyət göstərmişdir. İşəgötürənlə onun arasında maddi məsuliyyət üzrə müqavilə bağlanmayıb və maliyyə sənədlərinin və maliyyə vəsaitlərinin dövriyyəsinə o, heç bir cavabdehlik daşımır. Azərbaycan Respublikası Əmək Məcəlləsinin 62-ci maddəsinin 5-ci hissəsinin tələbinə əsasən işdən kənar edilməsini işəgötürürənin və ya başqa vəzifəli şəxslərin ona qarşı qərəzli münasibətinə, saxta sənədlər əsasında həyata keçirildiyinə və digər faktlara görə qanunsuz və əsassız həyata keçirildiyinə və digər faktlara görə qanunsuz və əsassız hesab edən işçi pozulmuş hüquqlarının bərpa edilməsi, şərəf və ləyaqətinin müdafiə olunması üçün məhkəməyə müraciət edə bilər. Cavabdeh MMC-nin X28 Mərkəzinin təsisçisi İlham Əliyevin və baş həkim Mahir Babayevin ona qarşı ədalətsiz və əmək hüquqlarının pozulmasına səbəb olmuş neqativ hərəkətləri barədə aidiyyatı üzrə məhkəməyə müraciət edəcəkdir. - Cavabdeh 27 dekabr 2021-ci il tarixli 280 № li əmrdən görünür ki, Cavabdeh həkim anestezioloq-reanimatoloq vəzifəsində işləyən İddiaçı ilə bağlanmış 095 saylı, xx.xx.2014-cü il tarixli “Əmək Müqaviləsinə” Azərbaycan Respublikası Əmək Məcəlləsinin 70-ci maddəsinin “ç” bəndinə əsasən (Əmək Məcəlləsinin 72-ci maddəsinin “a” bəndində sadalanan hal) 27 dekabr 2021-ci il tarixində xitam verilmiş, Cəmiyyətin Maliyyə bölməsi İddiaçı 2020-2021-ci il tarixləri aralığında olan iş ili üçün istifadə etmədiyi 30 gün əsas məzuniyyət günlərinə görə pul əvəzi və son iş gününədək olan əmək haqqı, son haqqhesab olaraq qanunvericiliyin tələblərinə əsasən hesablanıb sonuncu iş günü ödənilməsi təmin edilməsi, Cəmiyyətin İnsan Resursları bölməsi İddiaçı əmək müqaviləsinə xitam verilməsi ilə əlaqədar onun əmək kitabçasına (olduğu halda) elektron informasiya sistemində müvafiq qeydin aparılması, işçinin bu əmrlə tanış edilməsi, əmrin surətinin və əmək kitabçasının (olduğu halda) işçiyə işdən azad olduğu gün verilməsini və ya poçt vasitəsi ilə yaşayış ünvanına rəsmi qaydada göndərilməsi təmin edilməsi qərara verilmişdir. - İddiaçı pozulmuş əmək hüquqlarının bərpası üçün vəCavabdeh X23 təsisçisi İlham Əliyevin şər və böhtanlarından xilas etmək üçün köməklik göstərilməsi ilə bağlı Azərbaycan Respublikasının Prezidenti cənab İlham Əliyevə, Azərbaycan Respublikası Baş Prokuroru cənab Kamran Əliyevə, Azərbaycan Respublikası Əmək və Əhalinin Sosial Müdafiəsi Nazirliyi yanında X16 Xidmətinin rəisi cənab Fuad Heydərova məktub ünvanlamışdır. - Azərbaycan Respublikası Əmək və Əhalinin Sosial Müdafiəsi Nazirliyi yanında X16 Xidməti Gəncə regional ərazi şöbəsi tərəfindən İddiaçı bildirilmişdir ki, Cavabdeh MMC-nin rəhbərliyi X16 Xidmətinin Gəncə regional ərazi şöbəsinə ünvanladığı 766/2021 saylı xx.xx.2021-ci