Azərbaycan Respublikası adından QƏTNAMƏ Gəncə şəhəri İş № 2(044)-1532/2020 15.09.2020 GƏNCƏ ŞƏHƏRİ NİZAMİ RAYON MƏHKƏMƏSİ Hakim Şirinov Gündüz Əhməd oğlunun sədrliyi, Orucov Marif Arif oğlunun katibliyi, İddiaçı və onun vəkili X6, Cavabdeh X7 nümayəndəsi X1, Müstəqil tələb irəli sürməyən 3-cü şəxs X3 iştirakı ilə, İddiaçı cavabdeh X10, 3-cü şəxs X8 qarşı «evə köçürülmə» tələbinə dair iddia ərizəsi üzrə mülki işə Gəncə şəhəri Nizami Rayon Məhkəməsinin binasında açıq məhkəmə iclasında baxaraq, MÜƏYYƏN ETDİ: İddiaçı cavabdehlər X10, 3-cü şəxs X8 qarşı «evə köçürülmə» tələbinə dair iddia ərizəsi ilə məhkəməyə müraciət edərək, onun azyaşlı uşaqları ilə birlikdə qeydiyyatda olduqları ünvan 1 ünvanda yerləşən mənzilə köçürülməsi barədə qətnamə çıxarılmasını xahiş etmişdir. İddiaçı məhkəmə iclasında birlirdi ki, o, cavabdeh X15 ilə xx.xx.2000-ci il tarixdə rəsmi nikaha daxil olaraq ailə qurmuş və onların birgə nikahlarından xx.xx.2000-ci il tarixdə X11, xx.xx.2002-ci il tarixdə X12 və xx.xx.2004-cü il tarixdə X4 anadan olmuş, aralarında olan anlaşılmamazlıq səbəbindən məhkəmə qətnaməsinə əsasən nikahları pozulmuş və xx.xx.2002-ci il tarixdə anadan olmuş X12 və xx.xx.2004-cü il tarixdə anadan olmuş X4 onun himayəsində saxlanılmışdır. Onların nikahları ləğv edilənədək uşaqlarla birlikdə ünvan 1 ünvanda yaşamışlar və hazırda uşaqları ilə birlikdə həmin ünvanda qeydiyyatdadırlar. Onun əri X15 hərbiçi olduğundan onlar kirayələrdə yaşamışlar. Mübahisəli evdə ona məxsus cehiz əşyaları yoxdur. O, hazırda Bakı şəhərində kirayədə yaşayır. Məhkəmədən iddia tələbinin təmin olunması barədə qətnamə çıxarılmasını xahiş etdi. İddiaçı vəkili X16 məhkəmə iclasında, məhkəmədən iddia tələbinin təmin olunması barədə qətnamə çıxarılmasını xahiş etdi. Cavabdeh X7 nümayəndəsi X2 məhkəmə iclasında bildirdi ki, onun oğlu X15 İddiaçı ilə xx.xx.2000-ci il tarixdə rəsmi nikaha daxil olaraq ailə qurmuş və onların birgə nikahlarından 3 uşaqları. Onlar məhkəmə qətnaməsinə əsasən boşanmışlar. Onun oğlu Valeh Hüseynov iddiaçıya ev almış və iddiaçı həmin evi satmışdır. O, iddiaçının köçüb onlarla birlikdə yaşamasına razı deyildir. Mübahisəli evdə iddiaçıya məxsus heç bir əmlak yoxdur. Hazırda iddiaçı Bakı şəhərində kirayədə yaşayır. Məhkəmədən iddia tələbinin təmin olunmaması barədə qətnamə çıxarılmasını xahiş etdi. Müstəqil tələb irəli sürməyən 3-cü şəxs X13 məhkəmə iclasında bildirdi ki, ünvan 2 ünvan ona məxsusdur. İddiaçı onun oğlu Valeh Hüseynov xx.xx.2000-ci il tarixdə ailə qurmuş və onun oğlu hərbiçi olduğundan onlar daima kirayələrdə yaşamışlar. İddiaçı ilə onun oğlu Valeh Hüseynov hərdən 2-3 gün gəlib qonaq kimi ona məxsus evdə yaşamışlar. İddiaçı 2015-ci il tarixdən isə ona məxsus evə gəlməmişdir. Oğlu tərəfindən iddiaçıya ev alınmış, iddiaçı həmin evi satmışdır. O, iddiaçının ona məxsus evə köçüb yaşamasına razı deyildir. Ona məxsus evdə iddiaçıya məxsus heç bir əmlak yoxdur. Hazırda iddiaçı Bakı şəhərində kirayədə yaşayır. Məhkəmədən