Azərbaycan Respublikası adından QƏTNAMƏ Gəncə şəhəri İş № 2(044)-1314/2021 30.03.2021 GƏNCƏ ŞƏHƏRİ NİZAMİ RAYON MƏHKƏMƏSİ Hakim Şirinov Gündüz Əhməd oğlunun sədrliyi, Orucov Maarif Arif oğlunun katibliyi, İddiaçı iştirakı ilə, İddiaçı cavabdehlər Cavabdeh və X4 qarşı “istifadə hüququnun itirilmiş hesab edilməsi” tələbinə dair iddiası üzrə mülki işə Gəncə şəhəri Nizami Rayon Məhkəməsinin binasında açıq məhkəmə iclasında baxaraq, məhkəmə MÜƏYYƏN ETDİ: İddiaçı cavabdehlər Cavabdeh və X4 qarşı “istifadə hüququnun itirilmiş hesab edilməsi” tələbinə dair iddia ərizəsi ilə məhkəməyə müraciət edərək, cavabdehlər Cavabdeh və X2 Gəncə şəhəri, Əbül-Ula Gəncəvi küçəsində yerləşən 246 saylı fərdi yaşayış evində olan istifadə hüquqlarının itirilmiş hesab edilməsi barədə qətnamə çıxarılmasını xahiş etmişdir. İddiaçı məhkəmə iclasında bildirdi ki, Gəncə şəhəri, Əbül-Ula Gəncəvi küçəsində yerləşən 246 saylı fərdi yaşayış evi xx xxxxxx 2014-cü il tarixdən şəxsi mülkiyyət hüququ əsasında onun adına qeyd edilmişdir. Cavabdehlər Cavabdeh və X6 onun qohumlarıdır və bir neçə il bundan əvvəl ondan qeydiyyata düşməyə yerləri olmadığından, o, cavabdehləri öz evinə qeydiyyata salmış, hazırda cavabdehlərin özlərinə məxsus yaşayış yerləri vardır və o, cavabdehlərin ona məxsus evdən qeydiyyatdan çıxarılmalarını xahiş etmiş, lakin cavabdehlər könüllü olaraq ona məxsus evdən qeydiyyatdan çıxmaqdan imtina etmişlər. O, hal-hazırda A.Səhhət adına xəstəxanada tibb bacısı işləyir, maddi vəziyyəti yaxşı deyil, mənzilə dair kommunal xərcləri ödəyə bilmir. Odur ki, hazırkı iddia ərizəsi ilə məhkəməyə müraciət etməli olmuşdur. Məhkəmədən iddia tələbinin təmin olunması barədə qətnamə çıxarılmasını xahiş etdi. Cavabdehlər Cavabdeh və X6 məhkəmə iclasının vaxtı və yeri barədə xəbərdar edilməsinə baxmayaraq məhkəmə iclasına gəlməmişlər. Məhkəmə Azərbaycan Respublikası MPM-in 185.5-ci maddəsinə əsasən işə cavabdehin iştirakı olmadan baxılmasını mümkün hesab etdi. Məhkəmə iddiaçının izahatını dinləyib, iş materiallarını araşdırıb, sübutlara qiymət verərək hesab edir ki, iddia təmin edilməlidir. Belə ki, xx.xx.2014-cü il tarixli ******* saylı çıxarışın surətindən görünür ki, Gəncə şəhəri, Nizami rayonu, Əbül-Ula Gəncəvi küçəsində yerləşən 246 saylı fərdi yaşayış evi İddiaçı adına qeyd edilmişdir. xx.xx.2021-ci il tarixli ******* saylı arayışdan görünür ki, Gəncə şəhəri, Nizami rayonu, Əbül-Ula Gəncəvi küçəsində yerləşən 246 saylı fərdi yaşayış evində Cavabdeh, X7, İddiaçı, Camal-zadə Rüfət Xeyrəddin oğlu, X6, X1 qeydiyyatdadırlar. xx.xx.2021-ci il tarixdə Gəncə şəhər Nizami rayon İcra Hakimiyyəti başçısının 2 saylı SİƏD üzrə nümayəndəliyi tərəfindən verilmiş 1015 saylı arayışdan görünür ki, İddiaçı Gəncə şəhəri, Nizami rayonu, Əbül-Ula Gəncəvi küçəsində yerləşən 246 saylı ünvanda qeydiyyatdadır və