il tarixli, 810/2021 saylı xx.xx.2021-ci il tarixli məktublarına və əlavə təqdim olunan sənədlərə əsasən onun xx.xx.2021-ci il tarixindən xx.xx.2021-ci il tarixinədək heç bir rəsmi məlumat vermədən və ya hər hansı bir üzürlü səbəb təsdiq edən sənəd təqdim etmədən işə gəlmədiyi, onun işdən kənar edilməsi faktı və buna dair müvafiq əmrin mövcud olduğu bildirilmiş, eyni zamanda Cavabdeh MMC-nin rəhbərliyi təqdim etdiyi əmrlərə və sənədlərə əsasən bildiririk ki, o, müvafiq tabel cədvəli üzrə xx.xx.2015-ci il, xx.xx.2016-cı il, xx.xx.2017-ci , il.xx.xx.2018-ci il,xx.xx.2019-cu il, xx.xx.2020-ci il tarixlərində əmək məzuniyyətindən istifadə etmiş və məzuniyyət pulları onun əmək haqqı kartına köçürülmüşdür."İntermedservis” MMC-nin rəhbərliyi tərəfindən teqdim olunan sənədlərə baxılan zaman məlum olmuşdur ki, o, xx.xx.2021-ci il tarixindən xx.xx.2021-ci il tarixinədək ərizələrə əsasən öz hesabına ödənişsiz məzuniyyətdən istifadə etmişdir. xx.xx.2021-ci tarixində "İntermedservis” MMC-nin rəhbəri İlham Əliyevə ərizə ilə müraciət edərək xx.xx.2021-ci il tarixdə ödənişsiz məzuniyətin vaxtı bitdiyi üçün həmin tarixdən işdə hesab edilməyini xahiş etmişdir. Bundan əlavə "İntermedservis” MMC-nin rəhbəri İlham Əliyevə yazdığı “1. oktyabr 2021-ci il tarixli tərtib olunmuş akta aydınlıq gətirilməsi barədə” izahatında bildirmişdir ki, ödənişsiz məzuniyyəti bitdikdən sonra baş həkim Mahir Babayevin göstərişinə əsasən mühafizəçilər onu klinikanın ərazisinə buraxmır və əmək hüquqlarınız pozur. İzahatını, CavabdehMMC-nin "X28 Mərkəzinə” 139 nömrə ilə xx.xx.2021-ci il tarixdə daxil olmuşdur.Eyni zamanda X16 Xidmətinin Gəncə regional ərazi şöbəsinin xx.xx.2021-ci il tarixli **********2 nömrəli sorğu məktubu və məktuba əlavə olunan Azərbaycan Respublikası Prezidenti cənab İlham Əliyevə ünvanladığı işdən qanunsuz kənar olunması barədə müraciəti Cavabdeh MMC-nin rəhbərliyini göndərilmişdir. Lakin işə buraxılmadığı barədə rəsmi məlumatlar olduğu halda Cavabdeh MMC-nin baş həkimi M.Babayevin, kadrlar şöbəsinin müdiri Ç.Əhmədovanın və şöbə müdiri E.İbrahimovun tərtib etdikləri işdə olmama, heç bir rəsmi məlumat və ya hər hansı səbəbi təsdiq edən rəsmi sənəd təqdim etmədiyi haqqında aktları əsas götürərək Cavabdeh MMC-nin direktoru ondan izahat tələb etmədən Azərbaycan Respublikas Əmək Məcəlləsinin 71.2 və 187.1-ci maddələrin tələblərini pozaraq onun əmək müqaviləsinə Azərbaycan Respublikası Əmək Məcəlləsinin 70-ci maddasinin “ç” bəndinə əsasən ləğv etmişdir və Azərbaycan Respublikası Əmək Məcəlləsinin 172.4-cü maddasinin tələbini pozaraq son haqqı hesabın ödənilməsini gecikdirmişdir. Qanun pozuntuları ilə əlaqədar Cavabdeh MMC-nin direktoru İlham Əliyev barəsində