Azərbaycan Respublikası adından QƏTNAMƏ Gəncə şəhəri İş № 2(044)-1322/2021 02.06.2021 GƏNCƏ ŞƏHƏRİ NİZAMİ RAYON MƏHKƏMƏSİ X7 Zaur Adil oğlunun sədrliyi, Məhkəmə iclas katibi-Əsgərov Yadigar Əsgər oğlunun katibliyi, İlk iddia üzrə iddiaçı, qarşılıqlı iddia üzrə cavabdeh- İddiaçı, İlk iddia üzrə cavabdeh, qarşılıqlı iddia üzrə iddiaçı- Cavabdeh1 iştirakı ilə İddiaçı cavabdehlər Cavabdeh1, Cavabdeh2 qızına, Gəncə şəhəri ASAN XİDMƏT Notariat ofisinə qarşı “qanun üzrə vərəsəlik şəhadətnaməsinin verilməsi” tələbinə dair ilkin, Cavabdeh1 İddiaçı qarşı “pul tələbinə dair” qarşılıqlı iddia ərizəsi üzrə mülki işə açıq məhkəmə iclasında baxaraq, məhkəmə müəyyən etdi: İlkin iddia üzrə iddiaçı cavabdehlər Cavabdeh1, Cavabdeh2 qızına, Gəncə şəhəri ASAN XİDMƏT Notariat ofisinə qarşı ünvan 2i rayonu, H.Əliyev küçəsi, 86, bina 2, mənzil 21, Gəncə şəhəri, Kəpəz rayonu, Heydər Əliyev prospekti 101-də yerləşən qeyri-yaşayış sahəsi, ünvan 2i rayonu, Atatürk prospekti 259, bina 3, mənzil 29, Toyota Camry markalı, 2012-ci il buraxılışlı, ** DB *** dövlət qeydiyyat nişanlı avtomobil, 2008-ci il buraxılışlı, ** CB *** dövlət qeydiyyat nişanlı Volqa avtomobil, şəkisi 30 qram, əyarı 750, qiyməti 11900 manat olan brilyant qaşlı zümrüd dəstlik, çəkisi 28 qram, əyarı 750, qiyməti 10200 manat olan sapfir qaşlı dəstlik, şəkisi 16,5 qram, əyarı 750, qiyməti 9000 manat olan brilyant qaşlı gül dəstlik, çəkisi 20 qram, əyarı 750, qiyməti 8500 manat olmaqla xalq cəbhəsi dəsti, şəkisi 55 qram, əyarı 583, qiyməti 4000 manat olan tros boyunbağı, şəkisi 15 qram, əyarı 583, qiyməti 6800 manat olan 7 karatlı brliyant qaşlı sinəlik, şəkisi 100 qram, əyarı 583, qiyməti 6500 manat olan paxlava sep, şəkisi 6 qram, əyarı 750, qiyməti 4000 manat olan 0,75 karratlı tək qaşlı brilyant qaşlı üzük, çəkisi 5 qram, əyarı 750, qiyməti 3400 manat olan brilyant qaşlı paxlava üzük, birinin qiyməti 1000 manat olan 6 ədəd 10-luq nikolay pulu, birinin qiyməti 550 manat olan 6 ədəd 5-lik nikolay pulunun 1/6 hissəsi üzrə qanun üzrə vərəsəlik şəhadətnaməsinin verilməsinə dair iddia ilə məhkəməyə müraciət etmişdir. Qarşılıqlı iddia üzrə iddiaçı, ilkin iddia üzrə Cavabdeh1 məhkəməyə müraciət edərək İddiaçı vəfat etmiş anasına sağlığında və vəfat etdikdən sonra heç bir kömək etmədiyini və buna görə anasının varısı kimi pay tələb etməsinin ədalətsiz olduğunu bildirmişdir. Eyni zamanda, İddiaçı uzun illər ərzində xərclədiyi 17,000 manatı (on yeddi min) ona qaytarmasınına dair qətnamə çıxarılmasını xahiş etmişdir. İlkin iddia tələbi onunla əsaslandırılmışdır ki, anası X6 13.03.2018-ci il tarixində vəfat etmiş, anasının vərəsəsi olaraq ondan əmlakın bir qismini, yəni Gəncə şəhəri, Çarıxçılar küçəsi, ev 10A və Gəncə şəhəri Nizami rayonu, Təbriz küçəsi, bina 1, mənzil 48-də yerləşən əmlaklara 1/6 payı qəbul etmişəm. Lakin ünvan 2i rayonu, H.