iddia tələbinin təmin olunmaması barədə qətnamə çıxarılmasını xahiş etdi. Məhkəmə iddiaçının, cavabdehin nümayəndəsinin, 3-cü şəxsin izahatlarını dinləyib, iş materiallarını araşdıraraq hesab edir ki, iddia tələbi təmin edilməməlidir. Belə ki, xx.xx.2015-ci il tarixli ******* saylı çıxarışın surətindən görünür ki, ünvan 2 X3 adına qeyd edilmişdir. xx.xx.2020-ci il tarixli ******* saylı arayışdan görünür ki, İddiaçı ünvan 2 ünvanda xx.xx.2007-ci il tarixdən qeydiyyatdadır. Qeydiyyatda olan digər şəxslər X4, X9, X12 və X5 ibarətdir. xx.xx.2020-ci il tarixdə Gəncə şəhəri Nizami rayon Qeydiyyat şöbəsi tərəfindən verilmiş nikahın pozulması haqqında şəhadətnamənin surətindən görünür ki, X15 ilə İddiaçı Eyvazovnanın nikahları xx xxxx 2020-ci il tarixdə pozulmuşdur. İş materiallarına əlavə edilmiş sənədlərdən, iddia ərizəsinin məzmunundan, həmçinin məhkəmə iclasında dindirilmiş tərəflərin izahatından məlum olur ki, qeyd olunan mübahisəli əmlak xx.xx.2015-ci il tarixdən cavabdeh X3 mülkiyyətindədir, tərəflər arasında hüquq münasibətləri isə 2000-ci il tarixdə yaranmışdır. Belə olan halda məhkəmə hesab edir ki, hazırki iş üzrə 2000-ci il redaksiyalı Mülki Məcəllənin normaları tətbiq olunmalıdır. Belə ki, «Azərbaycan Respublikası Mülki Məcəlləsinin 228-ci maddəsinin və (xx xxxxxxx 2009-cu il tarixədək qüvvədə olan) Mənzil Məcəlləsinin 123-cü maddəsinin 1-ci hissəsinin şərh edilməsinə dair» Azərbaycan Respublikası Konstitusiya Məhkəməsinin xx xxxx 2001-ci il tarixli qərarına görə xx xxxxxxxx 2000-ci il tarixdən sonra yaşayış evindən (mənzildən) istifadə edilməsi ilə əlaqədar yaranan hüquq münasibətləri ilə bağlı mübahisələr Azərbaycan Respublikası Mülki Məcəlləsinin 228.1 və 228.2-ci maddələrinin qaydalarına uyğun, bu tarixədək yaranmış hüquq münasibətləri ilə bağlı mübahisələr isə Azərbaycan Respublikası Mənzil Məcəlləsinin 123-cü maddəsinin qaydalarına uyğun həll edilməlidir. Azərbaycan Respublikası Mülki Məcəlləsinin 228.5-ci və Azərbaycan Respublikası Mənzil Məcəlləsinin 30.4-cü maddələrinin şərh edilməsinə dair» Azərbaycan Respublikası Konstitusiya Məhkəməsinin xx xxxxxxx 2013-cü il tarixli qərarına əsasən yaşayış sahəsinin mülkiyyətçisi ilə ailə münasibətlərinə xitam verildikdən sonra onun keçmiş ailə üzvünün həmin sahədən istifadə hüququ ilə bağlı məsələlərə baxılarkən 2009-cu il oktyabrın 1-dək yaranmış münasibətlərə Azərbaycan Respublikası Mülki Məcəlləsinin 228-ci maddəsinin, həmin tarixdən sonra yaranan münasibətlərə isə Azərbaycan Respublikası Mənzil Məcəlləsinin 30.4-cü maddəsinin müddəaları tətbiq edilməlidir. Azərbaycan Respublikası Mülki Məcəllənin 228.1 və 228.2-ci maddələri yaşayış binasının tərkib hissəsindən istifadə hüququnun əmələ gəlməsini onun daşınmaz əmlakın dövlət reyestrində qeydə alınması, habelə ailə üzvləri və digər şəxslərlə mülkiyyətçi arasında bağlanan yazılı razılaşmanın notariat qaydasında təsdiqlənməsi ilə şərtləndirir. Azərbaycan Respublikası Mülki Məcəllənin göstərilən maddələri yaşayış binasının tərkib hissəsindən istifadə hüququnun əmələ gəlməsi üçün onun daşınmaz əmlakın dövlət reyestrində qeydə alınmasını və yazılı razılaşmanın notariat qaydasında təsdiqlənməsini vacib saymışdır. Azərbaycan Respublikası Mülki Məcəllənin 228.5.