Azərbaycan Respublikası İnzibat Xətalar Məcəlləsinin 192.4 və 192.6-cı maddələrinə əsasən inzibati xəta haqqında protokol tərtib edilmişdir və inzibati"xəta haqqında iş üzrə icraata başlanılmışdır. Ona isə boşdayanma vaxtı üçün dəymiş maddi ziyanın ödənilməsi ilə bağlı Əmək Məcəlləsinir 197ci maddəsinin 2-ci hissəsinə uyğun olaraq və işəgötürən tərəfindən əmək müqaviləsinin əmək qanunvericiliyinin tələbləri pozularaq xitam verilməsinə görə pozulmuş əmək hüquqlarının bərpası üçün Əmək Məcəlləsinin 300-cü maddəsinə əsasən aidiyyəti üzrə məhkəməyə müraciəl etməyi tövsiyyə olunmuşdur. - 14 oktyabr 2021-ci il tarixli aktdan görünür ki, Cavabdeh MMC-nin X28 Mərkəzində həkim anestezioloq reanimatoloq vəzifəsində çalışan, İddiaçı klinikanın baş həkimi X12 qarşı aqresivlik nümayiş etdirərək, iş vaxtı baş həkimə nalayiq və etik davranış normalarına zidd sözlər işlədərək onu təhqir etmişdir. Aktın doğruluğunu öz imzaları ilə həkim X17, baş mühasib X13, provizor X18 və yeməkxana nəzarətçi X2 təsdiq etmişlər. - xx.xx.2021-ci il tarixli saat 16:55-də, xx.xx.2021-ci il tarixdə saat 16:50-də, xx.xx.2021-ci il tarixdə saat 16:5-də, xx.xx.2021-ci il tarixdə saat 16:55-də, xx.xx.2021-ci il tarixdə saat 16:55-də, xx.xx.2021-ci il tarixdə saat 16:55-də, xx.xx.2021-ci il tarixdə saat 16:50-də, xx.xx.2021-ci il tarixdə saat 16:50-də,xx.xx.2021-ci il tarixdə saat 16:55-də, xx.xx.2021-ci il saat 16:55-də, xx.xx.2021-ci il tarixdə saat 16:55-də, xx.xx.2021-ci il tarixdə saat 16:55-də, xx.xx.2021-ci il tarixdə saat 16:55-də, xx.xx.2021-ci il tarixdə saat 16:55-də, xx.xx.2021-ci il tarixdə saat 16:55-də, xx.xx.2021-ci il tarixdə saat 16:55-də, xx.xx.2021-ci il tarixdə saat 16:55-də, xx.xx.2021-ci il tarixdə saat 16:55-də, xx.xx.2021-ci il tarixdə saat 16:55-də, xx.xx.2021-ci il tarixdə saat 16:55-də, xx.xx.2021-ci il tarixdə saat 16:55-də, xx.xx.2021-ci il tarixdə saat 16:55-də, xx.xx.2021-ci il tarixdə saat 16:55-də, xx.xx.2021-ci il tarixdə saat 16:55-də, xx.xx.2021-ci il tarixdə saat 16:55-də, xx.xx.2021-ci il tarixdə saat 16:55-də, xx.xx.2021-ci il tarixdə saat 16:55-də, xx.xx.2021-ci il tarixdə saat 16:55-də, xx.xx.2021-ci il tarixdə saat 16:55-də, xx.xx.2021-ci il tarixdə saat 16:55-də, xx.xx.2021-ci il tarixdə saat 16:55-də, xx.xx.2021-ci il tarixdə saat 16:55-də, xx.xx.2021-ci il tarixdə saat 16:55-də, xx.xx.2021-ci il tarixdə saat 16:55-də, xx.xx.2021-ci il tarixdə saat 16:55-də aktlar tərtib olunmuşdur ona görə ki, X28 Mərkəzinin reanimasiya bölməsinin əməkdaşı, həkim anestezioloq-reanimotoloq İddiaçı göstərilən tarixlərdə bütün iş günü ərzində (əmək müqaviləsi üzrə müəyyən edilmiş 3 saat iş rejimi üzrə səhər saat 09:00-dan axşam saat 16:55-dək) iş yerində