Azərbaycan Respublikası adından QƏTNAMƏ Gəncə şəhəri İş № 2(044)-1472/2020 03.09.2020 GƏNCƏ ŞƏHƏRİ NİZAMİ RAYON MƏHKƏMƏSİ Hakim Hünmətov Zaur Adil oğlunun sədrliyi, Əsgərov Yadigar Əsgər oğlunun katibliyi, Ərizəçi- Ərizəçi iştirakı ilə, Ərizəçi Maraqlı şəxs Başçısının Zəylik kənd X3 üzrə nümayəndəliyinə qarşı hüquqi əhəmiyyəti olan faktın müəyyən edilməsinə dair ərizəsi üzrə mülki işə məhkəmənin binasında açıq məhkəmə iclasında baxaraq, məhkəmə MÜƏYYƏN ETDİ: Ərizəçi məhkəməyə ərizə ilə müraciət edərək onun 1992-cu ilin sentyabr ayından 1993-cü ilin aprel ayınadək Kəlbəcər rayon Zəylik kənd orta məktəbinə 0.5 aklat kitabxanaçı vəzifəsində işləməsi faktının müəyyən olunması barədə qətnamə çıxarılmasını xahiş etmişdir. İ Ş İ N H A L L A R İ: Ərizəçi ərizəsini onunla əsaslandırmışdır ki, o Kəlbəcər rayonundan məcburi köçkün olmaqla ailəsi ilə birlikdə Gəncə şəhərində məskunlaşmışdır. Kəlbəcər rayonu işğal olunmamışdan əvvəl 1992-ci ilin sentyabr ayından 1993-cü ilin aprel ayınadək Kəlbəcər rayon Zəylik kənd orta məktəbində 0,5 aklat kitabxanaçı vəzifəsində işlemişdir. 1993-cü ilin aprel ayında ermənilər Kəlbəcər rayonunu işğal edən zaman əmək kitabçası və digər sənədlər işğal zonasında qalmışdır. Hazırda Maraqlı şəxs Başçısının Zəylik kənd X3 üzrə nümayəndəsi vəzifəsində işləyir. Rayon əmsalının 20 faizinə görə pul almalıdır, lakin həmin pul ona verilmir. Bu barədə Maraqlı şəxs Başçısının Zəylik kənd X3 üzrə nümayəndəliyi ona xx xxxxxx 2019-cu il tarixli M/191 saylı məktubla cavab verərək, məhkəməyə müraciət etməyi tövsiyyə olunmuşdur. İşə baxılarkən aşağıda sadalanan sənədlər məhkəmə araşdırılmasının predmetini təşkil etmişdir: Belə ki, iş materiallarına əlavə olunmuş Azərbaycan Respublikası Maraqlı şəxs Başçısının Zəylik kənd X3 üzre nümayəndəliyi tərəfindən verilmiş xx xxxxxx 2019-cu il tarixli M/191 nömrəli məktubdan müəyyən edildi ki, Kəlbəcər rayon Zəylik kənd orta məktəbində 0,5 ştat vahidi kitabxanaçı vəzifəsində işləməyi barədə əmək kitabçası işğal zonasında qaldığı üçün məhkəməyə müraciət etməyi tövsiyyə olunmuşdur; Azərbaycan Respublikası Maraqlı şəxs Başçısının Zəylik kənd X3 üzrə nümayəndəliyi tərəfindən verilmiş xx xxxxxx 2020-ci il tarixli 18 nömrəli məktubdan müəyyən edildi ki, Kəlbəcər rayon Zəylik kənd sakini Ərizəçi halhazırda Gəncə şəhəri Gülüstan qəsəbəsi ADAU-nin 6 saylı yataqxanasının ətrafında müvəqqəti olaraq yaşayır. ETİRAZİN DƏLİLLƏRİ VƏ TƏRƏFLƏRİN İZAHATLARİ Məhkəmə iclasında iştirak edən Ərizəçi ərizəni müdafiə edərək eynilə ərizədə qeyd olunanlara uyğun izahat verdi və ərizəsinin təmin olunması barədə qətnamə qəbul edilməsini məhkəmədən xahiş etdi. Məhkəmə iclasının vaxtı və yeri haqqında Maraqlı şəxs nümayəndəsi müvafiq qaydada xəbərdar edilməsinə baxmayaraq məhkəmə iclasına gəlməmiş, gəlməməsinin səbəbləri və mümkünsüzlüyü barədə məhkəməyə məlumat verməmişlər. Məhkəmə, Azərbaycan Respublikası Mülki-Prosessual