Əliyev küçəsi, 86, bina 2, mənzil 21, Gəncə şəhəri, Kəpəz rayonu, Heydər Əliyev prospekti 101-də yerləşən qeyri-yaşayış sahəsi, ünvan 2i rayonu, Atatürk prospekti 259, bina 3, mənzil 29, Toyota Camry markalı, 2012-ci il buraxılışlı, ** DB *** dövlət qeydiyyat nişanlı avtomobil, 2008-ci il buraxılışlı, ** CB *** dövlət qeydiyyat nişanlı Volqa avtomobil, şəkisi 30 qram, əyarı 750, qiyməti 11900 manat olan brilyant qaşlı zümrüd dəstlik, çəkisi 28 qram, əyarı 750, qiyməti 10200 manat olan sapfir qaşlı dəstlik, şəkisi 16,5 qram, əyarı 750, qiyməti 9000 manat olan brilyant qaşlı gül dəstlik, çəkisi 20 qram, əyarı 750, qiyməti 8500 manat olmaqla xalq cəbhəsi dəsti, şəkisi 55 qram, əyarı 583, qiyməti 4000 manat olan tros boyunbağı, şəkisi 15 qram, əyarı 583, qiyməti 6800 manat olan 7 karatlı brliyant qaşlı sinəlik, şəkisi 100 qram, əyarı 583, qiyməti 6500 manat olan paxlava sep, şəkisi 6 qram, əyarı 750, qiyməti 4000 manat olan 0,75 karratlı tək qaşlı brilyant qaşlı üzük, çəkisi 5 qram, əyarı 750, qiyməti 3400 manat olan brilyant qaşlı paxlava üzük, birinin qiyməti 1000 manat olan 6 ədəd 10-luq nikolay pulu, birinin qiyməti 550 manat olan 6 ədəd 5-lik nikolay pulunun 1/6 hissəsi üzrə qanuni vəsəslik şəhadətnaməsinin verilməsinə nail ola bilməmişdir. Qeyd olunan əmlaklara 1/6 pay hüququnun tanınması ilə bağlı X10 Xidmət Mərkəzinin Notariat ofisinə müraciətinə 18.11.2020-ci il tarixli, 2280 saylı imtina məktubu verilib. Qarşılıqlı iddia tələbi onunla əsaslandırılmışdır ki, İddiaçı anası sağ olanda, xəstəxanada yatanda və vəfat etdikdən sonra heç bir köməklik göstərmədiyindən qeyd olunan əmlaklara onun pay tələb etməyə mənəvi haqqı yoxdur. Eyni zamanda, İddiaçı uzun illər ərzində xərclədiyi 17,000 manatı (on yeddi min) ona qaytarmasına dair qətnamə çıxarılmasını xahiş etmişdir. Məhkəmə iclasında iştirak edən qarşılıqlı iddia üzrə iddiaçı, ilk iddia üzrə Cavabdeh1 ilk iddia tələbinə etiraz edərək, qarşılıqlı iddianı isə müdafiə edərək bildirdi ki, iddia ərizəsində göstərilən əmlaklardan İddiaçı 1/6 pay hüququnun tanınmasına razı deyil, çünki onun mənəvi olaraq buna haqqı yoxdur. Eyni zamanda, illərlə İddiaçı xərclədiyi 17,000 manatı (on yeddi min) ona qaytarmasına dair qərar qəbul etməsini məhkəmədən xahiş etdi. Ona görə də ilkin iddianın rədd olunması, qarşılıqlı iddianın isə təmin olunmasını məhkəmədən xahiş edir. Məhkəmə iclasının vaxtı və yeri haqqında lazımi qaydada xəbərdar edilməsinə