-ci maddəsinin tələbinə görə yaşayış binasının tərkib hissəsinin mülkiyyətçisinin onunla birgə yaşayan ailə üzvləri (əri, arvadı, valideynləri, uşaqları) yaşayış sahəsindən onunla bərabər istifadə hüququna malikdirlər.Yaşayış binasının tərkib hissəsinin mülkiyyətçisinin ailə üzvləri öz yetkinlik yaşına çatmayan uşaqlarını həmin yaşayış sahəsinə köçürmək ixtiyarına malikdirlər. Digər ailə üzvlərinin (ərin, arvadın) kpçürülməsinə yalnız mülkiyyətçinin razılığı ilə yol verilir. Həmin şəxslərin yaşayış binasının tərkib hissəsindən istifadə hüququ mülkiyyətçi ilə ailə münasibətlərinə xitam verildiyi halda da saxlanılır. Yaşayış binasının tərkib hissəsindən mülkiyyətçinin ailə üzvlərinin istifadə etmək hüququ bu məcəllənin qüvvəyə mindiyi gündən yaranır. Azərbaycan Respublikası Mülki Məcəlləsinin 228.5.-ci maddəsinə dair Azərbaycan Respublikası Konstitusiya Məhkəməsi Plenumunun xx xxx 2008-ci il tarixli Qərarına əsasən Mülki Məcəllənin 228.5.-ci maddəsinin “mülkiyyətçinin razılığı” müddəası həmin Məcəllənin 228.2.-ci maddəsində müəyyən olunan qaydaya müvafiq olaraq yazılı bağlanan notariat qaydasında təsdiqlənən razılaşmanı nəzərdə tutur. Azərbaycan Respublikasının Konstitusiyasının 13-cü və 29-cu maddələrində hər kəsin mülkiyyət hüququna, o cümlədən mülkiyyətin toxunulmazlığına, növündən asılı olmayaraq dövlət tərəfindən bərabər müdafiə olunmasına və mülkiyyət hüququnun qanunla qorunmasına təminat verilir. Konstitusion hüquqi təbiəti etibarilə mülkiyyət hüququ nəinki mülkiyyətçinin hüquqi təsbit olunmuş geniş səlahiyyətləridir (ona məxsus olan əmlaka faktiki sahib olmaq, öz tələbatlarının təmin olunması üçün təyinatından asılı olaraq bu əmlakdan istədiyi kimi istifadə etmək, əmlakın hüquqi müqəddəratını öz iradəsinə görə müəyyən etmək), həm də qüvvədə olan qanunvericiliyin çərçivəsində digər şəxslərin hüquq və qanunla qorunan maraqlarını pozmadan mülkiyyətçinin dövlət tərəfindən təminat altına alınmış həmin əmlak üzərində üstünlüyünə üçüncü şəxslərin müdaxiləsini aradan götürmək, bu zaman öz mülahizəsinə görə və maraqlarına uyğun hərəkət etmək səlahiyyətidir. Azərbaycan Respublikasının mülki qanunvericiliyi də mülkiyyətin toxunulmazlığına və onun dövlət tərəfindən qorunmasına dair konstitusion prinsip və müddəaları inkişaf etdirərək, bu hüququn əldə edilməsi, həyata keçirilməsi və müdafiəsi mexanizmlərini dəqiqləşdirir. Məhkəmə hesab edir ki, yaşayış binasının tərkib hissəsində istifadə hüququ ilə bağlı mülkiyyətçi və belə hüquqa malik şəxs arasında yaranmış mübahisələrə də məhz bu prizmadan yanaşılmalıdır. Azərbaycan Respublikası Mülki Məcəlləsinin 152.1-ci maddəsinə əsasən mülkiyyət hüququ-subyektin ona mənsub əmlaka (əşyaya) öz