Azərbaycan Respublikası adından QƏTNAMƏ Gəncə şəhəri İş № 2(044)-1241/2020 21.09.2020 GƏNCƏ ŞƏHƏRİ NİZAMİ RAYON MƏHKƏMƏSİ Hakim Şirinov Gündüz Əhməd oğlunun sədrliyi, Orucov Maarif Arif oğlunun katibliyi, İddiaçı, Cavabdehin nümayəndəsi X2 iştirakı ilə, İddiaçı cavabdeh “Cavabdeh” X5 Regional X3rşı «işə bərpa və əmrin ləğv edilməsi» tələbinə dair iddiası üzrə mülki işə məhkəmənin binasında açıq məhkəmə iclasında baxaraq, MÜƏYYƏN ETDİ: İddiaçı cavabdeh “Cavabdeh” X5 Regional X3rşı «işə bərpa və əmrin ləğv edilməsi» tələbinə dair iddia tələbi ilə məhkəməyə müraciət edərək, onun barəsində X8 İdarəsinin xx xxxxx 2019-cu il tarixli 24/k saylı əmri əsassız olduğu üçün ləğv edilməsi və onun işə bərpa edilməsi barədə qətnamə çıxarılmasını xahiş etmişdir. İddiaçı məhkəmə iclasında iddia tələbini müdafiə edərək, bildirdi ki, o, X8 X1 rayonu üzrə təmir bərpa xidməti idarəsi ilə xx.xx.2015-ci il tarixdə 286 saylı əmri ilə “Yerli telefon rabitəsinin” telefonçusu kimi işə qəbul edilmiş və xx.xx.2019-cu il tarixdə Əmək Məcəlləsinin 73.1-ci maddəsinə əsasən müddətli əmək müqaviləsinin müddətinin qurtarması ilə onunla bağlanmış əmək müqaviləsi ləğv edilmişdir. Onunla əmək müqaviləsi ləğv edilərkən bu əmrdə əsaslandırılmamışdır və əmrdə, guya onunla bağlanmış əmək müqaviləsinin müddəti bitdiyi üçün ləğv edilmişdir. Onunla bu əsasla əmək müqaviləsinin ləğv edilməsinin hüquqi əsası yoxdur Əmək Məcəlləsinin 84-cü maddəsinin tələbinə uyğun olaraq barəsində olan əmr düzgün əsaslandırılmamışdır. Əmək müqaviləsinin ləğv edilməsi onun hüquqlarını kobud şəkildə pozmuşdur. Onun barəsində olan cavabdeh tərəfindən çıxarılmış xx xxxxx 2019-cu il tarixli 24/k saylı əmr əsassız olduğu üçün ləğv edilməli və o, işinə bərpa edilməlidir. Məhkəmədən iddia tələbinin təmin olunması barədə qətnamə çıxarılmasını xahiş etdi. Cavabdehin nümayəndəsi X4 məhkəmə iclasında iddia tələbini qəbul etməyərək, bildirdi ki, İddiaçı xx.xx.2015-ci il tarixdə SOKAR “Cavabdeh” X5 Regional Qaz X1 rayonu üzrə Təmir-bərpa xidmətində 5-ci dərəcəli Yerli telefon rabitəsinin telefonçusu peşəsinə işə qəbul edilmiş və xx.xx.2019-cu il tarixdə Azərbaycan Respublikası Əmək Məcəlləsinin 73.1-ci maddəsinə (müddətli əmək müqaviləsinin qurtarması) əsasən onunla bağlanmış əmək müqaviləsinə xitam verilmişdir. Məhkəmədən iddianın təmin olunmamasına dair qətnamə çıxarılmasını xahiş etdi. Məhkəmə iddiaçının və cavabdehin nümayəndəsinin izahatını dinləyib, mülki işin materiallarını araşdıraraq hesab edir ki, iddia təmin edilməməlidir. Belə ki, iş materiallarında olan ИТ-İ ******* saylı əmək kitabçasının surətindən görünür ki, İddiaçı xx.xx.2015-ci il tarixdə SOKAR “Cavabdeh” X5 Regional Qaz X1 rayonu üzrə Təmir-bərpa xidmətində 5-ci dərəcəli Yerli telefon rabitəsinin telefonçusu peşəsinə işə qəbul edilmiş və xx.xx.2019-cu il tarixdə Azərbaycan Respublikası Əmək Məcəlləsinin 73.1-ci maddəsinə (müddətli əmək müqaviləsinin qurtarması) əsasən onunla bağlanmış əmək müqaviləsinə xitam verilərək tutduğu peşədən azad edilmişdir. İş materiallarına əlavə edilmiş əmək müqaviləsinin ləğv edilməsi haqqında xx.xx.2019-cu il tarixli 24/k saylı əmrin surətindən görünür ki, İddiaçı “Cavabdeh” X5 Regional Qaz X1 rayonu üzrə Təmir-bərpa xidmətində 5-ci dərəcəli Yerli telefon rabitəsinin telefonçusu vəzifəsindən Azərbaycan Respublikası Əmək Məcəlləsinin 73.1-ci maddəsinə (müddətli əmək müqaviləsinin qurtarması) əsasən onunla