Məcəl-lə-sinin 185.5-ci mad-də-sinə əsasən işə onların iştirakı olmadan baxılmasını mümkün hesab etmişdir. H Ü Q U Q İ M Ə S Ə L Ə L Ə R: Məhkəmə ərizəçinin izahatını dinləyərək, onun izahatını iş üzrə təq-dim olunmuş digər sübutlarla yanaşı yoxlayaraq, iddia ərizəsinin dəlillərini nəzərə ala-raq, işdə olan sübutları işin bütün faktiki hallarının tam, hərtərəfli və obyektiv araşdı-rıl-masına əsaslanmaqla qiymətləndirərək belə hesab edir ki, iddia tələbinin qanuni əsası olduğundan tə-min olunmalıdır. Azərbaycan Respublikası Konstitusiyasının 12-ci maddəsinə əsasən insan və vətəndaş hüquqlarının və azadlıqlarının, Azərbaycan Respublikasının vətəndaşlarına layiqli həyat səviyyəsinin təmin edilməsi dövlətin ali məqsədidir. Konstitusiyanın 16-cı maddəsinə əsasən Azərbaycan dövləti xalqın və hər bir vətəndaşın rifahının yüksəldilməsi, onun sosial müdafiəsi və layiqli həyat səviyyəsi qayğısına qalır. Konstitusiyanın 38-ci maddəsinə əsasən hər kəsin sosial təminat hüququ vardır. Hər kəs qanunla müəyyən edilmiş yaş həddinə çatdıqda, xəstəliyə,əlilliyinə, ailə başçısını itirdiyinə, əmək qabiliyyətini itirdiyinə, işsizliyə görə və qanunla nəzərdə tutulmuş digər hallarda sosial təminat hüququna malikdir. Azərbaycan Respublikası Mülki Prosessual Məcəlləsinin 305.1.1-ci maddəsinə görə məhkəmə xüsusi icraat qaydasında həmçinin hüquqi əhəmiyyəti olan faktların müəyyən edilməsi haqqında işlərə baxır. Mülki Prosessual Məcəllənin 307-ci maddəsinə əsasən məhkəmə fiziki və hüquqi şəxslərin şəxsi və ya əmlak hüquqlarının əmələ gəlməsi, dəyişməsi, xitam verilməsinin asılı olduğu faktları müəyyən edir. Həmin Məcəllənin 308-ci maddəsində isə təsbit edilmişdir ki, məhkəmə hüquqi əhəmiyyəti olan faktları o zaman müəyyən edə bilər ki, ərizəçi həmin faktları təsdiq edən lazımi sənədləri başqa qaydada ala bilməsin, yaxud itirilmiş sənədləri bərpası mümkün olmasın. Mülki Prosessual Məcəllənin 307.2.11-ci maddəsinə əsasən məhkəmə qanunvericilikdə müəyyən edilməsinin başqa qaydası nəzərdə tutulmamışsa, hüquqi əhəmiyyəti olan digər faktların müəyyən edilməsi barədə işlərə baxır. Qeyd olunan məcəllənin 309.1-ci maddəsində göstərilir ki, hüquqi əhəmiyyəti olan faktların müəyyən edilməsi haqqında ərizələr ərizəçinin yaşadığı yerin məhkəməsinə verilir. Məcəllənin 310-cu maddəsinə əsasən ərizədə həmin faktın müəyyən edilməsinin ərizəçiyə nə üçün lazım olduğu, habelə lazımi sənədləri ərizəçinin ala bilməməsini, yaxud itən sənədlərinin bərpasının mümkünsüzlüyünü təsdiq edən sübutlar göstərilməlidir. Məhkəmə nəzərə alır ki, ərizəçinin xahişi hüquqi nəticə doğuran faktların müəyyən olunmasına dairdir. Bununla yanaşı, həmin faktın müəyyən olunmasının ərizəçiyə nə məqsəd üçün lazım olduğu, habelə ərizəçi tərəfindən lazımi sənədləri almanın mümkün olmadığı onun tərəfindən təqdim olunan sübutlarla təsdiq olunur. Azərbaycan Respublikası Dövlət X4 tərəfindən təsdiq olunaraq 08.10. 