Məhkəmə qərarları › İş №2(044)-1399/2020

Gəncə Şəhəri Nizami Rayon Məhkəməsi Qətnamə — İş №2(044)-1399/2020

06.08.2020 · Mənzil mübahisələri - Mənzildən çıxarılma
Mənbə: Azərbaycan məhkəmə sistemi (courts.gov.az) — anonimləşdirilmiş rəsmi mətn. Dataset: Azerbaijan Court Data (CC-BY-4.0).

Azərbaycan Respublikası adından QƏTNAMƏ Gəncə şəhəri İş № 2(044)-1399/2020 06.08.2020 GƏNCƏ ŞƏHƏRİ NİZAMİ RAYON MƏHKƏMƏSİ Hakim Şirinov Gündüz Əhməd oğlunun sədrliyi, Orucov Maarif Arif oğlunun katibliyi, İddiaçının nümayəndəsi, vəkil X1, Cavabdehin nümayəndəsi, vəkil X2 iştirakı ilə, İddiaçı Cavabdeh qarşı «mənzilin boşaldılması, maddi və mənəvi ziyan» tələbinə dair iddia ərizəsi, qarşılıalı iddia üzrə iddiaçı Cavabdeh İddiaçı qarşı «alqı-satqı müqaviləsinin etibarsız hesab edilməsi» tələbinə dair qarşılıqlı iddia ərizəsi üzrə mülki işə açıq məhkəmə iclasında baxaraq, MÜƏYYƏN ETDİ: İddiaçı Cavabdeh qarşı «mənzilin boşaldılması, maddi və mənəvi ziyan» tələbinə dair iddia ərizəsi ilə məhkəməyə müraciət edərək, ona məxsus Gəncə şəhəri, Zərrabi küçəsi, bina 218, 6 saylı mənzilin boşaldılaraq ona təhvil verilməsi, Cavabdeh Gəncə şəhəri, Zərrabi küçəsi, bina 218, 6 saylı mənzili aldığı tarixdən, yəni xx.xx.2019-cu il tarixdən mənzil boşaldılaraq ona təhvil verilən günədək hər ay 250 manatdan hesablanmaqla ona dəymiş maddi zərərin və 5000 manat mənəvi zərərin alınaraq, ona verilməsi barədə qətnamə çıxarılmasını xahiş etmişdir. Qarşılıalı iddia üzrə iddiaçı Cavabdeh İddiaçı qarşı «alqı-satqı müqaviləsinin etibarsız hesab edilməsi» tələbinə dair qarşılıqlı iddia ərizəsi ilə məhkəməyə müraciət edərək, İddiaçı ona qarşı ilk iddiasının rədd edilməsi və aralarında bağlanmış xx.xx.2019-cu il tarixli alqı-satqı müqaviləsinin yalan olmaqla borc (kredit) müqaviləsinin əhəmiyyətsiz hesab edilməsi, ödənilmiş dövlət rüsumunun İddiaçı alınaraq ona verilməsi barədə qətnamə çıxarılmasını xahiş etmişdir. İddia ərizəsi onunla əsaslandırılmışdır ki, onunla Cavabdeh arasında Gəncə şəhəri, Zərrabi küçəsi, bina 218,6 saylı mənzilə dair xx.xx.2019-cu il tarixli alqı-satqı müqaviləsi bağlanmışdır. Lakin cavabdeh həmin vaxtdan evdən çıxıb evi ona təhvil vermir, həmin vaxtdan 6 ay keçməsinə baxmayaraq, cavabdeh hər dəfə bir bəhanə gətirərək günü-günə satır və evi boşaldıb ona təhvil vermir. Hazırda ona məlum olmuşdur ki, cavabdeh hər ayı 250 manata evə kirayəçi qoymuşdur. O, özü Bakı şəhərində kirayəçi yaşayır və mübahisəli həmin evi alıb kirayəyə vermək istəyirdi. Cavabdehin bu hərəkətləri nəticəsində ona maddi və mənəvi zərər dəymişdir. O, dəfələrlə bu işlə əlaqədar Bakı şəhərindən Gəncə şəhərinə gəlib-getməli olmuş, hər dəfə mənzili ona verməyəndə əsəb keçirmişdir ki, nəticədə ona maddi və mənəvi zərər dəymişdir. İddiaçının nümayəndəsi X3 məhkəmə iclasında