Azərbaycan Respublikası adından QƏTNAMƏ Gəncə şəhəri İş № 2(044)-1186/2021 27.04.2021 GƏNCƏ ŞƏHƏRİ NİZAMİ RAYON MƏHKƏMƏSİ Gəncə şəhəri Nizami Rayon Məhkəməsinin hakimi Kazımov Rasim Sarı oğlunun sədrliyi, Gəncə şəhər Nizami Rayon Məhkəməsinin məhkəmə iclas katibi Əliyev Nicat Şirzad oğlunun katibliyi, İddiaçı iştirakı ilə, İddiaçı Cavabdeh qarşı “istifadə hüququnun itirilmiş hesab edilməsi və yaşayış yeri üzrə qeydiyyatdan çıxarılması” tələbinə dair iddia ərizəsi üzrə mülki işə açıq məhkəmə iclasında baxaraq,məhkəmə müəyyən etdi: İddiaçı Cavabdeh qarşı “istifadə hüququnun itirilmiş hesab edilməsi və yaşayış yeri üzrə qeydiyyatdan çıxarılması” tələbinə dair ərizə ilə məhkəmədə iddia qaldıraraq, Cavabdeh ona məxsus olan Gəncə şəhəri, Təbriz küçəsi, 6-cı dalan, ev 5 ünvanında yerləşən mənzil üzərində istifadə hüquqlarına xitam verilməsinə və Cavabdeh ona məxsus olan Gəncə şəhəri, Təbriz küçəsi, 6-cı dalan, ev 5 ünvanında yerləşən mənzildən yaşayış yeri üzrə qeydiyyatdan çıxarılmasının Gəncə şəhər Nizami Rayon Polis İdarəsinə həvalə edilməsinə dair qətnamə qəbul edilməsini məhkəmədən xahiş etmişdir. Məhkəmənin 16 fevral 2021-ci il tarixli qərardadı ilə İddiaçı cavabdeh X3, X1 və Cavabdeh qarşı “istifadə hüququnun itirilmiş hesab edilməsi və yaşayış yeri üzrə qeydiyyatdan çıxarılması” tələbinə dair 2(044)-383/2021 nömrəli mülki işdən İddiaçı Cavabdeh qarşı “istifadə hüququnun itirilmiş hesab edilməsi və yaşayış yeri üzrə qeydiyyatdan çıxarılması tələbinə dair mülki iş ayrıca icraata ayrılmışdır. Məhkəmənin 16 fevral 2021-ci il tarixli qərardadı ilə iddia tələbinin yaşayış evində pasport qeydiyyatında olan şəxslərin qeydiyyatdan çıxarılmasına dair hissəsi üzrə icraata xitam verilmişdir. Məhkəmə iclasında İddiaçı iddia tələbini müdafiə edərək bildirmişdir ki, Gəncə şəhəri, Təbriz küçəsi, 6-cı dalan, ev 5 ünvanında yerləşən fərdi yaşayış evi ona məxsusdur. Cavabdeh X2 onun bacısıdır. Bacısı ərə gedəndən sonra əri X4 və oğlu Cavabdeh ilə 1998ci ildə ona məxsus olan Gəncə şəhəri, Təbriz küçəsi, 6-cı dalan, ev 5 ünvanında yerləşən mənzildə yaşamışlar. Lakin, uzun müddətdir ki, onlar Sumqayıtda yaşayırlar və özlərinin şəxsi evləri var. O, cavabdehin qeydiyyatdan çıxarılması üçün Gəncə şəhər Nizami Rayon Polis İdarəsinə müraciət etmiş, lakin ona qeydiyyatdan çıxarılmanın yalnız məhkəmə qərarı əsasında həyata keçirilməsinin mümkün olduğu bildirilmişdir. Hazırda cavabdehin iddiaçıya məxsus evdə formal olaraq qeydiyyatda olması onun bir mülkiyyətçi kimi hüquqlarını pozur. Odur ki, Cavabdeh ona məxsus olan Gəncə şəhəri, Təbriz küçəsi, 6-cı dalan, ev 5 ünvanında yerləşən mənzil üzərində istifadə hüquqlarına xitam verilməsinə dair qətnamə qəbul edilməsini məhkəmədən xahiş etdi. Cavabdeh məhkəmə iclasının vaxtı və yeri haqqında qanunla müəyyən edilmiş qaydada xəbərdar edilmiş, lakin buna baxmayaraq məhkəmə iclaslarına gəlməmiş, gəlməməsinin səbəbləri və mümkünsüzlüyü barədə məhkəməyə məlumat verməmiş, nə də işə onun iştirakı olmadan baxılmasını xahiş etməmişdir. Ona görə də məhkəmə Azərbaycan Respublikası Mülki Prosessual Məcəlləsinin 185.5-ci maddəsinə əsasən cavabdehlərin iştirakı olmadan işə baxılmasını mümkün hesab etmişdir. Məhkəmə iddiaçının izahatını