baxmayaq, İddiaçı oğlu və Cavabdeh2 qızı məhkəmə iclaslarında iştirak etməməmiş və gəlməməsinin səbəbləri barədə də məhkəməyə məlumat verməmişlər. Məhkəmə Azərbaycan Respublikası MPM-nin 185.5-ci maddəsinə əsasən işə məhkəmə iclasına gəlməmiş proses iştirakçılarının iştirakları olmadan baxılmasını mümkün hesab etmişdir. Məhkəmə cavabdehin izahatını dinləyərək, onların izahatını iş üzrə təqdim olunmuş digər sübutlarla yanaşı yoxlayaraq, iddia ərizələrinin dəlillərini nəzərə alaraq, işdə olan sübutları işin bütün faktiki hallarının tam, hərtərəfli, qərəzsiz və obyektiv araşdırılmasına əsaslanmaqla qiymətləndirərək belə hesab edir ki, ilkin və qarşılıqlı iddia tələbləri rədd olunmalıdır. Belə ki, iş materiallarına əlavə edilmiş; Azərbaycan Respublikasının İqtisadiyyat Nazirliyi yanında Əmlak Məsələləri Dövlət Xidməti Daşınmaz Əmlakın Dövlət Reyestr xidmətindən verilən Arayışdan görünür ki, ünvan 2i rayonu, H.Əliyev küçəsi, 86, bina 2, mənzil 21 Cavabdeh1 adına qeydiyyata alınmışdır. Azərbaycan Respublikası Əmlak Məsələləri Dövlət Komitəsi yanında Daşınmaz Əmlakın Dövlət Reyestri Xidmətinin çıxarışında isə görtərilir ki, ünvan 2i rayonu, H.Əliyev küçəsi, 86, bina 2, mənzil 21, 05.05.2021-ci il tarixindən etibarən Cavabdeh2 qızının adına qeydiyyata alınmışdır. Gəncə şəhər, Dövlət Tİ və MQİ-nin 19.06.2000-ci il tarixli, 25 saylı qərarından çıxarışdan aydındır ki, ünvan 2i rayonu, Atatürk prospekti 259, bina 3, mənzil 29 X5 adına özəlləşdirilib. 943115 və 943114 nömrəli X2 Şəhadətnamələrinin surətindən aydındır ki, müvafiq olaraq, 20CB711 və 20DB115 qeydiyyat nişanlı minik avtomobili Cavabdeh2 Qurvan qızının adına qeydiyyatdadır. İş materiallarına əlavə olunmuş Azərbaycan Respublikası Əmlak Məsələləri Dövlət Komitəsinin yanında Daşınmaz Əmlakın Dövlət Reyestri Xidmətinin çıxarışndan görünür ki, , Gəncə şəhəri, Kəpəz rayonu, Heydər Əliyev prospekti 101-də yerləşən qeyri-yaşayış sahəsi 27.03.2013-cü il tarixindən Cavabdeh1 adına qeydiyyatdadır. Azərbaycan Respublikası Əmlak Məsələləri Dövlət Komitəsinin yanında Daşınmaz Əmlakın Dövlət Reyestri Xidmətinin ******* nömrəli çıxarışından görünür ki, Gəncə şəhəri, Kəpəz rayonu, Heydər Əliyev prospekti 101-də yerləşən qeyri-yaşayış sahəsi 15.03.2019-cu ildən etibarən X3 adına qeydiyyatdadır. İş materiallarında olan Azərbaycan Respublikası Əmlak Məsələləri Dövlət Komitəsinin yanında Daşınmaz Əmlakın Dövlət Reyestri Xidmətinin Gəncə ASAN vəkil bürosunun vəkili Natiq Əliyevə ünvanlanan məktubdan da görünür ki, ünvan 2i rayonu, H.