iddia tələbinə uyğun izahat verdi və məhkəmədən ilkin iddia tələbinin təmin və qarşılıqlı iddia tələbinin təmin olunmaması barədə qətnamə çıxarılmasını xahiş etdi. Qarşılıqlı iddia ərizəsi onunla əsaslandırılmışdır ki, ilkin iddia ərizəsi əsassızdır, çünki həmin ev faktiki olaraq İddiaçı yox, ona məxsusdur. Aralarında xx.xx.2019-cu il tarixdə bağlanmış alqı-satqı müqaviləsi yalan müqavilə olmaqla borc (kredit) müqaviləsini pərdələmək üçün bağlanmışdır. O, həmin tarixdə İddiaçı 30000 manat borc almış, notariatda borc müqaviləsi yazdırmaq əvəzinə, İddiaçı təkidi ilə formal olaraq alqı-satqı müqaviləsinə imza atmışdır. İddiaçı bildirmişdir ki, bu yolla ondan borcunu daha tez qaytarılmasını təmin edə bilər. Aralarında mənzilə dair alqı-satqı müqaviləsi olmadığından təbii ki, o, öz mənzilində qalıb yaşamış, ona öz mənzili kimi sahiblik etmiş və edir. Alqısatqı müqaviləsi satılan əşyanın naturada verilməsindən və dəyərinin alınmasından ibarətdir, onların arasında isə belə hal olmamışdır. Onun iki otaqlı mənzilinin dəyəri minimum 50000 manatdır, nə bu pulu o, Zenfiradan almamış, nə də mənzilini ona verməmişdir, yəni müqavilə bağlanılsa da, həyata keçirilməmişdir. O, borcunu vaxtında ödəyə bilmədiyindən Zenfira həmin ilk iddia ilə ona qarşı şantaja keçmişdir. Halbuki Azərbaycan Respublikasının Mülki Məcəlləsinin 340.2-ci maddəsinə əsasən yalan əqd başqa əqdi pərdələmək məqsədi ilə bağlanan əqddir, yalan əqd əhəmiyyətsizdir, yalan əqdə onun mahiyyəti nəzərə alınmaqla, tərəflərin həmin əqdi bağlayarkən əslində nəzərdə tutduqları əqdə aid olan qaydalar tətbiq edilir. Onların arasında yalnız borc müqaviləsi bağlanmasını, alqı-satqı müqaviləsinin faktiki olaraq mövcud olmamasını sübur edən telefon danışıqları vardır. Cavabdehin nümayəndəsi X4 məhkəmə iclasında qarşılıqlı iddia ərizəsinə uyğun izahat verdi və məhkəmədən ilkin iddianın təmin edilməməsi, qarşılıqlı iddianın təmin edilməsi barədə qətnamə çıxarılmasını xahiş etdi. Məhkəmə iddiaçının və cavabdehin nümayəndələrinin izahatlarını dinləyib, iş materiallarını araşdırıb, sübutlara qiymət verərək hesab edir ki, ilki iddia qismən təmin edilməli, qarşılıqlı iddia tələbi təmin edilməməlidir. Belə ki, xx.xx.2019-cu il tarixli ********** saylı çıxarışın surətindən görünür ki, ünvan 1 ünvanı İddiaçı adına qeyd edilmişdir. xx.xx.2019-cu il tarixli 27221 inventar saylı texniki pasportun surətindən görünür ki, ünvan 1 ünvanın texniki pasportu İddiaçı adına işlənmişdir. xx.xx.2019-cu il tarixli AN-İ ******* saylı alqı-satqı müqaviləsinin surətindənm görünür ki, ünvan 1 ünvanı Cavabdeh tərəfindən 28000 manata İddiaçı satılmışdır. xx.xx.2011-ci il tarixli ******* saylı çıxarışın surətindən görünür ki, ünvan 1 ünvanı Cavabdeh adına qeyd edilmişdir. Azərbaycan Respublikası Konstitusiyasının 