Məhkəmə qərarları › İş №2(044)-1215/2021

Gəncə Şəhəri Nizami Rayon Məhkəməsi Qətnamə — İş №2(044)-1215/2021

05.04.2021 · Mənzil mübahisələri - Mənzilə istifadə hüququna xitam verilməsi
Mənbə: Azərbaycan məhkəmə sistemi (courts.gov.az) — anonimləşdirilmiş rəsmi mətn. Dataset: Azerbaijan Court Data (CC-BY-4.0).

Azərbaycan Respublikası adından QƏTNAMƏ Gəncə şəhəri İş № 2(044)-1215/2021 05.04.2021 GƏNCƏ ŞƏHƏRİ NİZAMİ RAYON MƏHKƏMƏSİ hakim Hüseynov Kənan Zakir oğlunun sədrliyi, X30 oğlunun katibliyi, iddiaçının nümayəndəsi və vəkili X12, Cavabdeh2 qızının iştirakı ilə, iddiaçı Bayramova (Qurbanova) Lilufər Faxrəddin qızının cavabdehlər Cavabdeh1, Cavabdeh3 və Cavabdeh2 qızına qarşı evdən istifadə hüquqlarının itirilmiş hesab edilməsi barədə iddia ərizəsinə dair mülki işə məhkəmənin inzibati binasında açıq məhkəmə iclasında baxaraq, MÜƏYYƏN ETDİ: İddiaçı Bayramova (Qurbanova) Lilufər Faxrəddin qızı iddia ərizəsi ilə məhkəməyə müraciət edərək, cavabdehlər Cavabdeh1, Cavabdeh3 və Cavabdeh2 qızının Gəncə şəhəri, Yeni Gəncə qəsəbəsi, bina 39, mənzil 9 ünvandakı yaşayış sahəsinə istifadə hüquqlarının itirilməsinə dair qətnamə çıxarılmasını xahiş etmişdir. Məhkəmə iclasında iddiaçının nümayəndəsi iddianı müdafiə edərək izahatında bildirdi ki, Gəncə şəhəri, Yeni Gəncə qəsəbəsi, bina 39, mənzil 9 ünvanda yerləşən 5 otaqlı mənzil Gəncə şəhər Kəpəz rayon İcrayyə Komitəsinin XDS-nin xx.xx.1990-cı il tarixli 118 saylı orderilə 6 nəfər ailə üzvü ilə birlikdə iddiaçının anası X17 verilmişdir. Həmin vaxtdan mənzildə iddiaçı anası X25, atası X8 və qardaşı X4 ilə birlikdə yaşamışlar. İddiaçı atası X8 02.06.206-cı il tarixdə vəfat etmiş, anası X25 isə xx.xx.2014-cü il tarixdə vəfat etmiş, hazırda həmin evdə iddiaçı və qardaşı X4 ailəsi ilə birlikdə yaşayırlar. Cavabdehlər Cavabdeh1, Cavabdeh3 və Cavabdeh2 qızının adları mənzilin orderində qeyd edilsə də, sonuncular 1990-cı ildən hal-hazıra kimi Gəncə şəhəri, Yeni Gəncə qəsəbəsi, bina 39, mənzil 9 ünvanında yerləşən mənzildə yaşamamışlar. Cavabdeh1 hazırda Bakı şəhərində yaşayır, Cavabdeh3 hazırda Almaniyada Federativ Respublikasında yaşayır, Qurbanova X11 şəhəri, Azərbaycan Bayraği küçəsi, döngə 1, bina 3, mənzil 14 ünvanda yaşayır. Cavabdehlərin 1990-cı ildən hal-hazıra kimi həmin ünvanda yaşamadıqlarını qonşular da təstiq etmişlər və bu barədə akt tərtib edilmişdir, həmin akt iddia ərizəsinə əlavə edilmişdir. Sonda iddiaçının nümayəndəsi iddianın təmin edilməsini xahiş etmişdir. Məhkəmə iclasında Cavabdeh2 qızı iddianı qəbul edərək bildirmişdir ki, mübahisəli mənzildən 1990-1991-ci ildən çıxmış və həmin mənzildə yaşamır. O, ailə üzvləri ilə birlikdə ünvan 3 ünvanda yaşayır. Onların qardaşları Mirəddin 1980-ci illərin sonunda Rusiya Federasiyasında hərbi xidmətdə olduqdan sonra həmin evə qayıdaraq təxminən 1 il yaşamış, 1991-ci ildən həmin evdən çıxmış, hazırda da Almaniya Federativ Respublikasında yaşayır, bacıları Kifayət də 1991-92-ci illərdə evləndikdən sonra həmin evdən çıxmış və ailəsi ilə birlikdə Bakı şəhərində yaşayır. Cavabdehlərin mübahisəli evdən ən son o, 1992-ci ildən çıxmışdır. Sonda iddianın təmin edilməsinə etiraz etmədiyini bildirmişdir. Məhkəmə iclasının vaxtı və yeri barədə lazımi qaydada xəbərdar edilmiş digər cavabdehlər məhkəməyə gəlməmişlər. Məhkəmə Azərbaycan Respublikası Mülki Prosessual Məcəlləsinin 