2010-cu il 4027 şəhadətnamə ilə normativ hüquqi akt kimi Ədliyyə Nazirliyində qeydiyyatdan keçmiş “X1” Azərbaycan Respublikası Qanununa əsasən əmək pensiyalarının təyin edilməsi, sosial sığorta stajının müəyyən olunması, əmək pensiyası sənədlərinin rəsmiləşdirilməsi, baxılması və saxlanılması Qaydalarının 3.4-cü bəndində göstərilir ki, əmək fəaliyyəti barəsində sənədlər üzrlü səbəbdən (təbii fəlakət, qəza, dağıntı, yangın, hərbi əməliyyatlar, milli münaqişə və digər fövqəladə hallarla bağlı) təqdim edilə bilmədikdə və ya həmin sənədləri bərpa etmək mümkün olmadıqda sığorta olunanların (o cümlədən qaçqın və məcburi köçkünlərin) sosial sığorta stajı məhkəmə qaydasında müəyyən edilir. Məhkəmə iclasında şahid qismində dindirilmiş X2 ifadə verərək bildirmişdir ki, o 1993-cü ilədək Kəlbəcər rayon Zəylik kəndində məktəbin diroktoru işləmişdir. Ərizəçi 1992-ci ilin sentyabr ayından 1993-cü ilin aprel ayınadək Kəlbəcər rayon Zəylik kənd ortə məktəbində 0,5 aklat kitabxanaçı vəzifəsində işləmişdir. Məhkəmə iclasında şahid qismində dindirilmiş Keytiyev Möhübbət İsmayıl oğlu ifadəsində göstərdi ki, Ərizəçi onunla birlikdə Kəlbəcər rayonun Zəylik kəndində yaşamışdır. O, Faiqin kitabxanaçı işlədiyi məktəbdə Azərbaycan dili və ədəbiyyatı fənnini tədris etmişdir.Faiq 1993-cü ilin aprel ayına qədər Kəlbəcər rayonun Zəylik kəndində kitabxanaçı işləmişdir. Məhkəmə yuxarıda qeyd edilənlərə əsasən onu deməyi zəruri hesab edir ki, Azərbaycan tarixinin ən faciəli səhifələri qaçqınlıq və məcburi köçkünlüklə bağlı olmuşdur. Azərbaycanın geostrateji mövqeyi, zəngin təbii sərvətləri regionda maraqları olan qüvvələri azərbaycanlıların öz tarixi torpaqlarından zorla köçürülməsinə sövq etmiş, ermənilərin daha çox torpaq əldə etmək cəhdləri isə 1905, 1918-20, 1948-53 və 1988-93-cü illərdə azərbaycanlıların öz yurdlarından didərgin salınması ilə nəticələnmişdir. Ermənistanın 1988-1993-cü illərdə planlı şəkildə həyata keçirdiyi son etnik təmizləmə siyasəti nəticəsində tarixən həmin ərazidə yaşamış azərbaycanlılar, o cümlədən Kəlbəcər rayonunun əhalisi son nəfərədək öz doğma yurdlarından zorla qovulmuş və Azərbaycana pənah gətirmişlər. Kəlbəcərin işğalı zamanı onlarla kənd sakini qəddarcasına öldürülmüş, yüzlərlə şəhid verilmiş, yüzlərlə itkin düşən şəxslər olmuşdur. Kəlbəcərin işğalından sonra BMT Təhlükəsizlik Şurası 822 saylı qətnamə qəbul etmiş, qətnamədə bütün işğalçı qüvvələrin Kəlbəcər və Azərbaycanın digər işğal olunmuş rayonlarından dərhal çıxarılması tələb olunmuşdur. Lakin indiyədək həmin qətnamədən irəli gələn hər hansı öhdəlik yerinə yetirilməsə də, Kəlbəcərin, o cümlədən digər ərazilərin erməni işğalçıları tərəfindən zəbt edilməsi halı artıq bütün dünyada tanınmış və həmin hallar hamıya məlum olan hala və ya fakta çevrilmişdir. Bu bütün dünyaya bəlli olan hal olduğundan bunun bir mənalı olaraq sübuta ehtiyacı yoxdur. Azərbaycan Respublikası