olmamış, işə gəlməməsi barədə heç bir rəsmi məlumat və ya hər hansı bir üzürlü səbəbi təsdiq edən sənəd təqdim etməmişdir. Aktları öz imzaları ilə Cavabdeh MMC-nin X28 Mərkəzinin Baş həkimi X14, Cavabdeh MMC-nin X28 Mərkəzinin Kadrlar şöbəsinin müdiri X9 və Cavabdeh MMC-nin X28 Mərkəzinin Reanimasiya bölməsinin şöbə rəhbəri X10 təsdiq etmişlər. - Cavabdeh MMC-nin X28 Mərkəzinin 01 iyul 2015-ci il tarixli 081 № li əmrindən görünür ki, xx.xx.2015-ci il tarixindən, xx.xx.2015-ci il tarixinədək, 2014-cü il tarixi dövrü üçün əsas əmək məzuniyyəti 30 təqvim günü, əmək stajına görə 2 təqvim günü, ağır və zərərli əmək şəraitində işlədiyinə görə 6 təqvim günü əlavə edilmiş, cəmi 38 təqvim günü məzuniyyət verilmişdir. xx.xx.2015-ci il tarixdən işdə hesab edilməsi və əmək məzuniyyəti qanuna müvafiq hesablanması və ödənilməsi təmin olunmasına dair qərar çıxarılmışdır. - Cavabdeh MMC-nin X28 Mərkəzinin 04 iyul 2016-ci il tarixli 067 № li əmrindən görünür ki, xx.xx.2016-ci il tarixindən, xx.xx.2016-ci il tarixinədək, 2015-2016-cı il tarixi dövrü üçün əsas əmək məzuniyyəti 30 təqvim günü, əmək stajına görə 2 təqvim günü, ağır və zərərli əmək şəraitində işlədiyinə görə 6 təqvim günü əlavə edilmiş, cəmi 38 təqvim günü məzuniyyət verilmişdir. xx.xx.2016-cı il tarixdən işdə hesab edilməsi və əmək məzuniyyəti qanuna müvafiq hesablanması və ödənilməsi təmin olunmasına dair qərar çıxarılmışdır. - Cavabdeh MMC-nin X28 Mərkəzinin 01 iyul 2017-ci il tarixli 065 № li əmrindən görünür ki, xx.xx.2017-ci il tarixindən, xx.xx.2017-ci il tarixinədək, 2016-2017-ci il tarixi dövrü üçün əsas əmək məzuniyyəti 30 təqvim günü, əmək stajına görə 2 təqvim günü, ağır və zərərli əmək şəraitində işlədiyinə görə 6 təqvim günü əlavə edilmiş, cəmi 38 təqvim günü məzuniyyət verilmişdir. xx.xx.2017-ci il tarixdən işdə hesab edilməsi və əmək məzuniyyəti qanuna müvafiq hesablanması və ödənilməsi təmin olunmasına dair qərar çıxarılmışdır. - Cavabdeh MMC-nin X28 Mərkəzinin 11 iyul 2018-ci il tarixli 061 № li əmrindən görünür ki, xx.xx.2018-ci il tarixindən, xx.xx.2018-ci il tarixinədək, 2015-2016-cı il tarixi dövrü üçün əsas əmək məzuniyyəti 30 təqvim günü, əmək stajına görə 2 təqvim günü, ağır və zərərli əmək şəraitində işlədiyinə görə 6 təqvim günü əlavə edilmiş, cəmi 38 təqvim günü məzuniyyət verilmişdir. xx.xx.2018-ci il tarixdən işdə hesab edilməsi və əmək məzuniyyəti qanuna müvafiq hesablanması və ödənilməsi təmin olunmasına dair qərar çıxarılmışdır. - Cavabdeh MMC-nin X28 Mərkəzinin 01 iyul 2019-cu il tarixli 140 № li əmrindən görünür ki, xx.xx.2019-cu il tarixindən, xx.xx.2019-cu il tarixinədək, 2018-2019-cu il tarixi dövrü üçün əsas əmək məzuniyyəti 30 təqvim günü, əmək