185.5-ci maddəsinə əsasən cavabdehlərin iştirakı olmadan işə baxılmasını mümkün hesab etmişdir. Məhkəmə iclasında şahid X18 bildirmişdir ki, o, iddiaçı Bayramova (Qurbanova) Lilufər Faxrəddin qızı ilə 1990-ci il tarixdən qonşudur. Həmin evin sakinləri kimi o, iddiaçını və onun anasını görmüş, digər bacıları və qardaşının görməmişdir. Hazırda həmin evdə Lilufər və qardaşı Sahəddin bir yerdə yaşayırlar. Məhkəmə iclasında şahid X7 bildirmişdir ki, o, iddiaçı Bayramova (Qurbanova) Lilufər Faxrəddin qızı ilə 1990-ci il tarixdən qonşudur. Həmin mənzildə iddiaçı və onun vəfat etmiş anası Niyar Qurbanova yaşamışdır. O, cavabdehlərin adlarını eşitmiş, lakin onların həmin mənzildə yaşadıqlarını görməmişdir. Məhkəmə iclasında şahid X4 bildirmişdir ki, o, iddiaçı Bayramova (Qurbanova) Lilufər Faxrəddin qızının qardaşıdır. O, Gəncə şəhəri, Yeni Gəncə qəsəbəsi, bina 39, mənzil 9 ünvanında 1990-cı il tarixdən yaşayır. Həmin mənzildən cavabdehlər təxminən 1990-1991-ci il tarixdən çıxmışlar. Bacısı Kifayət Bakı şəhərində, digər bacısı Ziyafət Gəncə şəhəri, Kəpəz rayonu, Azərbaycan Bayrağı küçəsi, döngə 1, ev 3, mənzil 14 saylı ünvanında, qardaşı Mirəddin isə Almaniya Federativ Respublikasında yaşayır. Hazırda həmin evdə o, iddiaçı bacısı Lilufər ilə birgə yaşayır. Mülki iş materiallarında olan: - X3 verilmiş xx.xx.2020-ci il tarixli Gəncə şəhər İcra Hakimiyyəti Mənzil-Kommunal Təsərrüfatı İstehsalat Birliyi 4 saylı MİSİN arayışından görünür ki, o, həqiqətən ünvan 5 ünvanında yaşayır, onun ailə tərkibi aşağdakı kimidir, qardaşı 1966-cı il təvəllüdlü X4 (həmin ünvanda yaşamır), bacısı 1970-ci il təvəllüdlü Cavabdeh1(həmin ünvanda yaşamır), qardaşı 1962-ci il təvəllüdlü Cavabdeh3(həmin ünvanda yaşamır), bacısı 1977ci il təvəllüdlü Cavabdeh2 qızı (həmin ünvanda yaşamır). - doğum haqqında şəhadətnamənin surətindən görünür ki, X5 xx xxxxxx 1974-cü il tarixdə Kirovabad şəhərində doğulmuşdur. Ata qrafasında X8, ana qrafasında X26 qeyd olunmuşdur. - nikah haqqında şəhadətnamənin surətindən görünür ki, X23 ilə X5 arasında xx xxxx 2005-ci il tarixdə Gəncə şəhər Kəpəz rayon VVADQ şöbəsində rəsmi nikaha daxil olmuşlar. Nikah bağlandıqdan sonra arvada Bayramova soyadı verilmişdir. - ölüm haqqında şəhadətnamənin surətindən görünür ki, X26 xx xxxxxx 2014-cü il tarixdə vəfat etmişdir. Ölümün səbəbi Ağ ciyər ödəmi. - ölüm haqqında şəhadətnamənin surətindən görünür ki, X8 x xxxx 2006-cı il tarixdə vəfat etmişdir. Ölüm səbəbi qəfil koronaz ölüm. - xx xxxxxx 1990-cı il tarixli Orderdən görünür ki, X13 adına olan Gəncə şəhəri, Yeni Gəncə qəsəbəsi, bina 39, mənzil 9 ünvanına 6 nəfərdən olan ailə üzvləri X19, X6, Cavabdeh2 qızına, Cavabdeh3, X1, Cavabdeh1 yaşamaq hüququ verilmişdir. - xx.xx.2020-ci il tarixli aktdan görünür ki, Gəncə şəhəri Yeni Gəncə yaşayış massivi, bina 39, mənzil 12-də yaşayan 1.X7, bina 39, mənzil 18-də yaşayan, 2. X9, bina 39, mənzil 17-də yaşayan X18, yoldaşların iştirakı ilə həmin aktı tərtib etmişlər ona görə ki, həqiqətən X5 bina 39, mənzil 9-da yaşayır. Lakin Cavabdeh1, Cavabdeh3 və Cavabdeh2 Faxrədin qızı 1990-cı ildən hal-hazıra kimi həmin ünvanda yaşamamışlar. Aktın doruluğunu öz imzaları ilə X7, X9, X18 təstiq etmişlər. - Azərbaycan Respublikasının Daxili İşlər Nazirliyi ******* nömrəli yaşayış yeri üzrə qeydiyyat haqqında xx xxxxxx 2006-cı il tarixli arayışdan görünür