Əliyev küçəsi, 86, bina 2, mənzil 21-ə dair 23.06.2003-cü il tarixli 8175 nömrəli qeydiyyat vəsiqəsi Cavabdeh1 verilmişdir. Gəncə şəhəri, Kəpəz rayonu, Heydər Əliyev prospekti 101-də yerləşən qeyri-yaşayış sahəsinə dair Cavabdeh1 27.03.2013-cü il tarixli ********** qeydiyyat nömrəli çıxarış verilmişdir. Gəncə şəhər 5saylı notariat kontorunun 25.02.2019-cu il tarixli 4Ə-81 saylı alqı-satqı müqaviləsinə əsasən bu əmlak X1. Azərbaycan Respublikası Konstitusiyasının 13-cü maddəsinə görə mülkiyyət toxunulmazdır və dövlət tərəfindən müdafiə olunur. Mülkiyyətdən insan və vətəndaş hüquqları və azadlıqları, cəmiyyətin və dövlətin mənafeləri, şəxsiyyətin ləyaqəti əleyhinə istifadə edilə bilməz. Konstitusiyanın 29-cu maddəsinə görə isə hər kəsin mülkiyyət hüququ vardır. Heç kəs məhkəmənin qərarı olmadan mülkiyyətindən məhrum edilə bilməz. Konstitusiyasının 29-cu maddəsinin 5-ci bəndinə əsasən dövlət vərəsəlik hüququna təminat verir. Azərbaycan Respublikası Konstitusiyasının 43-cü maddəsinin 1-ci hissəsinə əsasən heç kəs yaşadığı mənzildən qanunsuz məhrum edilə bilməz. Azərbaycan Respublikası Konstitusiyasının 71-ci maddəsinə görə Konstitusiyada təsbit olunmuş insan və vətəndaş hüquqularını və azadlıqlarını gözləmək və qorumaq qanunvericilik, icra və məhkəmə hakimiyyəti orqanının borcudur. İlkin iddia tələbi ilə bağlı məhkəmə onu qeyd edir ki, iddia ərizəsinin məzmunundan göründüyü kimi iddiaçı anasından miras qalmış daşınar və daşınmaz əmlaklara dair miras payının müəyyən edilməsini istəyir. İddiaçı məhkəmə iclasının vaxtı və yeri barədə lazımı qaydada məlumatlandırılmasına baxmayaraq o məhkəmə iclaslarında iştirak etməyərək anasından miras qalmış əmlakların nədən ibarət olmasına dair sübutlarını məhkəməyə təqdim etməmişdir. Halbuki, Azərbaycan Respublikası Mülki Prosessual Məcəllənin 14.2-ci maddəsinə görə məhkəmə yalnız tərəflərin təqdim etdikləri sübutları araşdırmalı və onlardan istifadə etməlidir. Həmin Məcəllənin 77.1-ci maddəsinə görə isə hər bir tərəf öz tələblərinin və etirazlarının əsası kimi istinad etdiyi halları sübut etməlidir.Məhkəmə hesab edir ki, ilkin iddia tələbi rədd edilməlidir. Məhkəmə qarşılıqlı iddia tələbini də əsassız hesab edir. Belə ki, qarşılıqlı iddia tələbi onunla əsaslandırılmışdır ki, ilkin iddiaçı Şirin onun oğludur.Onun toyuna, Rusiyaya getməsi ilə bağlı ona çəkdiyi xərclər çəkmişdir. Məhkəmə qeyd edir ki, həmin xərclər sübut edilsə də belə Şirin onun oğlu olduğundan bu xərclər atalıq borcunun yerinə yetirilməsi ilə bağlı olmuşdur. Odur ki, məhkəmə hesab edir ki, iddia tələbi təmin edilməməlidir. Azərbaycan Respublikası Mülki Prosessual Məcəlləsinin 217.4-cü maddəsinə əsasən məhkəmə (hakim) öz qətnaməsini yalnız məhkəmə iclasında tədqiq olunmuş sübutlarla əsaslandırır. Eyni