stajına görə 2 təqvim günü, ağır və zərərli əmək şəraitində işlədiyinə görə 6 təqvim günü əlavə edilmiş, cəmi 38 təqvim günü məzuniyyət verilmişdir. xx.xx.2019-cu il tarixdən işdə hesab edilməsi və əmək məzuniyyəti qanuna müvafiq hesablanması və ödənilməsi təmin olunmasına dair qərar çıxarılmışdır. - Cavabdeh MMC-nin X28 Mərkəzinin xx.xx.2020-ci il tarixli 123 № li əmrindən görünür ki, xx.xx.2020-ci il tarixindən, xx.xx.2020-ci il tarixinədək, 2019-2020-cu il tarixi dövrü üçün əsas əmək məzuniyyəti 30 təqvim günü, əmək stajına görə 4 təqvim günü, ağır və zərərli əmək şəraitində işlədiyinə görə 6 təqvim günü, dövlət bayramlarına görə 2 günü əlavə edilmiş, cəmi 42 təqvim günü məzuniyyət verilmişdir. xx.xx.2020-ci il tarixdən işdə hesab edilməsi və əmək məzuniyyəti qanuna müvafiq hesablanması və ödənilməsi təmin olunmasına dair qərar çıxarılmışdır. - Cavabdeh MMC-nin X28 Mərkəzinin 2015-ci, 2016-cı, 2017-ci, 2018-ci, 2019 və 2020-ci illər üçün ödənişli əsas və əlavə əmək məzuniyyətlərinin cədvəllərindən, müvafiq aylar üzrə tabellərdən və əmək haqqı üzrə hesablardan görünür ki, həkim anestezioloqreanimatoloq X4 2015-ci il iyul ayından 38 gün, 2016-cı il iyul ayından 38 gün, 2017-ci il iyul ayından 38 gün, 2018-ci il iyul ayından 38 gün, 2019-cu il iyul ayından 38 gün, 2020-ci il iyun ayından 40 gün əsas və əlavə məzuniyyət verilmiş, buna uyğun müvafiq ödənişlər hesablanılaraq verilmişdir. Məhkəmə tərəflərin izahatlarını dinləyib, iş materiallarını araşdıraraq hesab edir ki, iddia tələbi qismən əsaslıdır. Belə ki, Azərbaycan Respublikasının Əmək Məcəlləsinin: - 70-ci maddəsinin “ç” bəndinə əsasən işçi özünün əmək funksiyasını və ya əmək müqaviləsi üzrə öhdəliklərini yerinə yetirmədikdə, yaxud bu Məcəllənin 72-ci maddəsində sadalanan hallarda əmək vəzifələrini kobud şəkildə pozduqda əmək müqaviləsi işəgötürən tərəfindən ləğv edilə bilər. - 71-ci maddəsinin 2-ci hissəsinə əsasən bu Məcəllənin 70-ci maddəsinin «ç» bəndində nəzərdə tutulan əsasla əmək müqaviləsinin ləğv edilməsinə bu şərtlə yol verilir ki, işçi qəsdən və ya səhlənkarlıqla, etinasızlıqla əmək funksiyasını, vəzifə borcunu (öhdəliklərini) yerinə yetirmədiyinə görə müvafiq iş yerində işin, istehsalın, əmək və icra intizamının normal ahəngi pozulmuş olsun və ya mülkiyyətçinin, işəgötürənin, habelə əmək kollektivinin (onun ayrı-ayrı üzvlərinin) hüquqlarına və qanunla qorunan mənafelərinə hər hansı formada ziyan dəymiş olsun. - 72-ci maddəsinin “a” bəndinə əsasən özünün xəstəliyi, yaxın qohumunun xəstələnməsi və ya vəfat etməsi istisna olunmaqla heç bir üzürlü səbəb olmadan bütün iş günü işə gəlməməsi işçi tərəfindən əmək vəzifələrinin kobud şəkildə pozulması hesab edilir. - 76-cı