Məhkəmə qərarları › İş №2(044)-1596/2021

Gəncə Şəhəri Nizami Rayon Məhkəməsi Qətnamə — İş №2(044)-1596/2021

07.05.2021 · Mənzil mübahisələri - Mənzilə istifadə hüququna xitam verilməsi
Mənbə: Azərbaycan məhkəmə sistemi (courts.gov.az) — anonimləşdirilmiş rəsmi mətn. Dataset: Azerbaijan Court Data (CC-BY-4.0).

Azərbaycan Respublikası adından QƏTNAMƏ Gəncə şəhəri İş № 2(044)-1596/2021 07.05.2021 GƏNCƏ ŞƏHƏRİ NİZAMİ RAYON MƏHKƏMƏSİ Hakim Ələkbərli Roman Nəriman oğlunun sədrliyi, Həsənov Ayxan Rasim oğlunun katibliyi, İddiaçı etibarnamə üzrə nümayəndəsi X1 iştirakı ilə, İddiaçı cavabdehlər Cavabdeh1 və Cavabdeh2 qarşı mənzildən istifadə hüquqlarının itirilmiş hesab edilməsi tələbinə dair iddiası üzrə mülki işə Gəncə şəhəri Nizami Rayon Məhkəməsinin binasında açıq məhkəmə iclasında baxaraq, məhkəmə müəyyən etdi: İddiaçı cavabdehlər Cavabdeh1 və Cavabdeh2 qarşı mənzildən istifadə hüquqlarının itirilmiş hesab edilməsi tələbinə dair iddia ərizəsi ilə məhkəməyə müraciət edərək, cavabdehlərin ona məxsus olan Gəncə şəhəri, Nizami rayonu, Məhrəsə Bağı, ev 7, mənzil 35 ünvanında yerləşən evdən istifadə hüququnun itirilmiş hesab edilməsinə dair qətnamə çıxarılmasını xahiş etmişdir. İddiaçı iddia tələbi onunla əsaslandırılmışdır ki, o, Gəncə şəhəri, Nizami rayonu, Məhrəsə Bağı, ev 7, mənzil 35 ünvanında yerləşən mənzili 17.04.2013-cü il tarixdə AN- İ№0332412 saylı «Daşınmaz Əmlakın alqı-satqı Müqaviləsi»nə əsasən satıcı X2 almışdır. Bu barədə 03.05.2013-cü il tarixdə Azərbaycan Respublikası Əmlak Məsələləri Dövlət Komitəsi yanında Daşınmaz Əmlakın Dövlət Reyestr tərəfindən həmin mülkə dair adına daşınmaz əmlak üzərində hüquq daşınmaz əmlakın dövlət reyestrində 99 nömrli reyestr kitabının 72 nömrəli vərəqində qeydiyyata alınaraq Seriya RX №0158324 saylı müvafiq çıxarış verilmişdir. Qeyd olunan alqı-satqı müqaviləsinin 8.9 və 13-cü bəndlərinə əsasən müqavilə notariat qaydasında təsdiq olunduğu tarixdən 2 ay müddətinə qeydiyyatda olduğu şəxslərlə birlikdə (satdığı mənzildən) qeydiyyatdan çıxmaq vəzifəsini üzərinə götürsə də, bu öhdəliyi bugünədək icra etməmiş və bugünədək vətəndaşlar (satıcının oğlu) Cavabdeh1 və (satıcının qohumu) Cavabdeh2 həmin ünvanda qeydiyyatda olmaqda davam edirlər. Onların hansı ünvanda yaşamasından tamamilə məlumatsızdır və hesab edir ki, üçüncü şəxslərin ona məxsus xüsusi mülkiyyətdə olan evdə qeydiyyatda qalmaqda davam etməsi bir mülkiyyətçi olaraq iddiaçının mülkiyyət hüquqlarını məhdudlaşdırır. Bu məsələ ilə bağlı, həmin şəxslərin mənzildən qeydiyyatdan çıxarılması üçün Azərbaycan Respublikası Daxili İşlər Nazirliyi Gəncə şəhər Baş Polis İdarəsinə ərizə ilə müraciət etmişdir. Lakin Gəncə şəhər Baş Polis İdarəsi qanunvericiliyin müvafiq maddələrinə əsasən rəsmi qaydada cavab olaraq bildirmişdir ki, “Yaşayış yeri və Olduğu yer üzrə qeydiyyat haqqında” Azərbaycan Respublikası Qanununun 9.5-ci maddəsinə əsasən həmin şəxslər qeydiyyatdan qanuni qüvvəyə minmiş məhkəmə qətnaməsi əsasında çıxarıla bilərlər. İddiaçı etibarnamə üzrə nümayəndəsi X3 məhkəmə iclasında iddia ərizəsinə uyğun izahat vermiş və məhkəmədən iddianın təmin olunmasına dair qətnamə çıxarılmasını xahiş etmişdir. Cavabdehlər Cavabdeh1 və Cavabdeh2 məhkəmə iclasının vaxtı və yeri barədə xəbərdar edilmələrinə baxmayaraq gəlməmişlər. Məhkəmə Azərbaycan Respublikası MPM-nin 185.5-ci maddəsinə əsasən işə cavabdehlərin iştirakı olmadan baxılmasını mümkün hesab etmişdir. Məhkəmə iddiaçının nümayəndəsinin izahatını dinləyib, iş materiallarını araşdırıb, sübutlara məcmu halında qiymət verərək hesab edir ki, iddia təmin edilməlidir. Belə ki, 17.04.2013-cü il tarixli AN-İ ******* saylı alqı-satqı müqaviləsinin surətindən görünür ki, Gəncə şəhəri, Nizami rayonu, Məhrəsə Bağı, ev 7, mənzil 35 ünvanında yerləşən ev X6 tərəfindən İddiaçı satılmışdır. 