dinləyib, iş materiallarını hərtərəfli, tam və obyektiv araşdırıb, mübahisənin həllində tətbiq edilməli olan hüquq normalarına əsaslanaraq hesab edir ki, iddia tələbi təmin edilməlidir. İş materiallarına əlavə edilmiş Azərbaycan Respublikası DİN Yaşayış yeri üzrə qeydiyyat haqqında 16.09.2020-ci il tarixli ******* saylı arayışdan görünür ki, Cavabdeh ünvan 3 ünvanda qeydiyyatdadır. İş materiallarında olan Ərazi üçlüyü tərəfindən verilmiş 01.11.2020-ci il tarixli arayışdan görünür ki, Cavabdeh Gəncə şəhəri, Təbriz küçəsi, 6-cı dalan, ev 5 ünvanında yaşamır. İş materiallarına əlavə edilmiş qeydiyyat vərəqəsindən görünür ki, Gəncə şəhəri, Təbriz küçəsi, 6-cı dalan, ev 5 ünvanda yerləşən fərdi yaşayış evi İddiaçı adına qeyd edilmişdir. Azərbaycan Respublikası Konstitusiyasının 29-cu maddəsinin İ və İİ bəndlərinə görə, hər kəsin mülkiyyət hüququ vardır. Mülkiyyətin heç bir növünə üstünlük verilmir. Mülkiyyət hüququ, o cümlədən xüsusi mülkiyyət hüququ qanunla qorunur. Azərbaycan Respublikası Mülki Məcəlləsinin 152.1-ci maddəsinin tələbinə görə, mülkiyyət hüququ-subyektin ona mənsub əmlaka (əşyaya) öz istədiyi kimi sahib olmaq, ondan istifadə etmək və ona dair sərəncam vermək üzrə dövlət tərəfindən tanınan və qorunan hüququdur. Həmin Məcəllənin 152.4-cü maddəsinə görə, sərəncam hüququ dedikdə-əmlakın (əşyanın) hüquqi müqəddəratını təyin etməyin hüquqi cəhətdən təmin edilmiş imkanı kimi başa düşülür. «Yaşayış yeri və olduğu yer üzrə qeydiyyat haqqında» Azərbaycan Respublikası Qanununun 9-cu maddəsinin 5-ci bəndinin tələbinə görə məhkəmənin qanuni qüvvəyə minmiş qətnaməsi ilə yaşayış yerindən istifadə hüququna xitam verildikdə müvafiq dövlət orqanı tərəfindən şəxs yaşayış yeri üzrə qeydiyyatdan çıxarılır. İnsan hüquqları haqqında Avropa Konvensiyasının 1 saylı Protokolunun 1-ci maddəsi mülkiyyət hüququnu təmin edir: Orada deyilir- “Hər bir fiziki və hüquqi şəxs öz mülkiyyətindən dinc istifadə hüququna malikdir. Heç kəs, cəmiyyətin maraqları naminə, qanunla və beynalxalq hüququn ümumi prinsipləri ilə nəzərdə tutulmuş şərtlər istisna olmaqla, öz mülkiyyətindən məhrum edilə bilməz”. Həmçinin İnsan Hüquqları haqqında Ümumi Bəyannamədə təsbit edilir ki, “Hər kəs istər təkbaşına, istərsə də başqaları ilə birlikdə mülkiyyətə sahib olmaq hüququna malikdir”. Azərbaycan Respublikası Mənzil Məcəlləsinin 30.1-ci maddəsinə əsasən yaşayış sahəsi mülkiyyətçisinin ailə üzvlərinə həmin mülkiyyətçi ilə ona məxsus olan yaşayış sahəsində birlikdə yaşayan mülkiyyətçinin arvadı (əri), habelə onun uşaqları və valideynləri aid edilir. Digər qohumlar, mülkiyyətçinin himayəsində olan əmək qabiliyyəti olmayanlar mülkiyyətçi tərəfindən ailə üzvləri kimi yaşayış sahəsinə köçürüldükdə, onun ailə üzvləri hesab edilə bilərlər; “Azərbaycan Respublikası Mülki Məcəlləsinin 228.1 və 228.2-ci və Azərbaycan Respublikası Mənzil Məcəlləsinin 30.1 və 30.2-ci maddələrinin şərh edilməsinə dair” Azərbaycan Respublikası Konstitusiya Məhkəməsinin 16 dekabr 2014-cü il tarixli qərarına əsasən Azərbaycan Respublikası Mənzil Məcəlləsinin 30.1-ci maddəsinin ikinci cümləsinin “digər qohumlar” ifadəsi Azərbaycan Respublikası Ailə Məcəlləsinin 15-ci Fəslinin müddəalarına əsasən yaşayış sahəsinin mülkiyyətçisindən