maddənin 2-ci hissəsinə əsasən əmək müqaviləsinə eyni zamanda iki və daha artıq əsasla, həmçinin qanunvericilikdə nəzərdə tutulmayan əsasla, habelə bu Məcəllə ilə müəyyən edilmiş əmək müqaviləsinin ləğv edilməsi qaydalarına əməl olunmadan xitam verilə bilməz. - 186-cı maddəsinin 2-ci hissəsinə “ç” bəndinə əsasən işçi əmək funksiyasını tam və ya qismən yerinə yetirmədikdə, yaxud keyfiyyətsiz yerinə yetirdikdə, bu Məcəllənin 10cu maddəsində nəzərdə tutulan, həmçinin əmək müqaviləsi ilə müəyyən edilmiş vəzifələrini, müəssisədaxili intizam qaydalarını pozduqda işəgötürən ona “əmək müqaviləsini bu Məcəllənin 70-ci maddəsinin «ç» bəndi ilə ləğv etmək” intizam tənbehi verə bilər. - 187-ci maddəsinin 1-ci hissəsinə əsasən intizam tənbehi verilməmişdən əvvəl işəgötürən işçidən yazılı izahatın verilməsini tələb edir. İşçinin yazılı izahat verməkdən imtina etməsi ona intizam tənbehi verilməsini istisna etmir. - 187-ci maddəsinin 2-ci hissəsinə əsasən intizam tənbehi, işçi tərəfindən əmək və ya icra intizamının pozulduğu aşkar edildiyi gündən bir ay keçənədək verilə bilər. İşçinin xəstə olduğu, yaxud məzuniyyətdə, ezamiyyətdə olduğu vaxt həmin müddətə daxil edilmir. Sadalanan qanunvericilik normalarına əsasən iş materialları və işin faktiki halları ilə təsdiq olunur ki, cavabdeh əmək qanunvericiliyinin tələblərini pozaraq xx.xx.2021-ci il tarixdə iddiaçıdan yazılı izahat tələb etmədən və iddiaçı izahat verməkdən imtina etmədən, həmçinin əmək intizamının ilkin pozulduğu gündən 1 ay keçdikdən sonra intizam tənbehi vermişdir. Halbuki əmək qanunvericiliyinə əsasən cavabdeh əmək intizamının pozulduğunu aşkar etdiyi gündən 1 ay keçənədək intizam tənbehi verə bilər. Cavabdeh tərəfin iddiaçını 35 gün gözlədikdən sonra iddiaçıya intizam tənbehi verməsi tərəflər arasında mübahisə olduğunu göstərir. Bundan başqa iddiaçının Azərbaycan Respublikası Prezidentinə, müxtəlif dövlət orqanlarına və cavabdehə ünvanladığı məktublardan, şikayətlərdən və ərizələrndən görünür ki, iddiaçı qəsdən və ya səhlənkarlıqla, etinasızlıqla deyil, tərəflər arasında mövcud olan mübahisə səbəbindən əmək intizamını yerinə yetirərək işdə ola bilməmişdir. Həmçinin məhkəmə iclasında dindirilən şahidlərin ziddiyətli ifadələrindən də tərəflər arasında müəyyən münaqişə olduğu aydın olur. Balə ki, Şahid3 iddiaçının xəstəxanaya girişinə heç bir məhdudiyyət qoyulmadığını, sadəcə direktorun yanına keçmək üçün iddiaçının buraxmadığını bildirsə də, məhkəmə onun ifadəsini inandırıcı hesab etmir. Çünki o, hazırda cavabdehin xəstəxanasında işləyir və onun bu cür ifadə verməsində müəyyən şəxsi maraqlarının olması istisna edilmir. Qeyd edilənlərə əsasən məhkəmə hesab edir ki, Cavabdeh MMC-nin direktoru