03.05.2013-cü il tarixli ********** qeydiyyat nömrəli çıxarışın surətindən görünür ki, Gəncə şəhəri, Nizami rayonu, Məhrəsə Bağı, ev 7, mənzil 35 ünvanında yerləşən ev İddiaçı adına qeyd edilmişdir. 01.04.2021-ci il tarixli ******* saylı Yaşayış yeri üzrə qeydiyyat haqqında arayışdan görünür ki, İddiaçı ünvan 1 ünvanda yerləşən evdə qeydiyyatdadır və qeydiyyatda olan digər şəxslər Cavabdeh1 və Cavabdeh2 ibarətdir. 12.04.2021-ci il tarixdə Gəncə şəhəri Baş Polis İdarəsi tərəfindən verilmiş məktubdan görünür ki, Cavabdeh1 və Cavabdeh2 ünvan 2 ünvanından qeydiyyatdan çıxarılmaları üçün aidiyyatı üzrə məhkəməyə müraciət olunması bildirilmişdir. Gəncə şəhər Nizami Rayon İcra Hakimiyyəti başçısının 1 nömrəli SİƏD üzrə nümayəndəsi tərəfindən verilmiş 30.04.2021-ci il tarixli, 1835 №-li arayışdan görünür ki, İddiaçı məxsus Gəncə şəhəri, Nizami rayonu, Məhrəsə Bağı, ev 7, mənzil 35 ünvanında Cavabdeh1 və Cavabdeh2 adlı şəxslər qeydiyyatdadır, lakin yaşamırlar. Azərbaycan Respublikası Əmlak Məsələləri Dövlət Komitəsinin yanında Daşınmaz Əmlakın Dövlət Reyestri Xidmətinin 3 saylı Gəncə Ərazi İdarəsinin 04.05.2021-ci il tarixli, **********35 saylı məktubundan görünür ki, Gəncə şəhəri, Nizami rayonu, Məhrəsə Bağı massivi ev 7 ünvanında yerləşən 35 saylı mənzil 03.05.2013-cü il tarixli, **********35- 05101-093055 reyestr nömrəli hüquqların Dövlət qeydiyyatı haqqında daşınmaz əmlakın Dövlət reyestrindən çıxarışa əsasən İddiaçı adınadır. Azərbaycan Respublikası MM-nin 152.1-ci maddəsində göstərilmişdir ki, mülkiyyət hüququ subyektin ona mənsub əmlaka öz istədiyi kimi sahib olmaq, ondan istifadə etmək və ona dair sərəncam vermək üzrə dövlət tərəfindən tanınan və qorunan hüququdur. Beləliklə, məhkəmə iclasında iddiaçının izahatı və təqdim edilmiş sübutlarla təsdiq olunmuşdur ki, cavabdehlər Gəncə şəhəri, Nizami rayonu, Məhrəsə Bağı, ev 7, mənzil 35 ünvanında pasport qeydiyyatında olmalarına baxmayaraq, həmin evdə yaşamırlar. Hazırda cavabdehlər mübahisəli evdən yaşayış sahəsi kimi istifadə etmirlər, daimi olaraq başqa ünvanda yaşayırlar və yaşayış sahəsindən istifadəyə görə üzərlərinə düşən vəzifəni yerinə yetirmirlər. Cavabdehlərin formal olaraq mübahisəli mənzildə qeydiyyatda qalmaları, iddiaçının mənzil üzərində hüququnu məhdudlaşdırır. Məhkəmə hesab edir ki, iddia təmin olunmalı, iddiaçının mülkiyyət hüququ müdafiə olunmalı, mülkiyyətindən maneəsiz istifadə etmək hüququ təmin olunmalı, cavabdehlərin ünvan 3 ünvanda yerləşən evdən istifadə hüquqları itirilmiş hesab edilməlidir. Şərh olunanlara əsasən və Azərbaycan Respublikası MPM-nin 216-220, 227, 233 və 360-cı maddələrini rəhbər tutaraq, məhkəmə qət etdi: İddia təmin olunsun. Cavabdehlər Cavabdeh1 və Cavabdeh2 İddiaçı məxsus ünvan 3 ünvanda yerləşən evdən istifadə hüquqları itirilmiş hesab edilsin. Qətnamədən rəsmi qaydada verildikdən sonra 01 (bir) ay müddətində Gəncə şəhəri Nizami rayon Məhkəməsi vasitəsilə Gəncə Apellyasiya Məhkəməsinə apellyasiya şikayəti verilə bilər. Hakim: Roman Ələkbərli

Bu qərar sizin işinizə uyğun gəlirmi?

Sualınızı yazın — cavab qanun maddələri və məhkəmə təcrübəsi əsasında hazırlanır.

Sual ver

Eyni kateqoriyada digər qərarlar