özünün saxlanılmasını tələb etmək hüququ olan şəxsləri ehtiva edir; Azərbaycan Respublikası Mülki Məcəlləsinin 228.2-ci maddəsinə əsasən yaşayış binasının tərkib hissəsindən istifadə hüququnun əmələ gəlməsi, həyata keçirilməsi şərtləri və xitamı mülkiyyətçi ilə bağlanan, notariat qaydasında təsdiqlənən yazılı razılaşma ilə müəyyənləşdirilir. Beləliklə, məhkəmə qeyd edir ki, Gəncə şəhəri, Təbriz küçəsi, 6-cı dalan, ev 5 ünvanında yerləşən fərdi yaşayış evi xüsusi mülkiyyət hüququ əsasında İddiaçı xüsusi mülkiyyətində olmaqla, mülkiyyətində olan əmlakdan istifadə etmək hüququ dövlət tərəfindən tanınan və qorunan hüququdur. Cavabdeh İddiaçı ailə üzvü hesab edilmir. Həmçinin, məhkəmə araşdırması zamanı cavabdehin mübahisəli mənzil üzərində qanundan və ya müqavilədən irəli gələn hər hansı bir hüququnun olması müəyyən edilməmişdir. Göründüyü kimi, cavabdehin mülkiyyətçinin iradəsinə zidd olaraq mübahisəli mənzildə qeydiyyatda qalması sonuncunun öz mülkiyyətindən maneəsiz istifadə hüququnu məhdudlaşdırmaqla, onun dövlət tərəfindən toxunulmaz elan olunan və müdafiə edilən konstitusion hüquqlarını kobud şəkildə pozur. Ona görə də məhkəmə hesab edir ki, iddia tələbi təmin edilməli, Cavabdeh İddiaçı məxsus olan Gəncə şəhəri, Təbriz küçəsi, 6-cı dalan, ev 5 ünvanına dair istifadə hüququ itirilmiş hesab edilməlidir. Azərbaycan Respublikası Mülki Prosessual Məcəlləsinin (bundan sonra MPM) 14.2-ci maddəsinə əsasən məhkəmə yalnız tərəflərin təqdim etdikləri sübutları araşdırmalı və onlardan istifadə etməlidir. MPM-in 77.1-ci maddəsinə əsasən hər bir tərəf öz tələb və etirazlarının əsası kimi istinad etdiyi halları sübut etməlidir. MPM-in 217.4-cü maddəsinə görə məhkəmə öz qətnaməsini yalnız məhkəmə iclasında tədqiq olunmuş sübutlarla əsaslandırır. MPM-in 218.3-cü maddəsinə görə, hakim işdə iştirak edən şəxslərin verdiyi tələblər üzrə qətnamə çıxarır. MPM-in 119.1-ci maddəsinə əsasən məhkəmə xərcləri ödənilmiş tələblərin məbləğinə münasib olaraq işdə iştirak edən şəxslərə aid edilir. Göstərilənlərə əsasən və Azərbaycan Respublikası MPM-in 216-220, 227, 358-360 və 362-ci maddələrini rəhbər tutaraq, məhkəmə q ə t e t d i: İddia tələbi təmin edilsin. Cavabdeh İddiaçı məxsus olan Gəncə şəhəri, Təbriz küçəsi, 6-cı dalan, ev 5 ünvanına olan istifadə hüququ itirilmiş hesab edilsin. Qətnamədən rəsmi qaydada verildiyi gündən 1 (bir) ay müddətində Gəncə şəhəri Nizami rayon Məhkəməsi vasitəsilə Gəncə Apellyasiya Məhkəməsinin mülki işlər üzrə məhkəmə kollegiyasına apellyasiya şikayəti verilə bilər. Qətnamədən şikayət verilməzsə, qəbul edildiyi gündən 01 ay keçdikdən sonra qanuni qüvvəyə minir. Hakim: Rasim Kazımov.
Məhkəmə qərarları › İş №2(044)-1186/2021
Gəncə Şəhəri Nizami Rayon Məhkəməsi Qətnamə — İş №2(044)-1186/2021
27.04.2021 · Mənzil mübahisələri - Mənzilə istifadə hüququna xitam verilməsi
Mənbə: Azərbaycan məhkəmə sistemi (courts.gov.az) — anonimləşdirilmiş rəsmi mətn. Dataset: Azerbaijan Court Data (CC-BY-4.0).
Mənbə: Azərbaycan məhkəmə sistemi (courts.gov.az) — anonimləşdirilmiş rəsmi mətn. Dataset: Azerbaijan Court Data (CC-BY-4.0).
Bu qərar sizin işinizə uyğun gəlirmi?
Sualınızı yazın — cavab qanun maddələri və məhkəmə təcrübəsi əsasında hazırlanır.
Sual ver