İlham Əliyevin xx.xx.2021-ci il tarixli, 280 nömrəli əmri ləğv edilməli, iddiaçı X28 Mərkəzində həkim anistezioloq-reanimatoloq vəzifəsinə bərpa edilməli və məcburi iş buraxma günləri üçün əmək haqqı hasablanaraq ona ödənilməlidir. Bununla belə məhkəmə hesab edir ki, iddiaçının istifadə olunmamış əmək məzuniyyətlərinə görə kompensasiya ödənilməsi barədə iddia tələbi təmin edilməməlidir. Çünki cavabdehin nümayəndəsi tərəfindən təqdim edilmiş sənədlərdən müəyyən olunmuşdur ki, iddiaçı 2015-2020-ci illər ərzində müvafiq qaydada əmək məzuniyyətlərində olmuş və ona müəyyən olunmuş qaydada ödənişlər hesablanaraq ödənilmişdir. Bunun əksini təsdiq edəcək sübutlar iddiaçı tərəfindən məhkəməyə təqdim ediləmişdir. Azərbaycan Respublikası Mülki – Prosessual Məcəlləsinin: - 14.2-ci maddəsinə əsasən məhkəmə yalnız tərəflərin təqdim etdikləri sübutları araşdırmalı və onlardan istifadə etməlidir. - 77.1-ci maddəsinə əsasən hər bir tərəf öz tələblərinin və etirazlarının əsası kimi istinad etdiyi halları sübut etməlidir. - 217.4-cü maddəsində nəzərdə tutulur ki, məhkəmə öz qətnaməsini yalnız məhkəmə iclasında tədqiq olunmuş sübutlarla əsaslandırır. Azərbaycan Respublikası Əmək Məcəlləsinin: - 300-cü maddəsinin 1-ci hissəsinə əsasən əgər, işəgötürən əmək müqaviləsinin bu Məcəllənin 68, 69, 70, 73, 74 və 75-ci maddələrində nəzərdə tutulmuş ləğv edilməsi əsaslarını pozaraq və ya 71, 76-cı maddələri ilə müəyyən edilmiş qaydaların tələblərinə əməl etmədən, habelə 79-cu maddəsində nəzərdə tutulmuş hallara əhəmiyyət vermədən işçi ilə əmək münasibətlərinə xitam vermişdirsə, əmək mübahisəsini həll edən məhkəmə iddia ərizəsini və işin faktik hallarını araşdıraraq məcburi iş buraxma müddəti üçün əmək haqqı ödənilməklə işçinin vəzifəsinə bərpa edilməsi barədə qətnamə və ya bu maddənin ikinci hissəsinə müvafiq olaraq tərəflərin barışıq sazişinin təsdiq edilməsi barədə qərardad çıxarır. Məhkəmə qətnamədə işçiyə iddiası üzrə dəymiş zərərin məbləğinin işəgötürən tərəfindən ödənilməsini də nəzərdə tuta bilər. - 301-ci maddəsinə əsasən fərdi əmək mübahisəsinin həlli barədə məhkəmə qərarı, onun məzmununda başqa hal nəzərdə tutulmayıbsa, bu qərar qanuni qüvvəyə mindiyi gündə dərhal icra edilməlidir. Məhkəmənin fərdi əmək mübahisəsinin həlli barədə çıxardığı qərar cavabdeh tərəfindən icra edilmədikdə, yaxud icraya müvafiq vəzifəli şəxs və digər fiziki şəxs tərəfindən mane olunduqda bununla əlaqədar işçiyə dəyən maddi ziyanın ödənilməsi barədə və Azərbaycan Respublikası Cinayət Məcəlləsinin müvafiq maddəsi ilə cinayət işi başlanması üçün hakim tərəfindən tədbirlər görülməlidir. - 302-ci maddəsinin 1-ci hissəsinə əsasən fərdi əmək mübahisələri üzrə məhkəmənin qəbul etdiyi