Azərbaycan Respublikası adından QƏTNAMƏ Gəncə şəhəri İş № 2(044)-1437/2021 27.04.2021 GƏNCƏ ŞƏHƏRİ NİZAMİ RAYON MƏHKƏMƏSİ Hakim Şirinov Gündüz Əhməd oğlunun sədrliyi, Orucov Maarif Arif oğlunun katibliyi, İddiaçı iştirakı ilə, İddiaçı Cavabdeh qarşı “hüquqi əhəmiyyətli faktın müəyyən olunması, vərəsə tanınma və vərəsəlik hüququnun müəyyən olunması” tələbinə dair iddia ərizəsi üzrə mülki işə Gəncə şəhəri Nizami Rayon Məhkəməsinin binasında açıq məhkəmə iclasında baxaraq, MÜƏYYƏN ETDİ: İddiaçılar İddiaçı Cavabdeh qarşı “hüquqi əhəmiyyətli faktın müəyyən olunması, vərəsə tanınma və vərəsəlik hüququnun müəyyən olunması” tələbinə dair iddia ərizəsi ilə məhkəməyə müraciət edərək, 1956-cı ildə vəfat etmiş X3 16.04.2018-ci il tarixdə vəfat etmiş anası X1 əmisi olması və 1956-cı ildə vəfat etmiş X2 miras qalmış Gəncə şəhəri, Nizami rayonu, Nizami küçəsi, 9-cu döngədə yerləşən 56 saylı mülkün 1/2 hissəsinə onun vərəsəlik hüququnun tanınması barədə qətynamə çıxarılmasını xahiş etmişdir. İddiaçı məhkəmə iclasında bildirdi ki, o, xx.xx.1956-cı il tarixdə Gəncə şəhərində doğulmuş həmin vaxtdan hal-hazıradək ünvan 1 ünvanda yaşayır və həmin mülkün 1/2 hissəsi onun mülkiyyətindədir, qalan 1/2 hissəsi isə anasının əmisi X3 adına qeyd edilmişdir. Onun anası X1 əmisi X9 ailəli olmamış, övladı yoxdur. Onun anası Sənubər Əliyeva əmisi X2 miras qalmış ünvan 1 ünvanda yerləşən evin 1/2 hissəsini faktiki qəbul etmiş, anası Sənubər Əliyevanın sahibliyində və istifadəsində olmuş, anası Sənubər Əliyeva tərəfindən idarə olunmuşdur. Onun anası X4 16.04.2018-ci il tarixdə vəfat etmiş və o, anasının vəfatından sonra miras mülkü faktiki qəbul etmiş, hazırda mülk bütünlüklə onun sahibliyində və idarəçiliyindədir və o, ailəsi ilə birlikdə həmin mülkdə yaşayıraq idarə edir. Gəncə şəhəri Nizami Rayon Məhkəməsinin 03.11.2020-ci il tarixli qətnaməsi ilə X3 1956-cı ildə ölməsi faktı müəyyən olunmuşdur. Onun hazırda miras əmlak üzərində sahiblik və istifadə hüquqları mövcud olsa da, sərəncam hüququnun daşınmaz əmlakın dövlət reyestrində qeydə alınmaması onun əmlak üzərində hüquqlarının pozulmasına səbəb olmuşdur. Bu isə mənim qanuni əsaslarla əldə etmiş olduğu əmlaka sərbəst sahiblik etmək hüquqlarını məhdudlaşdırır. Cavabdeh məhkəmə iclasının vaxtı və yeri barədə xəbərdar edilməsinə baxmayaraq gəlməmişdir. Cavabdeh tərəfindən məhkəməyə ünvanlanmış ərizədə, səhhətimlə əlaqədar məhkəmə iclaslarında iştirak edə bilmədiyindən mülki işə onun iştirakı olmadan baxılmasını xahiş etmiş, mərhum X3 X1 əmisi olmasını, X2 miras qalmış ünvan 1 ünvanın 1/2 hissəsi İddiaçı tərəfindən faktiki qəbul olunmuş, hazırda istifadəsində və sahibliyindədir. İddia tələbinin təmin olunmasına etiraz etmədiyini bildirmişdir. Məhkəmə Azərbaycan Respublikası MPM-nin 185.5-ci maddəsinə əsasən işə cavabdehin iştirakı olmadan baxılmasını mümkün hesab etdi. Məhkəmə iddiaçının izahatını və şahid ifadələini dinləyib, iş materiallarını araşdırıb, sübutlara məcmu halda qiymət verərək hesab edir ki, iddia təmin edilməlidir. Belə ki, məhkəmə iclasında şahid qismində dindirilmiş X5 ifadəsində bildirdi ki, o, uzun illərdir İddiaçı ilə qonşudur. Zakirin anası Sənubər ilə onun həyat yoldaşı çox yaxın olmuşlar. O, bilirdi ki, iddiaçının anası Sənubərin cavan əmisi X8 getmiş və bir daha qayıtmamışdır. İddiaçının anasının əmisindən miras qalmış ünvan 1 ünvanın 1/2 hissəsi hazırda iddiaçı tərəfindən faktiki