ki, ünvan 6 ünvanda Cavabdeh3, X10, X14, X32, Cavabdeh1, X20 qeydiyyatdadırlar. Məhkəmə iddiaçının nümayəndəsinin və cavabdeh X2 izahatlarını dinləyib, mülki iş materiallarını tədqiq edib sübutları qiymətləndirərək hesab edir ki, aşağıda göstərilənlərə əsasən iddia təmin edilməlidir. Belə ki, Azərbaycan Respublikası Mülki Prosessual Məcəlləsinin 217.2-ci maddəsinə əsasən qətnamə mübahisəli hüquq münasibətinin yarandığı zaman qüvvədə olan maddi hüquq normalarına və işin baxılması zamanı qüvvədə olan prosessual hüquq normalarına uyğun çıxarılmalıdır. Cavabdehlərin mübahisəli evdən istifadə hüquqları 2000-ci ildən əvvəl yarandığı üçün məhkəmə hesab edir ki, həmin dövrdə qüvvədə olan Azərbaycan Respublikası Mənzil Məcəlləsinin (xx.xx.2009-cu il tarixdək qüvvədə olmuş) 60-cı maddəsinin müddəaları tətbiq olunmalıdır. Azərbaycan Respublikası Mənzil Məcəlləsinin (xx.xx.2009-cu il tarixdək qüvvədə olmuş) 60-cı maddəsinə əsasən icarədar və ya onun ailə üzvləri müvəqqəti başqa yerə getdikdə onların yaşayış sahəsi altı ay saxlanır. Şəxsin müəyyən edildiyindən artıq müddətə başqa yerə getməsi nəticəsində yaşayış sahəsindən istifadə hüququnu itirmiş hesab edilməsi kirayədarın və ya həmin sahədə yaşamağa qalmış digər daimi istifadəçilərin iddiası üzrə məhkəmə qaydasında həyata keçirilir. İş üzrə toplanmış sübutlarla təsdiq olunur ki, cavabdehlər mübahisəli evdən 1990- 92-ci illərdən çıxıb gedərək evi tərk etmişlər. Bu isə onların həmin evdən istifadə etməyə ehtiyacları olmadıqlarını, özlərinə başqa yaşayış yeri seçdiklərini göstərir. Həmçinin Azərbaycan Respublikası Mənzil Məcəlləsinin (xx.xx.2009-cu il tarixdək qüvvədə olmuş) 85-ci maddəsinə əsasən icarədarın ailə üzvü yaşayış sahəsinin bundan əvvəl bağlanmış icarə müqaviləsi üzrə ilk icarədar əvəzinə özünün icarədar hesab edilməsini icarədar və onunla yaşayan ailənin həddi-buluğa çatmış qalan üzvlərinin razılığı ilə tələb edə bilər. İcarədar öldükdə onun ailə üzvlərinin hər birinin belə hüququ vardır. Məhkəmə hesab edir ki, cavabdehlərin 30 ildir çıxıb gedərək yaşamadıqları mübahisə predmeti olan mənzilin orderinə əsasən formal olaraq istifadə hüquqlarının qalması iddiaçının həmin mənzil üzərində hüquqlarını məhdudlaşdırır. Məhkəmə işin faktiki hallarını şərh olunan normalar əsasında qiymətləndirərək hesab edir ki, cavabdehlər Cavabdeh1, Cavabdeh3 və Cavabdeh2 qızının Gəncə şəhəri, Yeni Gəncə qəsəbəsi, bina 39, mənzil 9 ünvanından istifadə hüquqları itirilmiş hesab edilməlidir. Yuxarıda göstərilənlərə əsasən və Azərbaycan Respublikası Mülki Prosessual Məcəlləsinin 216-220, 227, 233, 357, 360 və 362-ci maddələrini rəhbər tutaraq, məhkəmə QƏT ETDİ: İddia təmin edilsin. Cavabdehlər Cavabdeh1, Cavabdeh3 və Cavabdeh2 qızının Gəncə şəhəri, Yeni Gəncə qəsəbəsi, bina 39, mənzil 9 ünvanında yerləşən evdən istifadə hüquqları itirilmiş hesab edilsin. Qətnamədən onun tərəflərə rəsmi qaydada təqdim edildiyi gündən 1 (bir) ay müddətində Gəncə Şəhəri Nizami Rayon Məhkəməsi vasitəsi ilə Gəncə Apellyasiya Məhkəməsinə apellyasiya şikayəti verilə bilər. Qətnamədən şikayət verilmədikdə, qəbul edildiyi gündən 1 (bir) ay keçdikdən sonra qanuni qüvvəyə minir. Sədrlik edən Kənan Hüseynov

Bu qərar sizin işinizə uyğun gəlirmi?

Sualınızı yazın — cavab qanun maddələri və məhkəmə təcrübəsi əsasında hazırlanır.

Sual ver

Eyni kateqoriyada digər qərarlar