13-cü maddəsinin İ hissəsinə görə Azərbaycan Respublikasında mülkiyyət toxunulmazdır və dövlət tərəfindən müdafiə olunur. Azərbaycan Respublikası Mülki Məcəlləsinin 152.1-ci maddəsinə əsasən mülkiyyət hüququ - subyektin ona mənsub əmlaka (əşyaya) öz istədiyi kimi sahib olmaq, ondan istifadə etmək və ona dair sərəncam vermək üzrə dövlət tərəfindən tanınan və qorunan hüququdur. Azərbaycan Respublikası Mülki Məcəlləsinin 157.1-ci maddəsinə əsasən, mülkiyyətçinin mülkiyyət hüququnun tanınmasını tələb etmək ixtiyarı vardır. Həmin Məcəllənin 157.2-ci maddəsinə əsasən, mülkiyyətçi özgəsinin qanunsuz sahibliyindən öz əmlakını geri tələb edə bilər. Məhkəmə qeyd edir ki, hər hansı iddia tələbi üzrə hüquqi dəyərləndirmə prosesi ilk addım kimi iddiaçının tələbinə uyğun gələn iddia tələbinin qanuni əsasının tapılmasından və məhkəməyə bildirdiyi faktiki halların həmin iddia tələbinin qanuni əsasının dispozisiya şərtlərinə uyğun olmasının yoxlanılmasından ibarətdir. Bu halda isə işin obyektiv həlli üçün yalnız möhtəbər sübutlardan istifadə oluna bilər. Sübutlar sübut edən fakta birmənalı bağlı olmalı, yəni həmin faktın varlığı barədə güvənli nəticə çıxarmağa əsas verməlidir. Azərbaycan Respublikası Konstitusiya Məhkəməsinin «AzərbaycanRespublikası Mülki Məcəlləsinin 21 və 23-cü maddələrinin şərh edilməsinə dair» xx xxx 2002-ci il tarixli qərarının 3-cü bəndinə görə mənəvi zərər adətən vətəndaşların şəxsi qeyri-əmlak hüquqlarının pozulması nəticəsində əmələ gəlir. Mənəvi zərər qeyri əmlak zərəri olmaqla iqtisadi məzmun və dəyər kəsb etməyən hüquq pozuntusudur. Belə zərər vətəndaşa anadan gəlmə və ya qanun əsasında ona məxsus olan qeyri-maddi nemətlərə aid (şərəf, ləyaqət, işgüzar nüfuz, şəxsi ailə sirri, hərəkət etmək azadlığı, yaşayış yeri seçmə, ad hüququ, müəlliflik hüququ, sair şəxsi qeyri-əmlak hüquqlar və digər maddi nemətlər) hüquqlarını pozmaqla fiziki şəxsə mənəvi sarsıntı, iztirab verir. Məhkəmə iddia tələbinin “cavabdehdən 5000 manat mənəvi zərərin alınaraq ona verilməsi” hissəsinə qiymət verərək hesab edir ki, iddiaçı iddia tələbinin bu hissəsinə dair sübutları məhkəməyə təqdim etmədiyindən iddia tələbi bu hissədə təmin edilməməlidir. Məhkəmə iddia tələbinin “Cavabdeh Gəncə şəhəri, Zərrabi küçəsi, bina 218, 6 saylı mənzili aldığı tarixdən, yəni xx.xx.2019-cu il tarixdən mənzil boşaldılaraq ona təhvil verilən günədək hər ay 250 manatdan hesablanmaqla ona dəymiş maddi zərərin alınaraq ona verilməsi” hissəsinə qiymət verərək hesab edir ki, iddia tələbinin bu hissədə də təmin olunması istisnadır. Məhkəmə qeyd edir ki, qarşılıqlı iddiaçının tələbi bilavasitə sübutetmə yükü ilə bağlıdır və işin faktiki hallarının müəyyən edilməsinin məhkəmə qərarının qanuniliyinin və əsaslığının əsas göstəricisi olduğu nəzərə alınsa, bu