qəbul olunmuş, hazırda onun istifadəsindədir. Əli Məmmədovun ailəsi olmamış və uşaqları olmamışdır. Məhkəmə iclasında şahid qismində dindirilmiş X7 ifadəsində bildirdi ki, o, 1967-ci ildən İddiaçı ilə qonşu yaşayır və ailəvi yaxındırlar. Onlar bir ailə kimi yaşamışlar. O, iddiaçının anası Sənubərə ana kimi yanaşmış, ona ana demişdir. Onun uşaqlarını Sənubər xala saxlamışdır. Sənubər xala həmişə təssüf hissi ilə deyirdi ki, onun cavan əmisi var Rusiyaya gedib qayıtmamışdır. İddiaçının anası Sənubər xalanın əmisi Əli Məmmədovdan miras qalmış ünvan 1 ünvanın 1/2 hissəsi hazırda İddiaçı istifadəsindədir. Əli Məmmədovun əmisi ailəli olmamış və uşaqları olmamışdır. 23.07.2019-cu il tarixli ********** qeydiyyat nömrəli çıxarışın surətindən görünür ki, ünvan 1 ünvanı hər birinə 1/2 hissə ilə X3 və İddiaçı adlarına qeyd edilmişdir. Gəncə şəhər Nizami Rayon Məhkəməsinin 03.11.2020-ci il tarixli 2(044)-2577/2020-ci il tarixli qətnaməsinin surətindən görünür ki, X3 1956-cı ildə ölməsi faktı müəyyən edilmiş, X3 adına verilən ölüm haqqında şəhadətnamədə ölüm günü bu qətnamənin qüvvəyə mindiyi gün hesab edilməsi və qətnamənin icrasının Gəncə şəhəri Nizami rayon Qeydiyyat şöbəsinə tapşırılması qət edilmişdir. 05.12.1979-cu il tarixdə Kirovabad şəhər VVAQ şöbəsi tərəfindən verilmiş nikahın bağlanması haqqında şəhadətnamənin surətindən görünür ki, X6 ilə Cavabdeh nikahları 05 dekabr 1979-cu il tarixdə bağlanmışdır. 27.11.1995-ci il tarixdə Gəncə şəhəri Nizami rayon VVAQ şöbəsi tərəfindən verilmiş ölüm haqqında şəhadətnamən in surətindən görünür ki, X6 22.11.1995-ci il tarixdə vəfat etmişdir. Gəncə şəhəri Nizami rayon Qeydiyyat şöbəsi tərəfindən verilmiş ölüm haqqında şəhadətnamənin surətindən görünür ki, X9 1956-cı ildə vəfat etmişdir. Azərbaycan Respublikası MPM-in 307-ci maddəsinə əsasən məhkəmə fiziki və hüquqi şəxslərin şəxsi və ya əmlak hüquqlarının əmələ gəlməsi, dəyişməsi, xitam verilməsinin asılı olduğu faktları müəyyən edir. Azərbaycan Respublikası MPM-in 308-ci maddəsinə əsasən məhkəmə hüquqi əhəmiyyəti olan faktları o zaman müəyyən edə bilər ki, ərizəçi həmin faktları təsdiq edən lazımi sənədləri başqa qaydada ala bilməsin, yaxud itirilmiş sənədlərin bərpası mümkün olmasın. Azərbaycan Respublikasının MM-nin 1243-cü maddəsinə əsasən mirası istər qanun üzrə, istərsə də vəsiyyət üzrə vərəsə qəbul edir. Vərəsə mirasın açıldığı yer üzrə notariat kontoruna mirası qəbul etdiyi barədə ərizə verdikdə və ya əmlaka sahiblik etməyə və ya əmlakı idarə etməyə faktik başladıqda və bununla da mirası qəbul etdiyini şəksiz nümayiş etdirdikdə miras vərəsə tərəfindən qəbul edilmiş sayılır. Azərbaycan Respublikası MM-nin 1133.1-ci maddəsinə əsasən, ölmüş şəxsin (miras qoyanın) əmlakı başqa şəxslərə (vərəsələrə) qanun üzrə və ya vəsiyyət üzrə və ya hər iki əsasla keçir. Azərbaycan Respublikası MM-nin 1151.1-ci maddəsinə əsasən, mirasa (miras əmlaka) miras qoyanın öldüyü məqamadək malik olduğu əmlak hüquqlarının (miras aktivi) və vəzifələrin (miras passivi) toplusu daxildir. Azərbaycan Respublikası MM-nin 139.1-ci maddəsinə əsasən, mülkiyyət hüququ və daşınmaz əmlaka digər hüquqlar, bu hüquqların məhdudlaşdırılması, əmələ gəlməsi, başqasına keçməsi və xitamı dövlət qeydiyyatına alınmalıdır. Azərbaycan Respublikası MM-nin 152.1-ci maddəsinə əsasən, mülkiyyət hüququsubyektin ona mənsub əmlaka (əşyaya) öz istədiyi kimi sahib olmaq, ondan istifadə