istədiyi kimi sahib olmaq, ondan istifadə etmək və ona dair sərəncam vermək üzrə dövlət tərəfindən tanınan və qorunan hüququdur. Beləliklə tədqiq edilmiş sübutlar əsasında müəyyən edildi ki, İddiaçı cavabdeh X15 ilə xx.xx.2000-ci il tarixdə rəsmi nikaha daxil olaraq ailə qurmuş və beləliklə də onlar arasında rəsmi hüquq münasibəti həmin vaxtdan yaranmışdır. İddiaçı mübahisələndirdiyi ünvan 2 ünvana gəlin köçmüş, onun əri hərbiçi olduğundan onlar daim kirayələrdə yaşamışlar. Tərəflərin nikahları xx.xx.2020-ci il tarixdə pozulmuşdur. ünvan 2 ünvan xx.xx.2015-ci il tarixdən X3 mülkiyyətindədir. Belə olan halda məhkəmə hesab edir ki, Mülki Məcəllənin 228.1 və 228.2-ci maddələri yaşayış binasının tərkib hissəsindən istifadə hüququnun əmələ gəlməsini, onun daşınmaz əmlakın dövlət reyestrində qeydə alınması, habelə ailə üzvləri və digər şəxslərlə mülkiyyətçi arasında bağlanan yazılı razılaşmanın notariat qaydasında təsdiqlənməsi ilə şərtləndirdiyi halda tərəflər arasında belə bir razılaşma olmamışdır. Bundan əlavə məhkəmə qeyd olunan mübahisəli əmlakın mülkiyyətçisi ilə iddiaçı arasında olan münasibətə də hüquqi qiymət verərək onu qeyd edir ki, Azərbaycan Respublikası Mülki Məcəlləsinin 228.5.-ci maddəsinə dair Azərbaycan Respublikası Konstitusiya Məhkəməsi Plenumunun xx xxx 2008-ci il tarixli Qərarına əsasən Mülki Məcəllənin 228.5.-ci maddəsinin “mülkiyyətçinin razılığı” müddəası həmin Məcəllənin 228.2.-ci maddəsində müəyyən olunan qaydaya müvafiq olaraq yazılı bağlanan notariat qaydasında təsdiqlənən razılaşmanı nəzərdə tutur. Göstərilənlərdən göründüyü kimi, Mülki Məcəllənin 228.2-ci maddəsindən irəli gələn tələblərin mahiyyəti ondan ibarətdir ki, o, ailə üzvlərinin və digər şəxslərin mənzildən istifadə etmək və mülkiyyət məsələlərinin hüquqi cəhətdən hərtərəfli həllinə təminat verir. Məhkəmə hesab edir ki, İddiaçı cavabdeh X10, 3-cü şəxs X8 qarşı «evə köçürülmə» tələbinə dair iddia tələbinin hüquqi əsasları mövcud olmadığından təmin olunmamalıdır. Məhkəmə şərh olunanlara əsasən və Azərbaycan Respublikası MPM-nin 216-220-ci maddələrini rəhbər tutaraq məhkəmə, QƏT ETDİ: İddiaçı cavabdeh X10, 3-cü şəxs X8 qarşı «evə köçürülmə» tələbinə dair iddia tələbi təmin edilməsin. Qətnamədən rəsmi qaydada verildiyi gündən 1(bir) ay müddətində Gəncə şəhəri Nizami Rayon Məhkəməsi vasitəsilə Gəncə Apellyasiya Məhkəməsinə apellyasiya şikayəti verilə bilər. Sədrlik edən: Gündüz Şirinov
Məhkəmə qərarları › İş №2(044)-1532/2020
Gəncə Şəhəri Nizami Rayon Məhkəməsi Qətnamə — İş №2(044)-1532/2020
15.09.2020 · Mənzil mübahisələri - Mənzilə köçürmə
Mənbə: Azərbaycan məhkəmə sistemi (courts.gov.az) — anonimləşdirilmiş rəsmi mətn. Dataset: Azerbaijan Court Data (CC-BY-4.0).
Mənbə: Azərbaycan məhkəmə sistemi (courts.gov.az) — anonimləşdirilmiş rəsmi mətn. Dataset: Azerbaijan Court Data (CC-BY-4.0).
Bu qərar sizin işinizə uyğun gəlirmi?
Sualınızı yazın — cavab qanun maddələri və məhkəmə təcrübəsi əsasında hazırlanır.
Sual ver