institut xüsusi əhəmiyyət kəsb edir. İddia tələblərinin təsdiqlənməsi üçün tərəfin sübut etmədiyi halları məhkəmə mövcud olmayan kimi rədd edə bilər. Bu halda, mülki hüquq münasibətləri iştirakçılarının vicdanlılığı prezumpsiyasına əsaslanan iddianın əsasında duran faktların mövcud olmadığına dair ehtimal ortaya çıxır. Yuxarıda qeyd olunanlardan göründüyü kimi, qarşılıqlı iddiaçı xx.xx.2019-cu il tarixli alqı-satqı müqaviləsini mübahisələndirmiş və mübahisəni əsaslı arqumentlərlə izah edə bilməmişdir. Məhkəmə eyni zamanda qarşılıqlı iddiaçının iddia tələbinin əsası kimi istinad etdiyi alqısatqı müqaviləsinin (əhəmiyyətsiz) etibarsız hesab edilməsi tələbinə münasibətdə hesab edir ki, qeyd olunan qarşılıqlı iddia tələbi iddiaçının istinad etdiyi formal mülahizələrə əsasən təmin edilə bilməz. Məhkəmə Cavabdeh qarşılıqlı iddia tələbinin əsası kimi istinad etdiyi alqı-satqı müqaviləsinin (əhəmiyyətsiz) etibarsız hesab edilməsi tələbinə münasibətdə hesab edir ki, qeyd olunan qarşılıqlı iddia tələbi qarşılıqlı iddiaçının istinad etdiyi formal mülahizələrə əsasən təmin edilə bilməz. Tərəflərin arasında bağlanmış xx.xx.2019-cu il tarixli alqı-satqı müqaviləsi qanuni əsaslarla bağlandığından onun etibarsız hesab edilməsi istisna olunur. Beləliklə, məhkəmə iclasında iddiaçının və cavabdehin nümayəndələrinin izahatı, toplanmış və tədqiq edilmiş sübutların məcmusu və iş materiallarında olan digər sənədlərlə təsdiq olundu ki, ünvan 1 ünvanı xx.xx.2019-cu il tarixli alqı-satqı müqaviləsinə əsasən Cavabdeh tərəfindən İddiaçı 28000 manata satılmış, bundan sonra sonuncunun adına xx.xx.2019-cu il tarixli ********** saylı çıxarış verilmişdir. Hazırda iddiaçı cavabdehdən mənzilin boşaldılaraq ona təhvil verilməsini tələb etsə də, cavabdeh mənzili könüllü olaraq boşaldaraq iddiaçıya təhvil vermir. Məhkəmə hesab edir ki, İddiaçı mülkiyyət hüququ müdafiə edilməli, mülkiyyətindən maneəsiz istifadə etmək hüququ təmin edilməli, ünvan 1 ünvanı boşaldaraq iddiaçıya təhvil verməlidir. Şərh olununlara əsasən və Azərbaycan Respublikası MPM-in 216-220, 227, 233, 360cı maddələrini rəhbər tutaraq, məhkəmə QƏT ETDİ: İlkin iddia qismən təmin edilsin. ünvan 1 ünvanı boşaldaraq İddiaçı təhvil versin. İlkin iddia tələbi qalan hissədə təmin edilməsin. Qarşılıqlı iddia üzrə iddiaçı Cavabdeh İddiaçı qarşı «alqı-satqı müqaviləsinin etibarsız hesab edilməsinə» dair qarşılıqlı iddia tələbi təmin edilməsin. Qətnamə təqdim olunan (alınan) gündən bir ay müddətində Gəncə şəhəri Nizami Rayon Məhkəməsi vasitəsi ilə Gəncə Apellyasiya Məhkəməsinə apellyasiya şikayəti verilə bilər. Hakim: Gündüz Şirinov

Bu qərar sizin işinizə uyğun gəlirmi?

Sualınızı yazın — cavab qanun maddələri və məhkəmə təcrübəsi əsasında hazırlanır.

Sual ver

Eyni kateqoriyada digər qərarlar