bağlanmış əmək müqaviləsi ləğv edilmişdir. İş materiallarına əlavə edilmiş xx.xx.2018-ci il tarixdə Gəncə X6 İdarəsinin rəisinə Goranboy X/S-nin rəis müavini tərəfindən ünvanlanmış xidməti məlumatın surətindən görünür ki, Goranboy XS-nin TBX-nin çilingəri İddiaçı yaşadığı ünvanda qeyri qanuni qaz sayğacı aşkar edilmiş və İddiaçı işlətdiyi sayğac qeyri qanuni qeydiyyatsız sayğacdır. Odur ki, İddiaçı haqqında lazımi tədbir görülməsi xahiş olunmuşdur. İş materiallarına əlavə edilmiş xx.xx.2018-ci il tarixli ******* saylı AKTın surətindən görünür ki, İddiaçı yaşadığı ünvan 3 ünvana baxış keçirilən zaman naməlum sayğacı bağlayaraq qeydiyyatsız təbii qazdan istifadə etmişdir, qeydiyyatsız sayğacın nömrəsi ******* olması aşkar olunmuş və dəymiş ziyanın hesablanması qeyd olunmuşdur. İş materiallarına əlavə olunmuş 286 saylı əmək müqaviləsinin surətindən görünür ki, İddiaçı ilə xx.xx.2015-ci il tarixdə “Cavabdeh” X5 Regional Qaz X1 rayonu üzrə Təmirbərpa xidmətində 5-ci dərəcəli Yerli telefon rabitəsinin telefonçusu peşçəsinə müddətli müqavilə ilə işə qəbul edilmişdir. Azərbaycan Respublikasının Əmək Məcəlləsinin 71-ci maddəsinin 3-cü bəndinə əsasən işəgötürən Əmək Məcəlləsinin 70-ci maddəsi ilə müəyyən edilmiş əsasların hər hansı biri ilə əmək müqaviləsinin ləğv edilməsinin zəruriliyini əsaslandırmalıdır. Azərbaycan Respublikasının Əmək Məcəlləsinin 77-ci maddəsinin 1-ci bəndinə əsasən işçilərin sayı azaldıqda və ya ştatları ixtisar olunduqda, Əmək Məcəlləsinin 70-ci maddəsinin «b» bəndi ilə işə götürən əmək müqaviləsini ləğv etməzdən azı iki ay əvvəl işçini rəsmi xəbərdar etməlidir. Məhkəmə hesab edir ki, İddiaçı tərəfindən iddia müddəti buraxılmışıdr. Azərbaycan Respublikasının Əmək Məcəlləsinin 296.2-ci maddəsinə əsasən fərdi əmək mübahisəsinin həll edilməsi üçün işçi hüququnun pozulduğunu aşkar etdiyi gündən etibarən 1 təqvim ayı ərzində məhkəməyə müraciət edə bilər. Həmin Məcəllənin 294-cü maddəsinin 4-cü bəndinə əsasən məhkəməyə qədər əmək mübahisələrinə baxan orqanın çıxardığı qərar işçini və ya işəgötürəni qane etməzsə, həmin mübahisənin həlli üçün onlar məhkəməyə müraciət edə bilərlər. Bu halda məhkəməyə müraciət etmək üçün müəyyən edilmiş iddia müddəti məhkəməyə qədər əmək mübahisələrinə baxan orqanın müvafiq qərar qəbul etdiyi gündən başlanır. Məhkəmə hesab edir ki, İddiaçı cavabdeh “Cavabdeh” X5 Regional X3rşı «işə bərpa və əmrin ləğv edilməsi» tələbinə dair iddia tələbi təmin edilməməlidir. Odur ki, şərh edilənlərə əsasən və Azərbaycan Respublikası MPM-nin 216-220, 227-ci maddələrinin tələblərini rəhbər tutaraq, QƏT ETDİ: İddiaçı cavabdeh “Cavabdeh” X5 Regional X3rşı «işə bərpa və əmrin ləğv edilməsi» tələbinə dair iddia tələbi təmin edilməsin. Qətnamədən bir ay müddətində Gəncə şəhəri Nizami rayon məhkəməsi vasitəsi ilə Gəncə Apellyasiya Məhkəməsinə apellyasiya şikayəti verilə bilər. Hakim: Gündüz Şirinov
Məhkəmə qərarları › İş №2(044)-1241/2020
Gəncə Şəhəri Nizami Rayon Məhkəməsi Qətnamə — İş №2(044)-1241/2020
21.09.2020 · Əmək mübahisələri - İşə bərpa
Mənbə: Azərbaycan məhkəmə sistemi (courts.gov.az) — anonimləşdirilmiş rəsmi mətn. Dataset: Azerbaijan Court Data (CC-BY-4.0).
Mənbə: Azərbaycan məhkəmə sistemi (courts.gov.az) — anonimləşdirilmiş rəsmi mətn. Dataset: Azerbaijan Court Data (CC-BY-4.0).
Bu qərar sizin işinizə uyğun gəlirmi?
Sualınızı yazın — cavab qanun maddələri və məhkəmə təcrübəsi əsasında hazırlanır.
Sual ver