etmək və ona dair sərəncam vermək üzrə dövlət tərəfindən tanınan və qorunan hüququdur. «Daşınmaz Əmlakın Dövlət Reyestri Haqqında» Azərbaycan Respublikası Qanunun 21.1-ci maddəsinə əsasən, məhkəmənin qərarı əsasında daşınmaz əmlaka hüquqlar ümumi əsaslarla dövlət qeydiyyatına alınır. Hüququn yaranması anı məhkəmə qərarı ilə müəyyən edilir. Məhkəmə iclasında iddiaçının izahatı, şahid ifadələri və təqdim olunmuş sənədlərlə təsdiq olundu ki, 1956-cı ildə vəfat etmiş X9 iddiaçının 16.04.2018-ci il tarixdə vəfat etmiş anası X1 əmisi olmuş və X9 1956-cı ildə vəfat etmişdir. ünvan 1 ünvanın 1/2 hissəsi X2 miras qalmış və onun vəfatından sonra miras mülkü iddiaçının anası X4 istifadə və idarə etmiş, X4 16.04.2018-ci il tarixdə vəfat etmiş, onun ölümündən sonra İddiaçı mirası faktiki qəbul etmiş, hazırda iddiaçının sahibliyində və idarəçiliyindədir. İddiaçının miras əmlak üzərində sahiblik və istifadə hüququ mövcud olsa da, sərəncam hüququnun daşınmaz əmlakın dövlət reyestrində qeydə alınmaması onun əmlak hüquqlarının pozulmasına şərait yaratmışdır. Bu isə onun qanuni əsaslarla əldə etmiş olduğu əmlaka sərbəst sahiblik etmək hüquqlarını məhdudlaşdırır. Məhkəmə hesab edir ki, iddiaçı qanunla qorunan hüquqlarının həyata keçirilməsini, yəni əmlak üzərində mülkiyyət hüquqlarının tanınmasını tələb etməkdə haqlıdır. Məhkəmə hesab edir ki, iddia tələbi təmin edilməli, 1956-cı ildə vəfat etmiş X9 16.04.2018-ci il tarixdə vəfat etmiş X1 əmisi olması və 1956-cı ildə vəfat etmiş X2 miras qalmış Gəncə şəhəri, Nizami rayonu, Nizami küçəsi, 9-cu döngədə yerləşən 56 saylı mülkün 1/2 hissəsinin İddiaçı tərəfindən faktiki olaraq qəbul edilməsi faktları müəyyən olunmalı və iddiaçının həmin mülkə vərəsəlik hüququ tanınmalıdır. Azərbaycan Respublikası MPM-nin 119.1-ci maddəsinin tələblərinə görə məhkəmə xərcləri ödənilmiş tələblərin məbləğinə münasib olaraq işdə iştirak edən şəxslərə aid edilir. Şərh olunanlara əsasən və Azərbaycan Respublikası Mülki Prosessual Məcəlləsinin 216-220, 227, 230 və 360-cı maddələrini rəhbər tutaraq, məhkəmə QƏT ETDİ : İddia təmin edilsin. 1956-cı ildə vəfat etmiş X9 16.04.2018-ci il tarixdə vəfat etmiş X1 əmisi olması faktı müəyyən edilsin. 1956-cı ildə vəfat etmiş X2 miras qalmış Gəncə şəhəri, Nizami rayonu, Nizami küçəsi, 9-cu döngədə yerləşən 56 saylı mülkün 1/2 hissəsinin İddiaçı tərəfindən faktiki olaraq qəbul edilməsi faktı müəyyən olunsun. 1956-cı ildə vəfat etmiş X2 miras qalmış Gəncə şəhəri, Nizami rayonu, Nizami küçəsi, 9-cu döngədə yerləşən 56 saylı mülkün 1/2 hissəsinə İddiaçı vərəsəlik hüququ tanınsın. İş üzrə ödənilmiş 10 manat dövlət rüsumu iddiaçılara aid edilsin. Qətnamədən bir ay müddətində Gəncə şəhəri Nizami Rayon Məhkəməsi vasitəsi ilə Gəncə Apellyasiya Məhkəməsinə apellyasiya şikayəti verilə bilər. Sədrlik edən: Gündüz Şirinov
Məhkəmə qərarları › İş №2(044)-1437/2021
Gəncə Şəhəri Nizami Rayon Məhkəməsi Qətnamə — İş №2(044)-1437/2021
27.04.2021 · Vərəsəlik hüququ üzrə mübahisələr - Qanun üzrə vərəsəlik hüququnun tanınması
Mənbə: Azərbaycan məhkəmə sistemi (courts.gov.az) — anonimləşdirilmiş rəsmi mətn. Dataset: Azerbaijan Court Data (CC-BY-4.0).
Mənbə: Azərbaycan məhkəmə sistemi (courts.gov.az) — anonimləşdirilmiş rəsmi mətn. Dataset: Azerbaijan Court Data (CC-BY-4.0).
Bu qərar sizin işinizə uyğun gəlirmi?
Sualınızı yazın — cavab qanun maddələri və məhkəmə təcrübəsi əsasında hazırlanır.
Sual ver