MPM-nin 82.1-ci maddəsinə əsasən hamıya bəlli olan hallar və ya faktlar mübahisə edilə bilməz və onların sübuta ehtiyacı yoxdur. Azərbaycan Respublikası Mülki Prosessual Məcəlləsinin 76.1-ci maddəsinə əsasən tərəflərin tələb və etirazlarını əsaslandıran halların və işi düzgün həll etmək üçün əhəmiyyəti olan başqa halların mövcud olduğunu və ya olmadığını məhkəmə müəyyən edərkən bu Məcəllədə və başqa qanunlarda müəyyən olunmuş qaydada əldə etdiyi məlumatlar sübutlar hesab olunur. Həmin Məcəllənin 76.2-ci maddəsinə əsasən bu məlumatlar yazılı və maddi sübutlarla, ekspertlərin rəyləri ilə, yerində müayinə keçirməklə, səs və video yazıları ilə, şahidlərin ifadələri ilə, işdə iştirak edən şəxslərin izahatları ilə müəyyən edilir. Azərbaycan Respublikası Mülki Prosessual Məcəlləsinin 311-ci maddəsinə əsasən məhkəmənin qətnaməsi faktı təsdiq edən sənədi, qeydə alınmalı faktlar üzrə isə qeydiyyatı həyata keçirən orqanların verdiyi sənədləri əvəz etməməklə, belə qeydəalınma üçün əsasdır.Ərizəçinin tələbini əsaslandıran halların və işi düzgün həll etmək üçün əhəmiyyəti olan başqa halların mövcud olmasını məhkəmə müəyyən etməklə bu Məcəllədə müəyyən olunmuş qaydada əldə edilmiş məlumatları yazılı sübutlarla və işdə iştirak edən şəxsin izahatları ilə yoxlayaraq ərizənin təmin edilməsi qənaətinə gəldi. Beləliklə, məhkəmə hesab edir ki, Ərizəçi 1992-ci ilin sentyabr ayından 1993-cü ilin aprel ayınadək Kəlbəcər rayon Zəylik kənd orta məktəbinə 0.5 aklat kitabxanaçı vəzifəsində işləməsi faktının müəyyən olunması hüquqi əhəmiyyətli olduğundan ərizə təmin olunmalı və göstərilən fakt məhkəmə tərəfindən müəyyən olunmalıdır. Göstərilənlərə əsasən və Azərbaycan Respublikası MPM-in 216-220, 227, 233, 307, 308, 311, 360-cı maddələrini rəhbər tutaraq, məhkəmə QƏT ETDİ: Ərizə təmin edilsin. Ərizəçi 1992-ci ilin sentyabr ayından 1993-cü ilin aprel ayınadək Kəlbəcər rayon Zəylik kənd orta məktəbinə 0.5 aklat kitabxanaçı vəzifəsində işləməsi hüquqi əhəmiyyətli fakt kimi müəyyən edilsin. Qətnamədən rəsmi qaydada verildiyi gündən 01 (bir) ay müddətində Gəncə şəhəri Nizami Rayon Məhkəməsi vasitəsi ilə Gəncə Apellyasiya Məhkəməsinə apellyasiya şikayəti verilə bilər. Qətnamədən şikayət verilməzsə, qəbul edildiyi gündən 01 (bir) ay keçdikdən sonra qanuni qüvvəyə minir. Sədrlik edən : Zaur Hünmətov
Məhkəmə qərarları › İş №2(044)-1472/2020
Gəncə Şəhəri Nizami Rayon Məhkəməsi Qətnamə — İş №2(044)-1472/2020
03.09.2020 · Hüquqi əhəmiyyəti olan faktların müəyyən edilməsi haqqında - İş stajı faktı
Mənbə: Azərbaycan məhkəmə sistemi (courts.gov.az) — anonimləşdirilmiş rəsmi mətn. Dataset: Azerbaijan Court Data (CC-BY-4.0).
Mənbə: Azərbaycan məhkəmə sistemi (courts.gov.az) — anonimləşdirilmiş rəsmi mətn. Dataset: Azerbaijan Court Data (CC-BY-4.0).
Bu qərar sizin işinizə uyğun gəlirmi?
Sualınızı yazın — cavab qanun maddələri və məhkəmə təcrübəsi əsasında hazırlanır.
Sual ver