həmin ünvanda Cavabdeh və X6 qeydiyyatdadırlar lakin yaşamırlar. Azərbaycan Respublikası Mülki Məcəlləsinin 152.1-ci maddəsində göstərilmişdir ki, mülkiyyət hüququ subyektin ona mənsub əmlaka öz istədiyi kimi sahib olmaq, ondan istifadə etmək və ona dair sərəncam vermək üzrə dövlət tərəfindən tanınan və qorunan hüququdur. «Yaşayış yeri və olduğu yer üzrə qeydiyyat haqqında» Azərbaycan Respublikası Qanununun 9-cu maddəsinin 5-ci bəndinin tələbinə görə məhkəmənin qanuni qüvvəyə minmiş qətnaməsi ilə yaşayış yerindən istifadə hüququna xitam verildikdə müvafiq dövlət orqanı tərəfindən şəxs yaşayış yeri üzrə qeydiyyatdan çıxarılır. Beləliklə, məhkəmə iclasında təsdiq olundu ki, cavabdehlər Gəncə şəhəri, Nizami rayonu, Əbül-Ula Gəncəvi küçəsində yerləşən 246 saylı ünvanda pasport qeydiyyatında olmalarına baxmayaraq, həmin ünvanda yaşamırlar. Hazırda cavabdehlər mübahisəli evdən yaşayış sahəsi kimi istifadə etmirlər, daimi olaraq başqa ünvanda yaşayırlar və yaşayış sahəsindən istifadəyə görə üzərlərinə düşən vəzifəni yerinə yetirmirlər. Cavabdehlərin formal olaraq mübahisəli mənzildə qeydiyyatda qalmaları, iddiaçının mənzil üzərində hüququnu məhdudlaşdırır və o, cavabdehlərə görə əlavə kommunal xidmət haqqı ödəyir. Məhkəmə hesab edir ki, iddia təmin olunmalı, iddiaçının mülkiyyət hüququ müdafiə olunmalı, mülkiyyətindən maneəsiz istifadə etmək hüququ təmin olunmalı, cavabdehlərin Gəncə şəhəri, Nizami rayonu, Əbül-Ula Gəncəvi küçəsində yerləşən 246 saylı evə olan istifadə hüququ itirilmiş hesab edilməlidir. Azərbaycan Respublikası MPM-nin 119.1-ci maddəsinin tələblərinə görə məhkəmə xərcləri ödənilmiş tələblərin məbləğinə münasib olaraq işdə iştirak edən şəxslərə aid edilir. Şərh olunanlara əsasən və Azərbaycan Respublikası MPM-nin 216-220, 227, 233 və 360-cı maddələrini rəhbər tutaraq, məhkəmə QƏT ETDİ: İddia təmin olunsun. Cavabdehlər Cavabdeh və X2 Gəncə şəhəri, Nizami rayonu, Əbül-Ula Gəncəvi küçəsində yerləşən 246 saylı evə olan istifadə hüquqları itirilmiş hesab olunsun. İş üzrə ödənilmiş 10 manat dövlət rüsumu iddiaçıya aid edilsin. Qətnamədən bir ay müddətində Gəncə şəhəri Nizami Rayon Məhkəməsi vasitəsilə Gəncə Apelyasiya Məhkəməsinə apelyasiya şikayəti verilə bilər. Sədrlik edən: Gündüz Şirinov
Məhkəmə qərarları › İş №2(044)-1314/2021
Gəncə Şəhəri Nizami Rayon Məhkəməsi Qətnamə — İş №2(044)-1314/2021
30.03.2021 · Mənzil mübahisələri - Mənzilə istifadə hüququna xitam verilməsi
Mənbə: Azərbaycan məhkəmə sistemi (courts.gov.az) — anonimləşdirilmiş rəsmi mətn. Dataset: Azerbaijan Court Data (CC-BY-4.0).
Mənbə: Azərbaycan məhkəmə sistemi (courts.gov.az) — anonimləşdirilmiş rəsmi mətn. Dataset: Azerbaijan Court Data (CC-BY-4.0).
Bu qərar sizin işinizə uyğun gəlirmi?
Sualınızı yazın — cavab qanun maddələri və məhkəmə təcrübəsi əsasında hazırlanır.
Sual ver