zamanda, Qarşılıqlı iddia üzrə iddiaçı Cavabdeh1 İddiaçı 17,000 manatın tutulmasını məhkəmədən xahiş etsə də, iddiasını maddi hüquq normaları ilə əsaslandırmayıb və iddiasını təsdiq edən sübutlar təqdim etməmişdir. Məhkəmə iş üzrə sübutlara Mülki Prosessual Məcəllənin 88-ci maddəsinin tələblərinə uyğun olaraq obyektiv, qərəzsiz, hərtərəfli və tam baxdıqdan sonra həmin sübutlara tətbiq edilməli hüquq normalarına müvafiq olaraq qiymət vermiş, iddia ərizəsində qoyulmuş tələb üzrə nəticəyə gələrkən isə Mülki Prosessual Məcəllənin 217.4-cü maddəsində təsbit edilmiş bilavasitəlilik prinsipinə uyğun olaraq yalnız məhkəmə iclasında tədqiq olunmuş sübutlara əsaslanmışdır. Həmin Məcəllənin 106.1-ci maddəsinə əsasən işdə iştirak edən şəxslərin iş üçün əhəmiyyətli olan və onlara məlum olan faktlar barədə izahatları iş üzrə toplanmış digər sübutlarla yoxlanılmalı və qiymətləndirilməlidir. Məhkəmə nəzərə almışdır ki, Azərbaycan Respublikasının MPM-in 218.3-cü maddəsinə müvafiq olaraq o, iddia tələblərinin hədlərindən kənara çıxmadan işdə iştirak edən şəxslərin verdiyi tələblər üzrə qətnamə çıxarmalıdır. Azərbaycan Respublikası Mülki-Prosessual Məcəlləsinin 107-ci maddəsinə əsasən, məhkəmə xərcləri dövlət rüsumundan və işə baxılması ilə əlaqədar olan məsrəflərdən ibarətdir. Mülki Prosessual Məcəllənin 119.1-ci maddəsinə görə məhkəmə xərcləri ödənilmiş tələblərin məbləğinə münasib olaraq işdə iştirak edən şəxslərə aid edilir. Buna görə məhkəmə hesab edir ki, ödənilmişdövlət rüsumları tərəflərin özünə aid edilməlidir. Yuxarıda göstərilənlərə əsasən və Azərbaycan Respublikası Mülki Prosessual Məcəlləsinin 216-220, 227, 233, 358, 360 və 362-ci maddələrini rəhbər tutaraq, məhkəmə Q Ə T E T D İ: İlkin və qarşılıqlı iddia tələbləri təmin edilməsin. Qətnamədən rəsmi qaydada verildikdən sonra 1 (bir) ay müddətində Gənçə şəhəri Nizami rayon Məhkəməsi vasitəsilə Gəncə Apellyasiya Məhkəməsinə apellyasiya şikayəti verilə bilər. Qətnamədən şikayət verilməzsə, qəbul edildiyi gündən bir ay keçdikdən sonra qanuni qüvvəyə minir. Hakim Hünmətov Zaur
Məhkəmə qərarları › İş №2(044)-1322/2021
Gəncə Şəhəri Nizami Rayon Məhkəməsi Qətnamə — İş №2(044)-1322/2021
02.06.2021 · Vərəsəlik hüququ üzrə mübahisələr - Qanun üzrə vərəsəlik hüququnun tanınması
Mənbə: Azərbaycan məhkəmə sistemi (courts.gov.az) — anonimləşdirilmiş rəsmi mətn. Dataset: Azerbaijan Court Data (CC-BY-4.0).
Mənbə: Azərbaycan məhkəmə sistemi (courts.gov.az) — anonimləşdirilmiş rəsmi mətn. Dataset: Azerbaijan Court Data (CC-BY-4.0).
Bu qərar sizin işinizə uyğun gəlirmi?
Sualınızı yazın — cavab qanun maddələri və məhkəmə təcrübəsi əsasında hazırlanır.
Sual ver