qanuni qüvvəyə minmiş qərarı, qətnaməsi icra edildiyi gündən 6 ay keçdikdən sonra nəzarət icraatı qaydasında işçinin zərərinə ləğv edilə bilməz. “Mediasiya haqqında” Azərbaycan Respublikası Qanununun 36.5-ci maddəsinə əsasən “Mediasiya prosesinin tətbiqi barədə müqavilə”də və mediasiyaya dair qeyd-şərtdə başqa şərt nəzərdə tutulmayıbsa, həmçinin ilkin mediasiya sessiyasında tərəfin üzrsüz səbəbdən iştirak etməməsi halında digər tərəfin bütün mediasiya xərclərini ödədiyi hallar istisna olmaqla, mediasiyaya çəkilən xərclər tərəflər arasında bərabər şəkildə bölüşdürülür. Mediasiyaya dair qeyd-şərtə və ya “mediasiya prosesinin tətbiqi barədə müqavilə”nin şərtlərinə zidd olaraq mediasiyada, həmçinin ilkin mediasiya sessiyasında üzrsüz səbəbdən iştirak etməyən tərəf mediasiya ilə bağlı digər tərəfin çəkdiyi bütün mediasiya xərclərini ona ödəməlidir. Belə olan halda, mediasiya xərcinin iddiaçı tərəfindən ödənildiyini və tərəflərin ilkin mediasiya sessiyasında iştirak etmələrini nəzərə alaraq məhkəmə hesab edir ki, iddiaçı tərəfindən ilkin mediasiya sessiyasına ödənilmiş 50 manatın 25 manatı cavabdehdən iddiaçının xeyrinə tutulmalıdır. Şərh olunanlara əsasən, Azərbaycan Respublikasının Mülki Prosessual Məcəlləsinin 216-220, 227, 233, 357, 360 və 362-ci maddələrini rəhbər tutaraq, məhkəmə QƏT ETDİ: İddia qismən təmin edilsin. Cavabdeh MMC-nin direktoru İlham Əliyevin xx.xx.2021-ci il tarixli, 280 nömrəli əmri ləğv edilsin. İddiaçı X28 Mərkəzində həkim anistezioloq-reanimatoloq vəzifəsinə bərpa edilsin və məcburi iş buraxma günləri üçün əmək haqqı hasablanaraq ona ödənilsin. İddia qalan hissədə təmin edilməsin. İlkin mediasiya sessiyasına ödənilmiş 50 manatın 25 (iyirmi beş) manatı Cavabdeh MMC-dən İddiaçı xeyrinə tutulsun. Qətnamədən onun tərəflərə rəsmi qaydada təqdim edildiyi gündən 1 (bir) ay müddətində Gəncə Şəhəri Nizami Rayon Məhkəməsi vasitəsi ilə Gəncə Apellyasiya Məhkəməsinə apellyasiya şikayəti verilə bilər. Qətnamədən şikayət verilmədikdə, işdə iştirak edən şəxslərə rəsmi qaydada verildiyi gündən 1 (bir) ay keçdikdən sonra qanuni qüvvəyə minir. Sədrlik edən Kənan Hüseynov
Məhkəmə qərarları › İş №2(044)-1185/2022
Gəncə Şəhəri Nizami Rayon Məhkəməsi Qətnamə — İş №2(044)-1185/2022
07.06.2022 · Əmək mübahisələri - İşə bərpa - Əmək mübahisələri - Əmək haqqı tələbi
Mənbə: Azərbaycan məhkəmə sistemi (courts.gov.az) — anonimləşdirilmiş rəsmi mətn. Dataset: Azerbaijan Court Data (CC-BY-4.0).
Mənbə: Azərbaycan məhkəmə sistemi (courts.gov.az) — anonimləşdirilmiş rəsmi mətn. Dataset: Azerbaijan Court Data (CC-BY-4.0).
Bu qərar sizin işinizə uyğun gəlirmi?
Sualınızı yazın — cavab qanun maddələri və məhkəmə təcrübəsi əsasında hazırlanır.
Sual ver